Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1475/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1475/2019 şəhəri 11 mart 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.10.2018-ciiltarixli 2(103)11331/2018 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər r ayon Məhkəməsinin (hakim Ə.Qəhrəmanov) 17.07.2018-ci il tarixli 2(003)-2186/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, **************nömrəli yaşayış evindən çıxarılması, iddianın qalan hissəsinin rədd ediməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Baxışova, V.Həsənov, N.Cəfərov) 25.10.2018-ci il tarixli 2(103)-11331/2018 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17.07.2018-ci il tarixli 2(003)-2186/2018 nömrəli qətnaməsinin iddianın təmin edildiyi hissədə dəyişdirilməsi, Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, ******************* yerləşən 3 saylı evin 18.07.2018-ci il tarixdə tərtib edilmiş “Texniki pasportundakı” 1 (dəhliz) və 2 (ayaqyolu) saylı tikililərdən çıxarılmasıqət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.10.2018-ciil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə 30.04.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əşyaları ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri, ************** yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Xəzər RİHBnin Mərdəkan qəsəbə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş sxemə istinad edilməsi və evin cavabdehlərin yaşadığı hissəsinin göstərilməsi barədə arqument əsassız və qanunsuzdur. Belə ki, qanunvericiliyə görə evinə ölçülərinə dair AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Texniki Pasport tərtib edilmiş və eyni zamanda mövcud mülkiyyət hüququna dair iddiaçıya Çıxarış verilmişdir. Xəzər RİHB-nin Mərdəkan qəsəbə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin isə evin hüquqi statusu və ölçüləri ilə bağlı rəy, arayış və sxem tərtib edib verməyə və bunu evin ölçüləri kimi göstərməyə subyektiv hüququ yoxdur. Digər tərəfdən, qətnamədə prosessual pozuntuya yol verilərək iddiaçının izahatında göstərilmişdir ki, “mülkiyyətimdə olan fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və texniki pasportda 1 (dəhliz) və 2 (ayaqyolu) sayla göstərilmiş tikililər cavabdehlər tərəfindən zəbt edilmişdir və hazırda onların istifadəsindədir”. Lakin iddiaçı məhkəmədə belə bir izahat verməmişdir. İddiaçının mövqeyi cavabdehlərin ümumiyyətlə mülkiyyətində olan 84.5 kv.m fərdi yaşayış evindən çıxarılmasında ibarətdir. Qətnamədə həmçinin evin ölçüləri də səhv olaraq 85.5 kv.m kimi göstərilmişdir. Bu hal da prosessual prozuntu hesab edilməlidir. Əlavə olaraq, məhkəmə qətnaməsində AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 11.09.2018-ci il tarixli məktuba istinad edilərək, iddiaçının mülkiyyətində olan torpaq sahəsində əlavə olaraq həmin fərdi yaşayış evinə bitişik, tikintialtı sahəsi 47 kv.m olan köməkçi sahə, tikintialtı sahəsi 117.5 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi və tikintialtı sahəsi 28.5 kv.m olan qaraj tikildiyi, əlavə inşa edilmiş tikililərə dair hüquq müəyyənedici sənədlər tərtib olunmadığından qanunvericiliyə müvafiq olaraq həmin tikililərin yeni tərtib edilən texniki pasporta daxil edilmədiyi və onlar üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı qeyd edilmişdir. Məhkəmənin istinad etdiyi bu halın isə mübahisəyə heç bir aidiyyəti yoxdur, göstərilən özbaşına tikilinin mübahisə predmeti ilə heç bir əlaqəsi yoxdur və hazırki işdəhəmin tikilidən söhbət getmir. Məhkəmənin bu hala sübut kimi istinad etməsi də prosessual pozuntu hesab edilməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuş, düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.10.2018-ciiltarixli 2(103)-11331/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və v əkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə istinad edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək, məhkəmədən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 25.10.2018ciiltarixliqətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17.07.2018-ci il tarixli 2(003)-2186/2018 nömrəli qətnaməsinin iddianın təmin edildiyi hissədə dəyişdirilməsi, Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, ************* yerləşən 3 saylı evin 18.07.2018-ci il tarixdə tərtib edilmiş “Texniki pasportundakı” 1 (dəhliz) və 2 (ayaqyolu) saylı tikililərdən çıxarılmasıqənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı fərdi yaşayış evinin yeni texniki pasportunun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi üçün 29.06.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, daşınmaz əmlakın 18.07.2018-ci il tarixdə yeni texniki pasportu tərtib edilmiş, 19.07.2018-ci il tarixdə fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və yeni ünvan verilərək həmin əmlak dövlət reyestrində Bakı şəhəri, ************ saylı ev kimi qeydə alınmışdır. Çıxarışda fərdi yaşayış evinin ümumi sahəsinin 85,5 kv.m olduğu qeyd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri bağlı məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Mülki Məcəllənin 228.2-ci maddəsinə istinad etməklə hesab etmişdir ki, Cavabdeh2 ilə mülkiyyətçi arasında yaşayış evinin tərkib hissəsindən istifadə hüququ verilməsi barədə daşınmaz əmlakın dövlət reyestrind ə qeydə alınmış və notarial qaydada təsdiqlənmiş razılaşma olmadığından Cavabdeh2 iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka istifadə hüququ yoxdur. Lakin məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11.09.2018-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə Xidmətin əməkdaşları tərəfindən texniki baxış keçirilərkən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində əlavə olaraq həmin fərdi yaşayış evinə bitişik, tikintialtı sahəsi 47 kv.m olan köməkçi sahə, tikintialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi və tikintialtı sahəsi 28,5 kvm olan qaraj tikilmişdir. Əlavə inşa edilmiş tikililərə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmadığı üçün qanunvericiliyə müvafiq olaraq həmin tikililər yeni tərtib edilən texniki pasporta daxil edilməmiş və onlar üzərində İddiaçı hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdeh1 məhkəmə iclasında izahatında göstərmişdir ki, həyat yoldaşı Cavabdeh2 ilə hazırda yaşadıqları tikililərin hamısı iddiaçının mülkiyyətində deyil. Cavabdeh məhkəməyə mübahisəli evin “A” tikilisinin Xəzər rayonu İcra Hakimiyyət Başçısının Mərdəkan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş sxemini təqdim edərək həmin sxemdə evin onların yaşadığı hissəsini göstərmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, mülkiyyətində olan fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və texniki pasportda 1 (dəhliz) və 2 (ayaqyolu) sayla göstərilmiş tikililər cavabdehlər tərəfindən zəbt edil mişdir və hazırda onların istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sah ib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Tərəflərin izahatlarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərin istifadəsində olan tikililərdən yalnız ikisi, yəni dəhliz və ayaqyolu üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Digər tikililər özbaşına tikili olduqlarından və hazırkı iddia tələbi yalnız mülkiyyətdə olan daşınmaz əmlakdan cavabdehlərin çıxarılması barədə olduğundan İddiaçı iddiası yalnız Cavabdeh2 Bakı şəhəri, *********** yerləşən 3 saylı evin 18.07.2018-ci il tarixdə tərtib edilmiş “Texniki pasportundakı” 1 və 2 saylı ti kililərindən çıxarılması hissəsində təmin edilməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətinin ilkin dəlili olan Xəzər RİHB-nin Mərdəkan qəsəbə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin isə evin hüquqi statusu və ölçüləri ilə bağlı rəy, arayış və sxem tərtib edib verməyə və bunu evi n ölçüləri kimi göstərməyə subyektiv hüququnun olmaması ilə bağlı kassasiya kollegiyası qeyd edir ki, məhkəməyə təqdim edilmiş hər bir sənəd sübut kimi qiymətləndirilməli və ona münasibət bildirilməlidir. Xəzər RİHB-nin Mərdəkan qəsəbə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin evin hüquqi statusu və ölçüləri ilə bağlı rəy, arayış və sxem tərtib edib verməyə və bunu evin ölçüləri kimi göstərməyə subyektiv hüququnun olmaması ilə bağlı iddiaçının məhkəməyə müraciət etməsi isə məhkəmə qətnaməsi və ya məhkəmə protokolu ilə müəyyən edilməmişdir. Kassasiya şikayətinin ikinci dəlili olan məhkəmə qətnaməsində iddiaçının izahatının düzgün qeyd edilməməsi ilə bağlı kassasiya kollegiyası qeyd edir ki, iddiaçı izahatının düzgün yazılmadığını və ya yazılmış izahatın onun tərəfindən verilmədiyini müəy yən etmiş idisə, iclas protokoluna və ya məhkəmə qətnaməsinə düzəliş edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərdi. Kassasiya şikayətinin digər dəlili olan AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 11.09.2018-ci il tarixli məktuba istinad edilməsinə gəlikdə isə kassasiya kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi digər tikililərin özbaşına tikili olduğunu və hazırkı iddia tələbinin yalnız mülkiyyətdə olan daşınmaz əmlakdan cavabdehlərin çıxarılması barədə olduğunu qeyd etməklə mübahisənin həllinə düzgün yanaşmışdır. Beləliklə, göstərilən səbəblərdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxla nılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.10.2018-ci il tarixli 2(103)-11331/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-1475/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1475/2019
11.03.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver