Məhkəmə qərarları › İş №2(102)-1475/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1475/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1475/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1475/21 (Açar sözlər: əmlakın qanunsuz sahiblikdən qaytarılması) Bakı şəhəri, 19 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yakuboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı1, onun vəkili xxx, cavabdeh Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, İddiaçı1 Cavabdeh1 qarşı “əmlakın qanunsuz sahiblikdən qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiy asının 2(103)-6225/2020 nömrəli, 09 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 19 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Chevrolet Captiva” markalı ** LV *** dövlət qeydiyyat nişanlı minik avtomaşını İddiaçı1 mülkiyyətindədir.

2. İddiaçı həmin avtomaşını etibarnamə əsasında Cavabdeh1 verib. a) İş üzrə birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X2 Cavabdeh1 qarşı “Chevrolet Captiva” markalı ** LV *** qeydiyyat nömrəli minik avtomaşının Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması və əldən çıxmış fayda kimi cavabdehdən 5 il ərzində 10000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı 2011-ci il tarixdə “xxxx” ASC-dən maşın almaq məqsədi ilə kredit götürüb. Kreditin qaytarılmasının təminatı kimi iddiaçı “Chevrolet Captiva” markalı ** LV *** dövlət qeydiyyat nişanlı minik avtomaşınını girov qoyub.

5. Bir müddət ödəniş etdikdən sonra iddiaçı həmin maşını aralarında şifahi əqdə əsasən kreditin yerdə qalan məbləğini cavabdehin ödəməsi şərtilə cavabdehə etibarnamə əsasında satmışdır.

6. Bir müddət sonra cavabdehin ödəniş etmədiyini görüb iddiaçı etibarnəməni ləğv etdirib. Çoxsaylı müraciətlərinə baxmayaraq, iddiaçı maşını cavabdehdən geri ala bilməyib. 7. 2018-ci ilin dekabr ayında isə icra şöbəsindən icra məmuru vasitəsilə iddiaçıya məlum olub ki, 2013-cü ildə bank iddiaçıya qarşı iddia qaldırmış və iddia təmin edilərək qətnamə icraya yönə lmişdir.

8. İddiaçı hazırda həmin qətnamədən apellyasiya şikayəti verib.

9. İddiaçı hazırda həm mülkiyyətçisi olduğu maşından məhrum olub, həm də bank qarşısında öhdəlik iddiaçının üzərində qalıb.

10. Həmçinin 2013-ci ildən bu yana maşın iddiaçının sahibliyində qalsaydı, əlavə xərc çəkərək başqa nəqliyyat vasitəsindən istifadə etməzdi, ailəsini dolandırmaq üçün istifadə edərdi. Buna görə də iddiaçı hesab edir ki, əldən çıxmış fayda kimi cavabdehdən 5 il ərzində ona 10.000 manat pulun tutularaq ödənilməsi zəruridir.

11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2 və 157.2-cı maddələrinə istinad etmişdir.

12. Cavabdeh iddiaya etiraz olaraq göstərib ki, sözü gedən mübahisəli avtomaşını iddiaçıdan 2350 manat məbləğində ödəniş etməklə etibarnamə ilə almışdır. Daha sonra bank krediti üzrə aylıq ödənilşləri ödəyə bilməmiş və həmin nəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnamə verərək avtomobili xxx adlı şəxsə satmışdır. Bunun müqabilində xxx adlı şəxs ona 1800 manat məbləğində pul vermişdir. Kredit borcunun qalan hissəsini Royal ödəməli idi. Hazırda xxx adlı şəxsin harada olduğunu və krediti hansı səbəblərdən ödəmədiyini bilmir. Avtomobil onda deyil.

13. Məhkəmə Cavabdeh2 da iş üzrə cavabdeh qismində cəlb edib.

14. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3347/2019 saylı, 27 may 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “Chevrolet Captiva minik” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı, qara rəngli, ban nomrəsi KL1CD2649BB046782 nömrəli avtomobilin Cavabdeh1 alınaraq İddiaçı1 qaytarılması, iddianın qalan hissədə təmin edi lməməsi qət edilmişdir. (hakim Əminə Abbasova)

15. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, 01.08.2011-ci il tarixli “Avtomobil krediti və girov/ipoteka müqaviləsi”nə əsasən “xxxx” ASC tərəfindən İddiaçı1 21160 manat məbləğində kredit verilmişdir. Kreditin ödənilməsini təmin etmək məqsədilə cavabdehlə bank arasında İddiaçı1 mülkiyyətində olan “Chevrolet Captiva” markalı, 90LV-497 dövlət qeydiyyat nişanlı avtomobilə ipoteka müqaviləsi bağlanılmışdır. “Chevrolet Captiva” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı1 mülkiyyətindədir.

16. Həmçinin müəyyən edilib ki, iddaçı İddiaçı1 29.07.2013-cü il tarixli “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnaməyə əsasən qeyd edilən avtomobili Cavabdeh1 istifadəsinə vermiş, tərəflər arasında razılığa görə 29.07.2013-cü il tarixdən sonra kredit üzrə qalan ödənişləri Cavabdeh1 ödəməli imiş. Buna baxmayaraq, Cavabdeh1 kredit üzrə ödənişləri aparmamış və nəticədə İddiaçı1 krediti müqaviləsi üzrə 15753,43 manat məbləğində əsas borc, 486,69 manat məbləğində faiz borcu və 359,83 manat məbləğində cərimə borcu yaranmışdır. İddiaçı1 Cavabdeh1 verdiyi etibarnaməyə 26.12.2013-cü il tarixində xitam vermişdir.

17. İşin müəyyən edilmiş bu hallarına əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, İddiaçı1 mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, Cavabdeh1 verdiyi etibarnaməni ləğv etdirdiyindən, iddiaçı avtomobili cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etməkdə haqlıdır.

18. Birinci instansiya məhkəməsi cavabdehin iddiaya etiraz olaraq mübahisə predmeti olan avtomobili iddiaçıdan etibarnamə ilə satın alması, daha sonra həmin avtomobili etibarnamə ilə də üçüncü şəxsə satması və mübahisəli avtomobilin hazırda onun sahibliyində olmaması barədə dəlillərini qanunvericiliyin müəyyən etdiyi rəsmi reyestrdə qeydə alınmalı olan alqı-satqının rəsmiləşdirilməsi qaydalarına uyğun saymayaraq qəbul etməmişdir.

19. Birinci instansiya məhkəməsi qeyd edib ki, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilənin bağlanması üçün şifahi alqı-satqı müqaviləsi deyil, mülki qanunvericiliyin tələblərinə əməl edilməklə müvafiq qaydada rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi bağlanmalıdır. Lakin hazırki işdə belə bir müqavilənin bağlanması müəyyən edilməmişdir. 20 Birinci instansiya məhkəməsi həmçinin əldən çıxmış fayda kimi cavabdehdən 5 il ərzində 10000 manat pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində iddianı da rədd edərək bunu onunla əsaslandırıb ki, həmin tələb sübuta yetirilməyib.

21. Məhkəmə mövqeyini Mülki Məcəllənin 157.2, 365.1.3, 366.4, 389, 407.2, 567, 650-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

22. Cavabdeh1 apellyasiya şikayəti verilərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, “Chevrolet Captiva” markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı1 tərəfindən Cavabdeh1 yalnız nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında deyil, eyni zamanda mübahisəli avtomobilə sərəncam vermək hüququna dai r 29.07.2013-cü il tarixdə mülki etibarnamə də vermişdir.

24. Cavabdeh1 mübahisəli avtomobili iddiaçıdan 2350 manat məbləğində ödəniş etməklə sərəncam vermək hüququna dair etibarnamə əsasında almışdır. Avtomobili aldıqdan sonra məlum olmuşdur ki, həmin avtomobilə bank krediti üzrə gecikmələr vardır.

25. Cavabdeh bir neçə ay mübahisəli avtomobilə dair kredit ödəmiş, lakin sonralar ödənişləri edə bilmədiyi üçün həmin nəqliyyat vasitəsini Bakı şəhəri 18 saylı notariat kontorunda 27 noyabr 2013-cü il tarixdə, iddiaçı tərəfindən cavabdehə verilmiş 29 iyul 2013-cü il tarixli etibarnaməyə əsasən sərəncam hüququ verməklə, xxx olan Cavabdeh2 satmışdır.

26. Cavabdeh1 etibarnamə yalnız nəqliyyat vasitəsindən istifadə üçün deyil, həmçinin daşınar əmlaka dair sərəncam hüququnun verilməsinə dair verilm işdir. Eyni zamanda həmin etibarnamə 29.03.2013-cü il tarixdə yox, 29 iyul 2013-cü il tarixdə verilmişdir.

27. İddiaçı 29 iyul 2013-cü il tarixli etibarnamə ilə daşınmaz əmlak istisna olmaqla, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq səlahiyyətlərini cavabdeh Cavabdeh1 vermişdir.

28. Mübahisəli avtomobilə dair iddiaçı tərəfindən verilmiş etibarnamə ancaq nəqliyyat vasitəsinin idarə edilməsinə dair verilmiş olduğu halda, cavabdeh tərəfindən həmin avtomobilin özgən inkiləşdirilməsi qeyri-mümkün olardı.

29. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1111/2019 saylı, 09 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli, 2(011)3347/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xəyal Sarıyev (sədrlik edən, məruzəçi), Vüqar Həsənov, Şərafət Məmmədova)

30. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə ilə razılaşaraq qeyd edib ki, İddiaçı1 mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan və Cavabdeh1 verilmiş etibarnamə ləğv edildiyindən iddiaçının həmin avtomobili cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququ vardır. c) Kassasiya instansiyası məh kəməsində birinci icraat

31. Cavabdeh1 kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini, işin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla, şikayətdə apellyasiya instansiyası tərəfindən maddi və prosessual qanun pozuntularına yol veriləməsinə istinad edilib.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2047/2020 saylı, 18 iyun 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11113/2019 nömrəli iş üzrə 09 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılmışdır.

34. Kassasi ya instansiyası məhkəməsi qeyd edib ki, birinci instansiya məhkəməsi iddia tələbini avtomobilin qaytarılması hissədə təmin edərkən işin hallarını düzgün tədqiq etməmiş, iş materiallarında olan sübutlara tam, hərtərfəli və obyektiv qiymət verməmiş və nəticədə düzgün olmayan qətnamə qəbul etmiş, apellyasiya instansiyası məhkəməsi də həmin nəticə ilə razılaşmaqla eyni səhvləri təkrarlamışdır.

35. Kassasiya instansiyası göstərib ki, qeyd olunan avtomobilin etibarnamə əsasında 16.04.2012-ci il tarixdən 29.03.2020-ci tarixədək X3, 29.07.2013-cü il tarixdən 16.11.2021-ci il tarixədək Cavabdeh1 istifadəsinə verilməsi barədə DİN-in Baş Dövlət Yol Polis İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud olmuşdur. Həmin etibarnaməyə 26.12.2013-cü il tarixində xitam verilmişdir.

36. Kassasiya in stansiyası işə baxlıarkən iddiaçının nümayəndəsinin məhkəməyə vəsatətlə müraciət edərək X1 cavabdeh kimi iş cəlb edilməsi barədə vəsatət verməsini, məhkəmənin həmin vəsatəti, bundan başqa X3 da işə cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi məsələsini müzakirə etməməsini qeyd etmişdir.

37. Kassasiya instansiyası hesab edib ki, məhkəmələr iddia tələbini avtomobilin qaytarılması hissədə təmin edərkən avtomobilin faktiki olaraq kimin sahibliyində və ya istifadəsində olmasını müəyyən etməmiş, yuxarıda adı çəkilən şəxsləri işə cəlb edərək bu halları araşdırmamış, avomobilin həmin şəxslərdə olduğu halda idddiaçıya cavabdehin həmin şəxslərlə əvəz edilməsi və ya cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilməsi məsələsi ni müzakirə etməmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

38. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6225/2020 nömrəli, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli qətnaməsi həmin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirlmədən saxlanmışdır. (hakimlər Akif İsgəndərov (sədrlik edən, məruzəçi), İlham Kərimli, Elşən Kazımov)

39. Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında Cavabdeh2 cavabdeh kimi işə cəlb edilməsi ilə bağlı göstərişi barədə qeyd edib ki, Cavabdeh2 hazırkı iş üzrə cavabdehdir, belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən 29.04.2019-cu il tarix li məhkəmə iclasında protokol qərarı ilə İddiaçı1 cavabdeh qismində işdə iştirak etməyə cəlb olunmuşdur. Buna görə də İddiaçı1 yenidən cavabdeh kimi cəlb edilməsi məsələsinin müzakirə olunması mülki prosessual qanunvericiliyin tələblərinə ziddir.

40. X3 cavabdeh qismində cəlb edilməsi barədə kassasiya instansiyasının qərarında şərh olunan göstərişə gəldikdə, tərəflərin izahatlarına əsasən E.Zamanovun mübahisəli avtomobilə və hazırkı işə hər hansı aidiyyəti müəyyən olunmadığından, apellyasiya məhkəməsi onun işdə iştirak etməyə cəlb olunmasına zərurət görməmişdir.

41. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin mübahisəli avtomobilin Cavabdeh1 olmaması, Cavabdeh1 avtomobili iddiaçının ona verdiyi etibarnamə üzrə səlahiyyətdən istifadə edərək satması və bu səbəbdən də iddianın rədd edilməli olması ilə bağlı dəlillərini əsassız sayıb və işin müəyyən edilmiş hallarına əsaslanaraq qeyd edib ki, əvvəla, mübahisəli minik avtomobilinin alqı-satqısına dair iş materiallarında hər hansı sübut yoxdur. Baş Dövlət Yol Plisi İdarəsinin verdiyi arayışa əsasən avtomobil sonuncu dəfə 29.07.2013-cü il tarixdə Cavabdeh1 istifadəsinə verilmişdir və mərkəzi informasiya sistemində bu tarixdən sonra hər hansı şəxsin adına etibarnamə verilməsinə dair məlumat yoxdur. Həmin arayışda dövlət reyestrində olan məlumatlara əsasən maşının mülkiyyətçisinin iddiaçı olduğu qeyd edilmişdir. Digər tərəfdən, Cavabdeh1 adına verilmiş nəqliyyat vasitəsini idarə etmək haqqında 29.07.2013-cü il tarixli etibarnamədə həmin etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilməsi qadağan edilmişdir və Cavabdeh1 həmin avt omobilin idarə edilməsi də daxil olmaqla onun üzərində sərəncam verilməsinə dair etibar edilmişi başqasına etibar etmə qaydasında üçüncü şəxslərə etibarnamə verə bilməzdi.

42. Cavabdeh mübahisəli avtomobillə bağlı Cavabdeh2 adına etibarnamə verməsini daşınmaz əmlak istisna olmaqla iddiaçıya məxsus digər əmlaklar üzərində sərəncam verilməsinə dair 29.07.2013-cü il tarixli 7/20-18806 reyestr nömrəli digər etibarnamə ilə əsaslandırsa da, apellyasiya məhkəməsi hesab edib ki, eyni gündə verilmiş birinci etibarnamə ilə nəqliyyat vasitəsini idarə etmək hüququnun başqa şəxslərə ötürülməsi qadağan edildiyindən, mübahisəli avtomobil həmin gün verilmiş digər etibarnamənin təsiri altına düşə bilməzdi. Həm də həmin etibarnamədə mübahisəli avtomobillə bağlı konkret heç bir qeyd aparılmamışdır.

43. Apell yasiya məhkəməsi belə nəticəyə gəlib edir ki, mübahisəli minik avtomobilinin idarə edilməsi ilə bağlı sonuncu dəfə yalnız Cavabdeh1 adına etibarnamə verildiyindən və həmin etibarnamə 26.12.2013-cü il tarixdə iddiaçının ərizəsinə əsasən ləğv olunduğundan etibarnamə əsasında verilmiş avtomobil cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır.

44. Apellyasiya məhkəməsi qeyd etdiklərinə saəsn birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

45. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianının rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

46. Kassasiya şikayət apellyasiya və ilkin kassasiya şikayətinin dəlillərinə uyğun əsaslandırlımaqla, şikayətdə işin faktiki hallarına istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri

47. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

48. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh1 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.

49. Məhkəmə kollegiyasının iclasında cavabdeh İddiaçı1 və onun vəkili Bayramov Cavid Əli oğlu kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər.

50. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Məcəllə Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 365.1.3. Etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir. Maddə 366.4. Etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut ol unmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbi q olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olun mamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

52. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

58. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi MPM-in 420-ci maddəsinin tələblərinə əməl edərək hazırki iş üzrə kassasiya instansiyasının qərarında şərh edilən göstərişlərinə əməl etməklə (hazırki qərarın 39, 40-cı bəndləri) qanuni nəticəyə gəlmişdir.

59. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.

60. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı d a ondan ibarətdir ki, mübahisəli minik avtomobili iddiaçının mülkiyyətindədir, iddiaçı həmin avtomobilin idarə edilməsi ilə bağlı sonuncu dəfə yalnız Cavabdeh1 adına etibarnamə verib, həmin etibarnamə 26.12.2013-cü il tarixdə iddiaçının ərizəsinə əsasən də ləğv olunub.

61. İşin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.2-ci maddəsini düzgün tətbiq edilmişdir. Çünki qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın qeyd edilən hissədə təmin edilməsini şərtləndirmişdir.

62. Məhkəmə kollegiyası həmçinin iddianın rədd edilməsi üçün cavabdehin gətirdiyi dəlillərlə bağlı apellyasiya məhkəməsinin dəyərləndirməsini əsaslı hesab edir və hazırki qərarın 41 və 42-ci bəndlərində qeyd edilənləri bir daha təkrar etməyə lüzum görmür.

63. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

64. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri də əsassızdır.

65. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 6225/2020 nömrəli, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar