Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1474/2021 04.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6371/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC və üçüncü şəxs arasında bağlanmış PXA********** nömrəli icbari sığorta müqaviləsinə əsasən ona məxsus «Mercedes Benz S500 minik» **-CJ-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş 3880 manat maddi zərərin cavabdeh ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Təbriz küçəsində X2 məxsus «VAZ-21074» **-XM-*** dövlət nömrə nişanlı avtomobil ona məxsus «Mercedes Benz S500 minik» **-CJ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq nəqliyyat hadisəsi törə tmiş və nəticədə ona məxsus avtomobilə xeyli miqdarda zərər dəymişdir. Üçüncü şəxs ilə ASC arasında bağlanmış PXA********** nömrəli icbari sığorta müqaviləsinə əsasən ASC-nin əməkdaşları avtomobilə baxış keçirmiş və özlərinin əməkdaşlıq etdikləri "xxxx" Avtomobillərin Texniki Xidmət Mərkəzi avtomobilə dəymiş zərəri 830 manat qiymətləndirmişdir. Lakin digər avtomobil təmir servisi olan “xxxx” MMCnin mütəxəssisi xx xxxxxx 2019-cu il tarixdə avtomobilə baxış keçirmiş və avtomobilin yol nəqliyyat hadisəsi nəticəsində əzilmiş qapılarının əvvəlki vəziyyətini bərpa etmək mümkün olmadığı qənaətinə gəlmiş və qeyd edilmişdir ki, «Mercedes Benz S500 minik» **-CJ-*** dövlət nömrə nişanlı avtomobilin əzilmiş ön sağ və arxa sağ qapıları aliminium materialından olduğu üçün təmir olunmur, təmir olunarsa, qapıların üzərində dalğavari zolaqlar olacağından, qapıları yeni qapılarla əvəz etmək lazımdır. Bununla əlaqədar olaraq “xxxx” MMC avtomobilə dəymiş zərəri 3800 manat qiymətləndirmişdir. Qeyd edilən iki rəy arasında ziddiyyətlərin aradan qaldırılması və zərər dəymiş avtomobilin «Mercedes» markalı olması səbəbindən tərəflərindən “Mercedes-Benz”in Azərbaycandakı rəsmi distribyutoru “xxxx” MMC-yə müraciət edilmiş, həmin müraciət əsasında avtomobilə baxış keçirilmiş və rəydə bildirilmişdir ki, «Mercedes Benz S500 minik» **-CJ-*** dövlət nömrə nişanlı avtomobilin zərər dəymiş qapılarını bərpa etmək mümkün deyildir. Yeni qapıların qiyməti isə 5853,18 manat olaraq göstərilmişdir (ön sağ qapı – 2754.99 manat, arxa sağ qapı – 3098.19 manat). O, avtomobilinə dəymiş maddi ziyanla əlaqədar mübahisənin uzun çəkəcəyini nəzərə alaraq avtomobili özü öz hesabına təmir etdirmək qərarına gəlmiş, daha sərfəli qiymət təklifi vermiş “xxxx MMC” Servisinə müraciət etmiş və avtomobilin təmirindən sonra servisə 3880 manat məbləğində pul ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov, iş № 2(004)-1409/2020) iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” ASC-dən maddi zərərin əvəzi olaraq 3582 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 100 manat ekspertiza xərcinin 7.65%-i, yəni 7,65 manatın iddiaçıdan, digər 92.35%-i, yəni 92,35 manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” ASC-dən tutularaq Dövlət Xəzinədarlığı Agentl iyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, PXA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumata görə, X2 məxsus VAZ 21074 markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “xxxx” ASC tərəfindən icbari qaydada sığorta edilmişdir. TYP 130260 nömrəli, xx.xx.2019-cu il tarixli X5 protokoldan görünür ki, X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. AC seriyalı, 485088 nömrəli nəqliyyat vasitəsinin qeydiyy at şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Mercedes Benz s500 minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktından görünür ki, Mercedes Benz s500 minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 830 manat məbləğində müəyyən edilmişdir. “xxxx” MMC-nin “xxxx” şirkətinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Mercedes Benz s500 minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön sağ və arxa sağ qapıları aliminium materialından olduğundan təmir edilmir və əgər təmir olunarsa dalğavari zolaqlar olacağından qapıların dəyişdirilməsi təklif edilmişdir. “xxxx” MMC-nin xx.xx.2019-cu il tar ixli qiymət təklifi və xx.xx.2019-cu il tarixli yekun aktından görünür ki, Mercedes Benz s500 minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 3800 manat məbləğində müəyyən edilmişdir. “X7” MMC-nin 2 saylı vəkil bürosuna ünvanladığı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Mercedec S – class, **-CJ-*** dövlət nömrə nişanlı avtomobilin zərər dəymiş qapıların bərpası mümkün deyildir. Yəni qapılarla əvəz etmənin qiyməti sağ ön qapı üçün 2754.99 manat, sağ arxa qapı üçün isə 3098.19 manat olacaqdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/141 nömrəli, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Mercedes Benz s500 minik markalı, **CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci, a vtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3582 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 897.4-cü maddəsinə görə İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığ orta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 15.1-ci maddəsinə görə icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 15.2-ci maddəsinə görə zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Həmin Qanunun 16.4-cü maddəsinə görə sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğin in qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Həmin Qanunun 20.2-ci maddəsinə görə bu Qanunun 21-ci maddəsində nəzə rdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Həmin Qanunun 56.1.2-ci maddəsinə görə isə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığort a müqavilələri üzrə sığorta məbləğləri 5000 manat məbləğində müəyyən edilir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2019-cu il tarixdə X4 “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmış VAZ 21074 markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, İddiaçı idarə etdiyi özünə məxsus Mercedes Benz s500 minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. TYP 130260 nömrəli, xx.xx.2019-cu il tarixli X5 protokola əsasən X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin cavabdehdən dəymiş zərərin əvəzi olaraq 3880 manat məbləğində pul vəsaitinin tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddi a tələbi bu hissədə qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 3582 manat məbləğində pul vəsaiti tutulmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/141 nömrəli, xx.xx.2020-ci il tarixli rəyinə əsasən. Mercedes Benz s500 minik markalı, **CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3582 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin vəkili etirazının əsasını “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktında göstərilmiş məbləğlə əsaslandırsa da, məhkəmə cavabdeh tərəfindən verilmiş həmin sübutlara tənqidi yanaşmışdır. Birinci instansiyası məhkəməsi mübahisəli hü quq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov, iş № 2(103)-6371/2020) cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1409/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Mülki Məcəllənin 883.1, 884.3, 897.4, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.2, 15.1, 15.2, 16.4, 20.2, 20.3, 56.1.2-ci maddələ rinin tətbiqi ilə razılaşmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, zərərin məbləği «xxxx» Avtomobillərin Texniki Xidmət mərkəzi tərəfindən 830 manat məbləğində müəyyən edilmişdir ki, bu da iddiaçının avtomobilinə vurulmuş zərərin real dəyərinə uyğunluq təşkil etmir. Belə ki, «xxxx» MMC tərəfindən dəymiş ziyanın məbləği 3880 manat məbləğində, ekspert rəyi ilə isə aşınma nəzərə alınmaqla (illik 3%) 3582 manat müəyyən edilmişdir. «xxxx» MMC, həm də «Mercedes-Benz» markalı avtomobillərin rəsmi dilleri «X7» MMC tərəfindən birmənalı olaraq vurğulanmışdır ki, iddiaçıya məxsus avtomobilin qapıları aliminium materialdan olduğu üçün onların təmiri mümkün deyil və yenisi ilə əvəz olunmalıdır. Diller şirkət tərəfindən təklif olunan qiymətlər təzə qapıların, «xxxx» MMC tərəfindən təkli f olunan qiymətlər isə işlənmiş qapıların qiyməti olduğu üçün həmin qiymətlər arasında fərq yaranmış, iddiaçı da daha ucuz başa gəlməsi üçün ucuz variantı seçmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyi nəzərə alınmaqla iddiaçıya ödənilməli olan məbləğ düzgün müəyyən edilmişdir. Təkrar ekspertiza keçirilməsinə zərurət yoxdur, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh “xxxx” ASC (Vək il2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)6371/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin 830 manat məbləğində təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Mə hkəməsi Mülki Kollegiyasının 2(103)-6371/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin 830 manat məbləğində təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlid ir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqey i Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh “xxxx” ASC kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə yanaşı qeyd etmişdir ki, «Ekspert rəyində və iddiaçının təqdim etdiyi aktda («xxxx» MMC-nin verdiyi akt) demək olar ki, eyni məbləğin göstərildiyini və bu məbləğin cavabdeh tərəfindən təqdim edilən qüsur ak tındakı məbləğdən xeyli fərqləndiyini nəzərə alsaq, məhkəmə ekspert rəyində göstərilən məbləğin doğru olması barədə gəldiyi nəticəni əsaslandırmalı və bu zaman rəhbər tutduğu konkret qanuna və ya digər hüquqi akta istinad etməli idi ki, biz bunu görmürük.» Məhkəmə kollegiyası cavabdeh tərəfin kassasiya şikayətində göstərdiklər ilə bağlı qeyd edir ki, məhkəmə iş materiallarında olan bütün sübutları (nöqsan aktları və ekspert rəyini) qarşılıqlı olaraq qiymətləndirmiş və məhz ekspert rəyində göstərilən məbləğlə hansı səbəbdən razılaşdığını göstərmiş və müvafiq olaraq həmin nəticəyə gələrkən maddi hüquq normalarına düzgün tətbiq etmişdir. Apellyasiya instansiya məhkəməsi zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı cavabdeh tərəfin dəlillərinə qiymət verərkən haqlı olaraq qeyd etmişdir ki, «x xxx» MMC, həm də «Mercedes-Benz» markalı avtomobillərin rəsmi dilleri «X7» MMC tərəfindən birmənalı olaraq vurğulanmışdır ki, iddiaçıya məxsus avtomobilin qapıları aliminium materialdan olduğu üçün onların təmiri mümkün deyil və yenisi ilə əvəz olunmalıdır. Diller şirkət tərəfindən təklif olunan qiymətlər təzə qapıların, «xxxx» MMC tərəfindən təklif olunan qiymətlər isə işlənmiş qapıların qiyməti olduğu üçün həmin qiymətlər arasında fərq yaranmış, iddiaçı da daha ucuz başa gəlməsi üçün ucuz variantı seçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticəl ərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mü hakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6371/2020 nö mrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.