Məhkəmə qərarları › İş №2(102)-1468/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1468/2019

11.03.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1468/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1468/2019 11 mart 2019-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli 2(103)14152/2018 nömrəli qərardadından İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx MTK -ya qarşı “qeyri yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda “xxxx” MTK tərəfindən inşa olunan yaşayış binasının yeraltı hissəsində, ona məxsus olan 1 və 2 saylı avtomobil dayanacaqlarını (yeraltı qarajları) boşaldılması, iddiaçıya məxsus 1 və 2 saylı avtomobil dayanacaqlarını (yeraltı qarajları) naturada iddiaçıya qaytarılması, avtomobilləri iddiaçıya məxsus avtomobil dayanacaq yerlərində, həmçinin ümumi istifadəli yolun üzərində saxlamamaq vəzifəsinin Cavabdeh üzərinə qoyulması və 5100 (beş min yüz) manat zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli qətnaməsi ilə, İddi açı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx MTK -ya qarşı “qeyri yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, ünvan 1 ünvanda “xxxx” MTK tərəfindən inşa olunan yaşayış binasının yeraltı hissəsində, ona məxsus olan 1 və 2 saylı avtomobil dayanacaqlarını (yeraltı qarajları) boşaldılması, iddiaçıya məxsus 1 və 2 saylı avtomobil dayanacaqlarını (yeraltı qarajları) naturada iddiaçıya qaytarılması, avtomobilləri iddiaçıya məxsus avtomobil dayanacaq yerlərində, həmçinin ümumi istifadəli yolun üzərində saxlamamaq vəzifəsinin Cavabdeh üzərinə qoyulması qət edilmiş, iddia tələbi qalan hissədə 5100 (beş min yüz) manat zərərin ödənilməsi hissəsində rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 de kabr 2018-ci il tarixli 2(103)14152/2018 nömrəli qərardadı ilə iddiaçının Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli 2(103)-14152/2018 nömrəli qərardadının ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının mübahisələndirilən qərardadı qanunsuz və əsassızdır. Qərardadda qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni 06. 08.2018-ci il tarixdə əldə edib apellyasiya şikayətini isə qanunla müəyyən edilmiş müddət ərzində dövlət rüsumu ödəməklə 04.09.2018-ci il tarixdə vermiş, bu zaman prossesual müddəti ötürməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsas ən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi 12.12.2018-ci il tarixli qərardadla iddiaçının apellyasiya şikayətini qeyri mümkün hesab edərək geri qaytarmaqda haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; -363.1 və 363.1.3-cü maddələrinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə şikayət birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; -36 6.2-ci maddəsinə görə isə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, iddiaçı Kazımov X1 rayon Məhkəməsinin 06.07.2018-ci il tarixli qətnaməsini qəbzə şəxsən imza etməklə 27.07.2018ci il tarixdə almış (iş v.97) və apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş 01 aylıq prosessual müddət 27.08.2018-ci il tarixdə bitdikdən sonra, 06.09.2018-ci il tarixdə apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizə verməmişdir. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. İddiaçı şəxs ən 27.07.2018-ci il tarixdə aldığı qətnaməni sonradan poçt vasitəsilə 06.08.2018-ci il tarixdə almış olsa belə, şikayət vermə müddəti 27.07.2018-ci il tarixdən hesablanmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.12.2018-ci il tarixli 2(103)-14152/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar