Məhkəmə qərarları › İş №2(102)-147/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-147/2025

31.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-147/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (X4, X2, X6, X1, X5 və X7 iş üzrə üçüncü şəxs qismində cəlb edilməkə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq münasibətlərindən irəli gələn mübahisələr, torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsində çıxarılaraq torpağın boşaldılması və onun mülkiyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1222/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 31 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında torpaq sahəsinə dair torpaq sahəsi ilə bağlı məhkəmə çəkişməsi olmuş və Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(026)-2/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, torpağın mülkiyyətə verilməsinə dair JN-169A saylı şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinə verilmiş həyətyanı torpaq sahəsinin 0,03 ha hissəsində torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1314/2023 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Qobustan Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

3. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin olunması barədə nəticəyə gələrkən, yəni torpağın mülkiyyətə verilməsinə dair JN-169A saylı şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinə verilmiş həyətyanı torpaq sahəsinin 0,03 ha hissəsində torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması qənaətinə gələrkən tələbdən kənara çıxmış və nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. İddiaçı həyətyanı torpaq sahəsində qanunsuz çəkdikləri tikilinin (tor hasarın) cavabdehlərin hesabına sökülməsini və torpağın əvvəlki vəziyyətinə qaytarılmasını tələb etdiyi halda, birinci instansiya məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin 9 dekabr 2022-ci il tarixli 10/5655 saylı ekspert rəyinə istinad etməklə müvafiq iddia tələbi olmadan mübahisəli torpaq sahəsinin 0,03 ha hissəsinin İddiaçı JN-169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətinə verilmiş torpaq sahəsinə düşməsini əsas götürərək həmin torpaq sahəsinin geri qaytarılmasına hüquqi qiymət vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin zəbt etdikləri, qonşuları X9 və X3 həyətyanı torpaq sahələr i ilə sərhəd təşkil edən və JN 169 nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə onun mülkiyyətində olan 0,03 ha torpaq sahəsindən onların çıxarılaraq torpağın boşaldılması, onun mülkiyyətinə qaytarılması, cavabdehlər barədə xüsusi qərardad çıxarılaraq Qobustan rayon prokurorluğuna göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşadıqları halda, Qobustan rayonu Təklə kəndində onun qonşuluğunda torpaq zəbt edərək yaşayış evi tikmişlər. Müəyyən vaxtlarda kəndə gəlib, həmin evdə yaşayırlar. Uzun müddətdir cavabdehlərlə aralarında torpaqla bağlı məhkəmə mübahisəsi gedir. Onla r Təklə kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsini zəbt edərək yaşayış evi tikərkən onun mülkiyyətində olan 0,03 ha torpaq sahəsini də zəbt etmişlər və oranı dəmir torla hasara almışlar. Həmin 0,03 ha torpaq sahəsi həyət qonşuları X9 və X10 ilə qonşu zolağına düşür. Hüquqi sənədlərlə təsdiq olunub ki, cavabdehlər onun mülkiyyətində olan və qonşuları X9 və X3 həyətyanı torpaqları ilə sərhəd təşkil edən 0,03 ha torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Bununla da onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ pozulmuşdur. Ona görə də, cavabdehlər ona məxsus olan həmin torpaq sahəsindən çıxarılmalıdırlar və torpaq ona təhvil verilməlidir.

6. Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Bakı şəhərində qeydiyyatda olsa da faktiki olaraq Qobustan rayo nu Təklə kəndində yaşayır. Yaşadığı evi 2013-cü ildə atası 90-cı illərdə çəpəri əyərək ona verdiyi 0,21 ha həyətyanı torpaq sahəsinin bir tərəfində yerləşir. Uzun illər həmin torpaqdan istifadə etmiş, orada çoxlu sayda ağaclar əkdirmişdir. Cavabdeh onunla qonşuluqda yaşayır və orada zəbt etdiyi 0.50 ha-ya yaxın olan ərazidə 2 ev tikmişdir. Birində oğlu Tural, digərində isə özü yaşayır. Son illərdə evlərin birinə çıxarış almaq istəyəndə ona məlum olmuşdur ki, hazırda oğlunun yaşadığı evin torpaq sahəsinə dair şəhadətnamədə göstərilən 0,08 ha sahənin 0.03 ha-sı onun istifadə etdiyi əraziyə düşür. Hansı ki, evin yerləşdiyi sahə daşla metal torla əhatəyə alınmış və həmin sərhədlərin daxilində faktiki olaraq 0.20 ha torpaq sahəsi mövcuddur. Buna baxmayaraq şəhadətnamədəki torpağın 0.03 ha-sın ın onların çəpərinin daxilində olmasını və həmin sahənin də ona verilməsini tələb edir. Həmin 0,03 ha sahə onun çəpəri daxilində olduğu halda səhvən iddiaçının şəhadətnaməsinə daxil etmişdir. Onun öz çəpərlədiyi yerin içərisində, kifayət qədər artıq torpaq sahəsi olduğu halda niyə belə çəkilib onu bilmir. Tərtib olunmuş elektron bazada da onun evi və həyətyanı sahəsi bütövlükdə çəpərin sərhədləri daxilində göstərilmişdir. İddiaçı mübahisəli torpaq sahəsini qanunsuz yolla əldə etmişdir. İslahata qədər onun belə bir torpaq sahəsi olmamışdır. İslahatdan sonra da nə bələdiyyə ilə, nə də hansısa vətəndaşla aralarında bu torpaqla bağlı hər-hansı bir ilkin sənəd də yoxdur. İslahat komissiyası heç bir əsas olmadan ona torpaq şəhadətnaməsi verib, onun da 0,03 ha hissəsi onun çəpərinin içərisindən v erilmişdir. Ona görə də iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh1 izahatında göstərmişdir ki, İddiaçı ona qarşı iddiasını qəbul etmir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2022-ci il tarixli 10/5655 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən, İddiaçı naturada göstərdiyi və faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, mülki iş materiallarında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 naturada istifadə etdikləri torpaq sahəsinə aid heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən İddiaçı JN 169A nömrəli (k od ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən mülkiyyətinə verilmiş torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək olmamışdır. Mütəxəssis rəyinə əsasən, İddiaçı JN169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən mülkiyyətinə verilmiş torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 naturada istifadə etdikləri torpaq sahəsi ilə həmsərhəd olduğu müəyyən edilmişdir. Qeyd olunan mübahisəli tor hasar naturada mövcud deyildir. 5-ci sual üzrə: Elektron baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin 0.03 ha hissəsi İddiaçı JN-169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətinə verilmiş torpaq sahəsinə,0.08 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aid (919BB) olan torpaq s ahəsinə düşür.

9. Qobustan Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(026)-197/2024 nömrəli qətnaməsi ilə (hakim Mirələm Quliyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 zəbt etdikləri JN 169 nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsindən çıxarılaraq torpağın boşaldılıb iddiaçının mülkiyyətinə qaytarılması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə nəticəyə gələrkən hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin 0,03 ha hissəsi İddiaçı JN-169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə mülkiyyətinə verilmiş torpaq sahəsinə, 0.08 ha hissəsi isə bələdiyyə mülkiyyətinə aid (919BB) olan torpaq sahəsinə düşməsi Azərbayc an Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9 dekabr 2022-ci il tarixli 10/5655 saylı ekspert rəyi ilə müəyyən edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron Kadastr Sisteminin yaradılması qaydalarına əsasən torpaq sahələrinin əvvəllər mövcud olmuş kadastr göstəriciləri, sənədlərdə göstərilmiş yerləşmə vəziyyəti elə də əhəmiyyət kəsb etmir. Əsasən həmin ərazinin faktiki yerləşmə vəziyyəti nəzərə alınmaqla Elektron - SAD-da yerləşdirilir. İstifadəçinin hasarlanmış həyətyanı torpaq sahəsi onun istifadəsinə verilməlidir və elektron kadastrlar da (yəni torpaq sahəsinin planı və ölçüsü sənədi) bu qaydada tərtib olunmalıdır. Çünki, əvvəllər mütəxəssislərin tərtib etdikləri torpaq sahələrinin plan və ölçüləri çox hallarda qeyri-dəqiq olur. Cavabdeh qeyd etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş üzrə Qobustan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsində yazılanlardan aşkar görünür ki, yenə eyni tərəflər arasında eyni əsaslarla, eyni predmet barəsində iddia tələbi irəli sürülmüşdür. Belə ki, yenə eyni iddiaçı JN 169A, kod 30709018 saylı torpaq şə hadətnaməsinə istinad edərək 0.03 ha torpaq sahəsinin boşaldılması və onun mülkiyyətinə qaytarılması tələbini vermişdir. Odur ki, eyni tərəflər arasında eyni predmet barəsində, eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan bu iş üzrə icraata xitam verilməli, iddia tələbi isə təmin edilməməlidir.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1222/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Fuad Məmmədov-sədrlik edən və məruzəçi, Lalə Rəhimli və Almaz Süleymanova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi ilk növbədə onu qeyd etmişdir ki, baxılan mübahisə torpaq sahəsinə s ahibliyin müdafiəsi ilə bağlıdır. Belə ki, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən heç bir qanuni əsas olmadan tutulduğuna və dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, qanunsuz sahibliyin davam etdirilməsinə istinad edərək hazırkı iddia tələbini irəli sürmüşdür.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, torpağın mülkiyyətə verilməsinə dair JN-169A saylı şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinə verilmiş həyətyanı torpaq sahəsinin 0,03 ha hissəsində torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir.

17. Həmin iş üzrə sübut növü kimi qiymətləndirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9 dekabr 2022-ci il tarixli 10 /5655 saylı ekspert rəyinə və istinad olunan mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, elektron baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin 0.03 ha hissəsi İddiaçı JN-169A nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətinə verilmiş torpaq sahəsinə düşür.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda baxılan iş üzrə də, cavabdehlər naturada istifadə etdikləri torpaq sahəsinə aid heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişlər.

19. Belə ki, məhkəməyə mübahisəli 0.03 ha torpaq sahəsinin onların qanuni istifadələrində olmasını təsdiq edən mötəbər sübut növü təqdim etməmişlər.

20. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, hər iki iş üzrə mübahisə eyni tərəflər arasında olsa da, mövcud iddia eyni predmet və eyni əsaslar üzrə verilməmişdir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti- iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir.

22. Konstitusiya Məhkəməsinin qərarında həmçinin qeyd olunmuşdur ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırı ldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirmiş və hesab etmişdir ki, yuxarıda sadalanan qanunvericilik aktları normalarına əsasən birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin mövcud dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139.1, 139.3, 157.4, 157.5, 164.1, 164.2. 165.1, 165.2, Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1,2,6-cı, 111-ci maddənin 1,2, 3-cü hissələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlill əri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə MPM-nin 184-cü maddəsinin tələbini pozmuşdur. Həm birinci, həm apellyasiya instansiyası məhkəməsində yazılı və şifahi olaraq verdiyi vəsatətlərə baxılmamış, ümumiyyətlə bu vəsatətlərə heç bir münasibət bildirilməmişdir. Belə ki, o, məhkəmə prosesində JN-169A, Kod 30709018 saylı torpaq şəhadətnaməsinin etibarsızlığı ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi verildiyini bildirərək həmi n iddia tələbi həll olunana kimi bu iş üzrə məhkəmə icraatının dayandırılmasını xahiş etmişdir. Lakin nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi həmin vəsatətlərə baxmamışdır. Hansı ki, bu vəsatətlərin təmin olunacağı halda iş üçün əhəmiyyətli ola bilərdi.

27. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184cü maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

29. Maddə 13 (hissə1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

30. Maddə 13 (hissə 2). Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

31. Maddə 13 (h issə 3). Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

32. Maddə 29 (hissə 1). Hər kəsin mülkiyyət hüququ vardır.

33. Maddə 29 (hissə 2). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

34. Maddə 29 (hissə 3). Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xita mı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

36. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

38. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

39. Maddə 111.1 Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərba ycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəld iyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfin dən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin lə ğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

50. Kassasiya şikayətinin iş üzrə icraatın dayandırılması barədə vəsatətlərə qiymət verilməməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər birinci instansiya məhkəməsində belə vəsatət versələr də, JN-169A, Kod 30709018 saylı torpaq şəhadətnaməsinin etibarsızlığı ilə bağlı iddia ərizəsinin Sumqayıt İnzibati Məhkəməsinin icraatına qəbul edilməsi barədə müvafiq sübut təqdim etməmiş, apelyasiya məhkəməsində isə bu barədə hər hansı vəsatət verməmiş və inizbati işin nəticəsi barədə hər hansı sübutu məhkəmələrə təqdim etməmişdirlər. Buna görə də, kassasiya şikayətinin bu dəlili əsassızdır.

51. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

52. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlə rə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1222/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar