Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-148/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X Cavabdeh və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma 22.01.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1166/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı X və üçüncü şəxs X tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 22 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbu l etdi. İşin halları
1. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş “bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında” 21 iyun 2001-ci il tarixli protokol ilə 56,6 hektardan ibarət “SamurAbşeron” kanalı ərazisindəki torpaq sahələri “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanunun 2-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq xəritələşdirilərək X təhvil verilmişdir. Həmin akta və “Torpaq islahatı haqqında” Qanunun 3 və 21-ci maddələrinin göstəricilərinə əsasən, torpaqların mülkiyyət formaları üzrə inventarizasiya edilib, təyinatına görə araşdırma apararkən bələdiyyə mülkiyyətinə verilən torpaqların ümumi sahəsi cəmi- 7.829,80 hektar olmuşdur.
2. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 21 iyun 2001-ci il tarixli Sumqayıt şəhər ərazisində bələdiyyə və xüsusi mülk iyyətə aid olan torpaqların eksplikasiyası ilə, çoxmənzilli evlərin yaşayış sahəsi, mikrorayon daxili həyətlər, daxili küçə və s. torpaq yolları, prospekt, küçə baş yolları, ictimai tikililər, park və meydanlar, boş açıq sahələr, sair yarasız və başqa sahələr, örüş-otlaq sahələri, yaşıllıq zolaqları və sahələr, su hövzələri göl-gölməçələr, fərdi yaşayış sahəsi, qeyri-yaşayış sahəsi, qeyri bağ-bostan, tərəvəz sahəsi, “Yaşma” kollektiv bağ-bostan sahəsi, “Sarıqaya” bağ təsərrüfatı, dənizkənarı sahil xətti (qumlaqlar), çay, su axarlar, qəbiristanlıq, sairə dini obyektlər, fiziki və hüquqi şəxslərin istifadəsi, sair kommunikasiya xətləri, təhsil sahəsi, məktəblər, tibb sahəsi, xəstəxana və sair, magistral şosse yolları, dəmir yolu, “SamurAbşeron” kanalı, uşaq bağçaları, sair kənar təşkilati ob yektləri sənaye obyektləri, xüsusi təyinatlı istifadəçi, sənaye obyektlərinin yardımçı təsərrüfatları sahələri X mülkiyyətinə verilmişdir.
3. X xx.xx.2008-ci il tarixli, 11 nömrəli (protokol) qərarına əsasən, X müraciəti nəzərə alınaraq Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınacaq Yeni Yaşayış massivində, mövqe sxem əsasında fərdi ev tikintisi üçün 600 kv.metr həyətyanı torpaq sahəsi ayrılmışdır.
4. X tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli Akt ilə bələdiyyənin icra aparatının memarlıq və tikinti şöbəsinin ərazi üzrə baş nəzarətçisi X, bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsinin ərazi üzrə nəzarətçiləri Xv, İX və X Sumqayıt şəhəri, Yeni yaşayış massivinin 7-ci məhəlləsində yerləşən torpaq sahəsinə baxış keçirmişlər. Baxış zamanı müəyyən edilmişdir ki, ünv an 1 ünvanında qeydiyyatda olan Cavabdeh tərəfindən 0,24 ha torpaq sahəsini bir metr hündürlüyündə daş hasarla hasarlayaraq içindəki iri ağacları dibindən kəsərək zəbt etmiş və orada qanunsuz dəmir köşk yerləşdirilmişdir. Cavabdeh zəbt etdiyi torpaq sahəsinin boşaldılması tərəflərindən tələb olunsa da, o, buna əhəmiyyət verməmiş və qanunsuz əməlinə saxta sənədlə haqq qazandırmağa çalışmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin 26 yanvar 2017-ci il tarixli məktubu ilə X adına Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınan yeni yaşayış massivinin 7-ci məhəllə ərazisində yerləşən, sahəsi 2.400 kv. metr olan həyətyanı torpaq sahəsinin qeydiyyata alınması barədə m əlumat yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı X (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şımalında salınan yeni yaşayış massivinin 7-ci məhəlləsi ərazisində yerləşən, sahəsi 2400 kvadrat metr olan həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılıması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Daha sonra, iddiaçı iddia ərizəsinə dəyişiklik edərək, cavabdeh tərəfindən zəbt edilmiş Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şımalında salınan yeni yaşayış massivinin 7-ci məhəlləsi ərazisində yerləşən, sa həsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılıması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, üçüncü şəxs X X müraciət edib, bələdiyyənin xx.xx.2008-ci il tarixli, 11 saylı qərarı ilə onun adına sənədləşdirilmiş Sumqayıt şəhərinin cənubunda “SamurAbşeron” kanalının şimalında salınan Yeni Yaşayış massivinin 7-ci məhəlləsinin ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsindən oranı zəbt etmiş cavabdehin çıxarılmasına köməklik göstərməsini xahiş etmişdir. Aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, bələdiyyə torpaq sahəsinə daxil olan sözügedən torpaq sahəsi həqiqətən hər hansı hüquq müəyyənedici sənədi olmadan zəbt edilmiş və qanunsuz olaraq hasara alınaraq orada dəmir köşk yerləşdirilmişdir. Halbuki qeyd edilən hərəkətlər torpaq sahəsinin mülkiyyətçisi olan iddiaçının qanuni mənafeyinə, habelə mülki və torpaq qanunvericiliklərinin normalarına ziddir. Cavabdehin heç bir qanuni sənədi olmadan torpaq sahəsindən istifadə etməsi torpaq sahəsini özbaşına tutma (zəbt etmə) kimi qiymətləndirilməlidir.
9. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-597/2017 nömrəli, 8 iyun 2017-ci il tarixli qətnaməsi ilə (hakim Ruhiyyə Əsgərova) iddia təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı bələdiyyənin xx.xx.2008ci il tarixli qərarı ilə X1 Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şımalında sa lınan yeni yaşayış massivinin 7-ci məhəlləsi ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsi ayrılmış, lakin həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmiş, Rafiq İbrahimov torpaq sahəsi üzərində yaranan sahiblik və istfiadə hüquqlarının realizəsindən ötrü bələdiyyəyə müraciət etmiş, bələdiyyə də həmin şəxsin hüquqlarının realizəsinin təmin edilməsi üçün məhkəməyə müraciət etmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, bələdiyyə üçüncü şəxsə həyətyanı torpaq sahəsi ayırması barədə qərar qəbul etsə də, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, üçüncü şəxs yalnız həmin torpaq sahəsinə sahiblik və istifadə etmək hüququna malikdir. Bələdiyyə öz inzibati əraziləri daxilində öz səlahiyyətləri daxilində torpaq istifadəçisi kimi üçüncü şəxsin hüquqlarını müdafiə etmək səlahiyyətinə malikdir. Üçüncü şəxsin sahibliyində və istifadəsində olan torpaq sahəsi 600 kvadrat torpaq sahəsinin cavabdeh tərəfindən hər hansı müdaxilə edilməsinin və üçüncü şəxsin sahiblik və istifadə hüquqlarının realizəsinin məhdudlaşdırılmasının aydınlaşdırılmasından ötrü müvafiq ekspertiza təyin edilmişdir. Ekspertiza tədqiqatı mütəxəssis rəyinin Məhkəmə Ekspertiza Mərkəzinə verilməməsinə görə geri qaytarılsa da, keçirilmiş baxışın nəticəsinə dair tərtib edilmiş aktın göndərilməsini ekspert nəzərə almamışdır. Halbuki Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin mütəxəssislərinin iştirakı ilə baxış keçirilmiş və mübahisə predmeti təşkil edən ərizədə cavabdehin istifadəsində 0,1326 ha torpaq sahəsi olduğu, həmin torpaq sahəsinin 13,3 kv.metr hissəsində yardımçı tikili inşa edildiyi müəyyən edilmişdir. Bu hal tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnu ağlabatan müddətdə realizəsi üçün qənaətə gəlməyə əsas verdiyindən, yenidən ekspertizaya göndərilməsi zərurətini aradan qaldırır. Çünki artıq bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi faktı müəyyən edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0.11, 5.1-ci, Torpaq Məcəlləsinin 111-ci, Mülki Məcəllənin 180.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qət naməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınan yeni yaşayış massivinin 7-ci məhəllə ərazisində yerləşən, sahəsi 600 kv. metr olan həyətyanı torpaq sahəsindən onun çıxarılmağı və həmin torpaq sahəsinin 13,3 kv. metr hissəsində inşa edilmiş yardımçı tikilinin onun hesabına sökülməsində əsaslı olmamışdır. Qeyd olunan ərazi onun torpaq sahəsinə aid deyildir və qətnamədə qeyd olunan 13,3 kv. metr yardımçı tikili heç vaxt onun torpaq sahə sində olmamışdır. Onunla qonşu olan Fikrət adlı vətəndaşın torpaq sahəsi vardır, qeyd olunan 13,3 kv. metr yardımçı tikili onun sahəsindədir, Fikrət orada yaşamır. Həmin yardımçı tikili ilə onun torpaq sahəsinin hasarının arası 30 metr məsafə vardır. O, heç kimin torpaq sahəsini zəbt etməmişdir. Onun torpaq sahəsi 0,10 hektardır. Bu torpaq sahəsi ona 1999-cu ildə baş mühasib işlədiyi "xxxx" ASC tərəfindən verilmişdir. Bununla əlaqədar ona Bağçının üzvlük kitabçası (№ 1207) da verilmişdir. 2012-ci ildə qanuni sənəd əsasında ev tikmiş və həmin vaxtdan da orada daimi yaşayır. Heç vaxt nə məhkəmə tərəfindən, nə də icra məmuru tərəfindən ona bildiriş gəlməmişdir. 2012-ci ildə ev tikəndə bələdiyyənin işçilərinin, hətta bələdiyyə sədrinin də məlumatı olmuşdur. İddiaçının xx.xx.2016-cı il tarixli aktına əsasən guya 0,24 ha torpaq sahəsini hüquqmüəyyənedici sənəd olmadan zəbt edib ora dəmir köşk qoyulmuşdur. Baxış keçirilsə onda 0,10 hektardan artıq torpaq sahəsinin olub-olmaması müəyyən edilər. Məhkəmə bütün bunları nəzərə almamış, onun məhkəmədə iştirakını təmin etmədiyindən qeyd etdikləri ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
15. Apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3 mart 2023-cü il tarixli, 10/845 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.20 23-cü il tarixli, 3-21-3-31/2186/2023 nömrəli mütəxəssis rəyinə əsasən Sumqayıt şəhərinin cənubunun “Samur-Abşeron” kanalınn şimalında salınan yeni yaşayış massivinin 7-ci məhəlləsinin ərazisində Cavabdeh faktiki istifadəsində 1.197,5 kv.metr torpaq sahəsinin olduğu müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, Cavabdeh adına Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınan yeni yaşayış massivinin 7-ci məhəlləsinin ərazisində olan torpaq sahəsi qeydiyyatdan keçmədiyindən qərardadın ikinci və üçüncü suallarını cavablandırmaq mümkün olmamışdır.
16. Qərardadda ekspert qarşısında qoyulmuş suallar tam cavablandırılmadığından məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazi rliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3463 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh tərəfindən zəbt edildiyi iddia edilən Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şimalında salınan yeni yaşayış massivinin 7-ci məhəlləsinin ərazisindəki torpaq sahəsinin Bələdiyyənin mükiyyətinə aid olduğu müəyyən edilmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-179/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova sədrlik edən, məruzəçi, Ayaz Mahmudov və Səyyad Qafar) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi torpaq sahəsinin 13,3 kvadrat metr hissəsində inşa edilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi hissəsində ləğv edilmiş, i ddia tələbi torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin (hasarın) cavabdehin hesabına sökülməsi hissəsində təmin edilmədən, qətnamə qalan hissədə- Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şımalında salınan yeni yaşayış massivinin 7-ci məhəlləsi ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılıması hissəsində dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbində cavabdehin çıxarılması qeyd edilən torpaq sahəsinin iddiaçı bələdiyyənin mülkiyyətində olması keçirilmiş ekspertizanın nəticələrinə dair ekspert rəyləri ilə təsdiqini tapmışdır.
19. Belə olan halda, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbi cavabdehin torpaq sahəsindən çıxarılması hissəsində əsaslı olduğundan birinci insta nsiya məhkəməsinin qətnaməsi qeyd edilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi torpaq sahəsinin 13,3 kvadrat metr hissəsində inşa edilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi hissəsində ləğv edilməlidir.
21. Belə ki, iddia tələbindən və nümayəndənin izahatından görünür ki, tələbdə həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin, yəni daş hasarın cavabdehin hesabına sökülməsi xahiş edilsə də, məhkəmə iddia tələbindən kənara çıxaraq tələbdə qeyd edilməyən torpaq sahəsinin 13,3 kvadrat metr hissəsində inşa edilmiş yarımçıq tikilinin sökülməsini qət etmişdir. Göründüyü kimi torpaq sahəsinin 13,3 kvadrat metr hissəsində inşa edilmiş yarımçıq tikilinin sökülməsi barədə tələb olmas a da, məhkəmə iddia tələbindən kənara çıxaraq qətnamə qəbul etmiş, bununla da prosessual qanunvericilik normalarının tələblərini pozmuşdur.
22. Bundan başqa məhkəmə kollegiyası tələbin torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin (hasarın) sökülməsi tələbinə qiymət verərək qeyd etmişdir ki, iddiaçı torpaq sahəsində daş hasarın tikilməsini qeyd etsə də, buna dair mötəbər sübutlar təqdim etməmişdir. İddia tələbinin qeyd edilən hissəsi mötəbər sübutlarla təsdiqini tapmadığından tələb həmin hissədə təmin edilə bilməz.
23. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, 239.2-ci, Torpaq Məcəlləsinin 47.6, 47.7, 56.6, 66.1.1, 111-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə i stinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
24. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun mülkiyyəti olan torpaq sahəsini iddiaçı qeyri-qanuni olaraq xx.xx.2008-ci il tarixli, 11 nömrəli (protokol) qərarı ilə öz bələdiyyə üzvü olmuş Rafiq İbrahimova verilməsi və hazırkı iddia ilə məhkəməyə müraciət etməsi heç bir qanunvericiliyə uyğun ola bilməzdi. İddiaçı birinci instansiya məhkəməsinə müraciət edəndə X ayrılmış xx.xx.2008-ci il tarixli, 11 nömrəli (protokol) qərarı təqdim etmiş və bunun əsasında da torpaq sahəsindən çıxarılmağını tələb et mişlər, apellyasiya instansiyası məhkəməsində isə iddiaçının nümayəndəsi 600 kv.metr torpaq sahəsinin X mülkiyyətinə verilməsinə dair xx.xx.2016-cı il tarixli, 12 nömrəli (protokol) digər qərarı təqdim etmişdir. Cavabdeh qeyd etmişdir ki, bu qərar da iddiaçının saxtalığının bariz nümunəsidir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 1 aprel 2024-cü il tarixli, 2(102)-956/2024 nömrəli qərarı ilə (hakimlər Z.Babayev sədrlik edən, məruzəçi, Abiddin Hüseynov və Əhməd Nurməmmədov) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
27. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini onunla əsaslandır mışdır ki, cavabdehin mübahisələndirilən torpaq sahəsinə dair mülkiyyət hüququ qanunvericiliklə müəyyən olunmuş qaydaya uyğun rəsmiləşdirilməsə də, mübahisəli torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olması iddiaçı və üçüncü şəxs tərəfindən mübahisələndirilməmiş, həmin torpaq sahəsində evin tikilməsinə, cavabdehin orada ailəsi ilə yaşamasına iddiaçı etiraz etməmiş, hətta iddiaçı tərəfindən cavabdehdən torpaq sahəsindən istifadəyə görə ödənilmiş vergi qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli torpaq sahəsinə sahiblik etməsinə iddiaçının etiraz etməməsinə, həmin torpaq sahəsində inşa edilən evin iddiaçının razılığı ilə cavabdeh tərəfindən tikilməsinə, uzun müddət həmin evdə yaşamasına, ümumiyyətlə bağ evlərinin altında yerləşən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olmasına, bunun ekspert rəyi ilə müəyyən edilməsinə hər hansı zərurətin olmamasına baxmayaraq, cavabdehin torpaq sahəsindən məcburi çıxarılmasına dair nəticəsini hüquqi cəhətdən düzgün əsaslandırmamış, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi iddiaya qarşı olan etirazının dəlillərinə, yəni işçisi olduğu Sumqayıt Boru-Prokat Zavoduna aid torpaq sahəsini Sumqayıt XDS-nin xx.xx.1998-ci il tarixdə qeydə alınmış müqaviləsinə əsasən əldə etməsinə və xx.xx.1999-cu il tarixdə 5 nömrəli protokola əsasən “Metallurq” kollektiv bağçılıq Cəmiyyətinin üzvlüyünə qəbul edilməsinə, ona verilən bu səlahiyyətlərdən istifadə edərək torpaq sahəsinə uzun müddət sahiblik etməsinə, torpaqdan istifadə etməsinə görə iddiaçıya vergi ödəməsinə hər h ansı münasibət bildirməmiş, torpaqda evini inşa edilməsi ilə bağlı heç bir araşdırma aparmamışdır. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçının məhkəməyə müraciət edərək, cavabdehin faktiki olaraq sahibliyinə və istifadəsinə verilmiş torpaq sahəsində onun ev tikib, uzun müddət ailəsi ilə yaşadıqdan sonra həmin torpaq sahəsinin iddiaçı tərəfindən üçüncü şəxsə verilməsi, cavabdehin torpaq sahəsindən çıxarılıması və tikilinin sökülməsini tələb etməsi barədə hərəkətlərinin hüquqdan sui-istifadə olmasına, iddianın bu qaydada təmin edilməsinin cavabdehin ziyana düşməsinə səbəb olacağına apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
28. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Lalə R əhimli (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Almaz Süleymanova) 2(105)-1166/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilməmişdir.
29. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, işə yeni apellyasiya qaydasında baxılarkən kassasiya instansiyası məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iddia tələbi Cavabdeh Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şımalında salınan yeni yaşayış massivinin 7-ci məhəlləsi ərazisində yerləşən, sahəsi 2400 kvadrat metr olan həyətyanı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində inşa e dilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi ilə bağlıdır.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı mübahisəli daşınmaz əmlakın (torpağın) cavabdehin qeyri-qanuni sahibliyində olmasını sübuta yetirə bilməmişdir.
32. Belə ki, Sumqayıt şəhər X2 “Samur-Abşeron” kanalının şimalında yerləşən meşə zolağı boyunca Sumqayıt Boru-Prokat Zavodunun əməkdaşları üçün 2000 ailəlik şəhər tipli qəsəbə salınması məqsədilə 162,0 hektar torpaq sahəsinin ayrılması barədə xx.xx.1989-cu il tarixli, 23 nömrəli qərarından, Cavabdeh xx.xx.1999-cu il tarixdə 5 nömrəli protokola əsasən “Metallurq” kollektiv bağçılıq Cəmiyyətinin üzvü qəbul edilməsi, ona Bağçılıq Cəmiyyətinin bağından sahəsi 1.080 kv.m. olan 1207 nömrəli bağ sahəsinin Sumqayıt XDS-nin xx.xx.1998-ci il tarixdə qeydə alınmış müqavi ləsinə əsasən daimi istifadə etmək üçün verilməsi barədə “Bağçılıq üzvlük Kitabçası”ndan, SX 2000-2008-ci illər üçün Sumqayıt “Metallurq” kollektiv bağçılıq Cəmiyyətinin 1207 nömrəli torpaq sahəsindən istifadəyə görə 45 manat vergi ödəməsi barədə xx.xx.2008-ci il tarixli, 041216 nömrəli Qəbzdən, Sumqayıt “Metallurq” kollektiv bağçılıq Cəmiyyətinin Cavabdeh məxsus bağ evinin eskiz layihəsindən görünür ki, cavabdeh üçüncü şəxs X3 tərəfindən verilməsi iddia edilən 0,06 ha torpaq sahəsini özbaşına zəbt etməmişdir.
33. Cavabdeh həmin vaxt işçisi olduğu Sumqayıt Boru-Prokat Zavoduna aid torpaq sahəsinə Sumqayıt XDS-nin xx.xx.1998-ci il tarixdə qeydə alınmış müqaviləsinə əsasən buraxılmış və xx.xx.1999-cu il tarixdə 5 nömrəli protokola əsasən “Metallurq” kollektiv bağçılıq Cəmiyyətinin üzvlüyünə qəbul edilmiş, ona verilən bu səlahiyyətlərdən istifadə edərək cavabdeh torpaq sahəsinə uzun müddət sahiblik etmiş, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş, istifadəsində olan torpağa görə bələdiyyəyə vergi ödəmişdir.
34. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqe ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin sahibliyində və istifadəsində olan həmin torpaq sahəsinin sonradan Bələdiyyə tərəfindən üçüncü şəxs X verilməsi isə hər hansı sübutla təsdiqini tapmamaqla yanaşı, üçüncü şəxsin də ona verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, sənəd üzrə torpaq sahəsinin üçüncü şəxsə X xx.xx.2008-ci il tarixli, 11 nömrəli protokol qərarına əsasən verilməsi görünsə də, üçüncü şəxs uzun müddət həmin torpaq sahəsinə faktiki yiyələnməyə cəhd etməmişdir.
35. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, cavabdehin mübahisələndirilən torpaq sahəsinə dair mülkiyyət hüququ qanunvericiliklə müəyyən olunmuş qaydaya uyğun rəsmiləşdirilməsə də, mübahisəli torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olması iddiaçı və üçüncü şəxs tərəfindən mübahisələndirilməmiş, həmin torpaq sahəsində evin tikilməsinə, cavabdehin orada ailəsi ilə yaşamasına iddiaçı etiraz etməmiş, hətta iddiaçı tərəfindən cavabdehdən torpaq sahəsindən istifadəyə görə ödənilmiş vergi qəbul edilmişdir.
36. Bu baxımdan, məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli torpaq sahəsi Cavabdeh uzun müddət aşkar sahibliyində və istifadəsində olmuşdur. Torpaq sahəsinə dair uzun illər ərzində hər hansı mübahisə olmamış, əksi nə cavabdeh tərəfindən iddiaçıya torpaq vergiləri ödənilmiş, həmin ödənişlər iddiaçı tərəfindən qəbul edilmişdir.
37. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırılmadan, X Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilmişdir.
38. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mülki qanunvericiliyin maddələrini və Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərini nəzərə almadan, qətnaməni qəbul edərkən, işin müəyyən edilmiş halları əsasında tərəflər arasındakı həqiqi hüquqi vəziyyəti müəyyən etməmişdir.
39. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 1 3, 29-cu, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 157.2, 157.4. 157.8-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8, 47, 56, 59, 66-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
40. İddiaçı X və üçüncü şəxs X ayrı-ayrılıqda qətnamədən kassasiya şikayətləri vermişlər.
41. İddiaçı (Vəkil1) apellyasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxsə mübahisələndirilən torpaq sahəsi torpağın mülkiyyətçisi olan X qərarı ilə ayrıldığı halda, cavabdehin torp aqdan istifadəsi torpağın mülkiyyətçisi olan bələdiyyənin iradəsi xaricində, torpaq sahəsini ayırmaq səlahiyyətinə malik olmayan şəxsin öz səlahiyyətlərindən kənar hərəkəti nəticəsində verilmiş “bağçılıq kitabça”sı əsasında baş vermişdir.Məhkəmə torpağın mülkiyyətçisi tərəfindən verilmiş qərarı heçə sayaraq və bələdiyyənin iradəsi olmadan cavabdehin torpaqdan istifadəsinin qanuni olduğu qənaətinə gələrək mülkiyyət hüququna dair qanun normalarına zidd qərara imza atmışdır. Mübahisələndirilən torpaq sahəsi halhazırda xüsusi mülkiyyətdə olan torpaq sahəsi deyil, bələdiyyə mülkiyyətinə aid edilmiş torpaq sahəsidir. Qeyd edilən torpaq sahəsindən cavabdeh hər hansı mötəbər hüquqmüəyyənedici sənəd olmadan istifadə edir. Bələdiyyə tərəfindən üçüncü şəxsə ayrılarkən torpaq sahəsi boş olmuş, həmin t orpaqda hər hansı tikinti olmamışdır. Başqa sözlə, cavabdeh torpaq sahəsini bələdiyyə tərəfindən üçüncü şəxsə ayrıldıqdan sonra zəbt edərək orada tikinti aparmışdır.Lakin məhkəmə mötəbər süutlar olmadan cavabdehin təqdim etdiyi vergi qəbzini əsas götürərək torpağın onun tərəfindən zəbt edilmədiyi qənaətinə gəlmişdir.Cavabdeh tərəfindən yerləşmə yeri belə məlum olmayan torpağa görə bələdiyyəyə torpaq vergisini ödəməsi,özü də 2000-ci ilin vergisini 2008-ci ildə ödəməsi əsasında məhkəmənin cavabdehin torpaqdan qanunsuz istifadə etməməsi nəticəsinə gəlməsi sadalanan maddi hüquq normalaına uyğun deyildir və məhkəmənin bu qənaəti qanuna ziddir.
43. Üçüncü şəxs X (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməs i barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh bələdiyyə tərəfindən verilmiş hər hansı bir qanuni sənədi olmadan ona ayrılmış torpaq sahəsindən istifadə etməsi torpaq sahəsini özbaşına (zəbt etmə) tutma kimi qiymətləndirilməlidir. Cavabdeh “Metallurq” bağçılıq cəmiyyəti tərəfindən qanunsuz şəkildə verilmiş bələdiyyə mülkiyyətində olan 1197,5 kv.metr torpaq sahəsini zəbt edərək qanunsuz şəkildə istifadəsində saxlayır. Bu cür qanunsuzluqlar isə "xxxx" ASC-nin razılığı ilə baş vermişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
46. Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
47. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
48. Maddə Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vernək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
49. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçir məyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
50. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
51. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
52. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
53. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəktələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
54. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
55. Maddə
8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilmək; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilmək; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilmək bələdiyyə torpaqlarının mühafizəsi nə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilmək; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilmək; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilmək və s. səlahiyyətləri var.
56. Maddə 47 (6-cı hissə). Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.
57. Maddə 47 (7-ci hissə). Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər.
58. Maddə 56 (6-cı hissə). Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir.
59. Maddə 59. (1-ci hissə). Yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir: fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə.
60. Maddə 66 (1-ci hissə). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 25 iyun 1999-cu il tarixə kimi qüvvədə ol muş Torpaq Məcəlləsi
61. Maddə
23. Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər X2 qərarı ilə yer qurluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilirMaddə
25. Müəssisələr, idarələr və təşkilatlar bostançılıq və digər məqsədlər üçün torpaq sahələrini öz işçilərinə müvafiq rayon, şəhər X2 razılığı ilə müdriyyətin və həmkarlar ittifaqı təşkilatlarının qərarı əsasında verirlər. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu
62. Maddə
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən m əhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu
63. Maddə
4. Bələdiyyələr yalnız öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; bu torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətlərinə malikdirlər.
64. Maddə 7.3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun torpaqları fər di yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına xüsusi mülkiyyətə verilə bilər.
65. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır.
66. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisin ə cəlb edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
69. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
70. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
71. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmama sına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
73. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiy a məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
74. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
75. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiy ası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
76. İddiaçı və üçüncü şəxs ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.
77. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alaraq müəyyən etmişdir ki, Cavabdeh Sumqayıt şəhərinin cənubunda “Samur-Abşeron” kanalının şımalında salınan yeni yaşayış massivinin 7-ci məhəlləsi ərazisində yerləşən, sahəsi 2.400 kvadrat metr olan həyətyanı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cav abdehin hesabına sökülməsi ilə bağlıdır. Hazırda iddiaçı, mübahisəli daşınmaz əmlakın (torpağın) Cavabdeh qeyri-qanuni sahibliyində olmasını sübuta yetirə bilməmişdir.
78. Belə ki, Sumqayıt şəhər X2 “Samur-Abşeron” kanalının şimalında yerləşən meşə zolağı boyunca Sumqayıt Boru-Prokat Zavodunun əməkdaşları üçün 2000 ailəlik şəhər tipli qəsəbə salınması məqsədilə 162,0 hektar torpaq sahəsinin ayrılması barədə 06 oktyabr 1989-cu il tarixli, 23 saylı qərarına, Cavabdeh 05 noyabr 1999-cu il tarixli, 05 saylı protokol-qərara əsasən “Metallurq” kollektiv bağçılıq Cəmiyyətinin üzvü qəbul edilməsinə, ona Bağçılıq Cəmiyyətinin bağından sahəsi 1.080 kv.m. olan 1207 nömrəli bağ sahəsinin Sumqayıt XDS-nin 22 iyun 1998-ci il tarixdə qeydə alınmış müqaviləsinə əsasən daimi istifadə etmək üçün verilməsi b arədə “Bağçılıq üzvlük Kitabçası”na, X 2000-2008-ci illər üçün Sumqayıt “Metallurq” kollektiv bağçılıq Cəmiyyətinin 1207 nömrəli torpaq sahəsindən istifadəyə görə 45 manat vergi ödəməsi barədə 06 oktyabr 2008-ci il tarixli, 041216 nömrəli Qəbzə, habelə Sumqayıt “Metallurq” kollektiv bağçılıq Cəmiyyətinin Cavabdeh məxsus bağ evinin eskiz layihəsinə görə, sonuncu üçüncü şəxs X3 tərəfindən verilməsi iddia olunan 0,06 ha torpaq sahəsini özbaşına zəbt etməmişdir.
79. Cavabdeh həmin vaxt işçisi olduğu Sumqayıt Boru-Prokat Zavoduna aid torpaq sahəsinə Sumqayıt XDS-nin 22 iyun 1998-ci il tarixdə qeydə alınmış müqaviləsinə əsasən buraxılmış və 05 noyabr 1999-cu il tarixli, 05 nömrəli protokol-qərarına əsasən “Metallurq” kollektiv bağçılıq Cəmiyyətinin üzvlüyünə qəbul edilmiş, ona verilən bu səlahiy yətlərdən istifadə edərək, o torpaq sahəsinə uzun müddət sahiblik etmiş, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş, istifadəsində olan torpaq sahəsinə görə bələdiyyəyə vergi ödəmişdir.
80. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh sahibliyində və istifadəsində olan mübahisəli torpaq sahəsinin sonradan bələdiyyə tərəfindən üçüncü şəxs X verilməsi hər hansı sübutla təsdiqini tapmamaqla yanaşı, sonuncunun ona verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, sənəd üzrə həmin torpaq sahəsinin bələdiyyə tərəfindən üçüncü şəxs Rafiq İbrahimova 29 aprel 2008-ci il tarixli, 11 nömrəli protokolqərara əsasən verilməsi görünsə də, uzun müddət üçüncü şəxs Rafiq İbrahimov ümumiyyətlə həmin torpaq sahəsinə fa ktiki yiyələnməyə belə cəhd etməmişdir.
81. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ qanunvericiliklə müəyyən olunmuş qaydada rəsmiləşdirilməsə də, həmin torpaq sahəsinin onun qanunsuz sahibliyində olması iddiaçı və üçüncü şəxs tərəfindən mübahisələndirilməmiş, əksinə həmin torpaq sahəsində Cavabdeh ev tikməsinə və orada ailəsi ilə birlikdə yaşamasına etiraz etməmişlər, hətta iddiaçı tərəfindən Cavabdeh torpaq sahəsindən istifadəyə görə vergi alınmışdır.
82. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının və üçüncü şəxsin kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onların kassasiya şikayətləri ilə eyni məzmunlu iddia ərizəsinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfin dən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Ona görə də kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
83. Qeydə olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı X və üçüncü şəxs X ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 avqust 2024-cü il tarixli, 2(105)-1166/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.