Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1475/2020 19.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxsin vəkili X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs A qaşı hüquqi faktın müəyyən edilməsinə barədə ərizəsinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizəsi təmin edilmiş, xx xxxxxx 1971-ci il təvəllüdlü Ərizəçi 1987-ci ilin may ayından 1989-cu ilin may ayına qədər, 1992-ci ilin may ayından 1997-ci ilin sentyabr ayına qədər K-da fəhlə işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən T.Məmmədov, hakimlər Z.Məmmədov və A.Abbasov) maraqlı şəxs A apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə Ərizəçi hüquqi faktın müəyyən edilməsinə barədə ərizəsinin təmin edilməməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Ərizəçi kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MKnın xx xxxxxxx 2019-cu il tarixliqətnaməsinin ləğv edilməsini və iş üzrə ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun 1987-ci ildən 1997-ci ilə qədər K-da fəhlə işləməyi faktının müəyyən edilməsi və əmək kitabçasının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş e tmişdir. Sonradan Ərizəçi iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, 1987-ci ilin may ayından 1989-cu ilin may ayına qədər, 1992-ci ilin may ayından 1997-ci ilin sentyabr ayına qədər K-da fəhlə işləməyi faktının müəyyən edilməsi və əmək kitabçasının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Çünki apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilən halları və həmin hallara tətbiq edilməli olan maddi-hüquq normaları ilə əsaslandırmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx xxxxxx 2017-ci il tarixli məktubundan görünür ki, K-nın arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarında olan A tərəfindən Ərizəçi ünvanlanmış xx xxxxx 2018-ci il tarixli məktubdan görünür ki, ona xx.xx.2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 12-ci maddəsinə uyğun olaraq xx.xx.2006-cı il tarixədək olan 9 il 4 ay 19 gün sosial sığorta stajı nəzərə alınmaqla, 246,33 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əmək kitabçasında K haqqında heç bir qeyd olmadığı üçün sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyildir. İş materiallarına əlavə edilmiş Abşeron rayon Dövlət Arxivinin xx xxxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, K-nın sənədləri saxlanılması üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən ancaq şahid ifadələrinə istinad etmişdir. Lakin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 və X3 özlərinin 1992-ci ildən sonra K-da işləmələrini təsdiq edən hər hansı bir sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1 -ci maddəsinin əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar da məhkəmə qaydasında müəyyən edilə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qanunun mənasından göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi şərtləri ərizəçi nin müəyyən edilməsini xahiş etdiyi faktların hüquqi əhəmiyyəti olan faktlar olması və ərizəçinin həmin hüquqi əhəmiyyəti olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmamasıdır. Ona görə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tələb edilən faktın təsdiqi ilə bağlı təqdim edilmiş sübutlara prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; İstinad edilən prosessual hüquq normasından göründüyü kimi, işdə iştirak edən şəxslərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda, məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqin tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. “Əmək pensiyaları haqqında” qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rə smiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü bəndinə görə əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümk ün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. Birinci instansiya məhkəməsi Ərizəçi K-da işləməsi barədə sənədlərin hansı üzrlü səbəblərdən təqdim edilməməsini araşdırmamışdır. Birinci instansiya məhkəməsi Ərizəçi ərizəsində qeyd etdiyi yerdə işləməsi faktını müəyyən edərkən şahid ifadələrinə istinad etsə də, şahidlərin özlərinin bu məlumatların birbaşa daşıyıcıları olub-olmamasma, yəni həmin şəxslərin Ərizəçi işlədiyi ehtimal olunan yerdə 1992-ci ildən sonra çalışmalarının onlara məxsus əmək kitabçalarında qeydlərlə təsdiq edilməməsinə qiymət vermədiyindən, bu ifadələrdə əks olunmuş məlumatların işin müəyyən edilmiş halı kimi qiymətləndirilməsi prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri baxımından yolverilməzdir. Digər tərəfdən, Ərizəçi ərizəsində və məhk əmə iclasında verdiyi izahatında T peşə məktəbinə daxil olduğunu, 3 il təhsil aldığını, təhsilini 1987-ci ilin sonlarında başa vurduğunu göstərsə də, birinci instansiya məhkəməsi onun K-da 1987-ci ilin mayından işləməsini müəyyən etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə Ərizəçi özünün izahatı ilə ziddiyyət təşkil edir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə koll egiyası QƏRARA ALDİ: Ərizəçikassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1475/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1475/2020
19.03.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver