Məhkəmə qərarları › İş №2(102)-1470/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1470/2022

15.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1470/2022 15.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə (X1 maraqlı şəxs qismində cəlb edilməklə) qarşı iddia tələbinə iş üzrə QƏRARİ iş № 2(102)-1470/22 Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Əra zi İdarəsinə (üçüncü şəxs X1) protokolların, maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6627/2021 nömrəli iş üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci, apellyasiya və kassasiya instansiyası məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə (MTK), Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, M.H.Naxçıvani küçəsində yerləşən 15 saylı evin 212 nömrəli mənzilinin Cavabdeh 2 adına rəsmiləşdirilməsinə dair 18 mart 2006-cı il tarixli ümumi yığıncağın 11 saylı protokolunun və 22 yanvar 2007-ci il tarixli ümumi yığıncağın 13 saylı protokolunun sonuncuya aid olan hissədə etibarsız hesab edilməsi, 25 yanvar 2007-ci il tarixli, 04 saylı maliyyə arayışının etibarsız hesab edilməsi, həmin mənzilin sənədləşməsinin əvvəlki vəziyyətə qaytarılaraq iddiaçının adına 14 iyun 2005-ci il tarixdə bağlanmış müqavilənin bərpa edilməsi və kooperativ pay haqqının ödənilməsinə dair onun adına maliyyə arayışının verilməsinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması, eyni zamanda sənədlər əsasında mübahisəli mənzilə dair Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli 27.07.2016-cı il tarixli çıxarışın DƏDRX-in Bakı Ərazi İdarəsi tərəfindən ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-644/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova) iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-6627/2021 nömrəli iş üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri İddiaçı (nümayəndə və Və kil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışı zamanı Məhkəmə kollegiyasına “Elektron Məhkəmə” sistemi vasitəsilə iddiaçının nümayəndəsi və vəkili tərəfindən imzalanmış ərizə daxil olmuşdur. Ərizədə iddiaçının nümayəndəsi (vəkili) iddiaçının iddia tələbindən imtina etdiyini bildirmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq saziş ini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (maddələr 52.1, 191.2, 261.0.4, 417.1.5). Məhkəmə kolleg iyası hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizə qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli, qətnamə ləğv olunmalı və mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı iddiadan imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6627/2021 nömrəli iş üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X1) protokolların, maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğv olu nması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar