Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1466/2019 04.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “04” mart 2019-cu il iş № 2(102)-1466/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh “xxxx” ASC-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim: R.Ə. Səməd ov; 2(006)-3058/2018) iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “əmrin etibarsız sayılması, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı işdən azad edilməsi barədə “xxxx” ASC-nin 19.01.2018-ci il tarixli, ********** saylı əmrinin ləğv edilməsi və İddiaçı “xxxx” ASC-nin Şirvan RETSİ-nin nəzarətçi mühəndis vəzifəsinə bərpa olunması və İddiaçı işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanıb ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.Ə.Baxışova (sədrlik edən və məruzəçi), V.T.Həsənov və N.Ş.Cəfərov; 2(103)-8819/2018) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı işdən azad edilməsi barədə “xxxx” ASC-nin 19.01.2018-ci il tarixli, ********** saylı əmrinin ləğv edilməsi, İddiaçı “xxxx” ASC-nin Şirvan RETSİ-nin nəzarətçi mühəndis vəzifəsinə bərpa olunması və İddiaçı işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanıb ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “əmrin etibarsız sayılması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (Əmək müqaviləsinin müddətinin bitməsi) iddiaçı ilə bağlanmış Əmək müqaviləsinə xitam verilməsi barədə 1 9.01.2019-ci il tarixli, kl8-00325 nömrəli əmrin etibarsız hesab edilməsi, iddiaçının əvvəlki işinə nəzarətçi mühəndis vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı “xxxx” ASC-nin X5 Enerji Təchizatı MMC-nin 07.05.2007-ci il tarixli, ****** nömrəli əmrinə əsasən X2 mühəndis vəzifəsinə qəbul edilmişdir. 13.04.2015-ci il tarixdə təşkilatın səlahiyyətləri “xxxx” ASC-yə verilmiş və iddiaçı həmin tarixdən X1 nəzarətçi mühəndis vəzifəsində çalışmağa davam etmişdir. 13.04.2015-ci il tarixdə “xxxx” ASC 2 (iki) ay sınaq müddəti ilə iddiaçını işə qəbul etmiş, lakin 13.07.2015-ci il tarixində iddiaçı ilə 3 (üç) aylıq müqavilə bağlanmışdır və bu müqavilə 2018-ci i l19 yanvar tarixinədək artırılaraq davam etmişdir. 22.01.2018-ci il tarixində iddiaçı işə gəldiyi zaman əvvəlcədən heç bir xəbərdarlıq edilmədən və müqavilə vaxtının bitmısindən 10 (on) gün keçməsinə baxmayaraq, iddiaçı ilə bağlanmış Əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi barədə Kadrlar şöbəsi tərəfindən iddiaçıya şifahi məlumat verilib. Nəhayət ki, 21 fevral 2018-ci il tarixdə iddiaçı əmək kitabçasını və 19.01.2018-ci il tarixli, ********** nömrəli əmrin surətini özü kadrlar şöbəsinə gedərək oradakı müvafiq kitaba imza etməklə götürüb. İddiaçı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsi pozularaq 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanmışdır. Çünki, iddiaçı 2007-ci ildən işlədiyi təşkilatın adının müxtəlif vaxtlarda dəyiş məsinə baxmayaraq, 11 (on bir) il eyni əmək funksiyasını yerinə yetirmiş və tutduğu vəzifə daimi xarakter daşıyır və işlədiyi müddətdə heç bir töhmət və xəbərdarlığı olmayıb. İddiaçı 19.01.2018-ci il tarixdə səhhətində yaranmış problemlərlə bağlı üzrlü səbəbdən işdə olmamışdır. Lakin buna baxmayaraq, 19.01.2018ci il tarixdə iddiaçı ilə bağlanmış Əmək müqaviləsinə xitam verilmişdir ki, bu da Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinin bilərəkdən kobud şəkildə pozulması deməkdir. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, habelə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı işdən çıxma ilə bağlı əmrə 19 yanvar 2018-ci il tarixdən xəbərdar olmuşdur. Lakin işə bərpa tələbi ilə məhkəməyə aprel ayında, yəni 3 aydan çox müddət keçdikdən sonra müraciət etmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1ci hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386, 417.1.4, 418.1-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 45.5, 68-ci maddəsinin İİ hissəsinin “b” bəndi, 70, 79, 296, 296.2-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldikləri üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazım dır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi qətnaməni gəldiyi nəticənin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3, 382-ci maddələrinə və Əmək Məcəlləsinin 73, 296-cı maddəsinin 2-3-cü hissəsinə istinad etməklə belə əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində əmək kitabçasının və mübahisələndirilən əmrin surətinin ona 21.02.2018-ci il tarixdə təqdim edildiyini göstərdiyindən və işdə bu halı təkzib edən digər sübut olmadığından məhkəmə iddia müddətinin axımını həmin tarixdən hesablayaraq müəyyən edir ki, müddətin axımı mart ayının 27-də bitmiş, iddiaçı isə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərilməsi üçün 29.03.2018-ci il tarixdə poçt orqanına təqdim etməklə müddəti 2 gün ötürmüşdür. İddiaçı işə apellyasiya qaydasında baxılarkən verdiyi izahatda savadı olmadığı üçün müddəti 2 gün ötürdüyünü göstərmişdir. Məhkəmə hazırkı halda iddiaçının savadsızlığı ilə əlaqədar hüququn müdafiəsi üçün qanunla nəzərdə tutulmuş iddia müddətini 2 gün ötürdüyünü nəzərə alaraq hesab edir ki, müddətin ötürülməsi səbəbi üzürlü hesab edilərək bərpa edilməlidir. İddiaçı 19.01.2018-ci il tarixdə xəstə olması ilə əlaqədar üzürlü səbəbdən işə çıxmamışdır.Əmək qanunvericiliyinin tələblərinə əsasən işçi bağlanmış əmək müqaviləsinə xitam verildiyi gün işəgötürən işçi işə gəlməzsə bunun səbəbinin üz ürlü olub-olmadığını araşdırmalı və əgər bu səbəb üzürlü hesab edilərsə müddətli əmək müqaviləsinə işçinin işə çıxdığı gün xitam verməlidir.Hazırkı halda isə cavabdeh tərəfindən Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin tələbi pozularaq iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə onun üzürlü səbəbdən işdə olmadığı gün xitam verildiyindən işəgötürənin əmri qanunsuz hesab edilərək ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməklə işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanıb ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsənin gəldiyi nəticə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İşin materiallarında olan “xxxx” ASC-nin sədri H.Rzayev ilə işçi İddiaçı arasında bağlanmış 13.04.2015-ci il tarixli müddətli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cənub ETSİ-nin Enerji satış sahəsinə nəzarətçi mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. Həmin müqavilənin 2.1-ci bəndindən görünür ki, əmək müqaviləsi 13.04.2015-ci il tarixdən başlayaraq, 3 ay müddətinə bağlanmışdır. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. “xxxx” ASC-nin ********* №-li, 19 yanvar 2018-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68- ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən (Əmək müqaviləsinin müddətinin qurtarması) İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış əmək müqaviləsinə 19.01.2018-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın,qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qayda da sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edildiyi kimi, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, iddiaçı onunla əmək müqaviləsinə xitam verilməsinə dair mübahisələndirdiyi 19.01.2018-ci il tarixli əmrin surətini və əmək kitabçasını 21.02.2018-ci il tarixdə almış, iş üzrə verdiyi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri isə məhkəməyə göndərilməsi üçün 29.03.2018-ci il tarixdə poçt orqanına təqdim etmiş, göründüyü kimi müddəti 2 gün ötürmüş, müddəti ötürməsinin səbəbini savadsız olması ilə izah etmiş, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası da iddiaçının savadsızlığı ilə əlaqədar müddəti 2 gün ötürməsinin səbəbini üzürlü hesab edərək yuxarıda göstərilən nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9.3-cü maddəsinə əsasən qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Həmin məcəllənin 382-ci maddəsinə görə isə iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikası Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitunun “Azərbaycan dilinin izahlı lüğəti” açıqlamasında izah edilmişdir ki, “Sava dsız - savadı olmayan, yazıb oxumaq bilməyən” deməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1, 217.3-217.4-cü maddələrinin tələblərinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla, yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış yuxarıda qeyd edilən 13.04.2015-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Bakı Kommersiya texnikomunu bitirmişdir. Deməli o, orta ixtisas təhsilli mütəxəssisdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi İddiaçı savadsızlığı ilə əlaqədar müddəti üzürlü səbəbdən ötürməsi barədə işin həqiqi hallarına uyğun olmayan nəticəyə gəlmiş, nəticədə maddi və prosessual hü quq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğuna görə qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 27 sentyabr 2018-cı il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Hakimlər: Əli Rüstəmov Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdür: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Rüstəmov
Məhkəmə qərarları › İş №2(102)-1466/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1466/2019
04.03.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver