Məhkəmə qərarları › İş №2(102)-1477/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1477/2025

12.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1477/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Bank olmayan Kredit Təşkilatı ASC-yə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6195/2024 nömrəli iş üzrə 25 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)2685/2018 saylı xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi üzrə verilmiş icra vərəqəsi üzrə icra tədbirləri həyata keçirilmiş və Bakı şəhəri, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli sifariş məktubu əsasında "xxxx" MMC X2 mülkiyyətində olmuş 2004-cü il buraxılışlı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli “Schmitz” markalı yarımqoşqunu və “Mercedes Benz” 1840LS yük markalı, 2007-ci il buraxılışlı, **XC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin hərracını keçirmişdir. 2. "xxxx" MMC tərəfindən tərtib edilmiş 13 sentyabr 2019-cu il tarixli, Y-232 və Y-233 saylı “Hərracın nəticələri haqqında” protokollara əsasən, 2004-cü il buraxılışı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli “Schmitz” markalı yarımqoşqu 8.287,50 manata, “Mercedes Benz” 1840LS yük markalı, 2007-ci il buraxılışlı, **-XC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 20.400 manata xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbkar"xxxx" BOKT ASC-nə satılmışdır.

3. AD № 587932 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən, “Schmitz yarımqoşqu” **-ZJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin adına qeydə alınmışdır.

4. AD № 587931 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən, “Mercedes Benz” 1840LS yük markalı **-JU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin adına qeydə alınmışdır. 5. "xxxx" ASC ilə X5 arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nə əsasən “Schmitz” markalı, **-ZJ-*** qeydiyyat nişanlı yarımqoşqu 8.000 manata sonuncuya satılmışdır. 6. "xxxx" ASC ilə X5 arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nə əsasən, “Mercedes Benz” 1840LS yük markalı, **-JU*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi 23.000 manata sonuncuya satılmışdır.

7. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə BOKT "xxxx" ASC-nin X4 və üçüncü şəxs Cavabdeh2 qarşı “əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə iddiası təmin edilərək, X1 14.248,68 ABŞ dollar əsas borc, 3.490,20 ABŞ dollar faiz borcu, 526,96 ABŞ dollar cərimə borcu olmaqla, cəmi 18.265,84 ABŞ dollarını n ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla "xxxx" BOKT ASC-nin xeyrinə tutulması, tutulan məbləğin X3 məxsus “Schmitz Yarımqoşqu” markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007-ci il buraxılışlı, “Mercedens Benz M 1840 LS YÜK” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərə yönəldilməsi, həmin avtomobillərin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsaitin hesabına "xxxx" BOKT ASC-yə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda isə artıq məbləğin qalıq hissəsinin X3 qaytarılması, habelə İddiaçı BOKT "xxxx" ASC-nə, Bakı Şəhəri, Nərimanov rayon İcra və probasiya şöbəsinə və Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası DİN Baş Dö vlət Yol Polis İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiasının rədd eilməsi qət edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)3161/2021 saylı qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2020-ci tarixli qətnaməsi qismən - BOKT "xxxx" ASC-nin X3 və üçüncü şəxs Cavabdeh2 qarşı “əsas, faiz borcunun və cərimənin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair hissədə ləğv edilmiş, mülki işin icraatına həmin hissədə xitam verilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)3161/2021 saylı digər qərardadı ilə İddiaçı apelyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri, Nər imanov Rayon Məhkəməsinin 27 noyabr 2020-ci tarixli qətnaməsi- İddiaçı BOKT "xxxx" ASC-nə, Bakı şəhəri, Nərimanov rayon İcra və probasiya şöbəsinə və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair hissədə ləğv edilmiş, İddiaçı BOKT "xxxx" ASC-nə, Bakı Şəhəri, Nərimanov rayon İcra və Probasiya şöbəsinə, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılmışdır.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 avqust 2021-ci il tarixli, 2(102)-3816/2021 saylı qərarı ilə "xxxx" BOKT ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3161/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)1257/2023 saylı qərardadı ilə X2 hüquqi varisi İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadı qismən ləğv edilmiş, qiyabi qətnamənin icrasında dönüş edilməsi barədə X2 hüquqi varisi İddiaçı ərizəsi qismən təmin edilmiş, hərracın nəticəsi olaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsində 2007-ci il buraxılışlı, “Mercedes Benz M 1840 LS YÜK” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin adına qeydə alınmış şəhadətnamə ləğv edilmiş, hərracın nəticəsi olaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsində “Schmitz Yarımqoşqu” markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin adına qeydə alınmış şəhadətnamə ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nə (bundan sonra- cavabdeh) qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın nəticəsi olaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsində 2007-ci il buraxılışlı, “Mercedes Benz M 1840 LS YÜK” markalı, 99XC454 dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin adına qeydə alınmış Şəhadətnamə və Hərracın nəticəsi olaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsində “Schmitz Yarımqoşqu” markalı, 2004-cü il buraxılışlı, 99ZB759 dövlət qeydiyyat nişanlı, boz ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixində "xxxx" ASCnin adına qeydə alınmış Şəhadətnamə əsasında həmin nəqliyyat vasitələrinin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli "xxxx" ASC ilə X5 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi; Cavabdeh2 adına göstərilən nəqliyyat vasitələrinin Azərbaycan Respublikası DİN Baş Dövlə t Yol Polisi İdarəsi tərəfindən aparılmış qeydiyyatın (verilmiş şəhadətnamələrin) ləğv olunmasına və nəqliyyat vasitələrinin öz faktiki sahibliyinə qaytarılması; bu mümkün olmadıqda isə göstərilən nəqliyyat vasitələrinin: 2007-ci il buraxılışlı, “Mercedes Benz M 1840 LS YÜK” markalı avtomobilin dəyəri olaraq 35.000 manat və 2004-cü il buraxılışlı “Schmitz Yarımqoşqu” markalı avtomobilin dəyəri olaraq 30.000 manat olmaqla, hər iki nəqliyyat vasitəsinin cəmi bazar dəyərinin olaraq 65.000 manatın cavabdehlərdən öz xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Schmitz” markalı, 2004-cü il buraxılışlı, 99ZB759 dövlət qeydiyyat nişanlı, boz ağ rəngli yarımqoşqu və 2007-ci il buraxılışlı “Mercedes Benz” M1840LS yük markalı, 99X C454 dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mərhum atası X2 xüsusi mülkiyyətində olmuşdur. Sözügedən yarımqoşqu və avtomobil atası tərəfindən cavabdehin xeyrinə ipoteka ilə yüklü edilməklə həmin təşkilatdan atası Məhərrəm Səlimov tərəfindən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən kredit vəsaiti alınmışdır. Qeyd edilən kredit vəsaitindən ödəmələrdə gecikmələr yarandığından hazırkı iş üzrə cavabdeh, Məhərrəm Səlimovun ölümündən sonra ona qarşı iddia qaldırmışdır. Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinə əsasən, prosessual hüquq varisi olduğu Məhərrəm Səlimovdan "xxxx" BOKT ASC-nin xeyrinə 14248.68 ABŞ dolları əsas borcun, 3490.20 ABŞ dollar faiz borcunun, 526,96 ABŞ dollar cərimə borcu olmaqla, cəmi 18265.84 ABŞ dollarının tutul ması, tutmanın Məhkərrəm Səlimova məxsus “Schmitz" yarımqoşqu markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007-ci il buraxılışlı ‘‘Mercedes Benz M184GLS" yük markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərə yönəldilməsi, həmin avtomobillərin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına “Pro Kredit" BOKT ASC-nə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğin göstərilən məblədən artıq olduqda artıq məbləğin qalıq hissəsinin Məhərrəm Səlimova qaytarılması qət edilmişdir. Sözügedən qiyabi qətnamə barədə 2019-cu ilin avqust ayında Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşı ona məlumat vermiş, atası Məhərrəm Səlimovun öldüyü barədə ona dedikdə, vərəsə olaraq qiyabi qətnamənin icras ı üzrə borclu olduğu bildirilmişdir. Bundan sonra iddiaçı, atası Məhərrəm Səlimovun xx.xx.2018-ci il tarixli qiyabi qətnamənin qəbul edilməsindən 11 ay əvvəl vəfat etməsinə, ölmüş şəxsin barəsində qətnamə çıxarılmasının yolverilməz olduğuna əsaslanaraq, qiyabi qətnamənin ləğvinə dair Bakı şəhəri, Nərimanov rayon məhkəməsinə ərizə vermişəm. Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi, "xxxx" BOKT ASC-nin Məhkərrəm Səlimova qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas, faiz borcunun və cərimənin tutulması tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qə rardadı ilə "xxxx" BOKT ASC-nin Məhərrəm Səlimov və Cavabdeh2 qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi, əsas, faiz borcunun və cərimənin tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 fevral 2020-ci il tarixli, 2(105)-2026/2020 saylı qərardadı ilə şikayəti təmin edilmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin sözügedən (icraata xitam) xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması üçün mülki işin həmin rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi hazırkı iş üzrə yuxarıda göstərilən nəticəyə gələrkən Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin həmin rayonun məhkəməsinin xx.xx.2019cu i l tarixli qərardadı ilə ləğv edilməsinə, sözügedən qiyabi qətnamə ləğv olunduğu üçün bu qətnamədən verilmiş icra sənədi ilə əlaqədar keçirilmiş hərracın hər hansı bir qanuni əsasının mövcud olmamasına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırda qanuni qüvvəsində olan yuxarıda sözügedən qərarı ilə qeyd etmişdir ki, mövcud olmayan qiyabi qətnaməyə əsasən keçirilmiş hərracın hüquqi nəticələri yoxdur. Bu ərəfədə, 2019-cu ilin avqust-sentyabr ayında, qiyabi qətnamənin ləğvinə dair ərizəyə baxıldığı dövrdə, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 2(005)-2685/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə icra tədbirləri həyata keçirilmiş və Bakı şəhəri, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli, 962415-20-i saylı sifariş məktubu əsasında "xxxx" MMC Məhərrəm Səlimovun mülkiyyətində olmuş 2004-cü il buraxılışı, 99ZB759 dövlət qeydiyyat nişanlı, boz ağ rəngli “Schmitz” markalı yarımqoşqunu və “Mercedes Benz" 1840LS yük markalı, 2007-ci il buraxılışlı, **-XC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngliavtomobilin hərracını keçirmişdir. Qeyd edilən hərrac təşkilatı tərəfindən tərtib edilmiş 13 sentyabr 2019-cü il tarixli, Y-232 və Y-233 nömrəli “Hərracın nəticələri haqqında protokollara” əsasən sözügedən yarımqoşqu 8.287,50 manata, digər avtomobil isə 20.400 manata olmaqla, 2(005)-2685/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbkar, "xxxx" BOKT ASCyə satılmış və sonradan “Schmitz” yarımqoşqu” və “Mercedes Benz” markalı, 99XC454 dövlət qeydiyyat nişanlı avtomaşın Bakı şəhəri, Sadıqcan küçəsi, 27 saylı evin 117 saylı mənzilində qeydiyyatda olan Cavabdeh2 satılmışdır. Qeyd edilməlidir ki, qiyabi qətnamənin ləğv edilməsinə dair məhkəmə qərardadının mövcudluğu "xxxx" Bokt ASC-nə, İcra və Probasiya Şöbəsinə rəsmən bəlli olduğu halda, qanunsuz olaraq hərrac keçirilmiş, 2 həftə sonra isə, tərəfindən "xxxx" Bokt ASC-nə, İcra və Probasiya Şöbəsinə qarşı məhkəmədə “Hərracın etibarsızlığına dair” iddia qaldırılmasını bilən sonuncular xx.xx.2019-cu ildə avtomaşın və qoşqunu təkrar olaraq Famil Tarquliyevə satmışlar. Nəqliyyat vasitələrini alan zaman Famil Tarquliyev də qiyabi qətnamənin ləğv edildiyi və hərracın nəticələrinin mübahisələndirilməsinə dair məhkəməyə müraciət olunduğundan məlumatlı olmuşdur. Digər tərəfdən, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində 2(005)-1540/2020 sa ylı mülki iş üzrə (qiyabi qətnamənin ləğvindən sonra əyani icraatda baxılmaqla) "xxxx" Bokt ASC-nin Məhərrəm Səlimova qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas, faiz borcunun və cərimənin tutulması” tələbinə dair iddiası, habelə İddiaçı "xxxx" Bokt ASC-nə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası üzrə qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)3161/2021 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş, İddiaçı "xxxx" Bokt ASC və Famil Tarquliyevə qarşı “Hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası üzrə işin icraatı baxılmamış saxlanılmışdır. Eyni zamanda, Bakı A pellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2 (103)-3161/2021 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin qətnaməsi ləğv edilməklə, "xxxx" Bokt ASC-nin Məhərrəm Səlimova qarşı iddia tələbi üzrə işin icraatına xitam verilmişdir. Bundan sonra, hüquqi varisi olduğu atası Məhərrəm Səlimovdan miras qalmış əmlakın qəbulu rəsmiləşdirilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadına uyğun olaraq, tərəfindən "xxxx" BOKT ASC, Cavabdeh2 və Bakı şəhəri, Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi əsası olmayan xx.xx.2019-cu il tarixli, Y232 və Y233 protokollar əsasında "xxxx" BOKT ASC ilə Cavabdeh2 arasında yuxarıda göstərilən avtomobilin və yarımqoşqunun alqı-satqısına dair xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı, xx.xx.2021-ci il tarixdə iddia ərizəsinin həcminin artırılması barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin 9624-1520-i saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubu əsasında, digər cavabdeh "xxxx" MMC tərəfindən 13 sentyabr 2019-cu il tarixdə “Schmitz” yarımqoşqu markalı, 2004-cü il buraxılışlı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, boz-ağ rəngli yarımqoşqu və “Mercedes Benz” M1840LS” yük markalı, 2007-ci il buraxılışlı 99- XC454 dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə dair k eçirilmiş hərracın nəticələrinin etibarsız sayılmasına və sözügedən hərracın nəticələri haqqında 13 sentyabr 2019-cu il tarixdə tərtib olunmuş Y-232 və Y-233 saylı protokolların, 2004-cü il buraxılışlı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli “Schmitz” markalı yarımqoşqu və “Mercedes Benz” J840LS yük markalı, 2007-ci il buraxılışlı, **-XC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin "xxxx" BOKT ASC-nin adına aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi, huquqi əsası olmayan xx.xx.2019-cu il tarixli, Y-232 və Y233 protokollar əsasında “Pro Kredit" BOKT ASC ilə Famil Tarqutuyev arasında iddia ərizəsinin məzmununda göstərilən avtomobilin və yarımqoşqunun alqı-satqısına dair xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin etibarsız sayılması, Cavabdeh2 adına qeydə al ınmış avtomobillərin DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş texniki pasportların ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sözügedən iddia tələbi üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)143/2022 saylı qərardadı ilə hazırkı məsələ ilə əlaqədar iddia qaydasında məhkəməyə müraciət etməklə deyil, icrada dönüş edilməsi ilə bağlı müraciət etməli olduğuna istinad olunaraq yuxarıda göstərilən iddia ərizəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. 2(005)-143/2022 saylı mülki iş üzrə qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərardadda göstərilmişdir ki, həmin iş üzrə iddia ərizəsi məhkəməyə təqdim olunan vaxt, yəni xx.xx.2021-ci il tarixdə Mülki Prosessual Məcəllədə qətnamənin icrasına dönüş edilməsi məsələlərini tənzimləy ən norma mövcud olmasa da, prosessual qanunvericilikdə bunu qadağan edən müddəalar da göstərilməmiş, məhkəmə təcrübəsində Mülki Prosessual Məcəllənin 13-cü maddəsi rəhbər tutulmaqla bu növ məsələlər həll olunmuşdur. Eyni zamanda sözügedən qərardadda göstərilmişdir ki, həmin iş üzrə iddia ərizəsinin məzmunundan görünür ki, iş üzrə iddiaçının iddia ərizəsində cavabdehlərdən tələb etdiyi Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin icrası nəticəsində baş tutmuş alqı-satqı müqavilələrinin etibarsız sayılması barədədir. Bundan sonra, tərəfindən Bakı şəhəri, Nərimanov rayon məhkəməsinə ərizə verərək, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin icrasında dönüş edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Şəhəri, Nərimanov rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə icrada dönüşə dair ərizəsi təmin edilmiş, xx.xx.2018-ci il tarixli qiyabi qətnamə əsasında keçirilmiş hərracın nəticələri və "xxxx" BOKT ASC ilə Cavabdeh2 arasında alqı-satqı müqavilələri etibarsız hesab edilmiş, qeyd edilən avtomaşın və qoşquya dair Məhərrəm Səlimovun hüquqlarının bərpa edilməsi qərara alınmışdır. Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 2(005)-1540/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadından “Pro Kredit" BOKT ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, (xx.xx.2022-ci il tarixli qərardadla) şikayətin baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardaddan şikayətə Bakı Apellyasiya Məhkəməsində baxıldığı ərəfədə xx.xx.2022-ci il tarixli qərardaddan Famil Tarqul iyev şikayət vermişdir. Famil Tarquliyevin şikayəti əsasında qəbul olunan xx.xx.2022-ci il tarixli qərardadla onun şikayəti təmin olunmuş, qiyabi qətnamənin icrasında dönüş edilməsinə dair ərizəmin təmin edilməməsi qərara alınmışdır. Nərimanov rayon məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli qərardadından verilmiş şikayət Bakı Apellyaisya Məhkəməsi Mülki kollegiyasının 2(103)6715/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilərək, iş materialları şikayətə yenidən baxılması üçün rayon məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə işə yenidən baxılmasının nəticəsi olaraq, Famil Tarquliyevin şikayəti təmin olunmuş, B akı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, icrada dönüş edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Tərəfindən verilmiş şikayət əsasında Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1257/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, həmin məhkəmənin 2(005)-1540/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs Famil Tarquliyev tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 2(005)-1540/2020 saylı, xx.xx.2022ci il tarixli qərardadı qismən ləğv edilmiş, qiyabi qətnamənin icrasında dönüş edilməsi barədə Məhə rrəm Səlimovun hüquqi varisi İddiaçı ərizəsi qismən təmin edilmiş, hərracın nəticəsi olaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsində 2007-ci il buraxılışlı, “Mercedes Benz M 1840 LS YÜK” markalı, 99XC454 dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin adına qeydə alınmış Şəhadətnamə ləğv edilmiş, hərracın nəticəsi olaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsində “Schmitz Yarımqoşqu” markalı, 2004-cü il buraxılışlı, 99ZB759 dövlət qeydiyyat nişanlı, boz ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin adına qeydə alınmış Şəhadətnamə ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası xx.xx.2023-cü il tarixli qərardadında qeyd etmişdir ki, qətnamənin icrasında dönüş qaydaları ləğv olunmuş məhkəmə aktı əsasında tərtib edil miş icra sənədində göstərilənlərin icra edilməsi ilə əlaqədar yaranmış nəticələrin aradan qaldırılması üçün tətbiq edilir. Belə ki, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 2(005)-2685/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin icrası nəticəsində Bankın xeyrinə tutulmuş pulun ödənilməsini təmin etmək məqsədilə hərrac həyata keçirilmişdir. Məhkəmə, MPM-in 2361.1-ci maddəsini bu məsələyə tətbiq etməklə hesab edir ki, ləğv olunmuş məhkəmə aktı əsasında keçirilmiş hərracın hüquqi nəticələri ləğv edilməlidir. Lakin hərracdan sonra baş vermiş proseslər Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin icrası ilə əhatə olunmadığından, Famil Tarquliyevin vicdanlı əldə edən olubolmamasına, alqı-satqı müqaviləsinə əsasən verilmiş Şəhadətnamələrin ləğv edilməsinə dair məsələlərə hazırki icraat çərçivəsində baxıla bilməz. Bakı Apellyasiya Məhkəməsinin sözügedən xx.xx.2023-cü il tarixli qərardadı qanuni qüvvəsini aldığına və ondan şikayət verilməsi imkanı MPM-də nəzərdə tutulmadığından, həmçinin qərardadın məzmununda müəyyən edilmiş hüquqi mövqeyə görə atasına məxsus olmuş və hazırda iddia etmək hüququ olan nəqliyyat vasitələrinin "xxxx" BOKT tərəfindən Famil Tarquliyevə satılmasının və həmin nəqliyyat vasitələrinin Famil Tarquliyevin adına qeydiyyatının ləğv edilməsi məsələsəsinin qətnamənin icrasında dönüş qaydasında həll edilməsi mümkün olmadığına görə, lakin atasından miras qalmış əmlakların (nəqliyyat vasitələrinin) "xxxx" BOKT tərəfindən qanunsuz keçirilmiş hərracla əldə edilməsi və başqa şəxslə satılmasının iddiaçının vərəsəli k və mülkiyyət hüquqlarını pozduğuna görə hazırki tələblə ümumi qaydada məhkəməyə müraciət edərək məhkəmə müdafiəsi hüququndan istifadə etməlidir. Belə ki, atasından miras qalmış nəqliyyat vasitələrinin qanunsuz hərrac vasitəsilə "xxxx" BOKT tərəfindən əldə edilməsi yuxarıda sadalanan qanuni qüvvəsində olan məhkəmə aktları ilə birmənalı müəyyən olunduğu işin mübahisəsiz halıdır. İstinad olunan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC-nin adına nəqliyyat vasitələrinin dövlət qeydiyyatının ləğv edilməsi qərara alınmışdır. Belə vəziyyətdə "xxxx" BOKT ASC-nin qanunsuz hərəkətləri ilə atasına məxsus əmlakların özgəninkiləşdirilməsi ilə vərəsəlik və mülkiyyət hüququnun pozulduğu işin mübahisəsiz halıdır. İş materialları və məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, "xxxx" ASC nəqliyyat vasitələrinə dair həyata keçirdiyi hərracın qanunsuz olduğunu bildiyi kimi, həmin qanunsuz hərrac nəticəsində əldə etdiyi nəqliyyat vasitələrinin (məhkəmə mübahisəsi olduğunu bilə-bilə) tez-tələsik (dövlət qeydiyyatından şəhadətnamə əldə etdikdən 1 gün sonra) özgəninkiləşdirilməsi də qanunsuzdur. Özünə məxsus olamadığını bildiyi halda, "xxxx" BOKT atasına məxsus olmuş (həmin vaxt isə iddiaçının vərəsəlik hüququ ilə yüklü olan) əmlakı Famil Tarquliyevə satmasına dair xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələri də etibarsız hesab edilməli və sözügedən nəqliyyat vasitələrinə dair Famil Tarquliyevin adına DİN BDYP İdarəsində aparılmış dövlət qeydiyyatı ləğv edilməli, nəqliyyat vasitələrinə dair atası Məhərrəm Səlimovun adına dövlət qeydiyyat ı bərpa olunmalı və nəqliyyat vasitələri Famil Tarquliyevdən alınaraq öz istifadə və sahibliyinə verilməlidir. Hazırki işin yuxarıda sadalanan hallarından göründüyü kimi, "xxxx" BOKT qanunsuz yolla əldə etdiyi atasına məxsus əmlakları, qanunsuz olduğunu bildiyi halda, alqı-satqı müqaviləsi əsasında Famil Tarquliyevin adına özgəninkiləşdirmiş, Famil Tarquliyev də nəqliyyat vasitələrinin qanusnuz hərracdə əldə edildiyini və tərəfindən bu hərracın və qiyabi qətnamənin nəticələrinin aradan qaldırılmasına dair məhkəmədə mübahisə qaldırıldığını bildiyi halda, "xxxx" BOKT ilə əlbir olaraq əmlakları ələ keçirmişdir. Ona görə də Famil Tarquliyevin vicdanlı əldə edən olmasına dair bundan əvvəlki məhkəmə işlərində irəli sürdüyü mülahizələri əsassızdır. Odur ki, hüquqi əsası olmayan hərrac protokolu ə sasında "xxxx" BOKT-nin mülkiyyətinə əsassız olaraq keçirilmiş, bununla da özünə məxsus olmadığını bilə-bilə "xxxx" BOKT tərəfindən yuxarıda sözügedən avtomobilin və qoşqunun Famil Tarquliyevə satılması qanunsuzdur. Odur ki, həmin alqı-satqının etibarsız sayılması, əldə edilənlərin geri qaytarılması, yaxud bu mümkün olmadıqda, nəqliyyat vasitəsinin və qoşqunun bazar dəyərinin "xxxx" BOKT-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir.

14. İddiaçı, xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" BOKT ASC-nin qanunsuz satdığı (özgəninkiləşdirdiyi) nəqliyyat vasitələrinin, yəni 2007-ci il buraxılışlı, “Mercedes Benz M 1840 LS YÜK” markalı avtomobilin dəyəri olaraq 35.000 manat və 2004-cü il buraxılışlı “Schmitz Yar ımqoşqu” markalı avtomobilin dəyəri olaraq 30.000 manat olmaqla, hər iki nəqliyyat vasitəsinin cəmi dəyəri olaraq 65.000 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Ərizə onunla əsaslandırılmışdır ki, işin hallarına dair iddia ərizəsində göstərilənlərdən və hazırki işin məhkəmə hazırlıq iclaslarında əldə edilmiş sənədlərdən birmənalı surətdə müəyyən olunur ki, "xxxx" ASC iddiaçının atasına məxsus nəqliyyat vasitələrini qanunsuz olaraq öz adına mülkiyyət hüququ ilə qeydə aldırmış və əmlakın özünə məxsus olmadığını bildiyi halda, həmin əmlakları başqa şəxsə satmaqla, əmlakların dəyəri həcmində ona zərər vurmuşdur. Belə ki, iddiaçının atasından miras qalmış nəqliyyat vasitələrinin qanunsuz hərrac vasitəsilə "xxxx" BOKT tərəfindən əldə edilməs i iddia ərizəsində istinad olunan və iş materialına əlavə olunan qanuni qüvvəsində olan məhkəmə aktları ilə birmənalı müəyyən olunduğu işin mübahisəsiz halıdır. İstinad olunan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC-nin adına nəqliyyat vasitələrinin dövlət qeydiyyatının ləğv edilməsi qərara alınmışdır. Belə olan halda "xxxx" BOKT ASC-nin qanunsuz hərəkətləri ilə atasına məxsus əmlakların özgəninkiləşdirilməsi ilə vərəsəlik və mülkiyyət hüququnun pozulduğu da işin mübahisəsiz halıdır. İş materialları və məhkəmə aktları ilə də müəyyən olunur ki, "xxxx" ASC nəqliyyat vasitələrinə dair həyata keçirdiyi hərracın qanunsuz olduğunu bildiyi kimi, həmin qanunsuz hərrac nəticəsində əldə etdiyi nəqliyyat vasitələrinin (məhkəmə mübahisəsi olduğ unu biləbilə) tez-tələsik (dövlət qeydiyyatından şəhadətnamə əldə etdikdən 1 gün sonra) özgəninkiləşdirilməsinin qanunsuz olduğunu, əslində özünə məxsus olmayan əmlakı sataraq gəlir əldə etmək istədiyini də bilirdi. Özünə məxsus olmadığını bildiyi halda, "xxxx" BOKT iddiaçının atasına məxsus olmuş (həmin vaxt isə iddiaçının vərəsəlik hüququ ilə yüklü olan) əmlakı Famil Tarquliyevə satmaqla əmlakın dəyəri həcmində iddiaçıya zərər vurması işin mübahisəsiz halıdır. İddiaçının atasından miras qalmış nəqliyyat vasitələrininəmlakın özünə məxsus olmadığını bilə-bilə "xxxx" BOKT tərəfindən qanunsuz hərəkətlərlə özgəninkiləşdirilməsi iddiaçının mülkiyyət hüququndan məhrum olmağı, yəni, əmlakın dəyəri həddində real zərərə məruz qalmağı ilə nəticələnmişdir. Belə ki, "xxxx" BOKT ASC iddiaçının atasını n mülkiyyətində olan nəqliyyat vasitələrini qanunsuz olaraq öz adına rəsmiləşdirməklə, bu qanunsuz əməllərini davam etdirərək qeydə alınmış “hüququndan” sui-istifadə edərək nəqliyyat vasitələrini özgəninkiləşdirməklə nəqliyyat vasitələrinin dəyəri həcmində iddiaçıya real maddi zərər vurmuşdur. Buna görə də iddiaçı atasından miras qalmış, iddiaçı vərəsəlik və mülkiyyət hüququnun yarandığı əmlakı qanunsuz özgəninkiləşdirməklə əmlakın dəyəri həddində ziyan vurduğuna görə, avtonəqliyyat vasitələrinin 2019-cu ilə mövcud olmuş bazar dəyəri məbləğində zərərin əvəzinin "xxxx" BOKT ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə tələb irəli sürməkdə haqlıdır.

16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)133/2024 saylı qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddianın qi smən təmin edilərək, "xxxx" BOKT ASC-dən 2007-ci il buraxılışlı, “Mercedes Benz M 1840 LS yük” markalı avtomobilin dəyəri olaraq 24.000 manat və 2004-cü il buraxılışlı “Schmitz Yarımqoşqu” markalı avtomobilin dəyəri olaraq 30.000 manat olmaqla, cəmi 54.000 manatın tutularaq iddiaçının xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

17. Məhkəmə, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli nəqliyyat vasitələri sonradan ləğv edilmiş qiyabi qətnamənin icrası qaydasında hərrac vasitəsilə cavabdehin adına qeydə alınsa da, sonradan həmin qiyabi qətnamə ləğv edilərək, onun icrasında dönüş edilmişdir. Hazırda Bankın borclu Məhərrəm Səlimovun hüquqi varisi İddiaçı qarşı “kredit və ipoteka müqavilələri üzrə hər hansı tələbi və məhkəmə mübahisəsi yoxdur.

18. Məhkəmə, həmçinin qeyd etmişdir ki, qiyabi qətnamənin icrası olaraq Bankın xeyrinə alınanlar digər tərəfə, yəni borclu Məhərrəm Səlimova qaytarılmaqla əvvəlki vəziyyət bərpa olunmalıdır. Lakin, ipoteka predmetləri Bank tərəfindən digər tərəfə, yəni Famil Tarquliyevə satıldığından faktiki olaraq əvvəlki vəziyyətin bərpası mümkün deyil.

19. Məhkəmə, eyni zamanda qeyd etmişdir ki, Bankın hərəkətləri nəticəsində iddiaçı gözlənilən miras əmlaklardan, yəni sözügedən nəqliyyat vasitələrindən məhrum olmuşdur, yəni Bank əslində həmin nəqliyyat vasitələrinin dəyəri həcmində iddiaçıya real zərər vurmuşdur. Ona görə də sözügedən nəqliyyat vasitələrinin satıldığı 2019-cu il tarixə mövcud olan bazar dəyəri əsas götürülməklə, iddiaçıya dəymiş zərər kimi cavabdehdən iddiaçının xeyrinə cəmi 54.000 manat tutulmalıdır.

20. Məhkəmə, öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 560.1, 560.2, 1096.1, 1097.1-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 115, 124.3, 119.1, 218.3, 236-1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

21. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tərəfindən qanunsuz olaraq satılmış nəqliyyat vasitələrinin ekspertiza rəyi ilə orta bazar dəyəri 68.000 manat qiymətləndirildiyi halda, onu n iddia tələbi 65.000 manat olduğu halda, məhkəmənin iddanı qismən, cəmi 54.000 manat pulun tutulması nəticəsinə gəlməsini qanunsuz və əsassız hesab edir.

23. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT ASC ilə Məhərrəm Səlimov arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1131 saylı kredit müqaviləsinə əsasən, X10 illik 28 faiz hesablanmaqla, 24 ay müddətinə 30.000 ABŞ dollar kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Məhərrəm Səlimovun mülkiyyətində olan “Schmitz” Yarımqoşqu markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişan lı, boz ağ rəngli avtomobil və 2007- ci il buraxılışlı, “Mercedens Benz M1840 LS” YÜK markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilləri xx.xx.2015-ci il tarixli, 1131 saylı ipoteka müqaviləsinə əsasən Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Öhdəliklər borclu tərəfindən icra edilmədiyindən, Məhərrəm Səlimovun vəfat etməsindən məlumatsız olduğundan iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edilmiş və iddia təmin edilmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2685/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin icrası nəticəsində hərrac keçirilmiş, baş tutmuş hərrac nəticəsində Məhkərrəm Səlimova məxsus “Schmitz Yarımqoşqu” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz M 1840 LS YÜK” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobillər "xxxx" BOKT ASC tərəfindən əldə edilmiş, daha sonra isə xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətinə keçmişdir. Hazırkı iddianın təmin edilməsi "xxxx" BOKT ASC-nin qarşısında olan pul (kredit) öhdəliklərinin məhkəmə tərəfindən silinməsi kimi qiymətləndirilir. "xxxx" BOKT ASC qüvvədə olan məhkəmə qətnaməsi və icra vərəqəsi əsasında əldə etmiş, daha sonra ipoteka ilə yüklü edilmiş əmlakı satmış və X8rşısında olan öhdəliklərə yönəlmişdir. Yəni əmlakın əldə edilməsi məhkəmə qətnaməsinə əsasən qanunvericiliyin bütün tələblərinə riayət edilərək baş tutmuşdur. İddiaçı məhkəməyə müraciət etmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2020-ci tarixli qətnaməsi ilə İddiaçı "xxxx" BOKT ASC-nə, Bakı Şəhəri, Nərimanov Rayon İc ra və Probasiya Şöbəsinə, Cavabdeh2 və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Daha sonra, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-143/2022 saylı qərardadı ilə İddiaçı "xxxx" BOKT ASC-nə, Cavabdeh2, Nərimanov rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilmişdir. Mülki Məcəllənin 558, 1151 və 1153-cü maddələri nəzərə alınmaqla qeyd edilməlidir ki, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə k eçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Hazırki iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, işin mübahisəsiz halı odur ki, X8rşısında öhdəlikləri olmuş, öhdəliklərin icra edilməsi məhkəmə qətnaməsi və icra vərəqəsi əsasında həyata keçirilmişdir. Mərkəzi kredit reyestrində olan məlumatlara əsasən hazırda kredit müqaviləsi üzrə X8rşısında heç bir borcu yoxdur və öhdəliklər icra edilmişdir. Lakin məhkəmə tərəfindən qəbul edilmiş qərar nəticəsində borclunun öhdəliklərinin hüquqi nəticələri hansı formada icra ediləcəyi qeyri müəyyəndir. "xxxx" BOKT ASC bütün əməliyyatları qanunvericiliyin tələblərinə uyğun həyata keçirmiş və hazırda cavabdehdən pulun tutulması tam əsassız və qanunsuzdur. Belə ki, birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən, Mülki Məcəllənin 1096.1 və 1097.1--ci maddələrinə (mülki hüquq pozuntusu (delikt) istinad edərək, İddiaçı icrada dönüş qaydasında mərhum atasının mülkiyyətinə (miras əmlak aktivinə) qayıtmalı olan, lakin "xxxx" BOKT ASC tərəfindən özgəninkiləşdirilmiş nəqliyyat vasitələrinin dəyərinin ona ödənilməsi barədə tələb irəli sürməkdə haqlı hesab etmişdir. Lakin, məhkəmənin nəyə əsaslanaraq, hazırki iş üzrə cavabdehin mülki hüquq pozuntusu, delikt nəticəsində ziyan vurması qənaətinə gəlməsi sual altındadır. Belə ki, "xxxx" BOK T ASC bütün əməliyyatları qanunvericiliyin tələblərinə uyğun həyata keçirmişdir. Bununla da, birinci instansiya məhkəməsi mülki qanunvericiliyin normalarını düzgün təhlil etməmiş və nəticədə cavabdehin hüquqlarının pozulması ilə nəticələnən yekun qərar qəbul etmişdir.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6195/2024 nömrəli iş üzrə 25 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev sədrlik edən, məruzəçi, Cəmilə Musayeva və Fuad Abdıyev) iddiaçının apellyasiya şikayəti təmin olunmamış, cavabdehin apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-133/2024 saylı tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia ərizəsi təmin edilməmişdir.

26. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı işin hallarına görə, "xxxx" BOKT ASC ilə iddiaçının mərhum atası Məhərrəm Səlimov arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi səbəbindən borclu barəsində məhkəmədə iddia qaldırılmış və qiyabi qətnamə ilə borclu Məhərrəm Səlimovdan "xxxx" BOKT ASC-nin xeyrinə 14.248,68 ABŞ dolları əsas, 3.490,20 ABŞ dollar faiz borcunun, 526,96 ABŞ dollar cərimənin, cəmi 18.265,84 ABŞ dollarının tutulması və tutmanın borclu Məhkərrəm Səlimova məxsus “Schmitz” yarımqoşqu markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007-ci il buraxılışlı ‘‘Mercedes Benz M184GLS” yük markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərə yönəldilməsi, həmin avtomobillərin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsaitin hesabına "xxxx" BOKT ASC-nə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğin artıq qalıq hissəsinin Məhərrəm Səlimova qaytarılması qət edilmişdir. İddiaçının bildirdiyinə görə, həmin qiyabi qətnamədən icra prosesi zamanı xəbər tutmuş və onun ləğv edilməsi barədə məhkəməyə müraciət etmiş, lakin həmin proseslər zamanı artıq hərrac keçirilmiş və avtomobillər satılmışdır.

27. Məhkəmə kollegiyası işin hallarını araşdıraraq qeyd etmişdir ki, sözügedən hərrac 13 sentyabr 2019-cu il tarixdə keçirilərkən buna əsas olmuş qiyabi qətnamə hələ qüvvədə olmuş, yalnız Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə qiyabi qətnamə ləğ v olunmuşdur. Bu da o deməkdir ki, hərracın keçirilməsi prosesində həmin vaxt qanunazidd əməl olmamış, hərracın nəticəsi olaraq əldə edilən gəlir də cavabdehin hansısa deliktinə görə deyil, məhz iddiaçının mərhum atası ilə bağlanmış kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı qəbul edilmiş məhkəmə qətnaməsinin icrasından irəli gəlmişdir.

28. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün nəzərdə tutulan şərtlərdən birincisi artıq hazırki mübahisənin mahiyyətinə uyğun deyildir.

29. Məhkəmə kollegiyası növbəti olaraq öhdəliyin yaranması əsası kimi əsassız varlanma halının mövcud olub-olmaması ilə bağlı qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Qeyd edilən maddənin dispozisiya şərtlərindən görünür ki, əsassız varlanmanın baş verməsi üçün varlanan şəxsin bununla bağlı hər hansı qanuni və ya hüquqi əsası mövcud olmur. Hazırki işin halları ilə bağlı yuxarıda qeyd olunduğu kimi mübahisəli avtomobillərin satılmasına və bunun nəticəsində cavabdehin gəlir əldə etməsinə səbəb hərracın keçirilməsi; bu hərraca əsas həmin vaxt qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası; qətnamənin qəbul edilməsinə əsas isə kreditorla borclu arasında bağlanmış kredit müqaviləsi olmuş və adı çəkilən səbəb nəticələr bir-biriləri ilə zəncirvari formada əlaqəli olmuşdur. Bu d a onu deməyə əsas verir ki, cavabdehin “varlanması” üçün həmin vaxt qanuni və hüquqi əsaslar mövcud olmuşdur.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, habelə iddiaçının qeyd edilən hərracın nəticələrinin və qiyabi qətnamənin artıq ləğv olması ilə bağlı arqumentlərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının mərhum atası X8rşısında öhdəliyi ilk növbədə məhkəmə qətnaməsi ilə deyil, tərəflər arasındakı kredit müqaviləsindən irəli gəlmiş, həmin müqavilə etibarlı olmuş və müqavilə üzrə öhdəlik borclunun şəxsi iştirakı olmadan icra edilməsi mümkünsüz olan öhdəlik kateqoriyasına aid olmadığından, o cümlədən mərhumun vərəsələri də olduğundan xitamı nəzərdə tutulmamışdır. Bu da o deməkdir ki, məhkəmə icraatları zamanı müəyyən prosessual xüsusatlara görə qiyabi qətnamənin və h ərracın nəticələrinin ləğv edilməsi borclunun kreditor qarşısında ilkin öhdəliyinin xitamına səbəb olmamış və cavabdehin “varlanması” üçün mövcud olan əsas da aradan qalxmamışdır.

31. Məhkəmə kollegiyası öhdəliyin yaranma əsasları kimi son olaraq tərəflər arasında müqavilənin mövcudluğuna dair şərtin hazırkı iş üzrə yoxlanılması ilə bağlı qeyd etmişdir ki, işin mübahisəsiz hallarına görə, mərhum Məhərrəm Səlimovun sözügedən kredit müqaviləsi üzrə öhdəliyini ehtiva edən müqavilə olmuş və Bankın tələbi də bundan irəli gəlmişdir.

32. Məhkəmə kollegiyası, öhdəliyin yaranma əsasları ilə bağlı qanunvericiliyin normalarını hazırkı işin halları baxımından təhlil edərək qeyd etmişdir ki, iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası mövcud olmamış və onun məhkəməyə bildirdiyi faktiki hallar isə iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun gəlməmişdir.

33. Məhkəmə kollegiyası iddiaçının cavabdeh tərəfindən onun mərhum atası Məhərrəm Səlimov öldüyü halda, ona qarşı iddia qaldırmasına dair dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, Mülki Məcəllənin 1309-cu maddəsinə əsasən, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Hazırki işin müəyyən olunmuş hallarından göründüyü kimi iddiaçı, mərhum atası X12 arasında kredit müqaviləsinin mövcudluğundan xəbərdar olmuş, atasının ölümündən 11 aya yaxın keçməsinə baxmayaraq bu barədə Banka xəbər verməmiş, cavabdehin də bunu müəyyənləşdirmək kimi bir imkanı və vəzifəsi olmamış, nəticədə qətnamə qəbul edilmiş və yalnız həmin aktın icrası zamanı iddiaçı bu barədə müvafiq icra şöbəsini məlumatlandırmışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçının vərəsə olaraq qanunvericiliklə nəzərdə tutulan məlumat vermə öhdəliyini icra etməməsi hazırki mübahisənin yaranmasına rəvac vermişdir. Ona görə də iddia rədd olunmalıdır.

34. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 1091.1, 1091.2, 1096.1, 1096.2, 1151.1, 1309-ci, habelə MPM-nin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

35. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə ye ni qərar qəbul edilməsini xahiş etmişdir.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1091.2-ci maddəsinin məzmununu təhrif edərək, işin müəyyən edilən halları çərçivəsində cavabdehin hərəkətlərində “əsassız varlanma”nın olmadığı qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qənaətini yanlış hesab etməsinə dair dəlillərini aşğıdakı kimi əsaslandırır. Cavabdehin hərəkətlərində iddiaçıya münasibətdə əsassız varlanma hərəkəti nəticəsində öhdəliyinin yarandığı qənaətinə gəlinir. Belə ki, apellyasiya instansiyası məhkəməsi şəxsin hərəkətində əsassız varlanmanın mövcudluğunun müəyyənləşdirilməsi baxımından Mülki Məcəllənin 1091.1-ci maddəsini tətbiq edərək qeyd etmişdir ki, cavabdeh 2019-cu ildə qanuni qüvvəsində olan q iyabi qətnamənin icrası qaydasında iddiaçının atasına məxsus nəqliyyat vasitəsini hərracdan əldə etmiş və satmışdır, ona görə də onun hərəkətlərinin hüquqi əsası olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən Mülki Məcəllənin 1091.2-ci maddəsinin 2-ci cümləsini unutmuşdur. Normanın mənasına görə, bu halda əsassız varlanma “...sonradan aradan qalxmış əsasa söykənir” və apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirməyib. Belə ki, 13 sentyabr 2019-cu ildə hərrac keçirilən zaman Bankın xeyrinə qiyabi qətnamənin mövcud olmasını “hüquqi əsas” kimi qeyd edir, lakin sonradan həmin qətnamənin ləğv edilməsinin nəticəsi kimi, həmin qiyabi qətnamənin icrasında dönüş edilərək, xx.xx.2019-cu ildə keçirilmiş hərracın nəticələrinin ləğv edilməsini, yəni, “sonradan aradan qalxmış əsasa söykəndiyini” hüquqi dəyərləndirmədən kənar saxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1257/2023 saylı qərardadı ilə borclu Məhərrəm Səlimovun hüquqi varisi İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, həmin məhkəmənin 2(005)-1540/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadından üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı, xx.xx.2022-ci il tarixli qərardadı qismən ləğv edilmiş, qiyabi qətnamənin icrasın da dönüş edilməsi barədə Məhkərrəm Səlimovun hüquqi varisi İddiaçı ərizəsi qismən təmin edilmiş, hərracın nəticəsi olaraq Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsində 2007-ci il buraxılışlı, “Mercedes Benz M 1840 LS YÜK” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixdə "xxxx" BOKT ASC-nin adına qeydə alınmış Şəhadətnamə ləğv edilmiş, hərracın nəticəsi olaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsində “Schmitz Yarımqoşqu” markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixdə "xxxx" BOKT ASC-nin adına qeydə alınmış Şəhadətnamə ləğv edilmişdir. Hazırkı iddia tələbindən görünür ki, iddiaçı atasının mülkiyyətində olmaqla, ölümündən sonra ona miras qalmış (miras qo yanın öldüyü andan) nəqliyyat vasitəsinin "xxxx" BOKT ASC tərəfindən hüquqi əsas olmadan (xx.xx.2019-cu il tarixli hərracın nəticəsində) əldə edilməsi və yenə də hüquqi əsas olmadan xx.xx.2019-cu ildə başqa şəxsə satılması nəticəsində ona məxsus olan əmlakların dəyəri zərərə məruz qaldığını iddia etmiş və həmin zərəri cavabdehdən tələb etmişdir. İş üzrə araşdırılmış sübutlarla və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1257/2023 saylı qətnaməsi ilə birmənalı müəyyən olunduğu kimi, cavabdeh iddiaçının atasına məxsus (miras əmlak) nəqliyyat vasitələrini əldə etməsinin və satmasının hüquqi əsası olmamışdır. Hüquqi əsası olmadan iddiaçının əmlakını əldə edərək başqasına satan Bank isə iddiaçıya məxsus əmlakın satılması hesabına əsassız varlanmışdır. B urada “hüquqi əsas olmadan varlanma” dedikdə, hərracın nəticələrinin ləğv edilməsinə dair icrada dönüşün həyata keçirilməsini təmin edən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı başa düşülməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş halları üzrə seçilmiş maddi hüququ- Mülki Məcəllənin 1091-ci maddəsini yanlış təfsir etməsi və xüsusən də həmin Məcəllənin 1091.2-ci maddəsinin məzmununu və tələbini nəzərə almadan hüquqi dəyərləndiməni yarımçıq, natamam aparması ilə qanunsuz nəticəyə gəlinmişdir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh əsassız əldə etdiyi əmlakı başqa şəxsə satmış, əmlak başqa şəxsin mülkiyyətinə qeydə alınmışdır. Belə vəziyyətdə iddiaçı özünün məhrum olduğu, cavabdehin əsassız varlanma nəticəsində əldə etdiyi ə mlakı geri tələb etmək hüququ vardır. Əldə edilmiş əmlakın cavabdeh tərəfindən başqasına satılması əmlakın cavabdeh tərəfindən başqasına satılması səbəbindən qaytarılması mümkün olmadığına görə, iddiaçı əmlakın dəyərini tələb etmişdir ki, bu tələb Mülki Məcəllənin 1092.2-ci maddəsinə uyğun olaraq ödənilməlidir. Beləliklə, Mülki Məcəllənin 1091, 1092-ci maddələrinin tələbləri baxımından cavabdeh iddiaçıya məxsus əmlaklar hesabına əsassız varlanması müəyyən olunduğundan, Mülki Məcəllənin 385 və 386-cı maddələrinin tətbiq edilməsi ilə cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması müəyyən olunur. Cavabdehin hüquqi əsası olmayan hərəkəti nəticəsində iddiaçının əmlakından məhrum olması müəyyən olunduğundan, iddiaçı məhrum olduğu əmlakın dəyərində real maddi zərərə məruz qalmışdır. Bu baxım dan, iddiaçı Mülki Məcəllənin 21-ci maddəsinə uyğun olaraq, ona dəymiş real zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin təqsirli hərəkəti olmamışdır, belə ki, cavabdeh 2019-cu ildə mövcud olmuş qiyabi qətnamənin icrası qaydasında hərracdan əmlakı əldə etmişdir. Lakin nəzərə alınmalıdır ki, birbaşa təqsirli hərəkətin olmaması cavabdehin hüquqi əsas olmadan əldə etdiyi əmlakın əvəzini vermək vəzifəsindən azad etmir. Belə ki, iddiaçıya məxsus əmlakın hüquqi əsas olmadan cavabdeh tərəfindən əldə edilməsi və satılması işin mübahisəsiz halıdır və cavabdehin bu hərəkətinin iddiaçının maddi zərərə məruz qalması ilə birbaşa səbəb-nəticə əlaqəsi vardır. Apellyasiya instansiyası məhkəməsinin bu yanaşmasını, ümumiyyətlə, subyektiv hesab edərək, mübahisə predmetindən kənara çıxma kimi qiymətləndirməklə yanaşı, istinad edilən müddəaların hazırkı mübahisəyə heç bir aidiyyəti olmadığını qeyd edirik. Apellyasiya instansiyası məhkəməsi əsaslandırmağa çalışmışdır ki, guya, iddiaçı atasının borcları barədə məlumatlı olmaq vəzifəsi daşımışdır və həmçinin, atasının ölümü barəsində 2017-ci ildə Banka məlumat verməməklə cavabdehin onun əmlakını hüquqi əsas olmadan əldə etməklə sonradan sataraq ona ziyan vurmasına səbəb olmuşdur. Bu, subyektiv yanaşmadır, məhkəmənin öz səlahiyyət həddini aşması və qulluq mövqeyindən sui-istifadə kimi qiymətləndirilməlidir. Odur ki, cavabdeh apellyasiya şikayətində iddiaçının atasının Bankla aralarında olmuş müqaviləyə əsasən kredit borcunun qaldığını və əmlakı satmaqla həmin kredit məb ləğini bağladığını qeyd etmişdir. Cavabdeh qeyd etmişdir ki, satılmış əmlakın dəyəri iddiaçıya qaytarıldığı halda, onun atasının vaxtilə götürdüyü kreditin taleyi açıq qalacaq və buna görə də iddia təmin olunmamalıdır. Bu dəlillərə qarşı mövqe ondan ibarətdir ki, hazırkı məhkəmə icraatında Bank iddiaçının atasının vaxtilə götürdüyü kreditin qaytarılması tələbi olmadığına görə, bu məsələ ümumiyyətlə, araşdırma predmeti və hüquqi dəyərləndirmə mövzusu ola bilməz. Bank iddiaçının atasının kredit borcu olduğunu iddia edirsə, bu barədə hazırki iş üzrə qarşılıqlı idda verə bilərdi, yaxud ayrıca icraatda iddia qaldıra bilərdi. Lakin Bank tərəfindən belə bir iddia qaldırılmamışdır. Belə oduğu halda, hazırki iş üzrə məhkəmə həmin mövzuya nüfuz etməyə haqlı olmamışdır. Bu mövzuda apellyasiya icraatı nda müzakirə olunmuşdur, nəticədə Məhkəmə kollegiyası qətnaməsində hazırki məhkəmə predmeti olmayan məsələlərə müdaxilə etməklə araşdırma predmetindən kənara çıxmışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1151 və 1309-cu maddələrini hazırkı mübahisə üzrə tətbiq edilməli olmadığı halda, tətbiq edilməklə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilməli hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclu dan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

39. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

40. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

41. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

42. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandır an qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

43. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

44. Maddə 1309. Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti ola n başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

48. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbu l edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

54. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şi kayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

55. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

56. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, Bankla iddiaçının mərhum atası Məhərrəm Səlimov arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi səbəbindən borclu barəsində məhkəmədə iddia qaldırılmış və qiyabi q ətnamə ilə borclu X7 xeyrinə 14.248,68 ABŞ dolları əsas, 3.490,20 ABŞ dollar faiz borcunun, 526,96 ABŞ dollar cərimənin, cəmi 18.265,84 ABŞ dollarının tutulması və tutmanın borclu Məhkərrəm Səlimova məxsus sözügedən nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsaitin Banka ödənilməsi, satışdan artıq qalan məbləğin borclu Məhərrəm Səlimova qaytarılması qət edilmişdir.

57. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını araşdıraraq qeyd etmişdir ki, sözügedən hərrac 13 sentyabr 2019-cu il tarixdə keçirilərkən buna əsas olmuş qiyabi qətnamə qüvvədə olmuş və həmin qətnamə yalnız Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. Bu da o, deməkdir ki, hərracın keçirilməsi prosesi ndə həmin vaxt qanunazidd əməl olmamış, hərracın nəticəsi olaraq əldə edilən gəlir cavabdehin hansısa deliktinə görə deyil, məhz iddiaçının mərhum atası ilə bağlanmış kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı qəbul edilmiş məhkəmə qətnaməsinin icrasından irəli gəlmişdir.

58. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün nəzərdə tutulan şərtlərdən birincisi artıq hazırkı mübahisənin mahiyyətinə uyğun deyil. Belə ki, öhdəliyin yaranması əsası kimi əsassız varlanma halının mövcud olub-olmaması ilə bağlı qeyd olunmalıdır ki, mülki qanunvericiliyə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.

59. Yuxarıda qeyd olunan normaların dispozisiya şərtlərindən görünür ki, əsassız varlanmanın baş verməsi üçün varlanan şəxsin bununla bağlı hər hansı qanuni və ya hüquqi əsası mövcud olmur. Hazırki işin halları ilə bağlı yuxarıda qeyd olunduğu kimi mübahisəli avtomobillərin satılmasına və bunun nəticəsində cavabdehin gəlir əldə etməsinə səbəb hərracın keçirilməsi; bu hərraca əsasın həmin vaxt qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası; qətnamənin qəbul edilməsinə əsas isə kreditorla borclu arasında bağlanmış kredit müqaviləsi olmuş və adı çəkilən səbəb nəticələr bir-biriləri ilə zəncirvari formada əlaqəli olmuşdur. Bu da onu deməyə əsas verir ki, cavabdehin “varlanması” üçün həmin vaxt qanuni və hüquqi əs aslar mövcud olmuşdur.

60. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini, habelə iddiaçının qeyd edilən hərracın nəticələrinin və qiyabi qətnamənin artıq ləğv olması ilə bağlı arqumentlərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının mərhum atası X8rşısında öhdəliyi ilk növbədə məhkəmə qətnaməsi ilə deyil, tərəflər arasındakı kredit müqaviləsindən irəli gəlmiş, həmin müqavilə etibarlı olmuş və müqavilə üzrə öhdəlik borclunun şəxsi iştirakı olmadan icra edilməsi mümkünsüz olan öhdəlik kateqoriyasına aid olmadığından, o cümlədən mərhumun vərəsələri olduğundan xitamı nəzərdə tutulmamışdır. Bu da o deməkdir ki, məhkəmə icraatları zamanı müəyyən prosessual xüsusatlara görə qiyabi qətnamənin və hərracın nəticələrinin lə ğv edilməsi borclunun kreditor qarşısında ilkin öhdəliyinin xitamına səbəb olmamış və cavabdehin “varlanması” üçün mövcud olan əsas da aradan qalxmamışdır.

61. Apellyasiya instansiyası məhkəməsi, hazırkı öhdəliyin yaranma əsası kimi son olaraq tərəflər arasında müqavilənin mövcudluğuna dair şərtin hazırkı iş üzrə yoxlanılması ilə bağlı qeyd etmişdir ki, işin mübahisəsiz hallarına görə, mərhum Məhərrəm Səlimovun sözügedən kredit müqaviləsi üzrə öhdəliyini ehtiva edən müqavilə olmuş və Bankın tələbi də bundan irəli gəlmişdir.

62. Apellyasiya instansiyası məhkəməsi, öhdəliyin yaranma əsasları ilə bağlı qanunvericiliyin normalarını hazırkı işin halları baxımından təhlil edərək qeyd etmişdir ki, iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası mövcud olmamış və onun məhkəməyə bildir diyi faktiki hallar isə iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun gəlməmişdir.

63. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının Bank tərəfindən onun mərhum atası Məhərrəm Səlimov öldüyü halda, ona qarşı iddia qaldırmasına dair dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, Mülki Məcəllənin 1309-cu maddəsinə əsasən, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Hazırki işin müəyyən olunmuş hallarından göründüyü kimi iddiaçı, mərhum atası X12 arasında kredit müqaviləsinin mövcudluğundan xəbərdar olmuş, atasının ölümündən 11 aya yaxın keçməsinə baxmayaraq bu barədə Banka xəbər verməmiş, cavabdehin də bunu müəyyənləşdirmək kimi bir imkanı və vəzifəsi olmamış, nəticədə qətnamə qəbul edilm iş və yalnız həmin aktın icrası zamanı iddiaçı bu barədə müvafiq icra şöbəsini məlumatlandırmışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçının vərəsə olaraq qanunvericiliklə nəzərdə tutulan məlumat vermə öhdəliyini icra etməməsi hazırki mübahisənin yaranmasına rəvac vermişdir.

64. Digər tərəfdən, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının mərhum atası X9 ödənilməmiş cəmi 18.265,84 ABŞ dolları kredit borcu olub, həmin kredit borcunun ödənilməsi üçün tutma ipoteka predmetlərinə yönəldilib və sonda ipoteka predmetləri Bank tərəfindən Famil Tarquliyevə 31.000 manata satılaraq kredit borcu ödənilib.

65. Kassasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı kassasiya şikayətində, Bankın sonradan aradan qalxmış əsa sa söykənərək hüquqi əsas olmadan varlandığını göstərsə də, sözügedən ipoteka predmetlərinin Bank tərəfindən 31.000 manata Famil Tarquliyevə satılaraq əldə olunan vəsaitin məhz 18.265,84 ABŞ dolları (təxminən 31.050 manat) kredit borcunun ödənilməsinə yönəldilməsi, Bankın mərhum Məhərrəm Səlimovun hesabına əsassız varlanması nəticəsinə gəlməyə əsas vermir. Çünki, Mülki Məcəllənin 1091.2-ci maddəsinin mənasına görə, sonradan aradan qalxmış əsasa söykənsə belə əsassız varlanma o, halda baş vermiş sayılır ki, şəxs başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Hazırkı halda Bank ipoteka predmetlərini sataraq əldə olunan tam vəsaiti iddiaçının atasının Banka olan borcuna yönəldib.

66. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlill əri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı k assasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2(103)-6195/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar