Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1474/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, cavabdehin vəkili Məmmədova Mahizər Mürsəl qızının iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 mart 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli, 2(029)-148/2019 saylı qətnaməsi ilə (sədrlik ed ən-hakim Rafiq Kazımov) iddiaçı x1 cavabdeh x2 qarşı uşaqların himayədə saxlanılması və alimentin tutulması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdeh x2 xx.xx.2010-cu il təvəllüdlü x3 alınıb iddiaçı x1ya verilməsi, 26 noyabr 2018-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü x4 yetkinlik yaşma çatana kimi saxlanması üçün və xx.xx.2010-cu il təvəllüdlü x3 cavabdeh x2 alınıb iddiaçıya verildiyi vaxtdan yetkinlik yaşma çatanadək saxlanması hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin cavabdeh x2 alınıb iddiaçı x1nm xeyrinə tutulması, xx.xx.2010-cu il təvəllüdlü x3 və xx.xx.2011-ci il təvəllüdlü x4 anaları iddiaçı x1nm himayəsində saxlanılmaları qət edilmiş, cavabdeh x2 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyas iya Məhkəməsinin MK-nın 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən, məruzəçi), Z.Məmmədov və A.Abbasov, 2(103)3618/2019 saylı mülki iş) hazırki iş üzrə Qusar Rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1 iddia ilə məhkəməyə müraciət edərək xx.xx.2010-cu təvəllüdlü qızı x3 cavabdeh x2 alınaraq ona qaytarılması və uşaqların onun himayəsində saxlanılmasına, xx.xx.2010-cu il tarixdə anadan olmuş x3 və 06 sentyabr 2011-ci il tarixdə anadan olmuş x4 yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün cavabdeh x2 154 manat, cəmi 308 manat miqdarında alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlill əri Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Məmmədova Mahizər Mürsəl qızı kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 avqust 2014-cü il tarixli arayışlardan görünür ki, xx.xx.2010-cu il tarixdə anadan olmuş x3 və 06 sentyabr 2011-ci il tarixdə anadan olmuş x4 atası x2, anası x1dır. Qusar Rayon Məhkəməsinin 17 iyul 2014-cü il tarixli, 2(029)-287/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı x2in cavabdeh x1ya qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, x2lə x1 arasında Qusar rayon Qeydiyyat şöbəsində 09 noyabr 2009-cu il tarixli, 31 saylı qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Qusar rayon Təhsil şöbəsinin Qəyyumluq və Himayəçilik Komissiyasının 15 fevral 2019-cu il tarixli, 51 saylı rəyindən görünür ki, komissiya iddiaçı x1nın cavabdeh x2 qarşı birgə nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü x3 atasından alınaraq onun himayəsinə qaytarılmasına dair iddiasının təmin edilməsini, xx.xx.2010-cu il təvəllüdlü x3 və xx.xx.2011-ci il təvəllüdlü x4 iddiaçı x1nın himayəsində saxlanılmasını məqsədəuyğun hesab etmişdir. İş materiallarına əlavə olunmuş Qusar rayonu Urva palasa kənd ibtidai məktəbinin 08 saylı, 11 iyun 2019-cu il tarixli arayışından görünür ki, x3 2015-2016-cı dərs ilində həmin məktəbin haz ırlıq sinfinə qəbul olunmuş, hazırda məktəbin İİİ sinfində təhsilini davam etdirir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1 -ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 60-cı madd əsinin dispozisiyasma əsasən uşağın yaşayış yeri barəsində mübahisəni həll edərkən məhkəmə ilk növbədə uşağın mənafeyindən çıxış etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna mali kdir. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. İş materiallarından görünür ki, Qusar Rayon Məhkəməsinin 17 iyul 2014-cü il tarixli, 2(029)-287/2014 saylı qətnaməsinə əsasən x2lə x1 arasında Qusar rayon Qeydiyyat şöbəsində 09 noyabr 2009-cu il tarixli, 31 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Qusar rayon Təhsil şöbəsinin Qəyyumluq və Himayəçilik Komissiyasının 15 fevral 2019-cu il tarixli, 51 saylı rəyi ilə iddiaçı x1nm cavabdeh x2 qarşı birgə nikahlarından anadan olmuş 11 sentyabr 2009-cu il təvəllüdlü x3nı atasından alınaraq onun himayəsinə qaytarılmasına dair iddiasının təmin edilməsi, xx.xx.2010-cu il təvəllüdlü x3 və xx.xx.2011ci il təvəllüdlü x4 iddiaçı x1nm himayəsində saxlanılınası məqsədəuyğun hesab edilmişdir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh x2in kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 10 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1474/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1474/2020
18.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver