Məhkəmə qərarları › İş №2(102)-1478/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1478/2023

03.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1478/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1478/2023 (Açar sözlər: müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X19 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)1861/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil Nümayəndə) tərəfindən ve rilmiş kassasiya şikayətinə 03 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin şərtlərinə əsasən, Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi ünvanında yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420 kv.m. olan qeyri-yaşayış sahəsini alıcıya təhvil verməyi, alıcı həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin dəyəri 588.000 manat təşkil edir.

2. Cavabdeh MTK-nin sədri C.H.Alışov tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli maliyyə arayışına əsasən, İddiaçı Bakı şəh əri, Yasamal rayonu, M.Xiyabani küçəsi ünvanında yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420 kv.m. olan qeyri-yaşayış sahəsinin pay dəyərindən 588.000 manat məbləğində pul ödəmişdir.

3. İddiaçı təqdim edilmiş eskiz sxemdən görünür ki, eskiz-sxemdə göstərilən və işarələnmiş 420,0 kv.m. qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur.

4. Cavabdeh MTK ilə alıcı X12 arasında bağlanmış xx.xx.2010-cu il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi ünvanında yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv.m. olan qeyri-yaşayış sahəsini alıcıya təhvil verməyi, alıcı həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən m ənzilin dəyəri 138.000 manat təşkil edir.

5. Cavabdeh MTK-nin sədri C.H.Alışov tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli maliyyə arayışına əsasən, X12 Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi ünvanında yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv.m. olan qeyri-yaşayış sahəsinin pay dəyərindən 138.000 manat məbləğində pul ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə 17 noyabr 2017-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 420,0 kv.m. olan qeyri-yaşayış sahəsinə sahiblik və ist ifadə etmək məqsədilə həmin sahənin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd olunan halları nəzərə alınmaqla onunla əsaslandırılmışdır ki, cavabdehlə bağladığı xx.xx.2008-ci il tarixli müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmişdir. Lakin cavabdeh öhdəliyini icra etməmiş, qeyri-yaşayış sahəsini ona təhvil verməmişdir.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək iddianın təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-896/2018 saylı, 29 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia təmin edilmiş, cavabdehin ünvan 2 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərt əbəsində yerləşən ümumi sahəsi 420 kv.m. olan qeyri-yaşayış sahəsinin sahiblik və istifadə etmək məqsədi ilə İddiaçı təhvil verilməsinin Cavabdeh MTK-ya həvalə edilməsi, iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MTK-dan alınıb İddiaçı verilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin məhkəmədə araşdırılmış halları əsasında İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən cavabdehin Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa etdiyi binanın 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420,0 kv.m. olan qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi öhdəsinə götürməsi, müqavilənin şərtlərinə uyğun olaraq qeyri-yaşayış sahəsinin dəyərinin iddiaçı tərəfindən cavabdehə ödənilm əsi, lakin cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsi təsdiq edildiyindən iddia tələbi təmin edilərək həmin qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi Cavabdeh MTK-ya həvalə edilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 385, 425, 442, 448, 646.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan X12 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MTK arasında 20 dekabr 2010-cu il tarixdə bağlanmış “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən Baki şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində inşa edilmiş binanın 1-ci girişi, 1-ci mərtəbəsində yerləşən 115,0 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi ona satılmışdır. Qeyri-yaşayış sahəsinin müəyyən edilmiş 138.000 manat dəyəri tam ödənilmiş, bu barədə 20 dekabr 2010-cu il tarixli maliyyə arayışı verilmişdir. Binanın inşası tamamlandıqdan sonra Cavabdeh MTK həmin qeyri-yaşayış sahəsini ona təhvil vermiş və artıq həmin qeyri-yaşayış sahəsi onun sahiblik və istifadəsindədir. Bu yaxınlarda məlum olmuşdur ki, ona məxsus olan qeyriyaşayış sahəsinin heç vaxt görmədiyi İddiaçı verilməsi barədə qətnamə qəbul olunmuşdur. İddiaçı mübahisə edilən qeyri-yaşayış sahəsini hazırkı vaxta kimi istifadə etməmiş, həmin qeyri-yaşayış sahəsi 2010-ci il tarixdən onun istifadəsində olmuş və qeyri-yaşayış sahəsinə dair iddiaçı 2010-ci il tarixdən bəri hər hansı bir hərəkət etməmişdir. Bu səbəbdən iddiaçının adına verilmiş 15 noyabr 2008-ci il tarixli müqavilənin saxta olması qənaətinə gəlmək olur. Bundan əlavə, həmin müqavilədə olan MTK-nın sədrinin imzası da saxtadır.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən xx.xx.2021-ci il tarixdə yerində müayinə keçirilən zaman müəyyən edilmişdir ki, müayinə zamanı İddiaçı qeyri-yaşayış sahəsini 2008-ci ildə aldığını, yeri ona göstərdiklərini, ancaq onun həmin yerə baxmadığını, onun xəbəri olmadan mübahisə olduğunu, nümayəndəsinin bu işlə məşğul olduğunu, 420 kv.m. sahənin ona məxsus olduğunu, o zaman hörgü, pəncərə, daşların olmadığını, Cavabdeh MTK-nın nümayəndəsi X3 MTK sədrinin 420 kv.m. sahəni Gülağaya satdığını, Cəfərzadə Cəfər adlı şəxslə maşın və sair əvəzində 115 kv.m sahəni, 2-ci sahənin də Əliyevin olduğunu, sədrin deməsinə əsasən 420 kv.m. olaraq Gülağaya satıldığını, 115 kv.m-in 420 kv.m-in daxilində olduğunu, Kənan Quluzadənin borcu olduğunu və başqa şəxslərlə sövdələşdiyini, birbaşa MTK-ya pul ödəmədiyini bildirmişdir. Maraqlarına toxunan şəxs X6 nümayəndəsi X15 2017-ci ilin yay aylarında arakəsmələrin MTK tərəfindən aparıldığını, ancaq onun da işlər apardığını, ona müqavilə və maliyyə arayışı verildiyini; şahid qismində çıxış edən X1 və onun oğlunu 3 ildir tanıdığını, su sayğacını qoydurduğunu, onun liftlə üzbəüz sahəyə sahiblik etdiyini, Gülağanın adını eşitdiyini, lakin onları bir dəfə gördüyünü; şahid qismində çıxış edən X16 2008-ci ildə Gülağaya nümayəndə olduğunu, onun abadlıq aparmağı düşündüyünü, ancaq maddi imkanla bağlı edə bilmədiyini, daha sonra isə ara hissələrin tikildiyini, müxtəlif bəhanələr gətirərək, sahəni vermədiklərini, məhkəmə qərarından sonra 2018-ci ildə onların istifadəsinə verdiklərini bildirmişdir.

15. Apellyasiya məhkəməsinin iclasında şahid qismində ifadə vermiş X13 ifadəsində göstərmişdir ki, o, həmin dövrdə icraçı direktor vəzifəsində işləmişdir. Həmin 420 kv.m. qeyri-yaşayış sahəsini İddiaçı o, təklif etmişdir. Mübahisəli qeyri-yaşayış sahəsi İddiaçı satılıb. Müq avilənin İddiaçılə MTK arasında bağlanılıb. İddiaçı maliyyə arayışı və qeyriyaşayış sahəsinə dair xəritə verilib. Binanın tikintisi zamanı mal-materialların qeydiyyatı onun tərəfindən aparılıb. Gülağa MTK-ya mal-material verirdi. Quluzadə Kənanı tanımır. İddiaçı satılan ərazi binanın həyətinə daxil olduqdan sonra axıra qədər getdikdən sonra 1ci giriş qapısından sona qədər olan sahə aiddir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-214/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Rəfael Eyvazov və Ziya Şirinov) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, qətnamədə ifadə edilmiş “1-ci giriş” hissəsi ləğv edilmiş, həmin h issədə iddia təmin edilməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilsə də, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mötəbərliyinə) düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara tam uyğun gəlmədiyindən dəqiq olmayan nəticə hasil olunmuşdur. Belə ki, iddiaçı ilə yaranmış münasibətlərin Mülki Məcəllənin 178.8-ci maddəsinə edilmiş dəyişiklərdən öncə yaranması bu müddəanın əski məğzinin tətbiqini ehtiva edir. Burada isə qeyd edilirdi ki, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslə r kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bu mənada, kooperativin sübutlar təqdim etməməsi və mübahisənin mahiyyətinə dair mövqeyini nümayiş etdirməməsi məhkəmənin faktiki əsaslarla müəyyən edilən mövcud qənaətini tam təsdiq edə bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlardan qismən səhv nəticəyə gələrək iddiaçının müqaviləsində “1-ci giriş” ifadəsi olmayan məzmunu qətnamənin nəticə hissəsində qeyd etmişdir. Qeyd edilməlidir ki, müqavilələrin hər ikisinin qüvvədə olduğu və mübahisələndirilmədiyi (tələb olmadığı) prosessual vəziyyətdə onların etibarsizlığı ilə bağlı dəlillərin müzakirəsi yolverilməzdir. Hər iki müqavilə üzrə müxtəlif sahələrin verilməsini birinci mərtəbədə öhdəsinə götürmüş MTK mül ki məsuliyyət daşıyır və müqavilə ilə yerləşməsi dəqiq müəyyən edilməyən sahələrlə təmin etmək və ya müqavilədən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi də məhz MTK-ya mənsubdur. Müqavilədə qeyd edilmiş ünvanla tələbdə və qətnamədə göstərilən binanın yerləşdiyi ünvanın fərqli olması ekspertiza rəyləri və digər iş materialları ilə inkar edilməyərək iş üzrə mübahisələndirilmədiyindən bu hissədə araşdırmanın aparılmasına prosessual zərurət mövcud deyildir. Qeyd edilməlidir ki, iddiaçının müqavilə üzrə hüquqlarının təsdiq edilməsini tələb etməsi məhz onun məmnunluğunun təmin edilməsinə xidmət edən vəzifələrin cavabdeh tərəfindən həyata keçirilməsinə yönəlsə də, digər maraqlarına toxunan şəxslərin hüquqlarının məhdudlaşması istisna edilməlidir. Bu mənada hazırkı mübahisə üzrə münasibət lərin bütün iştirakçıları arasında razılığın - mülki dövriyyədə olan əmlakın və ona dair hüquqların təmin edilməsi cavabdehin vəzifəsidir. Bu mənada apellyasiya şikayətinin tam təmin və iddianın rədd edilməsi üçün əsaslar mövcud deyildir. Bununla bərabər, ekspertiza tədqiqatı və yerində müayinə zamanı sahələrin faktiki olaraq üst-üstə düşdüyü və şikayət verənin maraqlarına toxunması, iddiaçının təqdim etdiyi ekspert rəyi ilə isə ona verilmiş sahənin ölçüsü ilə mübahisə edilən sahənin uyğunsuzluğu müəyyən edilir. Ona görə cavabdehin müqavilə öhdəliyi üzrə vəzifələri nəzərə alınaraq iddiaçının hüquqları təmin edilməli, lakin müqavilədə əks edilməyən “1-ci giriş” ifadəsi hissəsi çıxılmaqla qətnamə dəyişdirilməlidir. Belə ki, iddiaçının sahibliyinə verilməli olan sahənin məhz burada yerləşməsi hər hansı hüquqi sənəd və ekspert rəyləri ilə sübuta yetirilmir.

18. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı maddi hüquq normasına istinad etməmiş, prosessual normalar kimi MPM-in 382, 392, 393, 402-406-cı maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat

19. Qətnamədən Cavabdeh MTK (vəkil X20) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Qətnamədən həmçinin İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegi yasının 2(102)5690/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər İspəndiyar Şəfiyev (sədrlik edən və məruzəçi), Vüqar Həsənov və Əhməd Əhmədov) İddiaçı və Cavabdeh MTK-nın kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-214/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, iş yenidən baxılması üçün göndərilmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “kooperativin sübutlar təqdim etməməsi və mübahisənin mahiyyətinə dair mövqeyini nümayiş etdirməməsi məhkəmənin faktiki əsaslarla müəyyən edilən mövcud qənaətini tam təsdiq edə bilməz” əsaslandırması tam deyildir. Cavabdeh tərəfindən məhz ha nsı faktı təsdiq edən sübutları təqdim etməli olması qeyri-müəyyəndir və məhkəmə cavabdeh tərəfindən hansı faktı təsdiq edən sübutları təqdim etməli olmasını qeyd etməmişdir. İş materiallarından görünür ki, məhkəmə cavabdehə bu barədə prosesin gedişində konkret təklif verməmişdir. Apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə ekspert rəylərini qiymətləndirməmiş, Kənan Quluzadəyə verilmiş qeyri-yaşayış sahəsinin yerini müəyyən etmək üçün sxem olmadığı, onunla bağlanmış müqaviləyə əsasən qeyri-yaşayış sahəsini təhvil vermə öhdəliyi daşıyan Cavabdeh MTK-nın təhvil vermədiyi və bu sahənin ona verilməli olmadığını bildirdiyi halda, Kənan Quluzadənin iddiaçının tələb etdiyi sahəyə iddia verməyə subyektiv hüququnun olmasını kifayət qədər mötəbər əsaslarla müəyyən etmədən iddiaçının tələbini əsas sız hesab etmiş, qətnamənin şikayət verənin maraqlarına toxunması barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi iki fərqli ekspert rəyi olduğu halda qanunla müəyyən olunmuş əlavə və ya təkrar ekspertiza təyin olunması imkanlarını nəzərdən keçirməmişdir. Cavabdeh iddiaçının tələb etdiyi qeyri-yaşayış sahəsinin 1-ci girişdə olmasını qəbul edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, birinci instansiya məhkəməsi iddiaçının müqaviləsində “1-ci giriş” ifadəsi olmayan məzmunu qətnamənin nəticə hissəsində qeyd etməsi əsassızdır. Əvvəla müqavilədə “1-ci giriş” sözünün yazılmaması, iddiaçıya verilməli olan qeyri-yaşayış sahəsinin 1-ci girişdə olmaması anlamına gəlmir. Kənan Quluzadə ilə sonradan bağlanmış müqavilədə də ona verilən qeyri-yaşayış sahəsinin hansı girişdə olması qeyd olunmamışdır. Bu halda məhkəmənin nəyə görə Kənan Quluzadənin etiraz dəlillərini üstün tutması, onun sahəsinin 1-ci girişdə olması barədə gəlinən nəticə ağlabatan dəlillərlə əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi işin hallarını sonadək tam, hərtərəfli araşdırmamış, işin hallarına bu müddəalara uyğun qiymət verməmişdir.

23. Kassasiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 14.1, 14.2, 14.2.1, 157.2, 157.4, 178.8, 324.1, 324.2, 385.1, 386.1, 389.1, 442-ci, MPM-in 14.1, 14.2, 77.1, 80, 81, 88, 106.1, 417.1, 417.1.3, 418.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. Yeni apellyasiya baxışı zamanı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1861/2022 saylı, xx.xx.2022-ci il tarixl i qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertiza təyin edilmişdir.

25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli 10/582 saylı ekspert rəyində göstərilmişdir ki, iş materiallarında olan sxemə əsasən İddiaçı ayrılmış sahənin eskiz layihəsi üzrə C1-F oxları və 9/10-13 oxları arasında yerləşməklə, arxa və yan sərhədlərinin binanın fasad divarları boyunca verildiyi, giriş hissədəki sərhəd divarının isə birbaşa lift şaxtasının qapıları olan divara bitişik verildiyi qeyd olunmuşdur (sxem əlavə olunur). Qeyd olunur ki, faktiki vəziyyətdə C1 oxu üzrə 10-13 oxları arasında, həmçinin binanın eskiz layihəsində və faktiki vəziyyətdə D oxu üzrə 9/10-13 oxları arasında bütöv divar olduğu, eləcə də lift şaxtasının qarşı hissəsi nin liftlərə giriş-çıxış məqsədilə açıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Kənan Quluzadəyə ayrılmış qeyri-yaşayış sahəsinə dair ayrıc aktı və ya plan-sxem mülki iş materiallarına əlavə edilmədiyindən, həmin qeyri-yaşayış sahəsinin sərhədlərini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Lakin ilkin baxış zamanı mübahisəli qeyri-yaşayış obyektinin ümumi sahəsinin "xxxx" MTK ilə Kənan Quluzadə arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilədə göstərilən 115,00 kv.m. (10,9x10,55 metr) sahəyə uyğun olduğu, hazırkı vəziyyətdə isə mübahisəli sahə genişləndirildiyindən, həmin sahənin Kənan Quluzadəyə ayrılmış sahədən 19,0 kv.m. çox olduğu müəyyən edilmişdir. Mülki iş materiallarının 96-cı vərəqindəki sxemdə göstərilən qeyri-yaşayış sahəsinin İddiaçı ayrıldığını və mübahisəli qeyri-yaşayış obyektinin ilkin vəziyyətdəki ümumi sahəsinin Cavabdeh MTK ilə Kənan Quluzadə arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilədə göstərilən 115,00 kv.m. (10,9x10,55 metr) sahəyə uyğun olduğunu nəzərə aldıqda, həmin qeyri-yaşayış sahələrinin 115,0 kv.m. hissəsinin üst-üstə düşdüyü müəyyən edilir. Tədqiq olunan obyektin kimin istifadəsində olmasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətlərinə aid deyildir.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1861/2022 saylı, 10 noyabr 2022-ci il tarixli ilə (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) maraqlarına toxunulan şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-896/2018 saylı, 29 yanvar 2018-ci il tarixli qətnaməsi qismən - bu qətnamə ilə maraqlarına toxunan şəxs X12 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2010-cu il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən ona təhvil verilmiş 115,0 kv.m. qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəyə münasibətdə ləğv edilmiş, həmin hissədə iddianın təmin edilməməsi, qətnamənin apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

27. Məhkəmə kollegiyası iş üzrə verilmiş rəyləri əlaqəli şəkildə təhlil edərək bu qənaətə gəlmişdir ki, 15 yanvar 2021-ci il tarixli 10/1938 saylı rəy verilərkən mübahisəli qeyri-yaşayış sahələrinin yerləşdiyi binanın təsdiq edilmiş eskiz layihəsi nəzərə alınmadığından, sonuncu verilmiş rəydə, habelə X2 tərəfindən verilmiş rəydə isə həmin binanın es kiz layihəsi nəzərə alınmaqla tərtib edildiyindən Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/1852 saylı rəyi mötəbər sübut kimi qəbul edilməlidir.

28. Beləliklə, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən sonuncunun əldə etdiyi 420 kv.m. qeyri-yaşayış sahəsi mübahisəli binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşməklə, bir hissəsi Cavabdeh MTK ilə X12 arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən sonuncunun əldə etdiyi və ona faktiki olaraq təhvil verilmiş 115,0 kv.m. (10,9x10,55 metr) sahə ilə üst-üstə düşür. Qeyd edilən 115,0 kv.m. sahə hal-hazırda X6 istifadəsindədir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasə n fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Qeyd olunan normanın dispozisiya şərtindən göründüyü kimi, kreditorun fərdi-müəyyən əşyanı (hazırki halda mənzilləri) borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini o halda tələb edə bilməz ki, əmlak artıq mülkiyyət hüququ ilə üçüncü şəxsə verilmiş olsun. Yə ni, fərdi-müəyyən əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilmədiyi halda, həmin əşya ilə bağlı öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditora verilməlidir. Apellyasiya kollegiyası hesab etmişdir ki, hazırkı mübahisə həmin normanın tələbləri əsasında həll edilməlidir. Bu məqsədlə ilk növbədə fərdi-müəyyən əşya olan qeyri-yaşayış sahəsinin kimin mülkiyyətinə verilməsi məsələsi müəyyən edilməli, yalnız bundan sonra həmin sahə ilə bağlı daha əvvəl tərəflərdən hansı ilə müqavilə bağlanması nəzərə alınmalıdır. Bu halları müəyyən etmək mümkün olmadıqda isə üstünlük daha əvvəl iddia irəli sürənə verilməlidir.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunun bu müddəasında göstərilən “mülkiyyətinə verilməsi” müddəası Mülki Məcəllənin 178-ci maddəsinin və ona d air Konstitusiya Məhkəməsinin şərhindəki hüquqi mövqeyinə uyğun araşdırılmalıdır.

31. Mülki qanunvericiliyin yuxarıda sadalanan normalarından və onların təfsirinə dair Konstitusiya Məhkəməsinin Qərarındakı hüquqi mövqedən çıxış edərək kollegiya bu bu qənaətə gəlmişdir ki, iddiaçının cavabdehdən təhvil verilməsini tələb etdiyi mübahisəli 420,0 kv.m. qeyri-yaşayış sahəsinin 115,0 kv.m. hissəsi qətnamə ilə maraqlarına toxunan şəxs X12 ilə Cavabdeh MTK arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən real olaraq Kənan Quluzadəyə təhvil verildiyindən və onun faktiki istifadəsində olduğundan, həmin sahənin müqavilə üzrə pay dəyəri Kənan Quluzadə tərəfindən tam ödənildiyindən qeyd edilən 115,0 kv.m. qeyri-yaşayış sahəsi onun mülkiyyətinə verilmiş hesab edilməlidir. Belə olan halda, Mülki Məcəllə nin 452.1-ci maddəsinin digər şərtinə, yəni göstərilən sahə ilə bağlı daha əvvəl tərəflərdən hansı ilə müqavilə bağlanmasına istinad etməklə həmin sahənin təhvil verilməsini tələb etmək qanuni hesab edilə bilməz.

32. Göstərilənlərə əsasən kollegiya hesab etmişdir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı Cavabdeh MTK-nın Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa etdiyi hündürmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 420 kv.m. olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə etmək məqsədi ilə ona təhvil verilməsi öhdəliyinin MTK-nın üzərinə qoyulması tələbinə dair iddiası bu qətnamə ilə maraqlarına toxunan şəxs X12 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2010-cu il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən ona təh vil verilmiş 115,0 kv.m. qeyri-yaşayış sahəsinə aid hissəyə münasibətdə əsassız olmuşdur və təmin edilə bilməz.

33. Apellyasiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 14.1, 14.2, 14.2.1, 157.2, 157.4, 178.8, 324.1, 324.2, 389.1, 386.1, 385.1, 442, 452.1-ci, MPM-in 9.1, 9.3, 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

34. Qətnamədən iddiaçı (Vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 88, 106-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, sonuncu ekspert rəyində qeyd edilir ki, X9 ayrılmış qeyri - yaşayış sahəsinə dair ayrıc aktı və ya plan-sxem mülki iş materiallarına əlavə edilmədiyindən, həmin qeyri - yaşayış sahəsinin sərhədlərini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Digər tərəfdən X9 ayrılmış qeyri-yaşayış sahəsinə dair ayrıc aktı və ya plan-sxem mülki iş materiallarında mövcud deyilsə, hansı qaydada Kənan Quluzadəyə təhvil verilməsi qeyri-müəyyəndir. Göründüyü kimi, Kənan Quluzadəyə verilmiş qeyri-yaşayış sahəsinin yerini müəyyən etmək üçün sxem olmadığı, onunla bağlanmış müqaviləyə əsasən qeyri-yaşayış sahəsini təhvil vermə öhdəliyi daşıyan Cavabdeh MTK-nın təhvil vermədiyi və bu sahənin ona verilməli olmadığını bildirdiyi halda, Kənan Quluzadənin iddiaçının tələb etdiyi sahəyə iddia verməyə subyektiv hüququnun olmasını kifayət qədər mötəbə r əsaslarla əsaslandırmadan, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin sözügedən göstərişlərinin əksinə qətnamə qəbul etmişdir. X18 qətnamə ilə hansı şəkildə maraqlarına toxunduğunu və apellyasiya şikayəti verilməsi üçün əsasların olub-olmamasını müəyyən etməmişdir.

36. Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən hündür mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 420,0 kv.metr qeyri-yaşayış sahəsini iddiaçı 588.000 manat şəxsi vəsaiti hesabına ödəyərək almışdır. Cavabdeh MTK ilə İddiaçı arasında 15 noyabr 2008-ci il tarixli müqavilə bağlanmış, MTK tərəfindən eskiz, cizgi tərtib edilmiş və maliyyə arayışı verilmişdir. Sözügedən Cavabdeh MTK-nın tikmiş olduğu yaşayış binasının birinci mərtəbəsində yerləşən 420,0 kv.metr qeyri-yaşayış sahəsinə Cavabdeh M TK-nın sədri X4 və təchizat üzrə icraçı direktor vəzifəsində işləyən X13 ilə birlikdə baxış keçirərək ona göstərilmişdir. Həmin qeyri-yaşayış sahəsini bəyənildiyinə görə 588.000 manat ödəyərək müqavilə əsasında almışdır. 2008-ci ildən bugünədək iddiaçının istifadə və sahibliyindədir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında bildirmişdir ki, məhz mübahisələndirilən qeyri-yaşayış sahəsini iddiaçıya göstərərək təqdim etmişlər, iddiaçı əmlakı bəyənərək müqavilə bağlamış və müqavilə üzrə mənzilin tam dəyərini (588.000 manat) MTK-ya ödəmişdir. xx.xx.2021-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən yerində müayinə zamanı İddiaçı da eyni məzmunda ifadə vermişdir. Digər tərəfdən, MTK nümayəndəsi X11 bildirmişdir ki, maraqlarına toxunan şəxs X10 tanımırlar, lakin Cə fərzadə Cəfər adlı şəxslə binada görüləcək müəyyən tikinti işləri müqabilində 115 kv.m. sahə verilməsi ilə bağlı razılıq əldə edilmişdir və işlər görülmədən öncə həmin şəxsə maliyyə arayışı verilmişdir. Lakin həmin şəxs üzərinə götürdüyü işləri görməmiş və eyni zamanda ona verilmiş maliyyə arayışını MTK-ya qaytarmamışdır. Digər tərəfdən həmin 115 kv.m. sahənin iddiaçıya satılmış sahəyə heç bir aidiyyəti olmamışdır və həmin şəxs məhkəməyə 115 kv.m. sahənin yerləşməsinə dair heç bir mötəbər sübut olan cizgi-sxem təqdim etməmişdir. Çünki belə bir cizgi-sxem ümumiyyətlə mövcud olmayıb.

37. Apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 186, 387.2, 387-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Prokurorluğu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş sorğuya olan cavab məktubuna sübut kimi dügzün hüquqi qiymət verməmişdir.

38. Həmçinin, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli sahənin Kənan Quluzadənin istifadəsində olmasını yerində müayinə zamanı özünü həmin ərazidə qeyri-rəsmi komendant işləyən şəxs kimi təqdim etmiş və şahid qismində ifadə vermiş X7 da təsdiq etməsinə əsaslanması, lakin mübahisəli sahənin İddiaçı faktiki istifadəsində olmasını Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayətində və məhkəmədə müdafiəsinin təminatının əyani olaraq bunu sübut etməsinə əhəmiyyət verməməsi qanuni deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

39. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

40. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır.

41. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

42. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hər əkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

43. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ, 158.1.2. əmlakdan istifadə hüququ, 158.1.3. servitutlar.

44. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

45. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

46. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918- VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya).

47. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

48. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

49. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

50. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmal ıdır.

51. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

52. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

53. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

54. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə m əsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

55. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irə li sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

63. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

64. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.

65. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınl aşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

67. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

68. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

69. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

70. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

71. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında o lan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

72. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən qismən – iddia tələbinin maraqlarına toxunan şəxs X12 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2010-cu il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən ona təhvil verilmiş 115,0 kv.m. qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəyə münasibətdə təmin edilməməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

73. Məhkəmə kollegiyası hesab edir ki, apell yasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

74. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması v ə onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır.

76. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.

77. İddia tələbindən görünür ki, iddiaçı Cavabdeh MTK-nın ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 420,0 kv.m. olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə etmək məqsədilə həmin sahənin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş et mişdir.

78. İşin müəyyən olunan hallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən, iddiaçı ilə MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən cavabdehin Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa etdiyi binanın 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420,0 kv.m. olan qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi öhdəsinə götürməsi, müqavilənin şərtlərinə uyğun olaraq qeyri-yaşayış sahəsinin dəyərinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi, lakin cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsini qeyd etmişdir.

79. Apellyasiya instansiyası məhkəməsi isə, qətnamə maraqlarına toxunulan şəxsin apellyasiya şikayətinə əsasən işə baxaraq birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni qismən ləğv etməklə idd ianı qismən rədd edərkən, iddiaçının cavabdehdən təhvil verilməsini tələb etdiyi mübahisəli 420,0 kv.m. qeyri-yaşayış sahəsinin 115,0 kv.m. hissəsinin qətnamə ilə maraqlarına toxunan şəxs X12 ilə Cavabdeh MTK arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən real olaraq Kənan Quluzadəyə təhvil verilməsini və onun faktiki istifadəsində olduğunu, həmin sahənin müqavilə üzrə pay dəyərinin Kənan Quluzadə tərəfindən tam ödənilməsini qeyd etmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

80. Halbuki iş materiallarında 115,0 kv.m. hissənin qətnamə maraqlarına toxunan şəxs X9 real olaraq təhvil verilməsi barədə hər hansı sübut mövcud deyildir və apellyasiya instansiyası məhkəməsi də gəldiyi həmin nəticə ilə bağlı konkret sübuta istinad etməmişdir. Eyni z amanda, qətnamə maraqlarına toxunan şəxs Kənan Quluzadəyə ayrılmış qeyri-yaşayış sahəsinə dair ayrıc aktı və ya plan-sxemin mülki iş materiallarına əlavə edilmədiyindən, həmin qeyri-yaşayış sahəsinin sərhədlərini dəqiqliklə müəyyən etməyin mümkün olmaması, apellyasiya instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli 10/582 saylı ekspert rəyi ilə də təsdiqini tapmışdır.

81. Eyni zamanda iş materialları ilə cavabdeh tərəfindən iddiaçıya 420,0 kv.m. qeyriyaşayış sahəsinə görə eskiz sxem verildiyi müəyyən edilsə də, qətnamə maraqlarına toxunan şəxsə belə bir sənədin təqdim edilməsi təsdiqini tapmır.

82. Həmçinin apellyasiya instansiya məhkəməsi işə baxark ən, iddiaçı ilə alqı-satqı müqaviləsi bağlanan zaman MTK-da icraçı direktor vəzifəsində işləmiş X8 apellyasiya məhkəməsinin əvvəlki iclasında şahid qismində verdiyi ifadəsinə, xx.xx.2021-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən həyata keçirilən yerində müayinə zamanı işin müəyyən edilmiş hallarına hər hansı hüquqi qiymət verməmiş, cavabdehin nümayəndəsinin məhkəmə iclasında mövqeyini aydınlaşdırmamışdır. Halbuki cavabdehin nümayəndəsi bundan əvvəlki apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək iddianın tam təmin edilməsini xahiş etmişdir.

83. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sü rdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

84. Bundan başqa iddiaçı tərəfindən hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən sonra verilmiş icra sənədinə əsasən Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən tələb olunan sahənin iddiaçıya təhvil verilməsi barədə tərtib edilmiş aktın kserosurəti apellyasiya instansiya məhkəməsinə təqdim edilsə də, məhkəmə tərəfindən həmin icra işinin materialları tələb edilib öyrənilməmiş və hüquqi qiymət verilməmişdir.

85. İddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin 420.kv.metrini qətnamə maraqlarına toxunan şəxs Kənan Quluzadədən daha əvvəl əldə etməsi, bununla da öhdəliyin iddiaçının xeyrinə daha əvvəl əmələ gəlməsi və onun daha əvvəl iddia irəli sürməsi şübhə dogurmadığından, həmçinin qeyd olunan hal müqavilənin digər tərəfi olan cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, hazırki mübahisə üzrə 15 noyabr 2008ci il tarixdə bağlanmış müqavilə daha üstün hüquqi qüvvəyə malikdir.

86. Göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiya məhkəməsinin Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad edərək 115,0 kv.m. hissənin qətnamə ilə maraqlarına toxunan şəxs X9 real olaraq təhvil verilməsi barədə gəldiyi nəticə tam və əsaslı deyildir.

87. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks e tdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

88. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

89. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli ol araq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.

90. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

91. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məs ələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

92. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mü bahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

93. Həmçinin nəzərə almaq lazımdır ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (Mülki Məcəllənin 390.1-ci maddəsi). Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 404.1-ci maddəsi).

94. İddiaçı ona ayrılan sahənin ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 420,0 kv.m. olan qeyriyaşayış sahəsi olduğunu bildirir. Lakin bundan əvvəl də Bakı Apellyasiya Məhkəməsində baxılmış başqa mülki işdə mübahisələndirilən həmin sahədən digət şəxslərə də qeyriyaşayış sahəsinin satılması halları müəyyən edilmişdir. Odur ki, işə yenidən baxılarkən apellyasiya instansiya məhkəməsi müxtəlif iddiaçılar və hazırki cavabdeh arasında eyni sahə ilə bağlı mövcud olmuş mübahisələrə dair məhkəmə qərarlarını öyrənməli, həmin işlərin birləşdirilərək eyni icraatda baxılmasının mümkünlüyü məsələsini müzakirə etməlidir.

95. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidi r.

96. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

97. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şika yəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1861/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar