Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1470/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçı X3 və vəkili X4 iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh Bəşirova Mayıl Əbduləzim qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov, iş № 2(060)-3790/19) iddiaçı X3 cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış sahəsinə hüququn tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilərək iddiaçı N.Əsgərovanın yetkinlik yaşına çatmayan uşağı X1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh5 və Cavabdeh1 apelyasiya şikayəti vermişlər. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev-sədrlik edən və məruzəçi, G.Tağızadə və E.Rəhimov, iş № 2(105)-3112/19) cavabdehlər Cavabdeh5 və Cavabdeh1 tərəfindən verilmişapelyasiya şikayətiqismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabde h5 və Cavabdeh1 münasibətdə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunaraq iddia təmin edilmiş, iddiaçı X3 yetkinlik yaşına çatmayan uşağı X1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir. Cavabdeh Bəşirova Mayıl Əbduləzim qızı kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı X7 cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı övladı X1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra idd iaçı X7 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edib, onun ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı N.Əsgərova və vəkili S.Əliyeva məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan R espublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında cavabdehlərdən yalnız Cavabdeh1 mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız onun şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məruzəçini, iddiaçı N.Əsgərovanın və vəkili S.Əliyevanın izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli,Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 23 oktyabr 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edərkən aşağıdakıları nəzərə almışdır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh3 və X7 08 avqust 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 05 oktyabr 2010-cu il təvəllüdlü Həsənağa adlı bir övladları vardır. Mübahisə predmeti olan ünvan 1-da yerləşən 8 saylı mənzil dövlət mənzil fonduna daxil olub, 04.08.1989-cu il tarixli orderə əsasən icarədarı X2r və həmin mənzildə m ənzilin icarədarından başqa 5 nəfər ailə üzvü qeydiyyatdadır. Apelyasiya instansiyası məhkəməsi tərəflər arasındakı mübahisəli hüquq münasibətinin 2008-ci ildə yarandığını nəzərə alaraq bu münasibətlərə həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarının tətbiq edilməli olduğu qənaətinə gəlmişdir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. İşin faktiki hallarından məlum olur ki, iddiaçı N.Əsgərovanın köçürülməsini tələb etdiyi mənzil dövlət mənzil fonduna aid olan mübahisəli mənzilin icarədarı Cavabdeh1 ailə üzvü olan oğlu Cavabdeh5 tərəfindən köçürülmüş, digər ailə üzvləri isə buna etiraz etməmişlər. N.Əsgərova mübahisəli mənzildə Cavabdeh5lə birgə nikahından doğulmuş oğlan övladı ilə birlikdə yaşamaqla, onlarla birgə təsərrüfat apararaq mənzil q anunvericiliyində nəzərdə tutulmuş digər şəxs kimi icarədarın ailə üzvü statusuna malik olmuş və həmin vaxtdan da mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir. Apelyasiya instansiyası məhkəməsi cavabdehlərin birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiklərini nəzərə alaraq bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunan prosessual əsasa görə ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Resp ublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin s übutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üç ün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə topla nmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası Sumqayıt Apelyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respubli kası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bəşirova Mayıl Əbduləzim qızının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 23 oktyabr 2019-cu il tarixli, 2(105)-3112/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1470/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1470/2020
10.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver