Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1469/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-226/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(012)-4539/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim S.M.Quliyeva) İddiaçı Cavabdeh və digərlərinə qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və digər tələblərinə dair” iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-226/2019 saylı qətnaməsi ilə (hakimlər S.A.Qafari sədrlik edən, məruzəçi, F.Ə.Məmmədov və L.M.Məmmədova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə və digərlərinə qarşı iddia qaldıraraq, 2013-cü ildə “Cavabdeh" MMC tərəfındən fərdi evlərin “xxxx” ASC tərəfındən maliyyələşdirilən ipoteka yolu ilə tikilməsi barədə razılığa gəlib. “ xxxx” MMC bu tikintinin maliyyələşdirilməsinin “xxxx” ASC tərəfındən həyata keçirildiyini bildirdiyindən, həmin bankla kredit müqaviləsi bağlayıb. Tikiləcək fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Cavabdeh məxsus olsa da, formal olaraq başqa şəxsin adına rəsmiləşib. Razılaşmaya görə o, birinci növbədə torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlamalı və həmin torpaq sahəsini banka ipoteka qoyub kredit götürməli və ona 2 mərtəbəli, ümumi sahəsi 187,40 kv.metr olan fərdi yaşayış evi tikib təhvil verməli idi. Bundan başqa, yaşayış kompleksinin ümumi ərazisinin 24 ha olmaqla, ərazidə sakinlərin istirahəti üçün park, fitnes mərkəzi, uşaq bağçası, bərbərxana, mağazalar tikərək istifadəyə verməli, həmçinin kommunal xidmətlərlə bağlı onunla müqavilə bağlamalı idi və sair. Yaşayış kompl eksi Abşeron rayon İHB-nın xx xxxxxx 2008-ci il tarixli, 165 saylı Sərəncamı əsasında inşa edilməklə tikiləcək evi onun adına sənədləşdirməyi Cavabdeh öz öhdəsinə götürüb. İlkin olaraq Cavabdeh 21.000 manat pul ödəyib. Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0317 ha torpaq sahəsinə dair alqı- satqı müqaviləsi bağlayıb və torpaq sahəsinə hüququ xx xxxx 2013-cü il tarixli Çıxarışa əsasən dövlət qeydiyyatına alınıb. Çıxarış aldıqdan sonra həmin torpaq sahəsi və tikilməkdə olan fərdi yaşayış evi “xxxx” ASC ipoteka hüquq ilə yüklü edilib. xx xxxxxxxx 2013-cü il tarixdə ev və torpaq sahəsi Cavabdeh tərəfindən ona təhvil verilib. Ev təhvil verildikdən sonra ona məlum olub ki, Cavabdeh tərəfindən fitnes mərkəzi, uşaq bağçası, bərbərxana və mağazalar inşa edilməyib. Kommunal xidmətlərə dair m üqavilələr onunla deyil, Cavabdeh ilə bağlanıb və bu səbəbdən də kommunal xidmət haqqını kommersiya qiyməti ilə ödəməyə məcbur olub. Həmçinin, əldə edilmiş razılğa görə, evin ümumi sahəsi 187,40 kv.metr olmalı olduğu halda, 143,2 kv.metrdir və hal-hazıradək evin onun adına sənədləşdirilməsi Cavabdeh tərəfindən təmin edilməyib. Bundan əlavə, hazırda ona məlum olub ki, Cavabdeh torpaq sahəsinin 0.01 ha hissəsini zəbt edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətin də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh vəkili xx kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş etdi. İddiaçı, vəkili xx və üçüncü şəxslər “xxxx” ASC və “xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə ba xılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh vəkili xx izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmi n edilmədən saxlayarkən, iddia tələblərinin əsassız olmasına, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasi ya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxx 2013-cü il tarixdə ipoteka saxlayan “xxxx” ASC ilə alıcıipoteka qoyan İddiaçı və satıcı xx arasında yaşayış sahəsinin alqı-satqısına və ipoteka qoyulmasına dair qarışıq müqavilə bağlanıb. Həmin müqavilənin şərtlərinə görə satıcı xx Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0317 ha torpaq sahəsini alıcı-ipoteka qoyan İddiaçı satıb. Torpaq sahəsinin satış qiyməti 10.500 manat müəyyən edilib və torpaq sahəsinin dəyəri tam olaraq kreditor-ipoteka saxlayan “xxxx” ASC tərəfındən xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyan İddiaçı verilmiş kredit vəsaiti hesabına ödənilib. Həmçinin, alıcı-ipoteka qoyan İddiaçı satılan torpaq sahəsini bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor-ipoteka saxlayan “xxxx” ASC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditoripoteka saxlayan “xxxx” ASC ipoteka hüququ ilə yüklü edib. Eyni zamanda, İddiaçıla “xxxx” ASC arasında bağlanmış tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında xx xxxx 2013-cü il tarixli müqavilə bağlanıb və həmin müqaviləyə əsasən girov qoyan İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən, 0,0317 ha torpaq sahəsinin üzərində tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqlarını girov saxlayan “xxxx” ASC girov qoyub. Bundan başqa, İddiaçıla “xxxx” ASC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, “xxxx” ASC tərəfindən İddiaçı 84 ay müddətinə 63.934 ABŞ dolları mə bləğində kredit verilib. Sözügedən kreditin məbləğinin 13.410 ABŞ dolları Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0317 ha torpaq sahəsinin alınması üçün, 50.524 ABŞ dolları isə həmin torpaq sahəsi üzərində yaşayış evinin tikintisi üçün verilib. xx xxxx 2013-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0317 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin xx xxxxxxx 2017-ci il tarixli mütəxəssis rəyinə görə, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0317 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) 0,0267 ha hissəsi ilə üst-üstə düşdüyü, həmin 0,317 ha torpaq sahəsinin 0,00 64 ha hissəsi ümumi istifadədə olan yola düşdüyü, Cavabdeh tərəfindən iddia olunan torpaq sahəsinə hər hansı müdaxilə hallarının və tikililərin mövcud olmadığı müəyyən edilir. Həmçinin qeyd olunan rəyə İddiaçı mülkiyyətində olan həmin torpaq sahəsinin planı əlavə edilib. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarı). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 14.2, 77.1 və 88-ci maddələri). Qeyd etmək lazımdır ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliy i, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o, sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, İddiaçıla bağlanmış alqı-satqı və ipoteka müqaviləsinə əsasən, o, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,0313 ha torpaq sahəsini satın alıb və həmin torpaq sahəsi “xxxx” ASC götürülmüş kredit müqaviləsinin təminatı kimi sonuncunun xeyrinə ipoteka hüququ ilə yüklü edilib. İddiaçı, iddia ərizəsində mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edildiyini iddia etsə də, tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir yazılı sübut təqdim etməmişdir. Digər tərəfdən, işə əlavə edilmiş mütəxəssis rəyi ilə təsdiq olunur ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən 0,0317 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) 0.0267 ha hissəsi ilə üst-üstə düşdüyü, həmin 0.317 ha torpaq sahəsinin 0,0064 ha hissəsi ümumi istifadədə olan yola düşdüyü, “xxxx” MMC tərəfindən iddia olunan torpaq sahəsinə hər hansı müdaxilə hallarının və tikililərin mövcud olmadığı müəyyən olunmuşdur. Göründüyü kimi, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,01 ha hissəsin in Cavabdeh tərəfindən zəbt edildiyini, həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsini iddia etsə də, həmin torpaq sahəsinin 0,0064 ha hissəsinin ümumi istifadədə olan torpaq sahəsi olduğu yola düşdüyü müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin zəbt edilməsi dedikdə- torpaq sahəsinin mülkiyyətçinin iradəsinə zidd olaraq istifadə edilməsi anlaşılır. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edildiyini iddia etsə də, torpaq sahəsinin ümumi istifadədə olan yola düşməsi, torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilməsi kimi dəyərləndirilməsini istisna edir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilməsi mülki iş materialları ilə təsdiq edilmədiyi üçün bu hissədə iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bundan əlavə, İddiaçı sifariş etdiyi evin sahəsinin 187,4 kv.metr olmalı olmasına baxmayaraq, ona tikilimiş evin faktiki ölçüsünün 143 kv.metr olmasını bildirsə də, cavabdeh təşkilatla evin tikintisi ilə bağlı müqaviləni təqdim etmədiyindən, faktiki sahə ilə 187,4 kv.metr sahə arasındakı fərqin hər 1 kv.metrinə görə 550 manata vurulmaqla müəyyən edilən fərqin ödənilməsi tələbinin də əsassız olması qənaətinə gəlməyə əsas verir. Eyni zamanda, iddia tələbinin su, qaz, elektrik enerjisi sayğaclarının sərfiyyatının əhali üçün nəzərdə tutulmuş tariflərə vurulmaqla alınan məbləğlə həmin sərfiyyatın hüquqi şəxslər üçün nəzərdə tutulmuş tariflərə vurulmasından alınan fərqin Cavabdeh alınaraq ona ödənilm əsi hissəsinə gəldikdə isə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, sadalanan xidmətlər də bu məqsədlə bağlanmış müvafiq müqavilələrlə həyata keçirilir. Su ilə təchiz edilmə hüquqi şəxs kimi “xxxx” MMC-nin Azərsu ilə bağlanmış müqaviləsi əsasında realizə edildiyindən, sonuncu həmin təchizatın vətəndaşlar tərəfindən əldə edilməsi üçün müraciət ediləyəci və dəyəri ödəniləcəyi təqdirdə sonunculara verilməsində heç bir problem olmadığından, həmçinin digər kommunal xidmətlər ilə bağlı vətəndaşlarla hər hansı bir müqavilə bağlanmadığından, iddia tələbi qeyd edilən hissədə də təmin edilə bilməz. Mənəvi zərərə görə 15.000 manat pul tələbinə gəlincə isə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia tələbinin qeyd edilən hissəsi törəmə tələb olduğ undan və əsas tələb təmin edilmədiyindən, iddia tələbi qeyd edilən hissədə də təmin edilə bilməz. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərd iyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-226/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1469/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1469/2020
17.03.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver