Məhkəmə qərarları › İş №2(102)-1476/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1476/2024

01.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1476/2024 01.05.2024 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər:hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7194/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs Əmək və Əha linin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. BP № 016032 saylı vəsiqədən görünür ki, Ərizəçi xx.xx.1974-cü ildən xx.xx.1976-cı il tarixədək Ermənistan SSR Vardenis rayonu 24 saylı texniki peşə məktəbinin əyani şöbəsində təhsil alaraq 3-cü dərəcəli traktorçu-maşinist ixtisasına yiyələnmişdir.

2. Ərizəçi 1976-cı ilin iyul ayından 1988-ci ilin dekabr ayınadək Ermənistan SSR Vardenis rayonu, Pəmbək kənd sovetliyinin Dərə kənd kolxozunda traktorçu-maşinist işləmiş, lakin məlum hadisələrlə əlaqədar əvvəlki əmək kitabçasın ı əldə edə bilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. Ərizəçi (bundan sonra ərizəçi) maraqlı şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra maraqlı şəxs) cəlb olunmaqla hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1976-cı ilin iyul ayından 1988-ci ilin dekabr ayınadək olan tarixə kimi Ermənistan SSR Vardenis rayonu, Pəmbək kənd sovetliyinin Dərə kənd kolxozunda traktorçu-maşinist işləməyi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxx 1957-ci ildə keçmiş Ermənist an SSR Krasnoselo rayonunda anadan olmuşdur. xx.xx.1974-cü ildən xx.xx.1976-cı il tarixədək Ermənistan SSR Vardenis rayonu 24 saylı texniki peşə məktəbinin əyani şöbəsində təhsil alaraq 3-cü dərəcəli traktorçu-maşinist ixtisasına yiyələnmişdir. 1976-cı ilin iyul ayından 1988-ci ilin dekabr ayınadək olan tarixə kimi Ermənistan SSR, Vardenis rayonu, Pəmbək kənd sovetliyinin Dərə kənd kolxozunda traktorçu-maşinist işləmişdir. Dərə kənd kolxozunda traktorçu-maşinist işlədiyi zaman vaxtilə Dərə kəndində ərizəçi ilə bir yerdə həmin kolxozda işləmiş şəxslər: 1) X6; 2) X4; 3) X5; 4) X3. Həmin şəxslər bu faktı təsdiq edərlər ki, həqiqətən ərizəçi 1976-cı ilin iyul ayından 1988-ci ilin dekabr ayınadək olan tarixə kimi Ermənistan SSR Vardenis rayonu, Pəmbək kənd sovetliyinin Dərə kənd kolxozunda trak torçu-maşinist işləmişdir. 1988-ci ilin dekabr ayının əvvəllərində məlum hadisələrlə bağlı zorla deportasiya nəticəsində Ermənistandan qaçqın düşən zaman əvvəlki əmək kitabçasını və digər sənədləri götürə bilməmişdir. Ərizəçi yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə ərizə ilə maraqlı şəxsə müraciət etmişdir. Lakin, əmək kitabçasında yuxarıda göstərilən dövrdə müvafiq qeydlər aparılmaması səbəbindən 25 illik sığorta stajının olmaması əsas gətirilərək yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Göründüyü kimi, ərizəçinin 1976-cı ilin iyul ayından 1988-ci ilin dekabr ayınadək olan tarixə kimi Ermənistan SSR, Vardenis rayonu, Pəmbək kənd sovetliyinin Dərə kənd kolxozunda traktorçu-maşinist işləməyininməhkəmədənkənar qa ydada təsdiq edilməsi mümkün olmamışdır. Ona görə də bu səbəbdən məhkəməyə ərizə ilə müraciət etmişdir ki, həmin dövrdə traktorçu-maşinist işlədiyi müddət iş stajı faktı kimi təsdiq olunsun.

5. Maraqlı şəxs ərizəyə etiraz verərək göstərmişdir ki, ərizəçinin ərizədə 1976-cı ilin iyul ayından 1988-ci ilin dekabr ayınadək olan tarixə kimi Ermənistan SSR Vardenis rayonu, Pəmbək kənd sovetliyinin Dərə kənd kolxozunda traktorçu-maşinist işləməyi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi həmin hüquq müəyyənedici sənədin ona məxsus olmasını, lakin bu faktları təsdiq edən əmək kitabçasının olmamasını qeyd etmişdir və həmin faktları təsdiq edən hər hansı bir sənəd olmamasını əsas gətirərək məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, icraatınızda olan e2 (008)4778/2023 nömrəli iş üzrə ərizə təmin edilməməlidir. MPM-nin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 310-cu maddəsində ərizənin məzmunu və ərizəyə baxılması qaydası qeyd edilmişdir ki, həmin qaydaya əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11,1992-ci il tarixl i Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Ən azı iki nəfər şahid olmalı; Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); Ərizəçidən fərq li olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Yəni müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (isə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiy a təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz.

6. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, e-2(008)4778/2023 saylı qətnaməsi ilə (hakim Adilə Paşayeva) ərizə təmin edilmiş, ərizəçinin 19761988-ci illərdə Ermənistan SSR Vardenis rayonu, Pəmbək kənd sovetliyinin Dərə kənd kolxozunda traktorçu-maşinist işləməyinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmiş və həmin illər onun əmək stajına daxil edilmişdir.

7. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən qeyd etmişdir ki, ərizəçi 19761988-ci illərdə Ermənistan SSR Vardenis rayonu, Pəmbək kənd sovetliyinin Dərə kənd kolxozunda traktorçu-maşinist işləməyi iş materialları və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Həmin faktın müəyyən edilməsi isə ərizəçiyə pensiya hüquqların ın həyata keçirilməsi ilə bağlı lazım olduğundan, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir.

8. Məhkəmə öz hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsi ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Maraqlı şəxs apellyasiya şikayət verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçinin işlədiyini iddia etdiyi dövrlərin hər biri ayrı-ayrılıqda ən azı iki şahidin ərizəçi ilə bir idarə, müəssisə, təşkilatda işlədiyi dövr ilə üstüstə düşməli olduğundan, sadalanan şahid ifadələrindən aşağıda qeyd olunan nəticələrə gəlmək mümkündür: 1-ci şahid X2 verdiyi ifadədən, habelə məhkəməyə təqdim etd iyi əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, ərizəçinin təsdiqlətmək istədiyi 1976-cı ilin iyul ayından 1988-ci ilin dekabr ayınadək Dərə kənd kolxozunda işlədiyi illərin yalnız müəyyən bir qismində -xx.xx.1981-ci il tarixdən ərizəçi ilə bir yerdə işləmişdir. 1976-1981-ci illərdə ərizəçi ilə eyni müəssisədə işləməmişdir. 2-ci şahid X1 verdiyi ifadədən, habelə məhkəməyə təqdim etdiyi əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, o, Dərə kənd kolxozunda yalnız 03 mart 1986-ci ildən işləmişdir. O, (şahid) ərizəçidən fərqli olaraq, 1976-1986-cı illərdə ərizəçi ilə eyni müəssisədə işləməmişdir. Məhkəmə iclasında iştirak etmiş şahidlərin məhkəməyə təqdim etdiyi əmək kitabçalarının təsdiq edilmiş surətindən görünür ki, onların Ermənistan SSR, Vardenis rayonu, Pəmbək kənd so vetliyinin, Dərə kənd kolxozunda işlədiyi illərlə ərizəçinin ərizəsində mübahisələndirdiyi illər yalnız müəyyən qismdə üst-üstə düşür. Belə ki, ərizəçinin 1976-cı ilin iyul ayından 1988-ci ilin dekabr ayınadək Dərə kənd kolxozunda işlədiyi dövrlərin şahidlə təsdiqlənməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edildiyi üçün hazırki mülki iş üzrə stajın şahid ifadələri əsasında müəyyən edilməsi əsassızdır. Lakin yuxarıda qeyd olunan xüsusatlara baxmayaraq, ərizəçinin ərizəsi təmin edilmişdir. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün:

1. Ən azı iki nəfər şahid olmalı;

2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli);

3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Lakin hazırki iş üzrə məhkəmə iclasında iştirak etmiş şahidlərdən biri Ermənistan SSR, Vardenis rayonu, Pəmbək kənd sovetliyinin, Dərə kənd kolxozunda xx.xx.1981-ci ildən, digəri isə xx.xx.1986-cı il tarixdən işləmişdir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Normativ sənədin məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Hazırki işdə şahidlərin əmək kitabçalarındakı qeydlərdən göründüyü kimi, Dərə kə nd kolxozunda işlədiyi illərin yalnız bir qismi ərizəçinin iş stajı ilə üst-üstə düşür. Bu isə qanunvericiliyin tələblərinə uyğun deyildir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2(103)-7194/2023 saylı qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov, İkram Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışında birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

13. Maraqlı şəxs (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməs i və ərizənin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti də apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.

19. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

20. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

23. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

24. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər.

25. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

26. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya sı məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

27. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

28. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməs i işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslan dırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

32. Maraqlı şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ərizənin təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

33. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ərizəçinin 1976-cı ilin iyul ayından 1988-ci ilin dekabr ayınadək Ermənistan S SR Vardenis rayonu, Pəmbək kənd sovetliyinin Dərə kənd kolxozunda traktorçu-maşinist işləməsini həmin kənddə onunla birgə yaşamış və kolxozda birgə işləmiş şahidlər ifadələri ilə təsdiq etmişlər.

34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şahid ifadələrinin mötəbər sübut kimi qəbul edilməməsi üçün əsaslar olmalıdır. Maraqlı şəxs şahidlərin ərizəçinin iddia etdiyi tam tarixlərdə orada işləmədiyini göstərsə də birinci instansiya məhkəməsi ərizəçinin iddia etdiyi dövrü nəzərə alaraq hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən etmişdir. Başqa sözlə, ərizədə göstərilən dörd şahiddən ikisinin ifadəsi ilə ərizəçinin 1976-1988-ci ilədək fasiləsiz olaraq qeyd olunan kolxozda işləməsi faktı təsdiq edilir. Şahid ifadələrini təkzib edən hər hansı sübut müəyyən edilmədi, bu ifadələrin sübut kimi qəbul olunmasını istisna edən hallar da mövcud deyil.

35. Əksinə, ərizəçinin təqdim etdiyi vəsiqədən görünür ki, o, xx.xx.1974-cü ildən xx.xx.1976-cı il tarixədək Ermənistan SSR Vardenis rayonu 24 saylı texniki peşə məktəbinin əyani şöbəsində təhsil alaraq 3-cü dərəcəli traktorçu-maşinist ixtisasına yiyələnməsi faktı da onun sonradan bu vəzifədə işləməsini təsdiq edir.

36. Maraqlı şəxs kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində məhkəmə iclasında iştirak etmiş şahidlərdən birinin Ermənistan SSR, Vardenis rayonu, Pəmbək kənd sovetliyinin, Dərə kənd kolxozunda xx.xx.1981-ci ildən, digəri isə xx.xx.1986cı il tarixdən işlədiyi üçün onların əmək kitabçalarındakı qeydləri Dərə kənd kolxozunda işlədiyi illərin yalnız bir qismi ərizəçinin iş stajı ilə üst-üstə düşməsinin qanunvericiliyin tələbinə uyğun olmadığını göstərsə də bu dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, ona görə ki, ərizəçi milli münaqişə və etnik təmizləmə nəticəsində məcburən Ermənistan Respublikasından qaçqın kimi Azərbaycan Respublikasına gəlmişdir və məlum səbəblərdən əmək kitabçasını əldə edə bilməmişdir. Məhkəmə iclasında ifadə verən şahidlərin əmək kitabçasında işlədiyi illərin bir qisminin ərizəçinin işlədiyi illərin bir qismi ilə üst-üstə düşməsi də şikayətin dəlillərini əsaslı etmir. Çünki, şahidlərin əmək kitabçasındakı qeydlər onların ərizəçi ilə bir kolxozda işləməsini birbaşa təsdiq edir.

37. Bundan əlavə, şahid Bayraməli Vəliyevin əmək kitabçasındakı qeydlərdən də görünür ki, o, 1975-ci ildən həmin kolxozda işləmişdir. Maraqlı şəxsin mövqeyindən belə ç ıxır ki, əmək kitabçasındakı qeydin ərizəçinin göstərdiyi dövrü tam əhatə etmirsə şahidin ifadəsi ümumiyyətlə heç bir əhəmiyyət kəsb etmir. Bu cür yanaşma səhv olmaqla sübutların qiymətləndirilməsi səlahiyyətinin məhkəməyə aid olması ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri ilə də uzlaşmır.

38. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, hazırki hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlərə baxılarkən Ermənistan SSR-nin ərazisində yaşamış şəxslərlə Azərbaycan Respublikasında yaşamış şəxslər fərqləndirilməlidir. Çünki milli münaqişə nəticəsində qovulmuş və deportasiya olunmuş şəxslərin maraqlı şəxsin arzuladığı və istədiyi formada sübutlar toplaması və təqdim etməsi məlum hadisələrə görə bəzən obyektiv səbəblərdən mümkünsüz sayılır. Ona görə d ə maraqlı şəxsin qeyd olunan kateqoriyadan olan ərizəçiyə münasibətdə şikayətində göstərdiyi, yəni iş stajının təsdiq olunması üçün:

1. Ən azı iki nəfər şahid olmalı;

2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli);

3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır kimi tələbin məcburi olması ədalətli yanaşma deyildir. Bir daha qeyd olunur ki, hər iki şahid ərizəçi ilə bir kənddə yaşamış və bir kolxozda işləmişlər. Şahidlərdən bir tam olaraq, hətta ərizəçidən də qabaq həmin kolxozda işləmiş, digəri isə müəyyən dövrdə işləsə də ərizəçini həmkəndlisi kimi tanıyıb və kolxozda ondan da əvvəl işlədiyini görmüşdür. Belə çıxır ki, digər şahidin ərizəçinin göstərdiyi dövrdə tam işləməməsi və buna dair əmək kit abçasında qeydin olmaması onun ifadəsinin mötəbərliliyini inkar etmiş olur. Əlbətdə ki, bu milli münaqişə nəticəsində qovulmuş və deportasiya olunmuş şəxslərə, o cümlədən hazırki iş üzrə ərizəçiyə münasibətdə açıq-aşkar ədalətsiz yanaşmadır ki, bu da yolverilməz sayılmalıdır.

39. Şərh olunanlara əsasən kassasiya instansiyası məhkəməsi maraqlı şəxsin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, maraqlı şəxsin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2(103)7194/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar