Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1467/2022 11.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı (üçüncü şəxslər Bakı Şəhəri 7 saylı Xüsusi Notariat Ofisi, Bakı Şəhəri 50 saylı Xüsusi Notariat Ofisi və Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası) iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-1467/22 Açar sözlər: əqdlərin etibarsızlığı, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən şəxsin bağladığı əqd Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibd ə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı (üçüncü şəxslər Bakı Şəhəri 7 saylı Xüsusi Notariat Ofisi, Bakı Şəhəri 50 saylı Xüsusi Notariat Ofisi və Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası) alqı-satqı müqaviləsinin, bunun əsasında fərdi yaşayış evinə və torpaq sahəsinə verilmiş çıxarışların etibarsız hesab edilməsi, əmlakın təhvil verilməsi və evdən çıxarılma tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4645/2021 nömrəli iş üzrə 08 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 11 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) 1989-cu ildən ömürlük ikin ci qrup əlildir. Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məktəbli küçəsi (indiki adı X5 küçəsi) 1ci döngə, ev 19 (bundan sonra – mübahisəli ev) iddiaçının xüsusi mülkiyyətində olmuşdur (RX seriyalı ******* saylı 28.09.2018-ci il tarixli Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış). 15 noyabr 2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, iddiaçı mülkiyyətində olan, ümumi sahəsi 47.8 kv/m olan mübahisəli evi və mülkiyyətində olan 0.09259 ha torpaq sahəsini Cavabdeh1 12.000 manata satmışdır. Müqaviləni sonuncunun əvəzinə Cavabdeh3 bağlamışdır. Ümumi sahəsi 129 kv/m olan mübahisəli evin 129 kv/m olan hissəsi 16.01.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına xüsusi mülkiyyət kimi qeydə alınmış (RX seriyalı ******* saylı çıxarış), evə dair bölgü sxem tərtib edilmişdir. 01 mart 2019-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X5 küçəsi, döngə 1, ev 19 C saylı sahə (bundan sonra – torpaq sahəsi) ünvanında yerləşən, ümumi sahəsi 0.0574 ha olan torpaq sahəsini Cavabdeh2 15.000 manata satmışdır. 01 mart 2019-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 ev 19 C saylı sahə ünvanında yerləşən, ümumi sahəsi 0.03519 ha olan torpaq sahəsini və onun üzərindəki ümumi sahəsi 129 kv/m olan fərdi yaşayış evinin 111 kv/m-lik hissəsini saxlamaqla, fərdi yaşayış evinin 1 yaşayış otağından ibarət 18 kv/mlik hissəsini Cavabdeh2 15.000 manata satmışdır. 18.03.2019-cu il tarixdə ümumi sahəsi 129 kv/m olan mübahisəli ev 19-un 18 kv/m 1 otağı Cavabdeh2, qalan hissəsi Cavabdeh1 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır (RX seriyalı ******* saylı çıxarış). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 19C saylı torpaq sahəsinə dair Cavabdeh2 29.07.2019-cu il tarixli A № 412578 saylı torpaq sahəsinin plan və ölçüsü verilmişdir. 05.08.2019-cu il tarixdə Bakı şəhəri, 19 C saylı sahə (0.0574 ha) daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İddiaçı 20.09.2017-ci il tarixdə Bakı şəhəri 7 saylı Notariat Kontorunda Cavabdeh3 etibarnamə vermiş, 05.08.2019-cu il tarixində həmin etibarnaməyə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkə məsində icraat İddiaçı Cavabdeh1 (iddia tələbi artırılmışdır), Cavabdeh3 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə onun adından şəxsi mülkiyyətində olan mübahisəli 19 saylı fərdi yaşayış evinə dair Bakı Şəhəri 7 saylı Xüsusi Notariat Ofisində 15 noyabr 2018-ci il tarixində rəsmiləşdirilmiş 4Ə398 reyestrli alqı-satqı müqaviləsinin, bunun əsasında həmin fərdi yaşayış evinə və torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş ******* saylı 28.11.2018-ci il tarixli çıxarışın, 01 mart 2019-cu il tarixli Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 4Ə-315 reyestrli alqısatqı müqaviləsinin, bunun əsasında onların adlarına verilmiş ******* saylı 18 mart 2019-cu il tarixli çıxarışın, 01 mart 2019-cu il tarixli Bakı Şəhəri 50 saylı Notariat Ofisində iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış torpağa dair 4Ə-314 reyestrli alqı-satqı müqaviləsinin, bunun əsasında Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X5 küçəsi, döngə 1, 19 C saylı fərdi yaşayış evinə və hazırda ona məxsus olan həmin ünvandakı 0.0574 torpaq sahəsinə dair qeydiyyat nömrəsi **********, 05.08.2019-cu il tarixli çıxarışın, 29.07.2019-cu il tarixli A412578 saylı torpaq sahəsinin plan və ölçüsünün, Cavabdeh1 adına verilmiş ******* saylı 16.01.2019-cu il tarixli çıxarışın və bölgü-sxemin etibarsız hesab edilməsi, əmlakın ona təhvıl verilməsinə və cavabdehlərin evdən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə onun adından onun başqa işlərini görmək adı altında a ldadaraq adından etibarnamə almış şəxs Cavabdeh3 etibarından sui-istifadə edərək, onu aldadaraq və tam savadsız olmağından, habelə zəif düşüncəsindən istifadə edərək şəxsi mülkiyyətində olan mübahisəli 19 saylı fərdi yaşayış evinə dair cavabdehlə Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində 15 noyabr 2018-ci il tarixində rəsmiləşdirilmiş 4Ə-398 reyestrli alqı-satqı müqaviləsinə əsasən evi Cavabdeh1 adına keçirmişlər. Həmin müqavilə etibarsız hesab edilməlidir. Belə ki, o heç zaman yeganə yaşayış evini satmaq fikrində olmamışdır. Cavabdeh3 onu aldatmış, adına olan yeganə mənzilini sataraq pulunu mənimsəmiş, alqı-satqı üzrə ona heç bir məlumat verməmiş, razılığını və fikrini soruşmamış, bununla da onu yeganə evindən məhrum etmişdir. Cavabdeh əmlakını ələ keçirmək məqsədi üçün Cavabdeh3 ilə ə lbir olub qəsdən ona qarşı belə hərəkət etmişlər. O, işin həqiqi hallarını müəyyən etmək üçün vəkil ilə müqavilə bağladıqdan sonra vəkilin ünvanladığı sorğulara cavab olaraq müəyyən edilmişdir ki, evi cavabdehə 12.000 manata satılmışdır. Cavabdeh həmin ünvanda ailə üzvləri ilə qeydiyyatsız yaşayır. Hətta psixiatriya xəstəxanasında müalicə almağına və müəyyən zamanlarda qeydiyyatda olmağına dair xəstəliyi barədə sənədlərini də cavabdehlər qəsdən və bilərəkdən gizləmişlər. Cavabdeh onun dayısıdır. Müqavilə üzrə yalnız evin yerləşdiyi sahə satılmışdır. Əgər həqiqətən də evini satmaq fikrində olsaydı, alıcı mütləq aldığı mənzilə gəlib baxmalı idi, lakin gəlib evə baxan belə olmamışdır. Göründüyü kimi, bağlanmış müqavilə formal xarakter daşıyır. Qeyd olunanlara əsasən, Cavabdeh1 ilə onun adında n şəxsi mülkiyyətində olan 19 saylı fərdi yaşayış evinə Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində 15 noyabr 2018-ci il tarixində rəsmiləşdirilmiş 4Ə398 reyestrli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, əmlakın ona təhvıl verilməsinə və cavabdehin evdən çıxarılmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini artırılmış həcmdə müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları qeyd edərək əlavə etmişdir ki, iddiaçını aldadaraq və əqli zəifliyindən istifadə edərək 01 mart 2019-cu il tarixli Cavabdeh1 ilə Cavabdeh2 arasında 4Ə-315 reyestrli alqı-satqı müqaviləsi bağlanmış, bunun əsasında onların adlarına birgə olan paylara uyğun ******* saylı 18 mart 2019-cu il tarixli çıxarış verilmiş, 01 mart 2019-cu il tarixli İddiaçı aldadaraq onunla Cavabdeh2 arasında torpağa dair 4Ə-314 reyestrli alqı-satqı müqaviləsi bağlanmış, Cavabdeh1 adına əlavə olaraq ******* saylı 16.01.2019-cu il tarixli çıxarış və bölgü-sxemi tərtib edilmişdir. Həmin alqı-satqı müqavilələri, çıxarışlar və bölgü-sxemi etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, Xədicəxanım anlaqlıdır, ağlı başında olmaqla əmlakını satmışdır. İddiaçının anası öldükdən sonra tək qala bilmədiyini deyib onlardan qalmağını xahiş etmişdir. Onlar iddiaçının evinin sənədlərini düzəltməyə xərc çəkmişlər. Daha sonra iddiaçıya təklif etmişlər ki, evi müqavilə ilə onlara satsın, daha sonra onlarla birlikdə də yaşaya bilər. İddiaçı razılaşmışd ır. Onlar tamamilə qanuni şəkildə əmlaka görə pul ödəyərək, alqı-satqı müqaviləsi bağlamışlar. İddiaçı indiki həyat yoldaşı ilə tanış olduqdan sonra onların münasibətləri pozulmuş, evi tərk edib getmişdir. O və ailəsi hal-hazırda qanuni əmlakları olan mübahisəli evdə yaşayırlar. Qeyd olunanlara əsasən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi tamamilə əsassızdır, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi ilə verilmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi alqı-satqı müqaviləsi 01.03.2019-cu il tarixində bağlanmışdır. İlkin iddia tələbinə d air əlavə ərizə isə 24.06.2020-ci il tarixində məhkəməyə təqdim edilmişdir. İş üzrə keçirilmiş 10.09.2020-ci il tarixli məhkəmə iclasında verdiyi “hansı vaxtdan özünün aldadıldığını başa düşməsi” haqqında suala iddiaçı cavab olaraq bildirmişdir ki, “müqavilənin imzalandığı gündən dərhal sonra”. Beləliklə, Mülki Məcəllədə nəzərdə tutulmuş 1 il müddətinin axımı o vaxtdan başlamış və müdafiə (iddia) müddəti bitdikdən sonra ona qarşı iddia tələbi irəli sürülmüşdür. Digər tərəfdən, iş üzrə keçirilmiş məhkəmə psixiatrik ekspertizasının rəyində iddiaçının fəaliyyət qabiliyyəti olmayan şəxs olduğu müəyyən edilmişdir. Ancaq işdə olan digər sənədlərdən bunun əksi olması başa düşülür. Belə ki, iddiaçının 1987-ci ildə əmək fəaliyyətinin olması haqqında əmək kitabçasının surəti, bəzi hüquqi faktların müəyyən edilməsi ilə əlaqədar ərizəçi qismində iştirak etdiyi məhkəmə işi üzrə müvafiq qətnamə, sahibliyində olduğu əmlak üzrə bəzi sənədlərin rəsmiləşdirilməsi ilə əlaqədar iddiaçının müvafiq dövlət orqanlarına, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmə faktları və onun vaxtilə daxil olduğu nikahın pozulması haqqında şəhadətnamənin surəti və sair. Həmçinin məlumdur ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə yenə də rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bütün bunlar yalnız buna dəlalət edir ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl tam fəaliyyət qabiliyyətli olmuş, özünün bütün hərəkətlərinin mənasını dərk etmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Xəzər Rayon İcra Hakimiyy ətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 məhkəmə iclasında bildirmişdir ki, iddiaçının fəaliyyət qabiliyyəti olmayan şəxs olması barədə onlarda məlumat yoxdur. Bununla bağlı Komissiyaya müraciət edilməmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərmişdir ki, iddiaçı Xədicəxanım onun qonşusudur. O, iddiaçını uşaqlıqdan tanıyır. İddiaçının ailəsində anasından başqa hamı xəstə olmuşdur. Xədicəxanım özü də kəmağıllı olmuşdur. Cavabdeh3 ona demişdir ki, Xədicəxanıma baxacaq, ev də onlara qalacaq. İddia tələbinin əsası kimi göstərilən halların araşdırılması məqsədilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və Azərbaycan Re spublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin 17.12.2019-cu il tarixli 2614 saylı ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı ağır debillik dərəcəsində kəmağıllıq aşkar olunur, o, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil (12.10.1989-cu ildə İİ qrup müddətsiz əllilik təyin edilmiş, diaqnoz: “V Sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları, əqli gerilik”). Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-133/2020 nömrəli iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəzri) iddia tələbi təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.C.Bağırzadə küçəsi (Məktəbli küçəsi), döngə 1, 19 saylı fərdi yaşay ış evinə dair Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində 15 noyabr 2018-ci il tarixində rəsmiləşdirilmiş 4Ə-398 reyestrli alqı-satqı müqaviləsi, bunun əsasında həmin fərdi yaşayış evinə və torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş ******* saylı 28.11.2018-ci il tarixli çıxarış, 01 mart 2019-cu il tarixli Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 4Ə-315 reyestrli alqı-satqı müqaviləsi, bunun əsasında onların adlarına verilmiş ******* saylı 18 mart 2019-cu il tarixli çıxarış, 01 mart 2019-cu il tarixli Bakı şəhəri 50 saylı Notariat Ofisində İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış torpağa dair 4Ə-314 reyestrli alqı-satqı müqaviləsi, bunun əsasında Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X5 küçəsi, döngə 1, 19 C saylı fərdi yaşayış evinə və hazırda ona m əxsus olan həmin ünvandakı 0.0574 torpaq sahəsinə dair qeydiyyat nömrəsi **********, 05.08.2019-cu il tarixli çıxarış, 29.07.2019-cu il tarixli A412578 saylı torpaq sahəsinin plan və ölçüsü, Cavabdeh1 adına verilmiş ******* saylı 16.01.2019-cu il tarixli çıxarış və bölgü-sxeminin etibarsız hesab edilməsi, cavabdehlərin iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.C Bağırzadə küçəsi (Məktəbli küçəsi), döngə 1, 19 saylı və Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X5 küçəsi, döngə 1, 19 C saylı evdən çıxarılaraq, həmin əmlakın iddiaçıya təhvil verilməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ömürlük ikinci qrup əlil olmaqla, ona ağır debillik dərəcəsində kəmağıllıq diaqnozu qoyulmuşdur. Odur ki, iddiaçı mülkiyyətində olan Bakı şəhəri, X əzər rayonu, Şağan qəsəbəsi, M.C. Bağırzadə küçəsi (Məktəbli küçəsi), döngə 1, 19 saylı fərdi yaşayış evinə və Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X5 küçəsi, döngə 1, 19 C saylı sahəyə dair cavabdehlərlə müqavilələr bağlayan zaman öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik etməyi bacarmayan vəziyyətdə olmuşdur. Məhkəmə qeyd etmişdir ki, iddiaçının fəaliyyət qabiliyyətli olmaması barədə qüvvədə olan məhkəmə qətnaməsi mövcud deyil. Belə olan halda, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün hər hansı bir maneə yoxdur. Məhkəmə, həmçinin qeyd etmişdir ki, satılmış torpaq sahəsi və fərdi ev öz ərazisinə görə orta bazar qiyməti ilə nisbətdə fərqlənir, belə ki, 47.8 kv.m otaq və 0,03519 ha torpaq sahəsi cəmi 12 min manata, 0,574 ha torpaq sahəsi isə cəmi 1 5 min manata satılmışdır, halbuki həmin ərazidə eyni sahəli əmlak alqı-satqısına dair müxtəlif internet saytlarında daha yüksək qiymətlər müəyyən olunmuşdur. Cavabdeh2 iddia müddətinin keçməsinə dair dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı ilk dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, Cavabdeh2 ilə arasında bağlanmış müqavilədən bəhs etməmiş, sözügedən müqavilə məhkəmə sorğusu ilə alınaraq işə əlavə edilmişdir. Odur ki, cavabdehin dəlili əsassızdır. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 152, 157.8, 158.2, 337, 346-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 101.3, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verə rək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi mövqe ona dəlalət edir ki, iddiaçı fəaliyyət qabiliyyətli olmaqla istənilən əqdi bağlaya bilər və iddia tələbi irəli sürə bilər. Belə olan halda onun mübahisə edilən müqavilələrin bağlanması zamanı öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik etməyi bacarmayan vəziyyətdə olması absurd bir fikirdir. Bundan başqa, iddiaçı torpaq sahəsini ilkin olaraq Cavabdeh1 satmışdır. Daha sonra qarşılıqlı razılaşmaya əsasən ləğv edilib evin alqı-satqı müqaviləsi bağlanmışdır. Bu bir daha təsdiq edir ki, iddiaçı müqavilə bağlanmamışdan əvvəl, müqavilə bağlanan zaman və ondan sonra öz hər əkətlərinin mənasını başa düşən və onlara rəhbərlik etməyi bacaran vəziyyətdə olmuşdur. Bu isə iddiaçının müqavilələr bağlanmasına iradə ifadəsi olmasını təsdiq edir. Həmçinin, iddiaçı mübahisə edilən müqavilələri şəxsən özü notariat kontorunda imzalamış və ödənişlər bank vasitəsi ilə olmuşdur. Notariat hərəkətləri aparılması zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa, iddiaçının ikinci qrup əlil olması, evin və torpaq sahəsinin real bazar qiymətindən ucuz satılması müqavilələrin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsindən digər Cavabdeh2 da apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılm ışdır ki, birinci instansiya məhkəməsinin istinad etdiyi ekspert rəyində iddiaçıya yanlış diaqnoz qoyulmuşdur. Həmçinin, iddiaçı tam fəaliyyət qabiliyyətli olmuş, ciddi psixi pozuntuları olmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4645/2021 nömrəli iş üzrə 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və V.İbayev) ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliy ində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən göndərilmiş sənədlərlə ekspert rəyində göstərilənlər öz təsdiqini tapmışdır. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə haqlı olmuşdur. Apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanun la qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Hazırki iş üzrə də iddiaçı fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə əqd bağlaması iş materialları ilə öz təsdiqini tapmışdır. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətində Mülki Məcəllənin 28, 337, 346, 567-ci, MPM-in 77.1, 88, 217ci maddələrinə istinadla iddia ərizəsinə etirazda və apellyasiya şikayətində göstərilən eyni d əlillər əz əksini tapmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı Cavabdeh1 kassasiya şikayəti əsasında həmin tərəfə aid hissədə yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə
337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə
346. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (maddə 418.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması v ə ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsasən iddia ya etirazın və kassatorun apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qər ara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4645/2021 nömrəli iş üzrə 08 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.