Məhkəmə qərarları › İş №2(102)-1472/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1472/2019

11.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1472/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1472/2019 şəhəri 11 mart 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.09.2018-ci il tarixli, 2(103)-3728/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayo n Məhkəməsinin (hakim M.Sadıqov) 28.12.2017-ci il tarixli, 2(007)6540/2017 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinə qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 20000 (iyirmi min) ABŞ dolları pulun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə və 21000 (iyirmi bir min) manat pulun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə yəmin edilməməsi, məhkəmə xərclərinin Cavabdeh aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov, X.Cəmilova, A.Hüseynov) 24.09.2018-ci il tarixli, 2(103)-3728/2018 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh apelyasiya şikayətinin qismən təmin edilərək, iş üzrə Bakı şəhəri N izami rayon Məhkəməsinin 28.12.2017-ci il tarixli qətnaməsinin cavabdehdən iddiaçının xeyrinə 21000 manatın tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin iqsmən təmin edilməsi, Cavabdeh 9471 (doqquz min dörd yüz yetmiş bir) manat pulun tutularaq X2 ödənilməsi, Cavabdeh apelyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 27.10.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan manatı ilə pul vəsaitinin və 21000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməs ini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan manatı ilə, 21000 manat pulun vəsaitinin, pul vəsaitlərini qanunsuz saxladığına, görməli olduğu işləri görmədiyinə, hazırda isə pulunu qaytarmaqdan boyun qaçırdığına görə bank uçot dərəcəsi nəzərə alınmaqla, cəmi 30000 manat, mənəvi zərərə görə 25000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı Cavabdehə məxsus 12 sot torpaq və üzərində y erləşən bağ evini alması ilə bağlı şəxsən cavabdeh ilə söhbət etməmiş, ona pul verməmiş və onunla nəsə barədə razılaşmamışdır. Həmin torpaq sahəsi cavabdehə ata-babalırndan qalmışdır. Toraqpların bölgüsü zamanı həmin torpaq sahələrindən 12 sotu cavabdehin həyat yoldaşının adına verilmişdir. 1999-cu il tarixdə həmin torpaq üzərində bağ evi inşa edilmişdir. Torpaq sahəsinə və onun üzərindəki bağ evinə görə bələdiyyə ödənişləri cavabdehin həyat yoldaşı tərəfindən həyata keçirilmişdir. İddiaçı bağ evini satın almaq üçün 2011ci ilin iyul ayında cavabdehin həyat yoldaşı Bəsti ilə 50000 ABŞ dolları pul verilməsi ilə razılaşmışlar. İddiaçı həmin puldan hissə-hissə 20000 ABŞ dolları adı ilə faktiki olaraq 16500 manat pulu baldızı Akirənin vasitəsi ilə cavabdehin həyt yoldaşı Bəstiyə vermişdir. Razı lıq belə olmuşdur ki, iddiaçı ikinci şadlıq evini tikdirib qurtardıqdan sonra qalan 30000 ABŞ dollarını tam şəkildə verəcəkdir. 2012-ci ildə iddiaçı onlara məxsus torpağın üzərində kürsülü, hər birinin sahəsi 15 və 16 kv.m olan iki otağı, həmin otaqların qarşısında başdan-başa yerləşən eyvanı, tualet və mətbəxi olan evi sökdürmüş və yerində öz istədiyi kimi tikinti aparmağa başlamışdır. İdiaçı evin yerində bir otaq, bir mətbəx və bir qaraj tikmiş, lakin onların üstünü örtməmişdir. Həmin tikili 4 dövardan ibarət olmuşdur. İddiaçıya həmin ərazidə yaşayan digər şəxslər kimi cavabdehgilin də əmlaklarının mülkiyyətdə olduğu bildirilmişdir. İddiaçı isə həmin əmlakın özəlləşdirilməsi ilə özü məşğul olacağını bildirmişdir. Ona bu barədə vəd verilməmişdir. İddiaçının əsas məqsədi cavabdehin əhyat y oldaşı ilə aralarında olan razılaşmaya uyğun ödənilməmiş 30000 ABŞ dolları pulu ödəməkdən yayınmaqdır. Cavabdeh iddiaçı üçün ümumiyyətlə heç bir iş görməmişdir. Ona görə iddiaçının cavabdehə qarşı iddia qaldırmasının hüquqi əsası yoxdur. Belə ki, torpaq və onun üzərindəki bağ evinin satılması ilə bağlı razılaşma iddiaçı ilə cavabdehin həyat yoldaşı Bəsti arasında olmuşdur. Hazırda iddiaçının guya ödəmiş olduğu 20000 ABŞ dolları pulu və torpaq sahəsində inşa etdiyi tikiliyə görə sərf etmiş olduğu 21000 manat pulu cavabdehdən tələb etməsi heç bir məntiqə əsaslanmır. Apellyasiya baxışı zamanı ekspertiza təyin olunmuş və ekspert rəyinə əsasən yarımçıq tikiliyə sərf edilmiş vəsaitin məbləği 9471 manat kimi müəyyən edilmişdir. Ekspert rəyi də reallığı əks etdirmir. Belə ki, yarımçıq tikilini tik ən texniki təhsilli ustanın şifahi hesablamasına görə, yəni daşın alınması və gətirilməsi, sementin alınması və gətirilməsi (qum həyətdən götürülmüşdür), fəhlənin və ustanın əmək haqqı hesablanmaqla cəmi 5200 manat yeni tikintiyə pul xərclənmişdir. Digər tərəfdən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi əsas nəticəni, yəni 20000 ABŞ dollarının iddiaçıya ödənilməsi hissəsinə toxunmamışdır. Halbuki iddiaçının 20000 ABŞ dolları verməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Əgər iddiaçı aralarında olan razılaşmanı pozaraq ödədiyi pulu geri tələb edirsə, onda o, əvvəlki vəziyyəti bərpa edərək həmin torpağın üzərində iki otaq, bir mətbəx, bir eyvan, hamam və tualeti olan evlərini əvvəlki vəziyyətdə onlara təhvil verilməli idi. İdidaçı isə onların yaşadığı bağ evini sökmüş, həm də ödədiyi pulu tələb edir. Məhkəmə isə bu hala qiymət verməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.09.2018-cı il tarixli, 2(103)3728/2018 nömrəli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı, Cavabdeh və üçüncü şəxs Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 və vəkili Rəhimov Mirzəmməd İsmayıl oğlu kassasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, məhkəmədən kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Cavabdeh 2011-ci ildə Bakı şəhəri********** yerləşə n 12 sot torpaq sahəsini sataraq müvafiq arxiv sənədlərini almaqla, bələdiyyədən sərəncam verilməklə və bütün sənədləşmə üçün rüsum məbləği daxil olmaqla tam sənəd əsasında onun adına keçirilməsi üçün İddiaçı 2011-ci ildə 20.000 ABŞ dolları pul almışdır. Cavabdeh məhkəmə iclaslarında müxtəlif ziddiyyətli izahatlar versə də, torpağın dəyəri olaraq 20.000 ABŞ dollarını iddiaçıdan almasını təsdiq etmişdir. Çünki ilkin izahatlarında cavabdeh polisdə ona təsir edildiyini, heç kimdən pul almadığını bildirsə də, sonrakı izahat və etirazlarında, apelyasiya şikayətində 20.000 ABŞ dolları almasını təsdiq etmişdir. Həmin fakt öz təsdiqini tapdıqdan sonra cavabdeh başqa dəlili irəli sürərək torpaq sahəsinin qiymətinin 50.000 ABŞ dollarına razılaşdıqlarını, iddiaçının 20.000 ABŞ dolları verdiyini, laki n qalan məbləği vermədiyini bildirmişdir. İşə baxan məhkəmə haqlı olaraq sübutlara məcmu halında qiymət verərək torpağa görə 20.000 ABŞ dolları ödənilməsi halını sübuta yetirilən hal kimi dəyərləndirmişdir. Bundan başqa, işdən görünən odur ki, əslində cavabdeh torpaq sahəsinin başqasına məxsus olmasını, başqa şəxs tərəfindən satılmasını iddiaçıya bildirsə də, sonradan həmin torpaq sahəsinin öz sahəsi olaraq iddiaçıya satılmasını həyata keçirmişdir. Bununla da bağlı cavabdeh ziddiyyətli izahatlar versə də, sonda torpaq sahəsinin həyat yoldaşının ata-baba torpağı olması dəlilini irəli sürmüşdür. Mübahisəli torpaq sahəsinin cavabdehə məxsus olmasına dair heç bir sənəd mövcud deyil. Həmin torpaq sahəsinin hansı mülkiyyət növündə olması, hər-hansı bir şəxsə ayrılıb-ayrılmaması barədə müvafiq rə smiləşmə olmamışdır. Cavabdeh özünə məxsus olmayan torpaq sahəsini ididaçıya satmaqla 20.000 ABŞ dolları pul almış, sonradan həmin sahədə iddiaçının vəsaiti hesabına iddiaçı üçün tikinti aparılmasını həyata keçirmişdir. İşə baxan məhkəmə iddiaçının deməsini əsas tutaraq eyni zamanda tikintiyə çəkilən 21.000 manat pulun cavabdehdən tutulmasını qət etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarət olmuşdur ki, tikintiyə çəkilən xərclərə dair heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlili ilə razılaşaraq 09 aprel 2018-ci il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertiza təyin etmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəylə müəyyən edilmişdir ki, Bakı şəhəri *********** yerləşən mübahisəli 0,12 ha torpaq sahəsi ndə bir mərtəbəli yarımçıq tikilinin inşa olunmasına sərf olunmuş vəsaitin təqribi məbləği 9471,0 manat müəyyən edilir. Beləliklə, iddiaçının cavabdehdən 20.000 ABŞ dolları və 9471 manat pul tutulması tələbi əsaslıdır. İşə baxan məhkəmə haqlı olaraq iddia tələbinin qanuni əsası kimi əsassız varlanmadan irəli gələn maddi hüquq normalarını tətbiq etmişdir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, əslində torpaq sahəsində inşa edilmiş yarımçıq tikiliyə iddiaçının 9471 manat pul xərcləməsi cavabdehin varlanması kimi dəyərləndirilə bilməz. Çünki mübahisəli torpaq sahəsi cavabdehə də məxsus deyil. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində iddiaçıya zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müd afiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 21.000 manat tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin olunaraq ekspert rəyində nəzərdə tutulan məbləğ cavabdehdən tutulmalıdır. Həmin hissədə prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, tələbin qanuni əsası göstərilməmişdir. Kassasiya koll egiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi24.09.2018-cı il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh apelyasiya şikayətinin qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28.12.2017-ci il tarixli qətnaməsinin cavabdehdən iddiaçının xeyrinə 21000 manatın tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin iqsmən təmin edilməsi, Cavabdeh 9471 (doqquz min dörd yüz yetmiş bir) manat pulun tutularaq X2 ödənilməsi, Cavabdeh apelyasiya şikayətinin qalan hissədə təmin edilməməsi qənaətinə gələrkən haqlı olmuş, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahis ənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, cavabdeh tərəfin kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəliləri ilə eynilik təşkil etmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlillərə hüquqi və qanuni qiymət vermişdir. Cavabdeh tərəfin apelyasiya şikayətində göstərilən dəlilərindən əlavə digər dəlili olan “ekspert rəyi ilə yarımçıq tikilinin qiymətinin yüksək müəyyən edilməsi, texniki təhsilli ustanın həmin tikiliyə çəkilən xərcin 5200 manat həddində müəyyən etməsi” dəlilinə gəldikdə isə, iş materiallarında cavabdehin həmin dəlilinin əsaslılığına, ekspert rəyinin isə qeyri-mötəbərliyinə dəlalət edən hər hansı sübut müəyyən edilməmişdir. Digər tərəfdən cavabdeh tərəfin “iddiaçı tərəf razılaşmanı pozaraq ödədiyi pulu tələb edirsə, qeyd edilən torpaq sahəsi üzərində mövcud olmuş onların bağ evini əvvəlki vəziyyətdə onlara təhvil verməli idi, lakin məhkəmə bu hala qiymət verməmişdir” fikrinə gəldikdə isə, kassasiya kollegiyası bununla bağlı qeyd edir ki, iş materiallarında cavabdehin iddiaçıya qarşı hər hansı tələbinə rast gəlinməmiş, haqlı olaraq hər iki instansiya məhkəməsində bu hala münasibət bildirilməmişdir. Beləliklə, göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci madd əsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.09.2018-cı il tarixli, 2(103)3728/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar