Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1472/2024 23.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): məhdud əşya hüquqları ilə bağlı tələblər; zəruri keçidin müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə zəruri avtomobil yolunun verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)1857/2023 nömrəli, 2 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 ap rel 2024-cü ildə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,035 ha torpaq sahəsi (bundan sonra – cavabdehin torpaq sahəsi) Cavabdeh (bundan sonra - cavabdeh) mülkiyyətindədir. Orada yerləşən fərdi yaşayış evinə dair onun adına xx.xx.2021-ci il tarixli, 9036 saylı texniki pasport tərtib olunmuşdur.
2. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi (bundan sonra – iddiaçının torpaq sahəsi) İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətindədir. Onun adına xx.xx.2012-ci il tarixli, AA 044165 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdehə qarşı iddia ərizəs i ilə məhkəməyə müraciət edərək, özünə məxsus torpaq sahəsinə gedib-gəlmək üçün cavabdehin torpaq sahəsindən zəruri avtomobil yolunun verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində X1 məxsus olan 0,065 ha torpaq sahəsinin 0,03 hissəsini o, qalan 0,035 ha hissəsini isə cavabdeh xx.xx.2012-ci il tarixdə notariat kontorunda alqı-satqı yolu ilə almışdır. Torpaq sahəsini alarkən satıcı ilə cavabdehə düşən torpaq sahəsindən ona zəruri yolun verilməsini razılaşmışlar. Həmin vaxt cavabdeh də bu razılaşmaya etiraz etməmişdir. Onlar aldıqları torpaq sahəsini dövlət reyestrində qeyd etdirməklə müvafiq çıxarış almışlar. Bir neçə ay bundan öncə, mülkiyyətində olan torpaq sahəsində ailəsi ilə bi rgə yaşamaq üçün fərdi yaşayış evi tikdirmək niyyətilə getdikdə görmüşlər ki, cavabdeh ona məxsus olan torpaq sahəsinə girmək üçün darvazanı iddiaçıya məxsus olan torpaq sahəsinin girişini bağlamaqla qoymuşdur. Mülkiyyətində olan torpaq sahəsinin olmasına baxmayaraq cavabdeh ümumi istifadədə olan küçəyə çıxış yolunun qarşısını bağlamışdır. Torpaq sahəsinə daş maşınlarının, başqa maşınların girişini və hətta piyada girişini belə tam məhdudlaşdırmışdır. Cavabdeh bütün vasitələrlə torpaq sahəsinə girişə qərəzli şəkildə maneçilik yaradır. Bunun nəticəsində isə onun hüquqları kobud şəkildə pozulur. Ona məxsus olan torpaq sahəsinə başqa hissədən zəruri yolun verilməsi mümkün deyildir. Qanunda göstərildiyi kimi, hər kəs mülkiyyətində olan torpaq sahəsindən maneəsiz istifadə etməlidir, lakin cavab dehin hərəkəti nəticəsində o, xüsusi mülkiyyətindən mərhum olmuşdur. Ona məxsus torpaq sahəsinə daxil ola bilmir, orada təyinatına uyğun olaraq fərdi yaşayış evi tikdirə bilmir. Qeyd edilənlərə əsasən iddiaçı məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(012)-6158/22 nömrəli qərardadı ilə tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. Həmin qərardada əsasən alınmış xx.xx.2023-cü il tarixli, 10/2076 nömrəli ekspert rəyinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-2/3-32/2-2755/2023 nömrəli mütəxəssis rəyinə əsasən, RX ******* saylı, xx.xx.2012ci il tarixli reyestrdən çıxarışla iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən yol elektron məlumat bazasında göstərilmədiyindən sualın cavablandırılması mümkün olmamışdır. Ümumi istifadədə olan yol mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir
6. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, e-2(012)-748/2023 nömrəli qətnaməsi ilə iddia rədd olunmuş, iş üzrə ödənilmiş dövlət rüsumu və mütəxəssis tədqiqatının aparılması üçün ödənilmiş vəsaitin iddiaçiya aid edilməsi və ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pulun iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim M.A.Abbasova).
7. Birinci instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə pred meti olan torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, cavabdehin mülkiyyətindədir və onun bu sahəyə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Buna görə də cavabdehin mülkiyyətində olan sahədən iddiaçıya dəyəri ödənilmədən zəruri yolun verilməsi mövcud qanunvericiliyin tələblərinə ziddir. Qanunvericiliyə görə iddiaçı cavabdehlə servitut barədə razılaşma olmadıqda, onun şərtlərinin tətbiq edilməsilə bağlı məhkəməyə müraciət edə bilər. Hazırki halda isə iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələbinin hüquqi əsası yoxdur və buna görə də təmin oluna bilməz. İddiaçı ona hüquqi əsas verən rəsmi sənəddəki torpaq sahəsinə bitişik cavabdehin mülkiyyətində olan sahədən yalnız servitut əldə etməklə oraya zəruri yolun verilməsini təmin edə bilər.
8. Birinci instansiya məhkəməsi hüquqi möv qeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8-ci, Mülki Məcəllənin (bundan sonra – MM) 139.1, 152.1, 152.5, 157.4, 158.3, 170.2, 239, 255.1, 255.4, 255.8-ci, Torpaq Məcəlləsinin 54-cü, “Avtomobil yolları haqqında” Qanununun 7-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2008-ci il tarixli Qərarına, Ali Məhkəməsinin Plenumunun xx.xx.2003-cü il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Sumqayıt Apelly asiya Məhkəməsinin Mülki kollegiyanın 2 noyabr 2023-cü il tarixli, 2(105)-1857/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-748/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər İ.K.Dəmirov (sədrlik edən və məruzəçi), F.Ə.Məmmədov, L.E.Rəhimli).
11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş materiallarında tərəflərin mülkiyyətində olan torpaq sahələrinin yerləşmə vəziyyətinə görə sxemi əks olunmuş və iddiaçının nümayəndəsi tərəfindən baxış üçün təqdim edilmiş mobil telefon vasitəsi ilə video çəkilişə məhkəmə kollegiyası tərəfindən baxıldıqda da həmin sxemin tam reallığı əks etdirdiyi məlum o lmuşdur. Bununla əlaqədar müəyyən olunmuşdur ki, iddiaçı və cavabdehin mülkiyyətində olan torpaq sahələrinin giriş hissələri tam açıq olmaqla hər hansı darvaza və giriş qapısı qoyulmamış, hər iki tərəfin torpaq sahələrinin sərhədləri tam hörgü ilə hasara alınmışdır.
12. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, torpaq sahələrinin sərhədləri tam hasara alındığından cavabdeh mülkiyyətindəki torpaq sahəsinə avtomobillə sərbəst daxil ola bilir, lakin iddiaçının mülkiyyətindəki torpaq sahəsinə avtomobil vasitəsi ilə deyil, yalnız piyada keçmək olur. Bununla əlaqədar iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, cavabdeh hasarın özünə məxsus hissəsini təxminən 2 metr arxaya çəkdiyi halda hazırkı mübahisə həll olunmuş olar. Lakin həmin sxemə əsasən müəyyən olunur k i, bu kimi halda cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüququ pozulmuş olar. Buna görə hazırkı mübahisə torpaq sahəsinə nəqliyyat vasitəsi ilə keçmək üçün servitut müəyyən edilməklə həll edilə bilər. İddiaçının özü də məhz iddia ərizəsində avtomobillə keçidin servitut qoyulmaqla təmin edilməsini qeyd etsə də, iddia tələbində servitutun əvəzli olaraq qoyulması mübahisələndirilməmişdir.
13. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, ümumi yolun giriş hissəsində darvaza mövcuddur və cavabdehin nümayəndəsi bununla bağlı bildirmişdir ki, həmin darvazadan hamı sərbəst istifadə edir və həmin darvaza onun tərəfindən qoyulmamış, gecə vaxtı sahibsiz itlərin daxil olmaması məqsədi ilə edilmişdir.
14. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı, «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci, Mülki Məcəllənin 139.1, 152.1, 152.5, 157.4, 158.3, 170.2, 239, 255.1, 255.4, 255.8-ci, Torpaq Məcəlləsinin 54-cü, “Avtomobil yolları haqqında” Qanununun 7, 13-cü maddələrinə, Ali Məhkəməsinin Plenumunun xx.xx.2003-cü il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 77.1, 112.1.12, 384.0.1, 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsind ə R.Rəhimova məxsus 0,065 ha torpaq sahəsinin 0,03 ha hissəsini iddiaçı, qalan 0,035 ha hissəsini isə cavabdeh alğı-satqı qaydasında əldə etmişdir. Həmin torpaq sahəsi alınarkən ilkin razılaşma əsasında cavabdeh faktiki istifadəsində olan torpaq sahəsindən istifadə etməyə razılıq vermişdir. Hətta apellyasiya instansiya məhkəməsində ümumi yolun giriş hissəsində darvazanın mövcud olduğu, həmin darvazanın da cavabdeh tərəfindən qoyulduğu müəyyən edilmişdir. Məhkəmə bu zaman cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasından ötrü real hərəkət edilməsinin məntiqi nəticəsi olmasını nəzərə almamış, bu xüsusda hər hansı dəyərləndirmə aparmamışdır. İddia tələbi üzrə ədalətli məhkəmə araşdırmasını təmin etməklə sual doğuracaq hallardan azad məhkəmə qətnaməsi qəbul etməli olduğ u halda, sübutlar üzrə natamam araşdırma aparmış, əsassız olaraq da iddia tələbinin hüquqi əsası olmadığına dair gəlinən nəticə dəyişdirilmədən saxlanılmışdır.
20. İddiaçı həmçinin bildirmişdir ki, onun torpaq sahəsindən istifadə etməsi üçün zəruri keçid avtomobil yolunun ayrılması təmin edilməlidir. Əks halda bu onun mülkiyyətində olan əmlakdan sərbəst surətdə sahiblik və istifadə hüququnu məhdudlaşdırır ki, mülkiyyət hüququna müdaxilə istənilən formada qanunsuzdur. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarını sadalansa da, həmin normalar məhkəmə tərəfindən ya tətbiq edilmək istənilməmiş, ya da səhv təfsir etməklə tətbiq edilmişdir və eyni səhv apellyasiya instansiya məhkəməsi tərəfindən də təkrarlanmışdır. Cavabdeh tərəfindən həmin torpaq sahəsinə giriş-çıxışını məhdud laşdıran hərəkətin (hərəkətsizliyin) edilməsi faktiki olaraq mülkiyyət hüququnun yalnız kağız üzərində qalmasını, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən sahiblik, həmçinin istifadə etmək hüququnu mümkünsüz etmişdir.
21. İddiaçı kassasiya şikayətinin digər dəlilini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilən ekspertiza rəyi natamam mütəxəssis rəyi əsasında tərtib edilmişdir. Həmin rəydə torpaq sahəsinə gedən yolun elektron məlumat bazasında göstərilməməsi qeyd olunsa da, bu, torpaq sahəsinin naturada ölçülməməsi, hər iki torpaq sahəsinin faktiki vəziyyətinin müəyyən edilməklə, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun naturada (faktiki) olub-olmamasının aydınlaşdırılmaması üçün əsas ola bilməz. Həmçinin, ekspert rəyi ekspert tərəfindən də yerində tərəflərin iştirakı ilə baxış keçirilmədiyindən, yalnız mütəxəssis rəyinə əsaslandığından, ekspertiza tədqiqatının nəticəsi kimi deyil, mütəxəssis tədqiqatının nəticəsi kimi dəyərləndirilməlidir. Mütəxəssis də rəy verərkən hər hansı bir məsuliyyət daşmadığından, istənilən formada rəy verə bilər ki, hazırkı rəy də məhz bunun məntiqi nəticəsidir. Bütün bunlar ekspert rəyinin natamamlığını ehtiva edir və ədalətli məhkəmə araşdırılmasını təmin etməkdən ötrü yenidən ekspertiza və yerində baxış keçirilməsini zəruri edir. Ekspertiza rəyinin natamam olması apellyasiya şikayətində də göstərilməsinə baxmayaraq, məhkəmə bu dəlili nəzərə alınmamış və dəlillər üzrə heç bir dəyərləndirmə aparmamış, şikayət edilən vəziyyətin reallıqlarını araşdırmaq əvəzinə, mobil telefon vasitəsi ilə video çəkilişə istinad etməklə şikayəti əsaslı hesab etməyərək, şikayət üzrə reallığı araşdırmaqdan ötrü torpaq sahələrinin ölçüləri, cavabdehin artıq torpaq sahəsinin zəbt etməklə, həmçinin darvazanın qoyulmaqla iddiaçının mülkiyyətində olan əmlakdan sərbəst istifadə etməsinin məhdudlaşdırılmasının yalnız ekspertiza yolu ilə müəyyənləşdirilməli olmasını nəzərə almamış, nəticədə mülkiyyət və məhkəmə müdafiəsi hüququnu pozan qətnamə qəbul etmişdir.
22. Kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 60-cı, İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6.1ci, Mülki Məcəllənin 152.1,152.2, 152.3, 158.4, 255.1, 255.4, 255.6-cı, Torpaq Məcəlləsinin 54-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenu munun xx.xx.2014-cü il və xx.xx.2016-cı il tarixli Qərarına və Mülki Prossesual Məcəllənin 14.1, 14.2, 88, 217.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
24. Maddə 13 (hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. Maddə 29 (hissə 1). Hər kəsin mülkiyyət hüququ vardır.
26. Maddə 29 (hissə 2). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi v ə xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şər tlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
31. Maddə 158.3. Mülkiyyət hüququ ilə yanaşı servitutlar da əmlak hüquqları sayılır.
32. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.
33. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz m ülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
34. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəz ərə alınmalıdır.
35. Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.
36. Maddə 175.3. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir.
37. Maddə
239. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsin ə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
38. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.
39. Maddə 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin e dilməsi üçün təyin oluna bilər.
40. Maddə 255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birin ci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyas ı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilə rək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş və nəticədə iddiaçının öz mülkiyyətindən istifadə hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
51. Belə ki, apellyasiya baxışının obyekt və predmetini müəyyən edən MPM-in 372.6 v ə 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
52. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində üçüncü şəxsin torpaq sahəsinin bir hissəsini alqı-satqı müqaviləsi əsasında əldə etməsini, torpaq sahəsinin bölünməsi nəticəsində 0,3 ha hissənin mülkiyyətçisi olmasını, onun torpaq sahəsinə müstəqil girişinin olmamasını, bölgüdən sonra 0,35 ha torp aq sahəsinin mülkiyyətçisi olan cavabdehlə onun torpaq sahəsinin bir hissindən gediş-gəliş üçün istifadə edilməsi ilə bağlı razılıq əldə edildiyini, cavabdehin torpaq sahəsinin əldə etdiyi torpaq sahəsindən artıq olmasını, cavabdehin hər iki torpaq sahəsinə daxil olmaq üçün ümumi istifadədə olan torpaq sahəsinin qarşısında darvaza qoyaraq ümumiyyətlə torpaq sahəsindən istifadəyə mane olmasını göstərmişdir.
53. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi həqiqətən cavabdehin mülkiyyətində olmayan ümumi istifadə də olan torpaq sahəsinin qarşısında darvaza qoyulması nəticəsində iddiaçıya öz torpaq sahəsinə piyada girişinə də mane yaradıldığını müəyyən etməsinə baxmayaraq yalnız iddiaçıya servitutla bağlı məhkəməyə müraciət etmək hüququnun izah etməklə araşdırmanı bitirmiş və birinci instansiya məhkəməsinin iddianın rədd edilməsinə dair mövqeyi ilə razılaşmışdır.
54. Məhz həmin dəlillərlə bağlı olaraq apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə yeganə giriş-çıxış yolunun ümumi istifadədə olan torpaq sahəsindən, daha sonra isə cavabdehin mülkiyyətində olan torpaq sahəsindən istifadə etməklə mümkün olması və ya zəbt edilmiş torpaq sahəsinin mövcud olub-olmaması ilə bağlı aydınlaşdırılma aparmamışdır.
55. Apellyasiya instansiyası məhkəməsi iddiaçının istinad etdiyi dəlillərin, yəni cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinə zəbt olunmuş hər hansı hissənin birləşdirilməsini, yaranmış faktiki vəziyyət üzrə servitutun tətbiqinin mümkünlüyünü aydınlaşdırmamışdır. Servitutun tətbiqinin müm künsüzlüyü halında mübahisəyə Mülki Məcəlləninin 175.1-ci maddəsinin tətbiqinin mümkünlüyünü müzakirə etməmişdir.
56. Bunun üçün isə apellyasiya məhkəməsi xüsusi bilik tələb edilən halların aydınlaşdırılması üçün ekspertiza təyin edərək rəy almalı və həmin rəyə Mülki Prosessual Məcəllənin 88, 101.7 və 103.1-ci maddələrinə uyğun qiymət verilməsi təmin olunmalı idi.
57. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
58. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı id i...
59. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
60. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.
61. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
62. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqin ə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, iş üzrə əlavə məhkəmə ekspertizasının keçirilməsi məsələsini tərəflərlə müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir
63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2023-cü il tarixli 2(105)-1857/2023 saylı qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.