Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1473/2019 05.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı1, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı1 Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MKnın 15 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yas amal rayon Məhkəməsinin 17 iyul 2017-cı il tarixli qətnaməsi ilə (hakim A.Mirzəzadə) İddiaçı1 Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh “Cavabdeh" MMC-nin 01 may 2018-ci il tarixli 08 saylı əmrinin ləğv edilməsi, iddiaçının “Cavabdeh" MMC-də memar vəzifəsinə bərpa edilməsi, məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ona ödənilməli olan əmək haqqının cavabdehdən tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Xəlilov, hakimlər X.Cəmilova və A.Hüseynov) Yasamal rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh MMC kassasiya şikayə ti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 oktyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yeidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndəriləsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı1 Cavabdeh MMC-yə qarşı iddia verərək, cavabdeh “Cavabdeh" MMC-nin 01 may 2018-ci il tarixli 08 saylı əmrinin ləğv edilməsi, iddiaçının “Cavabdeh" MMC-də memar vəzifəsinə bərpa edilməli, məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ona ödənilməli olan əmək haqqının cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmışdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni düzgün olaraq onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 13.02.2017-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı 13.02.2017-ci il tarixdən 13.05.2017-ci il tarixədək memar vəzifəsinə qəbul olunmuş, daha sonra müqavilənin müddəti 13.05.20 18-ci il tarixədək uzadılmışdır. 17.04.2018-ci il tarixdə iddiaçı ərizə ilə müraciət edərək 23.04.2018-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İşə götürən həmin ərizənin üzərində dərkənar qoyaraq müddətli əmək müqaviləsinin müddəti bitdiyi gün əmək müqaviləsinə xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. 23.04.201828.04.2018-ci il tarixlərdə iddiaçının əmək qabiliyyətinin olmaması barədə 2X tərəfindən müvafiq vərəqə verilmiş, vərəqədə iddiaçının 29.04.2018-ci ildə (həftənin bazar günü) işə başlamalı oduğu qeyd edilmişdir. 24.04.2018-ci il tarixdə cavabdeh iddiaçıya məktub göndərərək, onun 23.04.2018-ci il tarixdən işə gəlmədiyini bildirmiş və işə gəlməməsinin səbəbləri barədə yazılı şəkildə 2 iş günü ərzində məlumat verməyi xahiş olunmuşdur. İddiaçı həmin m əktubu 26.04.2018-ci il tarixdə aldığını bildirmişdir. Cavabdehin 01.05.2018-ci il tarixli əmri ilə iddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək, əmək müqaviləsi ilə müəyyən edilən tələbləri kobud şəkildə pozaraq üzrsüz səbəbdən, heç bir məlumat vermədən işə gəlməməsi əsası ilə 01.05.2018-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən işdən azad edilmişdir. Əmrin əsası kimi ofis menecerinin təqdimatı və 30.04.2018-ci il tarixli 01 nömrəli akta istinad olunmuşdur. Adı çəkilən akt iddiaçının 23.04.2018-ci il tarixdən 30.04.2018-ci il tarixədək üzrsüz səbəbdən heç bir məlumat vermədən işə gəlməməsi ilə əlaqədar tərtib olunmuşdur. Cavabdehin iddiaya etirazının əsası ondan ibarətdir ki, iddiaçı yuxarıda qeyd edilən tarixlərdə işdə olmamasının səbəbləri barədə nə şifahi, nə də ki, yazılı məlumat verməmiş, əmək qabiliyyətinin olmaması barədə vərəqəni təqdim etməmişdir. İddiaçı əmək qabiliyyətinin olmaması barədə vərəqəni 30.04.2018-ci il tarixdə poçt vasitəsi ilə göndərdiyini bildirmiş və bunun təsdiqi kimi poçt qəbzini təqdim etmişdir. Poçt qəbzindən aydın olur ki, cavabdeh məktubu 30.04.2018-ci il tarixdə saat 11:00-da qəbul etmişdir. Cavabdeh həmin zərfin içində iddaçının əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqinin deyil, iddiaçının 30.04.2018-ci il tarixli ərizəsinin olduğunu bildirmişdir və həmin ərizənin surətini məhkəməyə təqdim etmişdir. Ərizədən görünür ki, iddiaçı 17.04.2018-ci və 20.04.2018-ci il tarixlərdə işdən azad olunması barədə ərizə yazdığını, lakin işdən azad olunmadığını, 24.04.2018 -ci il tarixli xəbərdarlıq məktubunu 26.04.2018-ci il tarixdə aldığını qeyd etmiş, cavabdehin qərəzli hərəkətləri nəticəsində sağlamlığına ziyan dəydiyini və 23.04.2018-ci il tarixədək Birləşmiş Şəhər Xəstəxanasında müalicə aldığını bildirmişdir. Cavabdehin 30.04.2018-ci il tarixdə əmək qabiliyyətinin olmaması barədə vərəqəni deyil, adı çəkilən ərizəni alması qəbul olunsa belə, belə nəticəyə gəlinir ki, iddiaçı cavabdehi işə gəlməməsinin üzrlü səbəbləri barədə məlumatlandırmış, cavabdeh belə bir məlumata malik olmasına baxmayaraq heç bir araşdırma aparmadan bu məlumatı aldıqdan bir gün sonra iddiaçını üzrsüz səbəbdən işə gəlməməsi əsası ilə işdən azad etmişdir. Halbuki, əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək ən ağır intizam tənbehidir və Əmək Məcəlləs inin 187-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir.. Bundan başqa, qeyd olunmalıdır ki, iddiaçının 30.04.2018-ci il tarixdə cavabdehə məktub göndərməsi, lakin əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqini zərfə qoymaması inandırıcı deyildir. Belə ki, tərəflərin münasibətlərinin gərgin olduğu dövrdə iddiaçının həmin vərəqənin cavabdeh tərəfindən alınmasında maraqlı olması şübhəsizdir. İddiaçı özünün xəstəliyi ilə əlaqədar işə gəlmədiyindən, onun bu xəstəliyi tibbi sənədlərlə təsdiq olunduğundan, cavabdeh də iddiaçının xəstəliyi ilə əlaqədar məlumatlandırıldığından cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməkdə haqlı olmamışdır. Yuxarıda göstərilə nləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1473/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1473/2019
05.03.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver