Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1477/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, əmrin ləğvi (Əmək Məcəlləsi 70-ci maddəsinin “ç” bəndi ilə), məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4939/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 2 mart 2020-ci il tarixli 7 saylı əmr ilə Cavabdeh supervayzeri (qərb bölgəsi üzrə) vəzifəsində əmək fəaliyyətinə başlamışdır.
2. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 001NİT nömrəli əmri ilə verilmiş tapşırıqları tam şəkildə yerinə yetirmədiyindən və yerinə yetirilməməsinin səbəblərini aydınlaşdırmaq üçün yazılı izahat verməkdən imtina etdiyindən İddiaçı Azərbaycan Respulikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilmişdir.
3. Cavabdeh MMC-nin 11 aprel 2022-ci il tarixli 012K nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişd ir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli 012K nömrəli əmrinin ləğv edilməsi, iddiaçının MMC-də supervayzer vəzifəsinə bərpa olunması və işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14 mart 2022-ci il tarixli əmrlə MMC-nin supervayzeri (qərb bölgəsi üzrə) vəzifəsində işlərkən iddiaçıya töhmət elan edilmiş, lakin həmin əmrdə hansı tapşırığın nəzərdə tutulduğu aydın deyil, həmçinin əsas olaraq məsul şəxsin təqdimatı və məktub göstərilmişdir. Əmrdə əsas kimi göstərilmiş məktub, iddiaçının cavab məktubudur. Həmin məktubda iddiaçı ona verilmiş tapşırıqları yerinə yetirdiyini, hesabatları vaxtında verdiyini göstərmişdir. Bundan 28 gün sonra, 11 aprel 2022-ci il tarixdə iddiaçı işdən azad edilmişdir. Əmrdə qeyd olunur ki, MMC-nin qərb bölgəsi üzrə supervayzeri İddiaçı xx.xx.2022-ci il tarixdən ona satış üzrə direktor müavini Seleznev Valeriy tərəfindən verilən tapşırıqları yerinə yetirməmişdir. Əmrdə hansı tapşırıqların yerinə yetirilməməsi aydın deyil. Halbuki, əmrdə tapşırıq aydın və konkret qeyd edilməlidir. Belə ki, iddiaçıya iki tapşırıq verilib. 1-ci tapşırıq – 2021-ci ilin dekabr ayında “Bonde” uşaq peçenyasının hər satış təmsilçisi tərəfindən 600 ədəd satılması barədə olmuşdur. İddiaçı satışı yerinə yetirmişdir. 2-ci tapşırıq ərazinin və marşrutların optimallaşdırılması, yəni 6 satış təmsilçisinin 110-120 sat ış nöqtələrinin böyük dövriyyəli satış agentlərindən kiçik dövriyyəli satış agentlərinə keçid edilməsi olmuşdur. Tapşırıqların tam yerinə yetirilməsi elektron poçt vasitəsi ilə yazışmalarla sübut ediləcəkdir. Yazışmalardan işçiyə işdən özü çıxması üçün təzyiq göstərildiyi görünür. Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə əsasən əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməlidir. Lakin 11 aprel 2022-ci il tarixdə 012K nömrəli əmrdə işəgötürən əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi tapşırıqların yerinə yetirilməməsinə görə iddiaçıya xx.xx.2022-ci il tarixli töhmət verilməsi və töhmətdən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmasını qeyd etməklə kifayətlənmişdir. Halbuki iddiaçı tapşırıqları vaxtında yerinə yetirmişdir. Əmrdən görünür ki, iddiaçını n işdən azad edilməsi əvvəlcədən planlaşdırılmışdır. Belə ki, iddiaçıya 14 mart 2022-ci il tarixdə töhmət verilmiş, həmin gün direktor müavini tərəfindən iddiaçının əmək funksiyalarını yerinə yetirməməsi ilə bağlı direktora təqdimat verilmişdir. 28 gün sonra isə iddiaçı işdən azad edilmişdir. Əmrin verilməsi üçün əsas xx.xx.2022-ci il tarixdə 001NİT nömrəli əmr, direktor müavininin təqdimatı, xx.xx.2022-ci il tarixli məktub göstərilmişdir. 11 aprel 2022-ci il tarixdə 012K nömrəli əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Əmrdə və ona əsas olan sənədlərdə işçinin müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla q orunan mənafelərinə hər hansı formada ziyan vurması haqqında heç bir məlumat yoxdur, çünki belə bir hal olmayıb. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 70, 71, 72, 84, 186 və 300-cü maddələrinə istinad etmişdir.
3. Cavabdehin nümayəndəsi iddiaya etiraz verərək bildirmişdir ki, 28 fevral 2022-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya məktub göndərilərək ərazinin və marşrutların optimallaşdırılmasına dair MMC-nin direktor müavini Valeriy Seleznyov tərəfindən ona verilmiş tapşırıqların icra edilməməsi ilə bağlı yazılı izahatın verilməsi xahiş edilib. Lakin iddiaçı bu məktubu qəbul etməkdən və yazılı cavab verməkdən imtina etmişdir. Bununla əlaqədar cavabdeh 4 mart 2022-ci ildə yenidən iddiaçıya məktub göndərərək ona verilmiş tapşırıqların yerinə yetirilməməsi ilə bağlı izah atın verilməsi, əks təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Yenə də iddiaçı müraciətə cavab verməmişdir. Nəticədə iddiaçıya 14 mart 2022-ci il tarxili, 011NİT nömrəli əmrlə töhmət verilmişdir. Töhmət verilməsinə əsas MMC-nin satış üzrə direktor müavini V.Seleznyovun təqdimatı və MMC-nin iddiaçıya göndərdiyi 28 fevral və 4 mart 2023-cü il tarixli məktublar olmuşdur. İddiaçı ərizəsində sözügedən töhmətin əsası kimi özünün cavab məktubunu göstərmişdir. Halbuki iddiaçı ona ünvanlanmış məktublara yazılı şəkildə cavab verməyib. Həmçinin 14 mart 2022-ci ildə MMC-nin satış üzrə direktor müavini V.Seleznyovun yeni təqdimatı daxil olmuş, həmin təqdimatda iddiaçının əmək funksiyalarını təkrar icra etməməsi göstərilmişdir. Cavabdeh tərəfindən 1 7 mart 2022-ci ildə iddiaçıya izahatın verilməsi ilə bağlı müraciət olunmuş, iddiaçı 17 mart 2022-ci il tarixli cavab məktubunda ona verilmiş bütün tapşırıqları yerinə yetirdiyini göstərsə də, faktiki olaraq tapşırıqlar yerinə yetirilməmişdir. Beləliklə, iddiaçı 14 mart 2022-ci ildə ona verilən töhmətdən nəticə çıxarmayaraq əmək funksiyalarını pozmuşdur. Nəticədə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğu üçün (Əmək Məcəlləsinin, maddə 72, “ə” bəndi) 11 aprel 2022-ci il tarixli əmrlə xitam verilmişdir. İddiaçı onun işdən azad edilməsinin guya əvvəlcədən planlaşdırılmış olmasını desə də, y uxarıda göstərilənlər təsdiq edir ki, bu, belə deyil. İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4171/2022 nömrəli, 04 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim X1) iddia təmin edilmiş, İddiaçı Bəhrəm oğlunun işdən azad olunmağı barədə Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 012K nömrəli əmrin ləğv edilməsi, İddiaçı Bəhrəm oğlunun Cavabdeh MMC-də supervayzer vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMCdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozul ması hallarından biri də əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasının pozulmasıdır. Cavabdeh MMC İddiaçı ilə əmək müqaviləsinə xitam verdikdə bu halı əsas göstərsə də, məhkəmə araşdırması zamanı işçi İddiaçı tərəfindən təkrarən əmək funksiyasının pozuntusu halı müəyyən edilməmişdir. Belə ki, işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixli 001NİT nömrəli əmrlə ona verilmiş tapşırıqları tam yerinə yetirməməsinə görə töhmət verildikdən əvvəl İddiaçı əmək funksiyalarının yerinə yetirməməsi onun təkrarən (yenidən) əmək funksiyasını pozulması hesab edilə bilməz. Digər tərəfdən, işçinin intizam tənbehi tətbiq edilməsi ilə əlaqədar izahatının alınması işçinin əmək funksiyası deyil, işçiyə intizam tənbehin verilməsi qaydasıdır. Odur ki, İddiaçı tərəfindən yazılı izahatın verilməsindən imtina əmək funksiyasının pozuntusu kimi qiymətləndirilmir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsi, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2-ci hissəsi, 72-ci maddəsinin “ə” bəndi, 186-cı maddəsi, 187-ci maddəsinin 1-ci hissəsi və 300-cü maddəsinin 1-ci hissəsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
7. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il xx.xx.2022-ci il tarixlərdə iddiaçı ilə MMC-nin satış üzrə direktor müavini Valeriy Seleznev arasında aparılmış elektron məktub yazışmalarından görünür ki, Valeriy Seleznev iddiaçı tərəfindən ərazinin optimallaşdırılması üzrə hesabatların düzgün aparılmadığını bildirmiş, sonuncu hesabatın tamamlandığını, sadəcə bəzi addımları – “TT”-nin düzgün bölmək və “hüquqi şəxsləri iki sətrə bölmək”, yekunlaşdırmaq gərəkdiyini bildirmiş, izahat verməkdən imtina etdiyinə görə xx.xx.2022-ci il tarixdə iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilməsi barədə 001NİT №-li əmr verilmişdir. Bu əmr iddiaçı tərəfind ən mübahisələndirilməmişdir. Bundan sonra, yəni xx.xx.2022-ci il tarixdə saat 11:33-da Valeriy Seleznev tərəfindən iddiaçıya yeni tapşırıqlar verilmişdir ki, iddiaçı, gün ərzində, saat 18:00-dək 2022-ci ilin mart ayınadək iş qrafiki və xx.xx.2022-ci saat 09:00- dək 2022-ci il ərzində (aylar üzrə) görülən işlərin hesabatını təqdim etsin. İddiaçı cavab məktubunda Valeriy Selezneva müraciət edərək göstərmişdir: “Valeriy, mənim harada, kimlə və nə iş gördüyümü sən bilməyəcəksən. Əlbəttə ki, sahələrdəyəm. Məndən heç nə gözləmə. Mən sənə heç bir hesabat verməyəcəm”. Göründüyü kimi, iddiaçı, ona verilmiş tapşırıqları yerinə yetirməkdən imtina etmişdir. Lakin rayon məhkəməsi bu hala obyektiv yanaşmamış və hesab etmişdir ki, işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixli əmrlə ona verilmiş tapşırıq ların tam yerinə yetirməməsinə görə töhmət verilməzdən əvvəl iddiaçı tərəfindən əmək funksiyalarının yerinə yetirməməsi onun təkrarən (yenidən) əmək funksiyasını pozulması hesab edilə bilməz. İddiaçıya xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə verilən tapşırıqların yerinə yetirməməsinə görə xx.xx.2022-ci il tarixdə töhmət verilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçıya xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə verilən tapşırıqlar həm təkrar, həm də yeni tapşırıqlardır. Verilmiş tapşırıqlar öz icrasını tapmadığından eyni tapşırıq işçiyə - iddiaçıya təkrar verilə bilər. Tapşırıqlar fərqli tarixlərlə verildiyinə görə həmin tapşırıqlar təkrar, yəni yenidən verilmiş tapşırıqlar hesab edilir. Lakin birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixdə iddiaçıya verilən tapşırıqları töhmət verilməzdən əvvəl verilən tapşırıqlar kimi qiymətləndirmişdir. xx.xx.2022-ci il tarixdə verilən töhmətdən sonra iddiaçı əmək funksiyasını dayandırmamışdır və iş vaxtı daxilində ona yeni, təkrar tapşırıqların verilməsi normal haldır.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Rəşad Həsənov) 2(103)638/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilərək, hazırkı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e2(011)-4171/2022 nömrəli, 04 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və sair tələbləri” barədə iddiası təmin edilməmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi bir inci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarına əsasən MMC tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya verilmiş tapşırıqların tam yerinə yetirməməsinə görə töhmət verilmişdir. İddiaçı ilə Valeriy Seleznyev arasında aparılmış elektron məktub yazışmalarından müəyyən olunur ki, töhmət verildikdən sonra da iddiaçının əmək vəzifələrini tam yerinə yetirməməsi ilə bağlı ona çoxsaylı irad bildirilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işçiyə töhmət verilməsi onun töhmət verilməsinə səbəb olmuş görülməyən tapşırıqlarının icrasından azad etmir. Əmək vəzifələrini tam yerinə yetirmək iddiaçının vəzifəsi olmasına baxmayaraq, o, verilmiş töhmətdən nəticə çıxarmayaraq əmək funksiyalarını pozmaqda davam etmişdir.
12. Apellyasiya ins tansiyası məhkəməsi göstərmişdir ki, göstərilən əmrin ləğv edilməsi və ya etibarsız hesab edilməsi üçün əsaslar, habelə cavabdeh MMC-nin rəhbərliyinin iddiaçıya qarşı qərəzli mövqeyi apellyasiya baxışı ilə müəyyən edilməmişdir. Cavabdeh MMC xx.xx.2022-ci il tarixli əmri qəbul etməkdə haqlı olmuşdur.
13. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi barədə tələb əsassız olduğundan təmin oluna bilməz. Bu tələb əsassız olduğundan ondan irəli gələn tələblər də, əsassız hesab edilməli və bu tələblərin əsaslılığı ayrıca müzakirə edilməməlidir.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 68-ci maddəsinin 1 və 2-ci hissələri, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2 və 3-cü hissələri, 72-ci maddəsinin “ə” bəndi, 76-cı maddəsinin 2-ci hissəsi, 186-cı maddəsi, 187ci maddəsinin 1-ci hissəsi və 300-cü maddəsinin 1-ci hissəsi ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
15. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-638/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməklə Bakı şəhər Xətai Rayon Məhkəməsinin e2(011)-4171/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, satış üzrə direktor müavininin təqdimatı Bakı şəhər Xətai Rayon Məhkəməsinə təqdim edilməmişdir. Təqdimat təqdim edilmədiyinə görə İddiaçı cavabdehin hansı tapşırıqları yerinə yetirmədiyi aydın deyil. Apellyasiya şikayətində isə elektron poçt və ya “mail” yazışmalarına sübut kimi istinad etməklə sanki həmin yazışmalar əmrin verilməsi üçün əsas olmuşdur. Apellyasiya şikayəti əmrin verilməsinə əsas olan sənədlərə əsaslanmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-638/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində işçi ilə direktor müavini arasında elektron yazışmalara istinad edərək 14 mart 2022-ci il tarixdə saat 11:33-də elektron poçt vasitəsi ilə yeni iki tapşırıq verdiyini qeyd etmişdir. Lakin, direktor müavini tərəfindən verilmiş İddiaçı işdən azad olunması barədə təqdimat məhkəməyə təqdim edilmədiyindən əmək funksiyasının hansı tapşırıqların yerinə yetirilmədiyi üçün pozulduğu müəyyən deyil. Həmçinin direktror müavini Bakı şəhər Xət ai Rayon Məhkəməsində məhkəmə iclasında təqdimatda ərazinin və marşurutların optimallaşdırılması ilə bağlı hesabatların verilməsi tələbi ilə bağlı olduğunu bildirmişdir. Buna baxmayaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası sübut olmadan apellyasiya şikayətində, Bakı şəhər Xətai Rayon Məhkəməsində müzakirə edilməyən elektron yazışmaları əsas götürmüşdür. İddiaçı işdən azad olunması barədə 012K nömrəli əmrin verilməsinə əsas olan təqdimat məhkəməyə verilməmişdir. Buna görə də, işəgötürənin işçini konkret hansı əsasa görə işdən çıxarması aydın deyildir. Buna baxmayaraq direktor müavini Bakı şəhər Xətai Rayon Məhkəməsində iştirak etmiş və təqdimatı ərazinin və marşurutların optimallaşdırılması ilə bağlı verdiyini bildirmişdir. Lakin, apellyasiya şikayətində (təqdimatın olmamasında i stifadə edərək) tapşırığın başqa olduğu bildirilmiş və yeni tələblər müəyyənləşdirilmişdir. Halbuki MPM-nin 372.4-cü maddəsinin tələbinə görə Apellyasiya instansiyas məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. BakıApellyasiya Məhkəməsinin Mülki Kollegiya prosessual qanunvericiliyi pozmaqla işə baxılmanın predmeti olmayan məsələni qəbul etmiş, cavabdehin sübuta yetirə bilmədiyi fikirləri əsasında əsassız qətnamə qəbul etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 19 iyun 2023-cü il tarixli, 2(102)-2563/2023 saylı qərarı ilə (hakimlər Aqil Abbasov (sədrlik edən və məruzəçi), X4 Məmmədov) iddiaçının kassasiya şikayəti qismən təmin edilər ək, apellyasiya instansiyası məhkəməsinin 2(103)638/2023 nömrəli iş üzrə 17 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
18. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının ona verilmiş tapşırıqları tam yerinə yetirməməsinə, eləcə də əmək vəzifələrini tam yerinə yetirməməsi ilə bağlı ona çoxsaylı irad bildirilməsinin müəyyən olunmasına istinad etsə də, iddiaçıya verilən tapşırıqların onun əmək müqaviləsi üzrə əmək funksiyasına aid olu bolmamasına aydınlıq gətirməmiş, gəldiyi nəticəni də qətnamədə əsaslandırmamışdır.
19. Həmçinin cavabdeh əmrin verilməsinə əsas kimi ərazinin və marşrutlatın optimallaşdırılmasına dair MMC-nin direktor müa vini Valeriy Seleznyov tərəfindən iddiaçıya verilmiş tapşırıqların icra edilməməsini göstərmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki işin halları baxımından cavabdehin iddiaçıya verdiyi ərazinin və marşrutlatın optimallaşdırılmasına dair tapşırıqların nə demək olması, mahiyyəti, həmin tapşırıqların əmək müqaviləsində sadalanan 21 bənddən ibarət əmək funksiyasına aid olub-olmaması müəyyən edilməli, məhz bundan sonra iddia tələbinə qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə qətnamənin əsaslandırıcı bölməsinin böyük bir hissəsini Əmək Məcəlləsinin normalarını yazmağa həsr etmiş, həmin normaları işin halları baxımından təfsir etməmiş, sonda da yuxarıda qeyd edildiyi kimi iddiaçının ona verilmiş tapşırıqları tam yerinə yetirməməsinə istinad etməklə, iddianı rədd et miş, iddiaçıya verilən tapşırıqların onun əmək funksiyası ilə nə kimi əlaqəli olması yönündə heç bir qiymətləndirmə aparmamışdır. Ümumiyyətlə, iddiaçının ona verilmiş tapşırıqları tam yerinə yetirməməsinin nədə ifadə olunması apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünmür.
20. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 68-ci maddəsinin 1 və 2-ci hissələri, 70-ci maddəsi, 71-ci maddəsinin 2-ci hissələri, 72-ci maddəsinin “ə” bəndi, 76-cı maddəsinin 2-ci hissəsi, 186-cı maddəsi, 187-ci maddəsinin 1ci hissəsi və 300-cü maddəsinin 1-ci hissəsi ilə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
21. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti nin dəlillərini müdafiə edərək bildirir ki, İddiaçı Cavabdeh MMC-də supervayzer-satış üzrə bölgü rəisi işləyib. Həmin tapşırıq ərazinin optimallaşdırılması olub. Tapşırıq rus dilində verilib. Supervayzerin birbaşa vəzifəsi ərazidə satışları optimallaşdırmaqdır. Yəni, hansı mağazada nə qədər gecikmənin olması barədə məlumat vermək deməkdir. Amma, İddiaçı birbaşa həmin tapşırığın yerinə yetirilməsindən imtina etmişdir. Onun tabeçiliyində olan rəhbərin göstərişinə əməl etməyib və bu barədə heç bir məlumat verməyib. Bu da birbaşa əmək funksiyasının yerinə yetirilməməsi kimi başa düşülür. Valeriy ilə İddiaçı arasında tapşırıqla bağlı mail yazışmaları var və bütün tapşırıqlar orada əks olunub. Əgər İddiaçı vəzifəsinə aid məsələ olmasa idi, İddiaçı birbaşa olaraq izahatında bunu qeyd edərdi. Özü birbaşa heç bir hesabat verməyəcəyini bildirib. Sadəcə olaraq yaranan intiriqaya görə hesabat vermir. Tapşırıqlar ərazinin optimallaşdırılması və hesabat verilməsi olub. O izahatında da öz əmək funksiyasını yerinə yetirdiyini deyib. xx.xx.2022- сi ildən İddiaçı tapşırıqlar verilib, əmək müqaviləsinə əsasən o satış üzrə supervayzer işləyib.Supervayzerin vəzifəsi tabeçiliyində olan işçilərin qarşısına qoyulmuş vəzifələrini nəzərinə çatdırmaq, işçilərə qoyulmuş vəzifələrin həllinə hazırlığını yoxlamaq və ərazilərin işçilər arasında bölüşdürülməsini təmin etməkdir. Supervayzer ərazisində olan ticarət nümayəndəliklərinin marşrutlarını müəyyən edir. Satışı ticarət nümayəndələr həyata keçirir. Sadəcə marşrutu supervayzer təşkil edir və onlara təlimatları vermək üçün planşet verilir. İddiaçı tabeç iliyində olan ticarət nümayəndəliklərinə tapşırıqlar verir və İddiaçı da onların planşetlərindəki işləri görə bilir. Valeri xx.xx.2022-сi tarixində ərazinin optimallaşdırılması və ticarət nümayəndəliklərinin marşrutlarının siyahısının ona təqdim edilməsini İddiaçı tapşırır. "Whatsap"-da və mail yazışmalarında da qeyd edilir ki, onun tapşırığını aldığını təsdiq etsin və İddiaçı 10 yanvarda tapşırığı aldığını və həyata keçirdiyini təsdiq edir. Bundan sonra Valeriyə Abbas tərəfindən heç bir siyahı təqdim edilmir. Ərazinin optimallaşdırılması dedikdə hansı ticarət nümayəndəsinin hansı əraziyə getdiyinin müəyyən edilməsi və bunlar haqqında məlumatı birbaşa Valeriyə təqdim edilməsi başa düşülür.xx.xx.2022-ci ildə verilmiş tapşırığa 7 gün vaxt verilir. Bu 7 gün ərzində İddiaçı verilən tapşırıql arı yerinə yetirmir. Sonra yenə bu hal təkrarlanır. X2 İddiaçı heç bir məlumat ala bilmədiyini və tapşırıqları yerinə yetirmədiyini məlumat verir. 28 fevral eyni məsələ yenidən təkrarlanır və iddiaçıya töhmət verilir. Töhmətdən sonra 14 mart yenə qoyulan vəzifələri və əlavə tapşırıqları yerinə yetirmir. İddiaçı mail yazışmalarında da Valeri bəyə heç bir məlumat verməyəcəyini və verilən tapşırıqları yerinə yetirməyəcəyini yazır. O verilən tapşırığı yerinə yetirmədiyi üçün Əmək Müqaviləsinin 70-ci maddəsinin "ç" bəndi ilə onun əmək müqaviləsinə xitam veriblər. Həmçinin, iddiaçı hesabat vermədiyi üçün "Whatsap"-da qrupdan çıxarılıb.İddiaçı da şəxsi prinsip aparmağa başlamışdır. İddiaçı qrupdan çıxdığı üçün gmail vasitəsi ilə yazışmalara başlayıbblar. Qrupdan çıxarılma vəzifələrinin yerinə yet irməməsi üçün səbəb ola bilməz. Yazışmaları da iş materiallarına əlavə ediblər. İddiaçı ərizə yazıb ki, əmri mübahisələndirir. Töhmət mübahisələndirməyib. İddiaçıya verilən tapşırıq birbaşa Əmək Müqaviləsinin 3.1.1-ci maddəsində göstərilib. Orada onun əmək funksiyası konkret qeyd olunmuşdur. Tapşırıq məhkəməyə təqdim etdiyim mail çıxarışlarında qeyd edilib. İddiaçı heç vaxt deməyib ki, verilən tapşırıq ona aid olmamışdır, imtina etməmişdir. İddiaçı hesabat verməli idi, amma verməyib. xx.xx.2022-ci il tarixli optimallaşdırma və ticarət nümayəndəliklərinin marşrutlarının müəyyən edilməsi üçün tapşırıqların verilməsi ilə bağlı yazışmalar iddiaçıya əvvəldən təqdim edilmişdir, lakin o, imtina etmişdir. İddiaçı optimallaşdırma, siyahının verilməsi ilə bağlı heç bir tapşırığı yerinə yetirməyib. İ ddiaçı vəzifələrini lazımınca yerinə yetirməmişdir. Sms yazışmalarından aydın olur ki, iddiaçıya ticarət nümayəndəliklərinin marşrutlarının optimallaşdırılması tapşırılmışdır. Cavab olaraq iddiaçı bildirmişdir ki, o heç nəyə cavab verməyəcəkdir. İddiaçının birbaşa rəhbərlə belə danışması yolverilməzdir. İddiaçı ticarət nümayəndəlikləri arasında bölgü aparmalı idi. İddiaçı verilən tapşırıqdan imtina etmişdir. Tapşırıqlar ticarət nümayəndəliklərinin ərazi marşrutlarının optimallaşdırılması və marşrutların müəyyən edilməsi olmuşdur. Bununla bağlı iddiaçı hesabat verməmişdir. İddiaçı ilə 2022-ci ilin yanvar ayından mübahisəmiz yaranmışdır.
22. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etira z edərək bildirir ki, qarşı tərəf keçən apellyasiya məhkəməsində işçinin işdən azad olunması ilə bağlı tapşırıqla ərazinin optimallaşdırılması ayrı tapşırıq olduğu vurğulanmışdı. Ancaq, qarşı tərəf öz etirazında başqa bir mail yazışmaya istinad etmişdir.Kassasiya şikayətində nəzərdə tutduğu əsaslardan biri verilmiş tapşırığın məzmununun işçinin əmək müqaviləsinə uyğun olmamasıdır. Əmək müqaviləsinin üçüncü hissəsində supervayzerin əmək funksiyası açıq şəkildə göstərilmişdir. Ərazinin optimallaşdırılması qarşı tərəfin dediyi kimi deyil, orada ərazinin və xidmət göstərilən mağazaların ixtisar olunmasından söhbət gedir. Bu da başqa adamın səlahiyyətinə aiddir, supervayzerin vəzifəsi deyil. Supervayzerin işi məhsulu təklif etmək,sifarişi qəbul edib şirkətə məlumat verməkdən ibarətdir. Birinci instansiya məhkəməsində Cavabdeh MMC tərəfindən verilən təqdimat yoxdur, ona görə də tapşırığın verilməsi ilə bağlı məlumatı Valerinin verdiyi izahatdan bilərdilər. O da Xətai Rayon Məhkəməsində izahat verib ki, onlar 2022-ci ilin mart ayının 14-də ərazinin optimallaşdırılması ilə bağlı tapşırıq yerinə yetirilmədiyinə görə iddiaçıya töhmət verilib və həmin günü təqdimat verilib. Təqdimatın yazılı ya şifahi olduğunu məhkəməyə təqdim edilmədiyinə görə bilmirlər. Direktorun təlimatını gətirməlidirlər, onlar onu neçə dəfə istəyiblər, amma gətirməyiblər. Optimallaşdırma dedikdə mümkün variantlardan içərisindən ən optimal variantının seçilməsi deməkdir. Marşrut və satış məntəqələrinin ixtisarlaşdırılması, daha yaxşı variantların seçilməsi tələb olunub. Bununla bağlı rayon məhkəməsinə təqdim edil ən yazışmalar da var. Direktor müavini iddiaçının təqdim etdiyi hesabatı bəyənməyib, təkmilləşdirməsini tələb edib. Əmək Müqaviləsinin 3.1.1-ci maddəsində ərazilərin iş sahələrinin işçiləri arasında bölünməsində iştirak etmək nəzərdə tutulub. Burada da müstəqil deyil. Bunun da optimallaşdırma ilə bağlı əlaqəsi yoxdur. İddiaçından tələb edilən tapşırıq əmək müqaviləsində nəzərdə tutulmamışdır. İddiaçı 1 il 6 aydır ki, işsizdir, maddi sıxıntıları var. Həmçinin, təqdimat da məhkəmələrə təqdim edilməmişdir. Bir məsələyə görə iddiaçıya həm töhmət, həm də təqdimat verilmişdir. Dəfələrlə mübahisəni məhkəmədən kənar həlli üçün çalışıblar, alınmayıb. Əmək Müqaviləsində də ərazilərin iş sahələrinin işçiləri arasında bölünməsində iştirak etmək nəzərdə tutulub. Burada iddiaçı müstəqil deyil. Öhdəlik üçüncü şəxs tərəfindən icra olunmuşdur. İddiaçının sadəcə iştirakı nəzərdə tutulub. İddiaçı da tapşırığı yerinə yetirmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: Günay Axundova (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Fuad Babayev) 2(103)-4939/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kassasiya instansiya məhkəməsinin göstərişlərinə əməl edilməsi məqsədilə bir neçə dəfə iclas keçirilsə də hər iclasda cavabdehin nümayəndəsi və vəkili verilən sualları ümumi cavablandırmışdır. Belə ki, cavabdeh əmrin verilməsinə əsas kimi ərazinin və marşrutlatın optimallaşdırılmas ına dair MMC-nin direktor müavini Valeriy Seleznyov tərəfindən iddiaçıya verilmiş tapşırıqların icra edilməməsini göstərmişdir. Cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, iddiaçıya verilən tapşırıqlar onunla bağlanmış müqavilənin 3.1.1-ci maddəsində birbaşa göstərilmiş, tərəflər arasında bağlanmış 2 mart 2020-ci il tarixli əmək müqaviləsinin 3.1.1.-ci bəndinə əsasən tabeçiliyində olan işçilərin (ticarət nümayəndələri komandasının) qarşısında qoyulmuş vəzifələri onların nəzərinə çatdırmaq; işçilərin qoyulmuş vəzifələrin həllinə hazırlığını yoxlamaq; iş sahələrinin/ərazilərinin bölgüsündə iştirak etmək işçinin əmək funksiyasına daxildir. Məhkəmə kollegiyası dəfələrlə əmək funksiyalarını tam yerinə yetirməmə dedikdə nə nəzərdə tutulmasına aydınlıq gətirməsinə çalışsa da cavabdehin nüma yəndəsi işçinin verilən tapşırığı yerinə yetirilməməsi, rəhbərə izahat verməməsi və verilən tapşırıqdan imtina etməsini qeyd etmişdir.
25. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh ərazinin və marşrutların optimallaşdırılmasının işçinin birbaşa vəzifəsi olmasına, işçiyə verilmiş tapşırığın konkret nədə ifadə olunmasına və işçi tərəfindən ona necə əməl edilməli olunmasına aydınlıq gətirə bilməmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 68-ci maddəsinin 1 və 2-ci hissələri, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2 və 3-cü hissələri, 72-ci maddəsinin “ə” bəndi, 76-cı maddəsinin 2-ci hissəsi, 186.2, 187.1 və 300.1ci maddələri ilə əsaslandırmışdır. d) Kassasiya instansiya məhkəməsindəki ikinci icraat
27. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verə rək qətnamənin ləğv edilib, işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, işin mübahisə edilməyən hissəsi odur ki verilmiş tapşırıqları tam şəkildə yerinə yetirmədiyindən və yerinə yetirilməməsinin səbəblərini aydınlaşdırmaq üçün yazılı izahat verməkdən imtina etdiyindən, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli əmr ilə İddiaçı oğluna Azərbaycan Respulikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilmiş, lakin həmin töhməti işçi mübahisələndirməmişdir. Töhmətdən sonra işçiyə verilmiş tapşırıqları işçi icra etməmişdir. İşçi həmin tapşırıqların icra etdiyini iddia etsə də, l akin iş materiallarında bu tapşırıqların icra edilməsi ilə bağlı heç bir sübut yoxdur.
29. Məhkəmə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh ərazinin və marşrutların optimallaşdırılmasının işçinin birabaşa vəzifəsi olmasına, işçiyə verilmiş tapşırığın konkret nədə ifadə olunmasına və işçi tərə"indən ona necə əməl edilməli olunmasına aydınlıq gətirə bilmir. Bununla əlaqədar yaranan anlaşılmazlıq və çatışmazlıqlar işçinin xeyrinə həll olunmalıdır. “Optimallaşdırma” xarici termin olduğundan məhkəmə həmin terminə aydınlıq gətirə bilmədiyindən yalnış nəticəyə gəlmişdir. Halbu ki, “Optimallaşdırma” latın sözü optimus -ən yaxşı, mümkün variantlardan ən yaxşısının tapılması deməkdir. Plan tutarkən, layihə qurarkən, müəyyən prosesi idarə edərkən və s. meydana çıxır. Bununla bağlı kassator qeyd etmişdir ki, MMC-nin qərb bölgəsi üzrə supervayzeri İddiaçı oğluna verilən tapşırıqlar, yani ərazinin və marşrutların optimallaşdırılması dedikdə, onun tabeçilində olan ticarət nümayəndələri arasında ərazilərdə olan ticarət obyektərinə və həmin ərazilər üzrə ən yaxşı və mümkün marşlutların planlaşdırılması və ticarət nümayəndələrin həmin marştlar üzrə bölgüdə iştirak etməsi kimi başa düşülür. Bu tarşırıqlar Abbas Hüseynovun əmək müqaviləsinin 3.1.1 və 3.1.1-ci bəndlərində göstərilən əmək funksiyalarına daxildir. Beləliklə, İddiaçı ona rəhbəri tərəfindən xx.xx.2022-ci il tarixdən sonra, yani işçiyə verilmiş töhmətdən sonra təmhöt) isə işçi tərə"indən mübahisələndirilməmişdir) verilən tapşırığı “saat 18.00-dək 2022-ci ilin mart ayınadək iş qra"ikinin qra"ikinin tərtib edilməsi və göndərilməsi”, hansı ərazidə və hansı ticarət nümayəndələri ilə işləməsi barədə hesabatın verilməsi” və “ xx.xx.2022-ci ilin saat 9:00-dək 2022-ci ilin görülən işlərin hesabatını və bu hesabatın aylar üzrə konkret tərtib göndərilməsi” olmuşdur. Elektron qaydada verilən tapşırıqların mövzusunda “marşrutların optimallaşdırılması” kimi qeyd olunurdu. Buna baxmayaraq işçi ona verilən və onun əmək funksiyasına aid olan tapşırıqları icra etməmişdir.
30. Bundan başqa, məhkəmə kollegiyası hesab etmişdir ki, iş sahələrinin/ərazilərinin bölgüsündə iştirak etmək hər"i mənada ərazinin və marşurutların optimallaşdırılması anlamına gəlmir. Buna baxmayaraq, 22 fevral tarixli elektron yazışmada qoşma 6 aylıq baza əlavə olunmaqla Abbas yazır – yenilənmiş marşurutları vaxt olan kimi yeniləyib göndərəcəm. İ;ş materialında İddiaçı xx.xx.2021-xx.xx.2022-ci il tarixləri əhatə edən hesabatı vardır. Elektron yazışmadan da görünür ki, Abbas tapşırığı yerinə yetirdiyini qeyd edir. Valeriy isə tapşırığı vaxtında və lazımı qaydada yerinə yetirmədiyinə görə Abbasdan yazılı izahat tələb edir. Digər yazışmadan görünür ki, Abbas nümunə forması istəyir və bundan imtina edildiyi üçün göndərdiyi hesabatdan əlavə hesabat göndərməyəcəyini qeyd edir. Bununla qeyd edirik ki, İddiaçı xx.xx.2021-xx.xx.2022-ci il tarixləri əhatə edən hesabatı ona verilən töhmətdən qabaq olmuşdur və İddiaçı həmin hesabatı vaxtında vermədiyi üçün məhz həmin töhməti almış dır. Cavabdeh MMC-nin nümayəndəsi hesab etmişdir ki, məhkəmə bu halları düzgün qiymətləndirməmiş və nəticədə yalnış qətnamə çıxarmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
32. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
33. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslar ilə ləğv edilə bilər: “a” müəssisə ləğv edildikdə; “b” işçilərin sayı və ya ştatları ixtisar edildikdə; “c” peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; “ç” işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; “d” sınaq müddəti ərzində işçi özünü doğrultmadaqıda; “e” dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
34. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” hissəsində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqları na və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
35. Maddə 72 (ə bəndi). Əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasıdır.
36. Maddə 76 2-ci hissə) İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər (maddə 76; hissə 1.). Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
37. Maddə
186. Əmək müqaviləsini bu Məcəllə nin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək intizam tənbehi olmaqla ən ağır tənbeh növüdür. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.
38. Maddə 187 (1-ci hissə). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
39. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə ə mək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub -olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq mün asibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. İddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər iddia ərizələrində irəli sürdüyü dəlillərə uyğun olmaqla birinci və apellyasiya instansiyası məhkəmələrində işə baxılan zaman da irəli sürülmüş, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblə rinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
53. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4939/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.