Məhkəmə qərarları › İş №2(102)-1471/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1471/2024

01.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1471/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxsna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1674/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Ma raqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Ərizəçi məxsus xx.xx.1973-cü il tarixli hərbi biletin surətinə əsasən, Ərizəçi 27 may 1973-cü ildən 11 may 1975-ci ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs (bundan sonra maraqlı şəxs) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci və 34-cü maddələrinin tələblərinə görə ərizəçiyə xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödən ilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən xx.xx.1973-cü ildən xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olduğunuz müddət və xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixədək təhsil aldığınız illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 30 il 2 ay sığorta stajınız və xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 13.413,60 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanaraq xx.xx.2019-cu il tarixdən (artıq ödəmənin müəyyən edildiyi xx.xx.2022-ci il tarixli qərardan 3 il əvvələ) 245,57 manat müəyyən edilmişdir.

3. Laçın rayon Aqrar İslahat Komissiyasının işçi qrupunun xx.xx.2023-cü il tarixli məktubuna və Laçın rayon Döv lət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən, Laçın rayonu, Ağbulaq kəndi üzrə “Qələbə” kolxozu 1966-cı ildə “Lenin” adına sovxozdan ayrılmış, 1976-cı ildə yenidən “Lenin” adına sovxoz ilə birləşərək “Lenin” adına sovxoz adlandırılmış, 1981-ci ildə isə “Lenin” adına sovxozdan ayrılaraq, yenidən “Qələbə” adına sovxoz adlandırılmışdır. Sonradan “Ağbulaq” kolxozu isə 1989-cu ildə “Qələbə” adına kolxozdan ayrılaraq fəaliyyət göstərmişdir. Həmin sovxoz və kolxozların 1966-cı ildən 1992-ci ilin may ayınadək olan fəaliyyətinə dair sənədləri 1992-ci ilin may ayında Laçın rayonu, Ermənistan silahlı birləşmələri tərəfindən işğalı ilə bağlı olaraq həmin təsərrüfatların müvafiq olaraq Laçın rayonu, Qarakeçdi, Şeylanlı və Ağbulaq kəndlərindəki idarə binasında qalmışdır. Əlavə olaraq bildirmişlər ki, Laçın rayonu, “Ağbulaq” kolxozunda 1999-cu ilin dekabr ayında aqrar islahat aparıldığına görə həmin kolxozun fəaliyyəti 2000-ci ilin yanvar ayından dayandırılmışdır. Həmin kolxozun 19921999-cu illərdəki fəaliyyətinə dair sənədləri kolxozun Yerli Aqrar islahatı Komissiyasında saxlanılmış, lakin hazırda həmin sənədlərin harada saxlanılması barədə məlumat yoxdur.

4. Maraqlı şəxsin etiraz ərizəsinə əsasən, ərizəçi xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək Laçın rayonu, Ağbulaq kolxozunda fəhlə işlədiyi illərə dair arayışlar Mərkəzi Filiala təqdim olunmadığı və Laçın rayonu vaxtilə işğal olunması səbəbilə iş stajının yerində yoxlanılması qanunvericiliklə mümkün hesab edilməmişdir. Ərizəçi, xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək Laçın rayonu, Ağbulaq kolxozunda fəhlə işləməsi faktının təsdiq edilməsi yalnız Ərizəçi ilə eyni illərdə işləmiş və əmək kitabçası olan iki və daha çox şahidin iştirakı ilə mümkündür.

5. X7, X5 və X8 tərəfindən tərtib edilmiş və Laçın Rayon İcra Hakimiyyəti başçısının Ağbulaq kənd üzrə icra nümayəndəliyi tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2023cü il tarixli aktın məzmununa əsasən, ərizəçi xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci ildən xx.xx.1977-ci tarixədək Laçın rayonu, Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləmişdir. 6. 01.01.1967-ci il tarixli əmək kitabçasının notarial qaydada təəsdiqlənmiş surətinə əsasən, şahid X7 1966-cı ildən xx.xx.1976-cı il tarixədək Laçın rayonu, Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) kolxozçu işləmişdir.

7. Laçın Rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 2(047)-20/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən, X1 1967-1992-ci illər ərzində Laçın rayonu, Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) zootexnik işləməsi faktı müəyyən edilmişdir. 8. 10.03.1956-cı il tarixli əmək kitabçasının notarial qaydada təəsdiqlənmiş surətinə əsasən, şahid X8 xx.xx.1956-cı ildən xx.xx.1989-cu il tarixədək Laçın rayonu, Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə və sağıcı işləmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. a)Birinci instansiya məhkəməsində icraat:

9. Ərizəçi (bundan sonra ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraql ı şəxsna (bundan sonra maraqlı şəxs) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək Laçın rayonu, Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü ildə Laçın rayonu, Ağbulaq kəndində anadan olmuş, xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək Laçın rayonu, Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləmişdir. Laçın rayonu 18 may 1992-ci ildə erməni qəsbkarları tərəfindən işğal edildikdən sonra Ağcabədi rayon Taxta körpü ərazisində Ağbulaq obasında məskunlaşmış, lakin Laçın rayonu, Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işlədiyi illəri təsdiq edən əmək kitabçası, kolxozun və sovxozun bütün sənədləri 1992-ci ildə Laçın rayonunun işğala məruz qalması ilə əlaqədar işğal zonasında qalmış və müharibə şəraitində onların mühafizə olunması mümkün olmamışdır. Ona görə də onun xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək Laçın rayonu, Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda)işlədiyinə dair arxiv arayışının verilməsi də mümkün olmamışdır. Bu barədə Laçın rayon Dövlət Arxiv idarəsi tərəfindən verilmiş arayışı ərizəsinə əlavə etmişdir. Hazırda pensiyaçıdır və ona əmək pensiyası təyin edilən zaman qeyd edilən illərin nəzərə alınması üçün etdiyi müraciətinə maraqlı şəxsin Mərkəzi Filialında baxılmış, lakin Laçın rayonu, Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işlədiyi illərin onun əmək stajına əlavə edilməsindən imtina edilmişdir. Həmin kolxozda (sovxozda) işləməsini onunla birlikdə işləmiş şəxslər də təsdiq edə bilərlər. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək Laçın rayonu, Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işlədiyi illər üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək göstərmişdir ki, o, 1966-ci ildən 1977-ci ilə kimi Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) kolxozçu işləmişdir. Əri zəçi onun həmyerlisidir və ərizəçi həqiqətən də xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977ci tarixədək Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləmişdır.

12. Laçın Rayon Məhkəməsinin 2(047)-505/2023 saylı, 01 avqust 2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, ərizəçinin xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci ildən xx.xx.1977-ci tarixədək Laçın rayonu, Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qət edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, ərizəçinin xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci ildən xx.xx.1977-ci tarixədək Laçın rayonu, Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxo zunda) fəhlə işləməsi ərizəçi ilə birlikdə həmin sovxozda və kolxozda işləmiş şahid ifadələri, akt və digər sübutlarla təsdiq edilmişdir. Laçın rayonu 18 may 1992-ci ildən Ermənistan ordusu tərəfindən işğal edilmiş, həmin dövrə aid sənədlər işğal zonasında qalmışdır. İş materialları ilə təsdiq edilmişdir ki, Laçın rayonu, Qələbə (Lenin və Ağbulaq) adına kolxoz (sovxoz) 2000-ci ilədək fəaliyyət göstərmiş və aqrar islahat nəticəsində həmin kolxoz ləğv edilmişdir. Qeyd edilənlərə əsasən də, məhkəmə iclası zamanı ərizəçinin xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci ildən xx.xx.1977-ci tarixədək Laçın rayonu, Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləməsi, əmək pensiyasına çıxması ilə əlaqədar olaraq maraqlı şəxsə müraciət etməsi və maraqlı şəxs tərəfində n ərizəçinin xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci ildən xx.xx.1977-ci tarixədək Laçın rayonu, Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləməsinin nəzərə alınmayaraq ərizəçiyə müvafiq olaraq əmək pensiyasının təyin edilməsi və ərizəçinin xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək iş stajı barədə sənədinin olmaması müəyyən edilmişdir. Göstərilənlərə əsasən də məhkəmə ərizənin təmin olunmasını, yəni ərizəçinin xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci ildən xx.xx.1977-ci tarixədək Laçın rayonu, Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini qanuni və əsaslı hesab etmişdir.

14. Məhkəmə öz hüquqi mövqe yini əsaslandırarkən Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 307.1, 308, 309.1, 310.1-ci maddələrinə, habelə MPM-nin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Maraqlı şəxs apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, ərizəçi Laçın rayonunun işğal olması və buna görə də sənədlərini ala bilməməsini qeyd etsə də, Laçın rayonu işğal olunan anadək ərizəçinin adına əmək kitabçası açıla bilərdi. Müfaviq qeydlərin olmaması ərizəçinin iradəsin dən asılı olan səbəb idi. Bundan başqa iş üzrə şahid qismində izahat vermiş X2 əmək kitabçasında1966-cı ildən xx.xx.1976-cı ilə kimi Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) kolxozçu işləməsi, şahid X3 əmək kitabçasında isə xx.xx.1956-cı ildən xx.xx.1989-cu il tarixə kimi Laçın rayon Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə və sağıcı işləməsi qeyd olunmuşdur. Qeyd olunan bu hal onu göstərir ki, ərizəçi xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək olan sənədlərin işğal zonasında qaldığını və bu səbəbdən də onun əmrlərinin mövcud olmadığını qeyd etsə də, iş üzrə izahat vermiş şahidlərin əmək kitabçalarında sözügedən illərin qeyd olunması ərizəçinin bu tələbinin əsassızlığını sübut edir. Həmçin in ərizəçiyə məxsus 02564055 nömrəli kolxozçunun əmək kitabçasının surətindən görünür ki, sözügedən kitabçada 1979- cu il tarixdən etibarən, yəni Laçın rayonunun işğal olunmasından əvvələ təsadüf edən qeydlər mövcuddur. Hesab edirlər ki, məhkəmə müvafiq qətnamədə bu hala aydınlıq gətirməmiş və kifayət qədər araşdırma aparmamışdır. Ərizəçi xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək olan sənədlərin işğal zonasında qaldığını və bu səbəbədən də onun əmrlərinin mövcud olmadığını qeyd etsə də, iş üzrə izahat vermiş şahidlərin əmək kitabçalarında sözügedən illərin qeyd olunması ərizəçinin bu tələbinin əsassızlığını sübut edir. Həmçinin ərizəçiyə məxsus 02564055 nömrəli kolxozçunun əmək kitabçasının surətindən görünür ki, sözügedə n kitabçada 1979-cu il tarixdən etibarən, yəni Laçın rayonunun işğal olunmasından əvvələ təsadüf edən qeydlər mövcuddur.

17. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2(106)-1674/2023 saylı qətnaməsi ilə (hakimlər C.F.İmanov sədrlik edən, məruzəçi, T.S.Kərimov və P.T.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Laçın Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tət biq etmişdir.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillər ona qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz.

20. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə, İnsan Hüquqlarının və X6 X4 6-cı maddəsinə, habelə MPM-nin 14.2, 77.1, 307.1, 307.2.11, 308-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

21. Maraqlı şəxs (Vəkil1) kassasiya şikayəti ver ərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ərizənin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan g öründüyü kimi iş stajının təsdiq olunması üçün:

1. Ən azı iki nəfər şahid olmalı;

2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli);

3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Ərizəçi, Laçın rayonunun işğal olması və buna görə də sənədlərini ala bilməməsini qeyd etsə də, Laçın rayonu işğal olunan anadək ərizəçinin adına əmək kitabçası açıla bilərdi. Belə ki, müfaviq qeydlərin olmaması ərizəçinin iradəsindən asılı olan səbəb idi. İş üzrə şahid qismində izahat vermiş X2 əmək kitabçasında 1966-cı ildən xx.xx.1976-cı ilə kimi Laçın rayonu, Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) kolxozçu işləməsi, şahid X3 əmək kitabçasında isə xx.xx.1956cı ildən xx.xx.1989-cu il tarixə kimi Laçın rayonu, Q ələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə və sağıcı işləməsi qeyd olunmuşdur. Qeyd olunan bu hal onu göstərir ki, ərizəçi xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci ildən xx.xx.1977ci il tarixədək olan sənədlərin işğal zonasında qaldığını və bu səbəbədən də onun əmrlərinin mövcud olmadığını qeyd etsə də, iş üzrə izahat vermiş şahidlərin əmək kitabçalarında sözügedən illərin qeyd olunması ərizəçinin bu tələbinin əsassızlığını sübut edir. Həmçinin ərizəçiyə məxsus 02564055 nömrəli kolxozçunun əmək kitabçasının surətindən görünür ki, sözügedən kitabçada 1979-cu il tarixdən etibarən, yəni Laçın rayonunun işğal olunmasındanəvvələ təsadüf edən qeydlər mövcuddur.Ali Məhkəmə Plenumunun müvafiq qərarının 1.2-ci bəndində həmin bənddə sadalanan halların birlikdə mö vcud olması şərtləndirilir. Onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hazırki halda apellyasiyainstasiyası məhkəməsində icraat zamanı məhkəmə iclasında iştirak edən Ərizəçi ona 2003-cü ildə pensiya təyin edildiyini, ərizəsi üzrə hüquqi əhəmiyyətli fakt qaydasında təsdiq olunmasını xahiş etdiyi illərin həmin pensiyanın təyini zamanı maraqlı şəxsin özünün idarəsi tərəfindən şahid ifadələri üzrə protokollar əsasında nəzərə alınaraq stajına əlavə edildiyini bildirmişdir. b)Kassasiya şikayətinə etiraz

23. Ərizəçi vəkili və nümayəndəsi Vəkil2 kassasiya şikayətinə qarşı etiraz ərizəsində göstərmişdir ki, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Maraqlı şəxs tərəfindən verilmiş şikayət əsassızdır, heç bir normaya əsaslanmır. Buna görə də o, kasssasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(106)-1674/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

25. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın

26. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.

27. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kas sasiya şikayətində qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

30. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

31. Maraqlı şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarını n tələblərini pozduğunu, ərizənin təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də kassasiya instansiyası məhkəməsi maraqlı şəxsin bu dəlilləri ilə razılaşmır.

32. Belə ki apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, ərizəçinin xx.xx.1971ci ildən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci ildən xx.xx.1977-ci tarixədək Laçın rayonu, Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləməsi, onunla birlikdə həmin sovxozda və kolxozda işləmiş şahid ifadələri, akt və digər sübutlarla təsdiq edilmişdir.

33. Belə ki Laçın rayonu 18 may 1992-ci ildən Ermənistan ordusu tərəfindən işğal edilmiş, həmin dövrə aid sənədlər işğal zonasında qalmışdır. Həmçinin mülki iş materialları ilə təsdiq olunmuşdur ki, Laçın rayonu, Qələbə (Lenin və Ağbulaq) adına kolxoz (sovxoz) 2000-ci ilədək fəaliyyət göstərmiş və aqrar islahat nəticəsində həmin kolxoz ləğv edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq qeyd etmişdir ki, ərizəçinin xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci ildən xx.xx.1977-ci tarixədək Laçın rayonu, Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləməsi, əmək pensiyasına çıxması ilə əlaqədar olaraq maraqlı şəxsə müraciət etməsi və maraqlı şəxsin ərizəçinin xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci ildən xx.xx.1977-ci tarixədək Laçın rayonu, Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləməsini nəzərə almayaraq ona müvafiq əmək pensiyası təyin etməsi və ərizəçinin xx.xx.1 971-ci ildən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək iş stajı barədə sənədinin olmaması müəyyən edilmişdir.

35. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərək, yəni ərizəçinin xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci ildən xx.xx.1977-ci tarixədək Laçın rayonu, Qələbə (Lenin və Ağbulaq) kolxozunda (sovxozunda) fəhlə işləməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktı müəyyən etməsi qanuni və əsaslı olmuşdur.

36. Qeyd olunanlara əsasən kassasiya instansiyası məhkəməsi maraqlı şəxsin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, maraqlı şəxsin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2(106)-1674/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar