Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1477/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının 2(103)-4885/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 01 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)563/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsilə təqsirləndirilən şəxs İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 04 ay müəyyən edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4(103)-758/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə, təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi X2 apellyasiya şikayəti təmin edilmiş, İddiaçı barəsində seçilmiş həbs növündə qətimkan tədbiri lə ğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən onun barəsində əsassız olaraq həbsqətimkan tədbiri seçildiyi və qanunsuz olaraq xitam edilməli olan cinayət işini xitam etmədiyi üçün ona vurulmuş 20000 manat maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi rayon Polis İdarəsi İŞ-nin müstəntiqi, polis kapitanı Ülvi Hadıyev 10 dekabr 2021 ci il tarixdə heç bir ilkin təhqiqat aparmadan iddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə cinayət işi başlam ış və həmin cinayət işini öz icraatına qəbul etmişdir. Bundan sonra müstəntiq 13 və 14 dekabr 2021-ci il tarixlərdə telefon nömrəsinə zəng edərək onu «xırda bir izahat vermək» adı ilə, bir növ aldadaraq Nəsimi rayon Polis İdarəsinə dəvət etmişdir. 15 dekabr 2021-ci il tarixdə saat 12-00 radələrində iddiaçı Nəsimi rayon Polis İdarəsinin 301-ci otağına gəlmiş və özünü müstəntiqə təqdim etmişdir. Bu zaman müstəntiq dərhal öz iş otağına bir neçə əməliyyatçı dəvət edib onun azadlığını faktiki olaraq məhdudlaşdırmış və ona qarşı mənəvi-psixoloji təsir etməyə başlamışlar. Müstəntiq nədə təqsirləndirildiyini izah etmədən, ona heç bir şikayət, habelə cinayətdə şühbəli olmağı ilə bağlı hər hansı bir əlamətlər təqdim etmədən onu öz otağında faktiki həbs etmişdir. Hətta onun dəvət etdiyi polislər onu tualetə də buraxmamışlar. Halbuki, hələ o zamana qədər barəsində «tutma protokolu» yox idi. Bu isə heç bir əsas olmadan azadlığının məhdudlaşdırılması demək idi. Bundan sonra müstəntiq onun barəsində şikayət olduğunu və onun ifadə verməli olduğunu bildirdi. Məhz o zaman ona məlum oldu ki, müstəntiq artıq barəsində cinayət işi də qaldırıb. Bu zaman o müstəntiqə vəkilsiz heç bir ifadə verməyəcəyini bildirdikdə ona istədiyi vəkili dəvət etməyinə də mane olmağa başladı və yalnız «onların ərazisində yerləşən vəkil bürosunun növbətçi vəkilini» dəvət edə biləcəyini bildirdi. Buna baxmayaraq təkid elədikdə o çağırmaq istədiyi 3 vəkilin heç biri ilə onu təmin eləmədi. Bundan sonra əl telefonlarını da müsadirə elədi. Axırda o məcbur oldu ki, növbətçi vəkildən birini seçsin. Təyinat əsasında çağrılmı ş vəkil gəlib çıxandan sonra müstəntiq ona qarşı verilən şikayəti ona oxumadan və ona qarşı qaldırılmış cinayət işinin mahiyyəti barədə izah vermədən onu «şübhəli şəxs» kimi tanıyaraq şübhəli şəxs kimi də dindirməyə başladı. Təbii ki, o özünü təqsirli saymadı və bu faktın məhkəmədə mülki xarakterli mübahisənin predmeti kimi müstəntiqin nəzərinə çatdırdı. Müstəntiq onu şübhəli şəxs kimi dindirəndən və «tutma protokolu» tərtib edəndən sonra onu 48 saat saxlamaq üçün kameraya göndərməzdən əvvəl o ondan həmin gün barəsində tərtib etdiyi prosessual sənədlərin surətləri tələb elədi. Amma müstəntiq barəsində tərtib etdiyi prosessual sənədləri ona təqdim etmədi və bu barədə tərtib etdiyi sənədləri saxladı. Müvəqqəti saxlama kamerada 48 saat saxlayandan sonra 17 dekabr 2021-ci il tarixdə müstəntiq vəkili ilə bərabər saxlandığı kameraya gələrək ona Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə ittiham elan elədi və ifadəsini aldı. Bundan sonra müstəntiq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədi ilə onu əvvəl rayon prokuroru Həsən Hənifəyevin yanına apardı. Onun bu tələbi Nəsimi rayonundan əvvəl də Səbail rayon Plis İbarəsinin müstəntiqi və Səbail rayon məhkəməsi tərəfindən araşdırılaraq Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə həm də müəyyən etmişdir ki, onunla Dadaşov arasında təkcə 30 min dollarla yox, digər pullarla da bağlı iddiası B.Dadaşov sadəcə olaraq ona qarşı qərəzli olaraq bilə-bilə yalan məlumat vermişdi. Apellyasiya instansiyası məhkəməsi nəinki ona qarşı həbs qətimkan tədbirinin düzgün tətbiq edilmədiyini müəyyən etmiş, hətta əməlində Cinayət Məc əlləsinin 182.2.4-cü maddəsinin tərkibin olmadığı qənaətinə gəlmişdir. Bu bir mülki mübahisə idi. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Nəsimi rayon məhkəməsinin onun barəsində seçdiyi 17 dekabr 2021 ci il tarixli həbs qətimkan tədbiri barədə qərarı ləğv edərək onu məhkəmə zalından dərhal azadlığa buraxdı. Hazırda həmin cinayət işinin istintaqı davam etsə də, 17 dekabr 2021-ci ildən bəri müstəntiq tərəfindən heç bir prosessual hərəkətlər aparılmır. Onun prosessual vəziyyəti hələ də «təqsirkar şəxs»dir. Barəsində isə “başqa yerə getməmə» barədə qətimkan tədbiri tətbiq edilib. Əslində, həmin işlə bağlı bütün faktlar faktiki olaraq araşdırılmışdır. Ona min dollar məbləğində ziyan vuran ona qarşı dələduzluq edən zərərçəkmiş” Bəxtiyar Dadaşova qarşı heç bir “hədə qorxu i lə tələb” etmə cinayəti olmamışdır. Bəxtiyra Dadaşov sadəcə olaraq ona məxsus pullarını qaytarmamaq üçün onun qanunsuz həbsinə nail olmağa çalışmışdır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2026/2022 nömrəli iş üzrə 31 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi rədd edilmişdir.
6. Məhkəmə iddia tələbinin dəymiş maddi ziyanın ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı ona maddi ziyanın vurulmasını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi.
7. Məhkəmə mənəvi ziyanın vurulması ilə bağlı qeyd etmişdir ki, pozulmuş və ya pozulmasını ehtimal etdiyi hüquqlarının bərpa olunması və ya müdafiə edilməsi üçün hər kəs məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Bu h üququn hər hansı formada məhdudlaşdırılması yolverilməzdir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə olan halda məhkəməyə müraciət edilməsi və ya ona qarşı qaldırılan iddia tələbi ilə əlaqədar məhkəmə müdafiəsi hüququndan istifadə edilməsinə görə mənəvi zərər tələb edilməsi əsassız hesab edilməlidir. Çünki bu, şəxslərin hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməkdən çəkinmələrinə və nəticədə Azərbaycan Resublikasının Konstitusiyasında təsbit edilmiş məhkəmə müdafiəsi hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarar. Lakin iddiaçı barəsində olan cinqayət işi istintaqı hazırda davam etdiyinə görə iddia tələbi təmin oluna bilməz, iddiaçının göstərdiyi hallar həmin cinayət işinin istintaqı çəpçivəsində yoxlanılmalı və qiymət verilməlidir.
8. Məhkə mə gəldiyi nəticəni Konstitusiyanın 26.1, 26.2 və 60-cı, Mülki Məcəllənin 21.1 və 1101.1-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1,5, 6 və 7-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, rayon məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, iş üzrə sübutlara düzgün qiymət verməmişdir. Həmçinin işə ərazi aidiyyəti üzrə məhkəmədə baxılm ayıb.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4885/2022 nömrəli iş üzrə 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Həmid Həmidov və Xəyalə Cəmilova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı barəsində seçilmiş həbs qətimkan təbiri ləğv edilsə də, onun Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqının hal-hazırda da davam etməsi işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Demək ki, həmin cinayət işi üzrə yekun qərar qəbul olunmamış, bu isə nəzəri baxımdan iddiaçı barəsində ittiham hökmünün çıxarılmasını istisna etmir.
13. Həmçinin apellyasiya məhkəməsi göstərmişdir ki, İddiaçı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə hal-hazırda da istintaqı aparılan cinayət təqibinə məhkəməyədək icraat dövründə xitam verilməsi və ya məhkəmədə bəraət alması, eləcə də bəraətverici əsasla xitam verilməsi halında eyni tələblərlə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir.
14. İddiaçınının apellyasiya şikayətinin digər dəlili işə ərazi aidiyyətinin pozulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, hazırkı iddia tələbi ilə bağlı qanunvericilikdə iddiaçıya seçim azadlığı verilmiş, iddiaçının da qeyd olunan tələblərlə bağlı, həm cavabdehin qeydiyyatda olduğu yerə görə, həm də iddiaçının özünün yaşadığı yerə görə məhkəməyə müraciət etmək hüququ təsbit olunmuş, iddiaçı da hazırkı tələblə öz seçiminə əsasən Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Ona görə də iddiaçının apellyasiya şikayətinin bu dəlili də aşkar əsassızdır.
15. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahatında həm də rayon məhkəməsi tərəfindən qətnamənin yetərincə əsaslandırılmadığını bildirmişdir. Bununla bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və i ddianın təmin olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Bakı Apellyasiya Mməhkəməsi tərəfindən qəbul edilmiş qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır, ona görə də qanunsuz və əsassız hesab olunmalı və ləğv edilməlidir.
18. İddiaçı şikayətini Mülki Məcəllənin 2 və 1101-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
20. Maddə 26.1. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
21. Maddə 26.2. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
22. Maddə
60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Mülki Məcəllə
23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ na malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanun
25. Maddə
1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.
26. Maddə
5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulma sı ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
27. Maddə 6.1. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
28. Maddə 7.1. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Mülki Prosessua l Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşd ırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanı lır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmaqla sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtə rəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
42. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4885/2022 nömrəli iş üzrə 21 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.