Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1465/2022 24.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10105/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 24 fevral 2022-ci il tarixdə Ali Məhkəməni n binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Zaqatala rayon Məhkəməsinin 22.05.2018-ci il tarixli, 1(033)-25/2018 saylı hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs X15 və X16 vəzifəli şəxs olmaqla, səhlənkarlıq edərək, yəni işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməklə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan hərəkətə yol vermişdir. Belə ki, onlar, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 3.81, 3.84, 3.87, 3.96, 3.102, 9.239 bəndlərinin, “Qazdan istifadə qaydaları”nın 2.7-ci və 2.11-ci bəndlərinin, “Qazdan istifadə qaydaları”na 2 nömrəli əlavə “Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 2.1.2-ci bəndinin, Zaqatala RQİİ-nin inzibati rayo nlar üzrə təbii qazın qəbulu və satışı xidmətinin rəisinin vəzifə təlimatının 1.1-ci bəndinin 1, 3-cü və 5-ci abzaslarının və Zaqatala RQİİ-nin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satışı xidməti Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərinin peşə təlimatının 2.3-cü və 2.9-cu bəndlərinin tələblərini pozduğuna görə nəticədə ehtiyatsızlıqdan 31 dekabr 2017-ci il tarixdə, Zaqatala şəhəri, H.Z.Tağıyev küçəsi, bina 2, 14 saylı mənzildə yaşayan X14, X8 və X7 dəm qazından zəhərlənərək ölmüşlər. Təqsirləndirilən şəxslər X15 CM-in 124.2.-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, 01 (bir) il 06 (altı) ay müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddəti nə azadlıqdan məhrumetmə cəzasına, X16 isə CM-in 314.3cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, 02 (iki) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi İddiaçıdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23.04.2019-cu il tarixli, 1(102)-550/2019 saylı qərarının surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət X1 və X16 haqqındakı 30.11.2018-ci il tarixli hökmü dəyişdirilməmişdir. İş materiallarında olan həmin Qərardan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30.11.2018-ci il tarixli hökmü ilə Za qatala rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli hökmü X9 aid hissədə ləğv edilmiş, X9 qarşı Azərbaycan Respublikası CM-in 124.2-ci maddəsi ilə irəli sürülən ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilmiş, məhkum X10 müdafiəçisi X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, zərərçəkmiş şəxslərin hüquqi varisləri İddiaçı, Yekibaşova Aşurey Ramazan qızı və X11 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmişdir. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, X8 İddiaçı qızıdır. 16.12.2018-ci il tarixli, 899828 saylı ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 31.12.2017-ci ildə Zaqatala rayonunda dəm qazı ilə zəhərlənmə səbəbindən ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İB-dən onun xeyrinə 400.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs X5 öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə səbəb olmuşdur. X2 X22 İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətinin rəisi vəzifəsində işlədiyi zaman “Qaz təsərrüfatınd a Təhlükəsizlik Qaydalarının” 1.19-cu bəndinə uyğun olaraq, özünün tabeçiliyində olan çilingərin buraxdığı səhvlərə görə də məsuliyyət daşımaqla Zaqatala Regional Qİİ-nin rəisi tərəfindən 09.12.2016-cı il tarixdə təsdiq edilmiş Zaqatala Regional Qİİ-nin inzibati rayonlar üzrə Təbii qazın qəbulu və satış xidməti rəisinin peşə təlimatına uyğun olaraq xidmət çilingərlərinə tapşırıqlar verib, onun yerinə yetirilməsinə nəzarət etməli olduğu halda xidmət çilingərlərinə tapşırıq verib, onun yerinə yetirilməsinə nəzarət etməmiş, “Zaqatala Regional Qİİ-nin inzibati rayonlar üzrə təbii qazın qəbulu və satış xidməti rəisinin peşə təlimatının” tələblərini pozmuş, işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməmişdir. Zaqatala şəhəri, H.Z.Tağıyev küçəsi, 2 saylı evin 14 saylı mənzilində iddiaçının keçmiş həyat yoldaşı X14 vanna otağında, onun dayısı qızı X7 və iddiaçının qızı 2015-ci il təvəllüdlü X8 isə yataq otağında 31.12.2017-ci il tarixində dəm qazından zəhərlənərək ölmüşlər. Baş vermiş cinayət hadisəsi ilə əlaqədar başlanmış cinayət işi üzrə ibtidai istintaq aparılmış məhkəməyə göndərilmiş cinayət işi üzrə Zaqatala Rayon Məhkəməsinin 22.05.2018-ci il tarixli hökmü çıxarılmış və hadisənin Zaqatala Reginal Qİİ Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətinin rəisi vəzifəsində işləyən Akif İsayevin təqsiri ucbatından baş verməsi öz əksini tapmışdır. X3 Azərbaycan Respublikası CM-in 314.3-cü maddəsi ilə təqsirli bilinərək, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Bu faktlar qanuni qüvvəyə minmiş Zaqatala rayon Məhkəməsinin 22.05.2018-ci il tarixli hökmü ilə preyudisiyal qaydada öz əksini tapmışdır. Zaqatala Rayon Məhkəməsinin 22.05.2018-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X12 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz X4 X22 İdarəsinin Zaqatala rayonu üzrə Təbii qazın qəbulu və satış xidmətinin rəisi vəzifəsində işləyərkən törətdiyi səhlənkarlıq cinayət əməlində təqsiri tam sübuta yetirilmiş və sübutlarla təsdiq edilmişdir. Baş vermiş hadisə nəticəsində iddiaçının azyaşlı övladı X6 ölməsi ilə bağlı özünün və ailə üzvlərinin digər fərdlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir. Bu baxımdan İ.C. Məmmədovun mərhum övladı 2015-ci il təvəllüdlü 3 yaşlı X6 31.12.2017-ci il tarixində dəm qazından zəhə rlənərək ölməsi nəticəsində keçirdiyi stress, mənəvi sarsıntı, narahatlıq, məyusluq kimi halları nəzərə alaraq ona dəymiş 400000 manat məbləğində mənəvi zərər cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən alınaraq iddiaçı İ.C. Məmmədova ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev, iş № 2(011)-2229/2021) iddia tələbi qismən təmin edilərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən vurulmuş mənəvi zərərə görə 25000 (iyirmi beş min) manat kompensasiya və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, X16 cavabdeh təşkilatın işçiləri olduqları vaxt əmək funksiyalarının icrası zamanı öz işlərinə laqeyd münasibə t göstərərək xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə iddiaçıya birbaşa zərər vurulması ilə nəticələnən mülki hüquq pozuntusu törətmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirkar şəxsin əməli iddiaçının mənəvi zərərin ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməsinə hüquq verir. Qanunvericiliyin tələblərinə və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun mənəvi zərərin əvəzinin ödənilməsi barədə tövsiyyələrinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən vurulmuş mənəvi zərərə görə İddiaçı xeyrinə kompensasiya tutulmalıdır. Mənəvi zərərə görə tutulmalı olmalı kompensasiya məbləğinə münasibətdə məhkəmə, zərərin ehtiyatsızlıqdan törədilmiş əməl nəticəsində yaranmasını, zərərin vurulmasında təqsirləndirilən şəxslərə qarşı hər hansı bir tələbin olmamasını, cavabdeh təşkilatın əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alaraq həmin məbləğin 25000 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), R.Həsənov və V.İbayev, iş № 2(103)-10105/2021) cavabdeh “Azəriqaz” İB-nin apellyasiya şikayətinin təmin edilməməsi, İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2229/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsinin ““Azəriqaz” İstehsalat Birliyindən mənəvi zərərə görə 25000 (iyirmi beş min) məbləğində kompe nsasiyanın alınaraq İddiaçı ödənilməsi” hissələrində dəyişdirilməsi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən vurulmuş mənəvi zərərə görə alınaraq İddiaçı ödənilməli pul vəsaitinin məbləği 50000 (əlli min) manat müəyyən edilməsi, apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının onu ödəmiş tərəflərə aid olunması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının uşağının ölməsində cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının mənəvi sarsıntı keçirdiyi nəticəsinə gəlməkdə haqlı olsa da, bunun üçün ödənilməli olan kompensasiya məbləği düzgün müəyyən etməmişdir. Kollegiya hesab edir ki, iddiaçıya keçirdiyi mənəvi sarsıntının kompensasiyası əv əzində ödənilən məbləğin 50000 manat müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Cavabdehin apellyasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materiallarında da müəyyən edildiyi kimi cavabdehin işçilərinin təqsirli hərəkətləri nəticəsində göstərilən hadisə baş vermişdir, məhz iddiaçının övladının həmin hadisə nəticəsində ölməsi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)10105/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10105/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsin ə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayətinə qarşı etirazda cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması, iddiaçının kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instans iyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və cavabdeh kassasiya şikayəti vermiş, iddiaçının dəlilləri iddianın təmin olunmayan hissəsinə, cavabdehin dəlilləri isə iddianın təmin olunan hsssəsinə yönəlmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). 1097.1-ci maddəsin ə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəllədə təsbit edilmiş «zərər» anlayışının şərh olunması ilə əlaqədar 31 may 2002-ci il tarixli Qərarında həmçinin qeyd edi lir ki, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan əsas hüquq və azadıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizələrindən asılıdır». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarından da göründüyü kimi, mənəvi zərər şəxsin poz ulmuş hüququnun müstəqil nəticəsidir. «Pozulmuş hüquq» dedikdə məhkəmə, heç şübhəsiz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsində vurğulandığı kimi, «qanunla qorunan hüquq»ların pozulmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli Qərarın 10-cu bəndində də qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş i düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən e dilmiş qüvvəsi yoxdur. 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10105/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1465/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1465/2022
24.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver