Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-148/2023 09.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-148/2023 (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin JN:0015 seriyalı, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə ailəsinə verilmiş Qax rayonu Şotavar kəndində yerləşən 5,12 ha torpaq sahəsindən çıxarılmaları tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-77/2022 nömrəli, 03 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə 09 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Qax rayonu Aqrar İslahatı Komissiyasının 28 dekabr 1997-ci il tarixli, 20 nömrəli qərarına əsasən JN:0015 seriyalı, KOD ********* saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına görə iddiaçılar X7, İddiaçı3, İddiaçı2 Emin oğlu, İddiaçı4 Emin oğlu, İddiaçı5 Emin oğlu və İddiaçı6 Emin oğlunun mülkiyyətinə Qax rayon Şotavar kəndində, cənub hissəsində fındıq ağacl arı yerləşən 5,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
2. Yerli AİK tərəfindən Qax rayonu Şotavar kəndində “Eşşək ölən” adlanan sahədəki fındıq bağında əmlak və torpaq payı olan subyektlərin siyahısının təsdiq edilməsi qərara alınmış və həmin siyahıda Cavabdeh2 0,57 ha torpaq sahəsi olması qeyd edilmişdir.
3. Yerli AİK tərəfindən Qax rayonu Şotavar kəndində “Eşşək ölən” adlanan sahədəki fındıq bağında əmlak və torpaq payı olan subyektlərin siyahısının təsdiq edilməsi qərara alınmış və həmin siyahıda X2 0,61 ha torpaq sahəsi olması qeyd edilmişdir.
4. İddiaçı1 və Cavabdeh1 Qax rayonu Şotavar kəndində qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Emin oğlu, İddiaçı4 Emin oğlu, İddiaçı5 Emin oğlu və İddiaçı6 Emin oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 JN:0015 seriyalı, KOD ********* saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı üzrə ailəyə verilmiş Qax rayonu Şotavar kəndində yerləşən 5,12 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdırlar ki, Qax rayonu Aqrar İslahatı Komissiyasının 28 dekabr 1997-ci il tarixli, 20 nömrəli qərarı ilə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Mülkiyyətlərində olan həmin torpaq sahəsi Qax rayon Şotavar kəndində yerləşir və 5,12 hektardır. Torpaq sahəsinin cənub hissəsində fındıq ağacları vardır. Həmin fındıq ağacları cavabdehlərin istifadəsindədir. Cavabdehlər onlara həmin fındıq sahəsinin onların əmlak payına düşdüyünü bildirir. Fındıq ağacları olan ərazinin cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinə heç bir adiyyəti yoxdur. Bununla bağlı 2017-ci ilin sonlarında ƏMDK-nın Kadastr və Lahiyyə X9 şöbəsinə müraciət edərək onlara düşən pay torpaq sahəsinin (JN:0015 seriyalı, 40305028 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı üzrə vürilmiş) naturada göstərilməsi və tanınması tərəflərindən xahiş olunmuşdur. Həmin təşkilatın mütəxəssisləri əraziyə gələrək müəyyən etmişlər ki, fındıq ərazisinin yerləşdiyi ərazi (torpaq sahəsi) aqrar islahat zamanı onların mülkiyyətlərinə verilmiş sahədir. Bundan sonra cavabdehlərdən dəfələrlə zəbt etdikləri, onların mülkiyyətlərində olan torpaq sahələrinin boşaldımasmı tələb etsələr də, cavabdehlər onların həmin torpaq sahələrindən istifadə etmələrinə maneə yaratmışlar. Belə ki, ƏMDK-nin Kadastr Lahiyyə və X9 şöbəsinin mütəxəssisləri mülkiyyətlərində olan torpaq sahələrini ölçərək onun mərz nöqtələrini nişanlayaraq onlara göstərmişlər. Lakin cavabdehlər onların nişanlarını götürərək həmin ərazinin onlara məxsus olmasını iddia edir və bu gündə istifadə edirlər. Həmçinin qeyd edirlər ki, mülkiyyətlərində olan torpaq sahələrindən çıxarılması üçün bu ilin may-iyun aylarında Qax RPŞ-yə və DİN-nin 102 xidmətinə müraciət edərək cavabdehlərin həmin ərazilərdən çıxarılmasını xahiş etsələr də, Qax RPŞ-si müraciəti ilə bağlı yaranmış mübahisə mülki qaydada məhkəmə orqanlarının səlahiyyətinə aid olduğundan məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Hesa b edirlər ki, bu günədək cavabdehlər onların mülkiyyətlərində olan torpaq sahələrini boşaltmamış və bu qanunsuz hərəkətləri ilə onların mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşlar.
7. Azərbaycan Respublikası “X1” 06 aprel 2021-ci il tarixli 138 saylı Rəyinə əsasən, mülki işin materiallarına əlavə edilən JN-0015 saylı Dövlət Aktının planşeti Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən köhnə koordinat sistemi olan Pulkovo-42 koordinat sistemində tərtib olunmuşdur. 2006-cı il tarixdən DƏDRX-i tərəfindən ərazinin ümumi elektron baza məlumat xəritəsi Yeni Beynəlxalq koordinat sistemi olan WGS-84 (UTM38N) koordinat sistemində yığılmağa başlamışdır. Azərbaycan Respublikası üzrə bütün Dövlət Aktlarının və şəhadətnamələrin məlumatları yeni elektron məlumat bazasına inteqrasiya zamanı müəyyən koor dinat sürüşmələri, planşet üzrə müvafiq torpaq sahələrinin naturadakı torpaq sahələrinə nisbətdə konfiqurasiya fərqlərinin yaranmasına gətirib çıxarmışdır. Məhz bu mübahisəli ərazidə də konfiqurasiya fərqi olduğundan sözügedən JN-0015 seriyalı kod-403050028 saylı T”orpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Emin oğlu, İddiaçı4 Emin oğlu, İddiaçı5 Emin oğlu, X6 mülkiyyətində olan Qax rayonu, Şotavar kəndində yerləşən 5,12 ha torpaq sahəsinin planşet əsasında (ərazinin ümumi xəritəsi-X3) naturaya nisbətdə müəyyən mühəndis yer quruluşu işləri aparılaraq nəticə olaraq ümumi sahəsi 5,12 ha təşkil edən faktiki torpaq sahəsinin olması müəyyən olunmuşdur. Həmin torpaq sahəsinin cənub tərəfindən fındıq kolları yerləşən 0,6763 ha hissəsi cavabdehləri n faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Rəyə ortofotoplan və baxış aktı əlavə olunur.
8. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən, İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, JN-0015 seriyalı kod-403050028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Emin oğlu, İddiaçı4 Emin oğlu, İddiaçı5 Emin oğlu, X6 mülkiyyətində olan Qax rayonu, Şotavar kəndində yerləşən 5,12 ha torpaq sahəsinin cizgilərdə göstərilən ölçülərlə naturada istifadə edilən torpaq sahəsinin konfiqurasiyası uyğun gəlmir. Həmin torpaq sahəsinin naturada istifadə qaydası elektron baza məlumatlarında göstərilən ölçülər mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir.
9. Qax Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(024)-06/2021 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 JN:0015 seriyalı, KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Emin oğlu, İddiaçı4 Emin oğlu, İddiaçı5 Emin oğlu və İddiaçı6 Emin oğluna məxsus Qax rayonu Şotavar kəndində yerləşən 5,12 ha torpaq sahəsinin cənub tərəfindən fındıq kolları yerləşən 0,6763 ha hissəsindən çıxarılmaları, iddianın qalan hissəsinin rədd olunması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada iş üzrə 300 (üç yüz) manat ekspertiza xərcinin alınıb hesaba ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, JN-0015, KOD 40305028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Şotavar kəndində yerləşən 5,12 ha torpaq sahəsi İddiaçı1 və onun ailə üzvləri olan digər idddiaçıların ümumi mülkiyyətinə verilmişdir. İddiaçı hazırda cavabehlərin həmin torpaq sahəsindən çıxarılmalarını xahiş edir. Hazırki iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün JN:0015 seriyalı, KOD ********* saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçıların mülkiyyətində olan Qax rayonu Şotavar kəndində yerləşən 5,12 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunub-olunmamasının müəyyən edilməsi üçün xüsusi biliklərdən istifadə e dilməsi zəruri olduğundan iş üzrə təkrar məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş və tədqiqatın aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış, Azərbaycan Respublikası ‘'X1” ekspertləri qarşısında qoyulmuş sualları cavablandırmış, ekspertizanın 06 aprel 2021-ci il tarixli 138 saylı rəyinə əsasən mübahisəli ərazidə də konfiqurasiya fərqi olduğundan sözügedən JN0015 seriyalı kod-403050028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Emin oğlu, İddiaçı4 Emin oğlu, İddiaçı5 Emin oğlu, X6 mülkiyyətində olan Qax rayonu. Şotavar kəndində yerləşən 5,12 ha torpaq sahəsinin planşet əsasında (ərazinin ümumi xəritəsi-X3) naturaya nisbətdə müəyyən mühəndisi yerquruluşu işləri aparılaraq nəticə olaraq ümumi 5,12 ha təşkil edən faktiki torpaq sahəsinin olması müəyyən olunduğu, həmin torpaq sahəsinin cənub tərəfindən, fındıq kolları yerləşən 0,6763 ha hissəsi cavabdehlərin faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində qismən haqlıdır. Eyni zamanda iş üzrə 300(əlli) manat və 50 (əlli) manat ekspertiza xərcləri cavabdehlərdən birgə qaydada alınaraq müvafiq hesaba ödənilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 152 və 157-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edildiyi his sədə ləğv olunmasını və iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətinə görə birinci instansiya məhkəməsini qətnaməsini qanunsuz və əsassızdır. Məhkəmə hazırki qənaətə gəlməsinin əsası kimi, iş materiallarında olan 06 aprel 2021-ci il tarixli, 138 nömrəli ekspert rəyinə istinad etmişdir. Halbuki, həmin ekspert rəyi qanuni və əsaslı deyildir. Çünki, Qax rayonunun Şotavar kəndində torpaq islahatı aparılan zaman texniki səhvlərə yol verildiyi üçün, kənddə Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən dürüstləşmə işləri aparılmışdır. Həmin dürüstləşmə işlərinin nəticəsində iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehlərin mülkiyyətində olması müəyyən edilmişdir. İşin bu halını Əmlak Məsələləri Dövlət Xidmətin ə sorğu etməklə müəyyən etmək mümkündür. Lakin, iş üzrə tədqiqat aparmış ekspert və mütəxəssislər Qax rayonunun Şotavar kəndində torpaq islahatı aparılan zaman yol verilmiş texniki səhvlərin aradan qaldırdması məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən aparılmış dürüstləşmə işlərinə ümumiyyətlə toxunmamışdırlar. İş materiallarında olan Qax rayonu, Şotavar kənd Yerli AİK-nın 01 iyul 2000-ci il tarixli, 02 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Şotavar kəndində "Eşşək ölən" adlanan sahədəki ictimai fındıq bağında əmlak və torpaq payı olan subyektlərin siyahısının təsdiq edilməsi qərara alınmış və həmin siyahıda onun 0,5761 ha torpaq sahəsi olmağı qeyd edilmişdir. Hesab edir ki, iş üzrə ədalətli qətnamə qəbul edilməsi üçün ilk əvvəl Qax rayonu Şotavar kə ndində torpaq islahatı aparılan zaman yol verilmiş texniki səhvlərin aradan qaldırılması məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən aparılmış dürüstləşmə işləri və həmin dürüstləşmə nəticəsində iddiaçının iddia etdiyi torpaq sahəsinin kimin mülkiyyətində olması müəyyən edilməli və bundan sonra təkrar ekspertiza təyin edilməlidir.
14. Şəki Apellyasiya Məhkəməsinin 13 yanvar 2022-ci il tаrixli, 2(107)-77/2022 nömrəli qərаrdаdı ilə təkrar ekspetiza təyin edilmiş, həmin qərardada əsasən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyun 2022-ci il tarixli 10/3022 nömrəli ekspert rəyində göstərilmişdir: Mülki iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən JN-0015 seriyalı kod-403050028 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Emin oğlu, İddiaçı4 Emin oğlu, İddiaçı5 Emin oğlu, X6 mülkiyyətinə verilmiş Qax rayonu, Şotavar kəndidnə yerləşən 5,12 ha torpaq sahəsi rəsmi qaydada qeydiyyata alınmış cizgilər daxilində ölçüləri sxem 1-də göstərilmişdir, (sxem mütəxəssis rəyinə əlavə edilmişdir). Mülki iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Qax rayo nu Şotavar kənd Yerli AİK-nın 01 iyul 2000-ci il tarixli 02 nömrəli iclas protokolundan Qax rayon Dövlət Arxivinin 06 may 2020-ci il tarixli, 63/1 saylı Arxiv Çıxarışında göstərilən Şotavar kəndində “Eşşək ölən” adlanan sahədəki ictimai fındıq bağından Cavabdeh2 verilmiş 0,57 ha torpaq sahəsi və Qax rayon Dövlət Arxivinin 05 may 2020- ci il tarixli, 59/1 saylı Qax rayonu Şotavar kənd Yerli AİK-nın 01 iyul 2000-ci il tarixli 02 №-li iclas protokolundan Çıxarışda göstərilmiş Şotavr kəndində “Eşşək ölən” adlanan sahədəki ictimai fındıq bağından X4 verilmiş 0,61 ha torpaq sahələri elektron baza məlumatlarında rəsmi qaydada qeydiyyata alınmadığından, hər hansı bir hissəsinin üst-üstə düşməsi müəyyən etmək mümkün olmamışdır.
15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – a pellyasiya instansiya məhkəməsi) 2(107)-77/2022 nömrəli iş üzrə 3 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ələddin Cəfərov (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov və Ayaz Mahmudov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 JN:0015 seriyalı, KOD ********* saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 məxsus Qax rayonu Şotavar kəndində yerləşən 5,12 ha torpaq sahəsinin cənub tərəfindən fındıq kolları yerləşən 0,6763 ha hissəsindən çıxarılmalarına dair iddianın təmin edilmiş hissəsinin Cavabdeh1 naturada istifadə etdiyi 0,2196 ha hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul olunmuş, iddia tələbi Cavabdeh1 onun naturada istifadə etdiyi koordinatları M 1:5000 olmaqla (1) X 644845.4843 Y 4583887.8262, (2) X 644968.5861 Y 4583935.2069, (3) X 644961.2359 Y 4583951.1230, (4) X 644839.0831 Y 4583902.3508; döngə nöqtələri 1-2 arası məsafə 131,9 metr, 2-3 arası məsafə 17,5 metr, 3-4 arası məsafə 131,5 metr, 41 arası məsafə 15,9 metr olan 0,2196 ha hissədən çıxarılması hissəsində rədd edilmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəyi əsas götürmüşdür. Lakin Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin rəyləri sübut kimi qəbul edilə bilməz. Əvvəla ona görə ki, Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza fəaliyyəti ilə məşğul olması, habelə rəyi imzalamış ekspertlərin xüsusi bilik tələb olunan rəy vermə səlahiyyətləri iş materialları ilə müəyyən edilmir. Halbuki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 11-ci maddəsinə əsasən, məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini almalıdır. Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər. Məhkəmə eksperti yalnız şəhadətnamədə qeyd edilən məhkəmə ekspertizası ixtisası (ixtisasları) üzrə ekspert rəyi verə bilər. İşə əlavə olunmuş ekspert rəyi bu tələblərə cavab vermir.
17. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, JN-0015 seriyalı kod-403050028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçıların mülkiyyətində olan Qax rayonu, Şotavar kəndində yerləşən 5,12 ha torpaq sahəsinin cizgilərdə göstərilən ölçülərlə naturada istifadə edilən torpaq sahəsinin konfiqurasiyası uyğun gəlmir. Ekspert rəyinə əlavə edilmiş sxemlərdən görünür ki, cavabdehlərin istifadə etdikləri torpaq sahələri iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşsə də, iddiaçıların mülkiyyətində olan, rəsmi olaraq qeydə alınmış cizgilərdə göstərilən torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçılar rəsmi olaraq qeydə alınmış cizgilərdə göstərilən əkin üçün nəzərdə tutulmuş torpaq sahəsindən deyil, ondan kənarda yerləşən fındıq bağları olan hissədən cavabdehlərin çıxarılmasını tələb et məkdə haqlı deyildir. Çünki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi olduğu halda, cavabdehlərin istifadə etdikləri torpaq sahəsi fındıq bağından ibarətdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlərdən yalnız biri - Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Digər cavabdehlər məhkəmə qətnaməsinin mübahisələndirmədiyindən məhkəmə kollegiyası sonuncuların istifadəsində olan torpaq sahələri ilə bağlı hissədə araşdırma aparmamışdır.
18. Apellyasiya məhkəməsi qərara gəlmişdir ki, iddiaçılar Qax rayonu Şotavar kəndində yerləşən 5,12 ha torpaq sahəsinin cənub tərəfindən fındıq kolları yerləşən 0,2196 ha hissəsindən (koordinatları və döngə nöqtələr i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərildiyi şəkildə) Cavabdeh1 çıxarılmasını tələb etməkdə və birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməkdə haqlı olmamışdır.
19. Məhkəmə kollegiyasının araşdırmaları zamanı o da müəyyən edilmişdir ki, iddiaçılar iddia ərizəsində adına “Torpağa mülkiyyət hüququna dair” Dövləta aktı tərtib edilmiş şəxsin adını İddiaçı1, onun ümumi mülkiyyətçi olan oğlanlarının ata adını Emin kimi göstərsələr də, Dövlət Aktında “Əmin”in adı “Emin” kimi göstərilmişdir. Eyni zamanda, oğul iddiaçıların atalarının adı əslində “Əmin” olduğu ha lda, həmin Dövlət Aktında, həm də iddia ərizəsində “Emin” kimi qeyd edilmişdir. Adına “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmiş şəxsin adının İddiaçı1 olması məsələsinə Qax RİHB-nın Qorağan kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2020-ci il tarixli 276 saylı arayışla aydınlıq gətirilmiş, eyni zamanda Qax Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli 2(024)06/2021 nömrəli qərardadı ilə qətnamədəki yanlışlıqlara düzəliş edilmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5 və 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiy ası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya məhkəməsinin, həm də apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında Cavabdeh1 göstərmişdir ki, həmin torpaq sahəsi onun atası Səlim Maqsudova verilmişdir.
23. Göründüyü kimi 0,61 ha torpaq sahəsinin ayrılmasına dair qərar olmasına baxmayaraq həmin torpaq sahəsinin Səlim Maqsudova müvafiq ərazi üzrə rəsmi qaydada cizgilər daxilində və döngə nöqtələri göstərilməklə ona təhvil verilməmişdir. Həmin torpaq sahəsinin Cavabdeh1 atası və özünün istifadə etməsinə əsas olmuş sənədləri, torpağın ayrılmasına dair sxem (Yerli AİK-nin sertifikatı) hər hansı bir orqan tərəfindən işlənməmiş və “X8” adlı şəxsə verilməmişdir. Ümumiyyətlə “Maqsudov Səlim R.o” oğluna qanunvericil iyin tələbinə uyğun olaraq torpaq sahəsi ayrılsa belə mülki iş materiallarıda Cavabdeh1 atası olmasını müəyyən edən müvafiq sübutlar yoxdur.
24. Apellyasiya məhkəməsi əsassız olaraq hesab etmişdir ki, iddiaçılar rəsmi olaraq qeydə alınmış cizgilərdə göstərilən əkin üçün nəzərdə tutulmuş torpaq sahəsindən deyil, ondan kənarda yerləşən fındıq bağları olan hissədən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlı deyildir, cavbadehlərin istifadəsində olan torpaq sahəsi fərqli kateqoriyaya aiddir. Bu zaman məhkəmə özü torpaq sahəsinin kateqoriyasını, mütəxəssisə aid məsələni həll etmiş, fındıq bağının cavabdehlər təərfindən sonradan salınmasının mümküknlüyünü diqqətdən qaçırmışdır. Məhkəmə həmçinin əsassız olaraq torpaq sahələrinin üst-üstə düşməməsini müəyyən etmişdir. Bu vəziyyətdə apellyasiy a məhkəməsinin qətnaməsi qanuni və əsaslı sayıla bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13 İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
27. Maddə 29 İİ və İV hissələr. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
26. Mülki Məcəllə
28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması na və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu d üzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Ka ssasiya instansiya məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
43. Cavabdeh1 apellyasiya şikayətini təmin edərək ona qarşı iddianı rədd edən apellyasiya məhkəməsinin qənaətinə görə, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyun 2022-ci il tarixli 10/3022 nömrəli ekspert rəyinə əsasən iddiaçıların adına olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilən 5,12 ha torpaq sahəsinin rəsmi qaydada qeydiyyata alınmış cizgilər daxilində ölçülərinin natura da istifadə edilən torpaq sahəsinin konfiqurasiyası ilə uyğunluq təşkil etmir, ekspert rəyinə əlavə edilmiş sxemlərdən görünür ki, cavabdehlərin istifadə etdikləri torpaq sahələri iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşsə də, iddiaçıların mülkiyyətində olan, rəsmi olaraq qeydə alınmış cizgilərdə göstərilən torpaq sahəsi ilə üstüstə düşmür. İddiaçılar rəsmi olaraq qeydə alınmış cizgilərdə göstərilən əkin üçün nəzərdə tutulmuş torpaq sahəsindən deyil, ondan kənarda yerləşən fındıq bağları olan hissədən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlı deyildir. Çünki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi olduğu halda, cavabdehlərin istifadə etdikləri torpaq sahəsi fındıq bağından ibarətdir. Be lə olan halda iddiaçıların cavabdehləri onların faktiki istifadəsində olan torpaq sahəsindən çıxarılmalarını tələb etmək hüququ yoxdur.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara, o cümlədən mütəxəssis və ekspert rəyinə tam və hərtərəfli baxmamış, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
45. Belə ki, JN:0015 seriyalı, KOD ********* saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına görə iddiaçıların 5,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır, mülkiyyətin toxunulmazlığına və müdafiəsinə dövlət təminat verir.
46. Apellyasiya instansiyası məhkəməsinin qərardadına əsasən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyun 2022-ci il tarixli 10/3022 nömrəli rəyinə və rəyə əlavə edilmiş Sxemlərə görə iddiaçıların faktiki istifadəsində 4,46 hektar torpaq sahəsi vardır, bu sənəd üzrə olan 5,12 hektar sahədən 0,66 hektar azdır. İddiaçıların sənəd üzrə olan 5,12 ha torpaq sahəsi ilə naturada istifadə etdikləri 4,46 ha sahə qismən üst-üstə düşmür.
47. Lakin rəyə əlavə olunmuş sxemlərdən birində (cild 1, v. 228) sənəd üzrə iddiaçılara məxsus 5,12 ha torpaq sahəsinin Cavabdeh1 faktiki istifadəsində olan 0,2196 ha sahə ilə ümumiyyətlə üst-üstə düşməməsi, digər sxemdə isə (cild 1, v. 229) qismən üstüstə düşməsi göstərilmişdir (işin 2-ci cildində olan rəyə bu sxem əlavə olunmamışdır). Apellyasiya instansiyası məhkəməsi mütəxəssis rəyinə əlavə olunmuş bu sxemlərdəki ziddiyyəti aradan qaldırm amışdır.
48. İşdən daha sonra görünür ki, ekspert rəyində apellyasiya məhkəməsinin qərardadında qoyulmuş 3-cü sualı, yəni iddiaçıların rəsmi qeydiyyata alınmış 5,12 ha torpaq sahəsinin cavabdehlər, yaxud digər şəxslər tərəfindən zəbt olunması sualı cavablandırılmamış, ekspert Yerli AİK-nın qərarı ilə cavabdehə ictimai fındıq bağı ərazisindən verilmiş 0,61 ha torpaq sahəsinin elektron baza məlumatlarında rəsmi qaydada qeydiyyata alınmadığını əsas gətirərək hər hansı hissəsinin üst-üstə düşmədiyini göstərmiş, cavabdeh Rasim Maqsudovun naturada istifadə etdiyi torpaq sahəsini, həmin sahənin iddiaçıların mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etməmişdir.
49. İşdən daha sonra görünür ki, Qax rayonu Şotavar kənd Yerli AİK 01 iyul 2000-ci il tarixli iclasın 02 s aylı protokol Qərarı ilə 141 subyektə “Eşşək ölən” adlanan sahədəki fındıq bağında əmlak və torpaq payı verilmişdir. Qərara əlavə edilmiş əmlak və torpaq sahəsi almaq hüququna malik subyektlərin siyahısında cavabdeh Rasim Maqsudov deyil, onun atası Səlim Maqsudovun (No
139. Arxiv çıxarışında səhvən No 140 göstərilmişdir) adı qeyd edilmişdir, həmin siyahının 32-ci sırasında iddiaçı X5 adı da göstərilmişdir. Göstərilən ərazidə islahat verilmiş 70 hektar fındığ bağı sahəsi olmuşdur. Şotavar kənd Yerli AİK göstərilən qərarı Rayon AİK tərəfindən təsdiq olunması, cavabdeh Rasim Maqsudovun atası Səlim Maqsudova məhz onun naturada istifadəsində olan sahədən fındıq bağının verilməsi, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd, plan və ölçü sənədinin, əmlak payına dair aktın olması barədə hər hans ı sübut yoxdur. Apellyasiya məhkəməsi tərəfindən də göstərilən halları təsdiq edən sübutların təqdim olunması cavabdeh Rasim Maqsudova təklif olunmamışdır.
50. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirl əri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
51. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-77/2022 nömrəli, 03 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan