Məhkəmə qərarları › İş №2(102)-147/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-147/2020

03.03.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-147/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçı və vəkili X3, cavabdehin nümayəndəsi X2 və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrlərin ləğvi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya ş ikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsiilə (hakim S.Cəfərov) İddiaçı Cavabdehnə qarşı "əmrlərin ləğvi, məcburi iş buraxma müdəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən F.Talışinski, hakimlər R.Eyvazov və Z.Əliyev) İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəm əsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə (bundan sonra BMİ) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə idarəsinin xx.xx.2018-ci il tarixli və xx xxxxxx 2018-ci il tarixli əmrlərinin ləğv edilməsi və onun əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün orta əmək haqqının ödəni lməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə BMİ-nin xx.xx.2018-ci il tarixli əmrinə əsasən xx.xx.2018-ci il tarixdə gecə saatlarında Kürdəmir (Ağsu) Rayonlararası Mühavizə Bölməsində xidmətin təşkili, aparılması, və ona nəzarət edilməsinin vəziyyətini öyrənmək məqsədi ilə keçirilmiş qəfləti yoxlama zamanı bir sıra ciddi nöqsanlar aşkar edilmişdir. Belə ki, Ağsu Rayon İcra Hakimiyyətində mühafizəçi İddiaçı sayıqlığını itirərək yatdığı və üstəlik olaraq qrup rəhbərinin və yoxlayıcıların ona yaxınlaşmasına heç bir reaksiya vermədiyi və tutulan iradlara kobudcasına cavab verdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası DİNin xx.xx.2015- ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Mülki mühafizə xidməti fəalliyyətinin təşkilin ə dair Təlimat” ın tələblərini və əmək müqaviləsinin şərtlərini kobud surətdə pozaraq təyin olunduğu postda sayıqlığını itirərək yatmaqla obyektin etibarlı mühafizəsini təmin etmədiyinə görə İddiaçı AR Əmək məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” elan edilmişdir. Eyni zamanda işin mübahisə edilməyən hallarına görə iddiaçı BMİ Mülki Mühafizə Xidmətində (bundan sonra MMX) əmək qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması və MMX əməkdaşlarının əmək haqlarının artırılması məqsədi ilə MMX-nın bir qrup (32 nəfər) əməkdaşları ilə birlikdə yazılı surətdə yuxarı dövlət orqanlarına kollektiv müraciət etmişdir. Bundan sonra BMİ xx.xx.2018-ci il tarixli əmrlə BMİ-nin xx.xx.2018-ci il tarixli əmri ilə qüvvədə olan “sonuncu xəbərdarlıqla ş iddətli töhmət“ ciddi intizam tənbehindən nəticə çıxarmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı və xx.xx.2018ci il tarixli sərəncamlarının mülki mühafizəçilərə şamil edilməsinə dair guya BMİ tərəfindən müvafiq əmrlərin verilməsi barədə işlədiyi hissənin mülki mühafizəçilərini rəsmi dövlət orqanlarına əsassız kollektiv müraciət ünvanlanmağa təhrik etməklə DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə görə Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin mülki mühafizəçisi İddiaçıla bağlanmış əmək müqaviləsini DİN-in Birləşmiş Həmkarlar Komitəsi ilə razılaşdırılmaqla Azərbay can Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv etmişdir. İddiaçı bildirir ki, o, BMİ-nin Kürdəmir Rayonlararası Mühafızə Bölməsində MMX üzrə mühafızəçi vəzifəsində işləyirdi. O, həmin vəzifə üzrə əmək fəaliyyətinə 2011-ci ildən etibarən başlamışdır. İşlədiyi həmin müddət ərzində barəsində heç bir intizam tənbehi tətbiq olunmamış, o, daima işində məsuliyyətli olmuş və verilən tapşırıqları vaxtında icra etmiş, hər zaman xidmət etdiyi orqanın şərəfli adını yüksək tutmağa səy göstərmişdir. Hətta işlədiyi müddət ərzində Kürdəmir Rayonlararası Mühafızə Bölməsinin rəisi tərəfindən yaxşı xidmətinə görə ona təşəkkürnamə verilmişdir. İşlədiyi bölmənin işçi sayı yetərsiz olduğu üçün, işçilər rəhbərlik tərəfindən bəzən 24 saat (fasiləsiz) məcburi xidmətə cəlb edilir. Bu ça tışmamazlıq səbəbindən məzuniyyətə çıxan, icazə alan və digər səbəblərdən işdə olmayan işçilərin yerinə məhz digər işçilər postlara təyin olunur ki, bu da onların həddindən artıq yüklənməsinə, xidmət keyfiyyətinin aşağı düşməsinə və ən əsası əmək qanunvericiliyinin pozulmasına səbəb olurdu. İş vaxtından artıq görülən işə görə isə işçinin əmək haqqına əlavələr edilmir və belə məqamlarda isə bölmənin təsərrüfat hesablı bir idarə olduğu vurğulanırdı və işçilərə bu problemin xidmətdən qaynaqlandığı bildirilirdi. Əlavə olaraq da Prezidentin sərəncamı ilə əmək haqqı artımları isə mühafızənin təşkilində iştirak edən polis nəfərlərinə, kadrlar şöbəsinə, dəftərxana işçisinə, mühasibə və təmizlikçiyə şamil olunsa da, təəssüf ki, mülki mühafızə işçilərinə şamil olunmurdu. Halbuki, mühafizənin təşkili ndə mülki mühafızə işçilərin əməyindən daha çox istifadə olunur və keyfiyyətcə mühafızə polisinin gördüyü işlə eyni işi görürdülər. Həmçinin onlara heç bir həvəsləndirici mükafat təqdim olunmurdu.Yuxarıda qeyd edilən səbəblərə görə onlar 32 nəfər mülkü mühafızəçi göstərilən nöqsanların aradan qaldırılması üçün Azərbaycan Respublikasının dövlət qurumlarına kollektiv müraciət tərtib etdikdən sonra bu barədə rəhbərliyi şifahi olaraq məlumatlandırmışlar. Həmin dövlət qürumlarma ünvanlayacaqları bu ərizənin məqsədi, Baş Mühafızə İdarəsinin Mülki Mühafızə Xidmətində olan əmək qanunvericilik qüsurları, bu qüsurların gündəlik canlı şahidi olan mülki mühafızə işçiləri kimi onların diqqətinə çatdırmaq və nəticədə rəhbərlik tərəfındən həmin qüsurları aradan qaldırılmasına nail olmaq idi. Lakin tərtib etdikləri, həmin müraciətdən narahatlıq keçirən BMİ, xx.xx.2018- ci il tarixdə xidmət göstərdikləri postlarda Baş Mühafızə İdarəsinin XTŞ (xidmətin təşkili şöbəsi) tərəfindən, qərəzli "gecə xidməti yoxlamaları" (sonradan məlum olmuşdur ki, onlar müqavilə ilə gecə xidməti aparmalı deyil) başlandı. Yoxlamanın nəticəsi olaraq verilən əmr barədə vaxtında xəbərdar edilməsələr də, iyul ayının 15-i o, həmin yoxlamanın nəticəsində Baş Mühafızə İdarəsinin xx.xx.2018-ci il tarixli Ə163-038-18 saylı nömrəli əmri ilə bölmənin bir qrup əməkdaşı, o cümlədən onun da yatdığı müəyyən edildiyi, buna görə onlara müxtəlif intizam tədbirləri, ona isə birbaşa sonuncu xəbərdarlıqla şiddətli töhmət inzibati tənbeh tədbiri verildiyi barədə qeyri rəsmi olaraq məlumat əldə etmişdir. O da daxil olmaqla 32 nəfər mü lkü mühafizəçi əməkdaşının Azərbaycan Respublikasının dövlət qurumlarına ünvanladığı kollektiv müraciəti isə xx.xx.2018-ci il tarixdə ünvana çatdırmaq üçün poçt şöbəsinə təhvil verdilər. Bundan sonra xx xxxxxx 2018-ci il tarixli iclas keçirilmiş həmin iclasda rəhbərlik ona BMİ-nin xx xxxxxx 2018-ci il tarixli əmrini elan etdi. BMİ-nin xx.xx.2018-ci il tarixli əmri ilə ona verilmiş birbaşa sonuncu xəbərdarlıq, şiddətli töhmət intizam tənbehi tamamilə qanunsuz və əsassızdır. Belə ki, o, həmin yoxlama vaxtı yatmamış, stulda oturmuş vəziyyətdə telefona gələn ismarıcı cavablandırırdı. Azərbaycan Respublikası DİN-nin Baş Mühafızə İdarəsi isə onun yatdığını əsas gətirərək həmin intizam tənbeh tədbirini ona vermiş, dəfərlərlə həmin əmrin surətinin ona təqdim olunmasını tələb etsə də hazırki vaxtad ək ona təqdim olunmamışdır. Bundan əlavə, cavabdeh digər əmrində onun tərəfindən Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş hansı konrket əmək vəzifələrinin kobud şəkildə pozulmasını əsaslandıra bilməmişdir. Cavabdehin nümayəndəsi X5 bildirir ki, İddiaçı intizam qaydalarını kobud surətdə pozmuş, əməkdaşları xidmətə çıxmaqdan imtina etməyə təhrik etmişdir.Ona görə də verilmiş əmr qanuni və əsaslıdır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalı dır. Çünki apelliyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin xx xxxxxx 2018-ci il tarixli əmri ilə iddiaçı işdən azad edilərkən onun tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində müəyyən olunmuş və işçi ilə əmək müqaviləsinin ləğv edilməsi üçün əsas verən pozuntuya yol verilməsi əsas göstərilmişdir. Belə ki, BMİ-nin xx xxxxxx 2018-ci il tarixli əmrindən görünür ki, iddiaçı BMİ-nin xx.xx.2018-ci il tarixli əmri ilə qüvvədə olan “sonuncu xəbərdarlıqla şiddətli töhmət“ ciddi intizam tənbehindən nəticə çıxarmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı və xx.xx.2018-ci il tarixli sərəncamlarının mülki mühafizəçilərə şamil edilməsinə dair guya Baş Mühafizə idarəsi tərəfindən müvafiq əmrlərin verilməsi barədə işlədiyi hissənin mülki mühafizəçilərini rəsmi dövlət orqanlarına əsassız kollektiv müraciət ünvanlanmağa təhrik etməklə DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir. İş materiallarından görünür ki, kollektiv müraciətdə 2016-cı il fevral və 2018-ci il mart aylarında olan əmək haqqı artımlarının Baş İdarə tərəfindən Ağsu manqası üzrə MMX əməkdaşlarına aid edilməməsi, mülki mühafizə işçilərinin 24 saat fasiləsiz xidmət aparması və Ağsu manqası üzrə MMX əməkdaşlar ının işçi sayının yetərsiz olması qeyd edilmişdir. Cavabdehə görə iddiaçı işlədiyi hissənin mülki mühafizəçilərini rəsmi dövlət orqanlarına əsassız kollektiv müraciət ünvanlanmağa təhrik etməklə DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsində əmək müqaviləsinə xitam verilməsinin əsasları müəyyən olunmuşdur. Həmin Məcəllənin 68-ci maddəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər və həmin əsaslardan biri də “tərəflərdən birinin təşəbbüsü” ilə əmək müqaviləsinin pozulmasıdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sada lanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisəsinin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən işçinin hərəkəti o zaman kobud pozuntu kimi qiymətləndirilə bilər ki, o, əmək fəaliyyəti zamanı kobud səhvə və hüquq pozuntusuna yol versin və nəticədə işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl dəymiş olsun. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində müəyyən olunmuş əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və kobud pozuntuya yol verməsi nəticəsinə gələrkən iddiaçının hərəkətinin həmin maddədə müəyyən olunmuş əlamətlərə nə dərəcədə uyğun olmasına qiymət verməmiş və gəldiyi nəticəni qanunun tələblərinə uyğun əsaslandırmamışdır. Eyni zamanda qətnamədə cavabdehin qanuni mənafeyinə ciddi xələl dəyməsi məsələsi də araşdırılmamış və bunun nədə ifadə olunduğu müəyyən olunmamışdır. Bundan başqa iddiaçının hərəkətlərinin onunla bağlanmış əmək müqaviləsində müəyyən olunmuş hansı funksiyaların pozulmasına səbəb olması əsaslandırılmamış və işə baxan məhkəmə instansiyaları da işin həmin mühüm halını araşdırmamışlar. İşdən görünür ki, iddiaçının digər əməkdaşlarla birlikdə yuxarı dövlət orqanlarına kollektiv müraciət göndərilməs inin məqsədi BMİ MMX-də olan əmək qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasına və MMX əməkdaşlarının əmək haqlarının artırılmasına nail olmaqdan ibarət olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinə görə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətdə yazılı cavab verilməlidir. Göstərilən vəziyyətdə iddiaçının ərizəsinə qanunun tələbi izah edilməklə cavab verilməli olduğu halda, işdən göründüyü kimi bu hüququndan ( müraciət etmək) istifadə etməsinə görə o, tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işçinin hər hansı bir müraciətlə (istər əsaslı və istərsə də əsassız) işlədiyi müəssisənin tabe olduğu yuxarı orqana müraciət etməsi onun tərəfindən müəssisənin qanuni mənafeyinə ciddi xələl vurması kimi qiymətləndirilə bilməz. Əmək Məcəlləsinin 72-ci maddəsində müəyyən olunmuş hallar yalnız əmək vəzifələrinin icrası zamanı yol verildikdə işçinin işdən azad olunması üçün əsas verən kobud pozuntu kimi qiymətləndirilir. Müəyyən olunduğu kimi iddiaçının göndərdiyi kollektiv müraciət bilavasitə onun öz əmək vəzifələrini icra etməsi ilə bağlı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlara düzgün qi ymət verilməməklə mübahisəyə bu münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından iddiaçının pozulmuş əmək hüquqlarının müdafiəsi təmin olunmamışdır. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıkassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasi ya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsiləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar