Məhkəmə qərarları › İş №2(102)-1473/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1473/2021

19.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1473/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş X5rşı “istifadə hüququnun olmamasının müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi ilə İddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsin in Mülki Kollegiyasının 31 avqust 2020-ci il tarixli, 2(008)6743/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanda yerləşən yaşayış evi İddiaçı sahibliyində və istifadəsindədir. Cavabdeh İddiaçı oğlu X10 ilə 29 yanvar 2002-ci il tarixdə nikaha daxil olmuş və onların nikahları Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə mürac iət edərək, cavabdehin yetkinlik yaşına çatmayan övladları X11 və X8 ilə birlikdə ünvan 1 saylı evdən istifadə hüququ olmayan şəxs hesab edilməsi və çıxarılmış qətnamənin cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2(008)6743/2019 nömrəli qətnaməsi ilə (hakim A.A.Paşayeva) iddia təmin edilərək, Cavabdeh ünvan 1 saylı evdən istifadə hüququnun olmaması müəyyən olunması və qətnamənin qanuni qüvvəyə mindikdən sonra Cavabdeh uşaqları X11 və X8 ilə birlikdə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhk əməsinin 02 dekabr 2019-cu il tarixli 2(008)-6743/2019 nömrəli qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 avqust 2020-ci il tarixli, 2(103)-6360/2020 nömrəli qətnaməsi ilə (hakim V.N.Sadıqovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və A.N.İmanovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2(008)-6743/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun olmamasının müəyyən edilməsi və s.” tələbinə dair iddiasının rədd edilməsi, mülki iş üzrə icrada dönüş edilərək, Cavabdeh Bakı şəhəri, ünvan 1 saylı evə pasport qeydiyyatı nın bərpa edilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti və sonradan nümayəndəsi, Vəkil vasitəsi ilə kassasiya şikayətinin dəqiqləşdirilməsinə dair ərizə verərək, iddiaçının iddiadan imtina etməsi əsası ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 avqust 2020-ci il tarixli, 2(103)6360/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı, Cavabdeh və yetkinlik yaşına çatan övladı X11 arasında 28 oktyabr 2020-ci il tarixdə 5 saylı Bakı “Asan xidmət” Mərkəzinin Notariat ofisində barışıq sazişi bağlanmış və həmin sazişin şər tlərində əsasən iddiaçı iddiadan imtina edilməsini öhdəsinə götürmüş, Cavabdeh isə özünün və övladları X6 və X3 ünvan 2 ünvanda yerləşən evdən istifadə hüququnun olmamasının müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan iddiasına dair mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bəyan etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi, Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, vəkillərini n iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki hall arı araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi qa nuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkəti qəbul etmir. Belə halda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatı na xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Kassasiya şikayətinə əlavə olunmuş İddiaçı, Cavabdeh və X11 tərəfindən imzalanaraq, 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat ofisində təsdiq olunmuş 28 oktyabr 2020-ci il tarixli Barışıq sazişinə əsasən İddi açı Cavabdeh, X11 və 23 fevral 2005ci il təvəllüdü X3 ünvan 3 ünvanında yerləşən evdən istifadə hüquqlarının itirilməsi müqabilində Cavabdeh barışıq müqaviləsi təsdiq olunan anda notariusun bankda açılan depozit hesabı vasitəsi ilə 8000 manat verməyi, Cavabdeh və X1 xxxqızından notariusun bankda açılan depozit hesabı vasitəsi ilə 8000 manat pul aldıqdan sonra ünvan 3 ünvanında yerləşən evə dair İddiaçı qarşı heç bir iddia və tələbinin olmayacağını öhdələrinə götürmüşlər. Həmin barışıq müqaviləsinin şərtlərinə əsasən İddiaçı barışıq müqaviləsi notarial qaydada təsdiq olunduqdan sonra Cavabdeh, X6 və 23 fevral 2005-ci il təvəllüdü X3 ünvan 3 ünvanında yerləşən evdən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan iddiasınd an imtina edəcəyini öhdəsinə götürmüş, Cavabdeh mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bəyan etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında məhkəmədən kənar mübahisə ilə bağlı barışıq müqaviləsi bağlanıldığından və İddiaçı həmin barışıq müqaviləsinin şərtlərinə uyğun iddiadan imtina etdiyindən, iddiadan imtina etməsi onun həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 avqust 2020-ci il tarixli, 2(103)6360/2020 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.4, 416-417, 419, 421-ci maddələrini rəh bər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. İddiaçı iddiadan imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 avqust 2020-ci il tarixli, 2(103)-6360/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş X5rşı “istifadə hüququnun olmamasının müəyyən edilməsi və s.” tələbinə dair mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar