Məhkəmə qərarları › İş №2(102)-3883/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3883/2025

10.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair m
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3883/2025 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun məhdudlaşdırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 8 sentyabr tarixli, 2(107)-45/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 22 sentyabr 2021-ci il tarixdə verilmiş çıxarışa əsasən Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən 51 kv.m. qeyri-yaşayış binası və 0,0136 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

2. DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil1 ünvanladığı 10 noyabr 2021-ci il tarixli, 8396 nömrəli məktubuna əsasən İddiaçı DƏDRXnin 12 saylı Ərazi İdarəsinə müraciəti əsasında mülkiyyətində olan Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 0,0136 ha torpaq sahəsində yerində baxış keçirilmiş və ölçü işləri aparılmışdır. Ölçü işləri aparılan zaman məlum olmuşdur ki, Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən və İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0,0136 ha torpaq sahəsinin şərq tərəfindən 0,5 metri başqa vətəndaş tərəfindən zəbt olunmuş, həmçinin 0,0136 ha torpaq sahəsinin şərq tərəfindən 0,5 metrində başqa vətəndaş tərəfindən tikinti işləri aparılmış və ayaqyolu tikilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi (sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən və İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0,0136 ha torpaq sahəsinin şərq tərəfindəki 8,50 metr sahəsinin 0,5 metr enində, 5,30 metr uzunluğunda olan hissəsində Cavabdeh tərəfindən tikilmiş mağazanın çöl yan divarı, həmçinin hündürlüyü 2,40 metr, sahəsi isə 2,72 kv.m. olan (1,60mx1,70m) yardımçı tikili olan ayaqyolunun cavabdehin öz vəsaiti h esabına sökülməsi, onun həmin torpaq sahəsindən məcburi qaydada çıxarılması, cavabdeh tərəfindən 0,0136 ha torpaq sahəsindən iddiaçıya edilən maneələrin aradan qaldırılması və dəymiş maddi ziyanla bağlı 721,40 manat pulun (100,40 manatı dövlət rüsumu, 500 manatı vəkilə ödənilmiş pul və 121 manatı isə DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə müraciət əsasında ödənilmiş vəsait) Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh inşa etdiyi qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə qonşuluqda yerləşir. Cavabdeh İddiaçı mülkiyyətində olan Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən 0.0136 ha torpaq sahəsinə qanunsuz daxil olmuş, həmin torpaq sahəsinin şərq tərəfindəki 8,50 metr sahəsinin 0,5 metr en ində, 5,30 metr uzunluğunda olan hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş mağazanın çöl yan divarı iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,5 metr hissəsində yerləşir. Cavabdeh bununla kifayətlənməyərək iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbtini davam etdirmiş və iddiaçının mülkiyyətində olan 0.0136 ha torpaq sahəsinin şərq tərəfində iddiaçının heç bir icazəsini almadan hündürlüyü 2,40 metr, sahəsi isə 2,72 kv.m olan (1,60m x 1,70m) yardımçı tikili olan ayaqyolu inşa etdirmişdir.

5. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, onun Şəki rayonu Çələbixan qəsəbəsi ərazisində İddiaçı ilə qonşuluqda 46 kv.m. torpaq sahəsi vardır. Həmin torpaq sahəsi o vaxt ki, Şəki rayonu X2 tərəfindən ona 30 il müddətinə icarəyə verilmişdir. O, 46 kv.m torpaq sahəsinə münasibətdə Şəki rayonu X2 ilə 30 il müddətinə icarə müqaviləsi bağlasa da, həmin vaxt torpaq icarə müqaviləsinin qeydiyyata alınması ilə bağlı DƏDRX-nin Şəki ərazi İdarəsinə müraciət etməmişdir. Lakin 46 kv.m torpaq sahəsini icarəyə götürdükdən sonra həmin torpaq sahəsində 2005-ci ildə əvvəlcə 24 kv.m ölçüdə tikili inşa etmişdir. Sonrakı illərdə isə tikilinin həcmini genişləndirmiş və hazırda ona məxsus mağaza binası 40 kv.m ölçüdədir. Həmçinin o, 2019-2020-ci illərdə özünə məxsus mağaza binasına bitişik şəkildə ayaqyolu inşa etmişdir. Onun bələdiyyədən icarəyə götürdüyü torpaq sahəsi ilə bağlı sənədlər DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin əməkdaşı tərəfindən 2019-cu ildə sənədlərin hazırlanması adı ilə ondan götürülmüş, lakin hə lə də ona qaytarılmamışdır. İddiaçının mübahisələndirdiyi ayaqyolu isə onun tərəfindən 2019-2020-ci illərdə inşa etdirilmişdir. Hazırda özünə məxsus torpaq sahəsi və mağaza tikilisi ilə bağlı məhkəməyə təqdim edə biləcək sənədi yoxdur. Buna baxmayaraq İddiaçı tərəfindən onunla qonşuluqdakı tikili onun öz tikilisini inşa etdirməsindən sonra inşa etdirilmişdir. Həmçinin onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir hissəsi zəbt edilməmişdir. Hesab edir ki, onun mağazasının yan divarı və ayaqyolu iddiaçının mülkiyyətində olan torpaq sahəsində deyil, onun özünə məxsus olan torpaq sahəsində inşa edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2022-ci il tarixli, 10/687 nömrəli rəyində müəyyən edilmişdir ki, mülki iş materialla rında olan DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 10 noyabr 2021-ci il tarixli, 8396 nömrəli məlumatına əsasən Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən və İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0,0136 ha torpaq sahəsinin şərq tərəfindən 0,5 metri başqa vətəndaş tərəfindən zəbt olunmuş həmçinin 0,0136 ha torpaq sahəsinin şərq tərəfindən 0,5 metrində başqa vətəndaş tərəfindən tikinti işləri aparılmış və ayaqyolu tikilmişdir. Mübahisə predmeti olan ayaqyolu tikilisinin hündürlüyünün 2,40 metr, sahəsinin isə 2,72 kv.m. olan (1.60m x 1.70m) yardımçı tikili olduğunu nəzərə alaraq həmin tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinin tələbinə uyğun inşa edildiyi müəyyən olunmuşdur.

7. X4 MMC-nin 12 may 202 2-ci il tarixli, 18 nömrəli mütəxəssis rəyinə əsasən naturada və kameral şəraitdə aparılan ekspertiza tədqiqatı zamanı İddiaçı mülkiyyətində olan Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən 0,0136 ha torpaq sahəsinin hər hansı bir hissəsinin Cavabdeh tərəfindən zəbt edilməməsi müəyyən olunmuşdur. Naturada aparılan tədqiqat işləri nəticəsində Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən 0,0136 ha torpaq sahəsi üzərində hər hansı bir tikinti işlərinin aparılmaması müəyyən olunmuşdur. Tədqiq olunan torpaq və tikili sahəsi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsi ilə tərtib olunan aeroplan və plan-sxemdə aydın şəkildə göstərilmişdir. Mütəxəssis tədqiqatının dəyəri 300 manat təşkil edir.

8. Məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsindən mütəxəssis cəlb edilməsi qərara alınmış və həmin İdarənin 14 iyul 2022-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyindən görünür ki, 24 iyun 2022-ci il tarixli, 2(075)-230/2022 saylı məktubun icrası ilə əlaqədar olaraq müvafiq rəyin təqdim edilməsi ilə bağlı qeyd olunan torpaq sahəsinə naturada baxış keçirilmiş və İddiaçı Çələbixan qəsəbəsində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 0,0136 ha torpaq sahəsi üzərində ölçü işləri aparılmışdır. Ölçü işləri aparılan zaman məlum olmuşdur ki, Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən və İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0,0136 ha torpaq sahəsinin şərq tərəfindən 0,5 metrində başqa vətəndaş tərəfindən tikinti işləri aparılmış və ayaqyolu tikilmişdir.

9. Şəki Rayon Məhkəməsinin 2(075)-230/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 22 sentyabr 2021-ci il tarixdə verilmiş çıxarışa əsasən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0,0136 ha torpaq sahəsinin şərq tərəfindəki 8,50 metr sahəsinin 0,5 metr enində, 5,30 metr uzunluğunda olan hissəsində Cavabdeh tərəfindən tikilmiş mağazanın çöl yan divarı, həmçinin hündürlüyü 2,40 metr, sahəsi isə 2,72 kv.m. olan (1,60m x 1,70m) yardımçı tikili olan ayaqyolu Cavabdeh öz vəsaiti hesabına sökülməsi, cavabdehin həmin torpaq sahəsindən məcburi qaydada çıxarılması və Cavabdeh tərəfindən 0,0136 ha torpaq sahəsindən İddiaçı edilən maneələ rin aradan qaldırılması və Cavabdeh 100,40 manat dövlət rüsumu, 121 manat DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə ödənilmiş xərcin, 500 manat vəkilə ödənilmiş xidmət haqqı olmaqla cəmi 721,40 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Elçin Mehdiyev).

10. Birinci instansiya məhkəməsinin mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən inşa edilmiş tikiliyə, tikilinin yerləşdiyi torpaq sahəsinin ona aidiyyətinin olmasına dair məhkəməyə hər hansı bir sənəd təqdim edilməməklə yanaşı məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə edilməklə mübahisələndirilən tikinti işlərinin aparılması müəyyən edilmişdir.

11. Həmçinin cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində tikinti i şləri aparılarkən bununla bağlı iddiaçıdan hər hansı bir icazə alınmamışdır. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikinti işlərini apararkən bununla bağlı İddiaçı hər hansı bir icazəsini almadığından Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi tikililər üzərində hər hansı bir mülkiyyət hüququ tanına bilməz.

12. Beləliklə, İddiaçı mülkiyyətində olan torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsini, cavabdehin həmin torpaq sahəsindən məcburi qaydada çıxarılmasını, cavabdehin onun mülkiyyətində olan torpaq sahəsinə edilən maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Həmçinin iddiaçı həmin tələblə məhkəməyə müraciət etməsi ilə bağlı məhkəmə xərclərini də çəkmək məcburiyyətində qalmışdır. İddiaçı iddia ərizəsində həmin xərclərin cəm şəklində maddi ziyan olmasını göstərməsinə baxmayaraq iddiaçının vəkilinin izahatı, bununla bağlı ərizəsi, məhkəməyə təqdim edilmiş sənədlər nəzərə alınaraq məhkəmə 721,40 manat məbləğin maddi ziyan deyil, iddiaçının hazırkı iddia tələbi üzrə məhkəməyə müraciət etməmişdən çəkmək məcburiyyətində qaldığı məhkəmə xərclərinin cəmi olmasını qəbul edir. İddiaçı cavabdehə qarşı qaldırdığı tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə edilən maneələrin aradan qaldırılması tələbində haqlı olduğundan həmin tələb üzrə çəkdiyi məhkəmə xərclərinin də cavabdehdən xeyrinə tutulmasını tələb etməkdə haqlıdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, 170.1, 178.1, 178.2, 180.1, 180.2, 180.3, 180.4-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 107, 115.0.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 5 avqust 2022ci il tarixli, 2(075)-230/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. X1 12 may 2022-ci il tarixli, 18 nömrəli rəyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2022-ci il tarixli, 10/687 nömrəli rəyi arasında ziddiyyət olduğundan məhkəmə kollegiyası tərəfindən təkrar tikin ti-texniki ekspertizası təyin edilmişdir.

16. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 28 aprel 2023-cü il tarixli 10/713 nömrəli ekspert rəyində göstərilmişdir ki, Şəki rayonu, Çələbixan qəsəbəsində yerləşən və İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0.0136 ha torpaq sahəsinin şərq tərəfindən 0.5 metrində başqa vətəndaş tərəfindən tikinti işləri aparılmış və eni 1.58 metr, uzunluğu isə 1.7 metr olan sanitar qovşaq inşa edilmişdir.

17. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyun 2023-ci il tarixli, 2(107)-65/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş аpelyasiya şikayətin təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin 5 avqust 2022-ci il tarixli, 2(075)-230/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılması qət edilm işdir (hakimlər Ə. Məcidov-sədrlik edən və məruzəçi, M. Əsədli və G. Cavadova).

18. Apelyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olması və ona məxsus torpaq sahəsində Cavabdeh tərəfindən tikili inşa edildiyi işin faktiki halları və ekspert rəyi ilə təsdiq edilir. Belə olan vəziyyətdə cavabdehin iddiaçıya məxsus torpaq sahəsində tikili inşa etməsi iddiaçının hüquqlarını pozur və bu baxımdan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlıdır.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1, 139.3, 140, 146.1-146.2, 152.1, 152.5, 157.2, 157.4, 170.1, 178.1, 178.2, 180.1, 180.2-180.3, 180.4-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 8 8, 117.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat

20. Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(107)-65/2023 saylı qətnaməsinin ləğv edilməsinə, işin yeni apellyasiya baxışına göndərilməsinə dair məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını pozmuşdur. İddiaçı torpaq sahəsinin şərq tərəfindən 0,5 metr hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyini, həmçinin torpaq sahəsinin şərq tərəfindəki hissəsində onun icazəsi olmadan, qanunsuz olaraq ayaqyolu inşa edildiyini göstərərək həmin tikililərin sökülməsini, torpaq sahəsinin qeyri-qanuni zəbtdən azad edilməsini istəmişdir. Lakin onun tikilisi iddiaçının mü lkiyyətində olan torpaq sahəsində yerləşmədiyi, tikilinin öz torpaq sahəsində yerləşməsini dəfələrlə qeyd edərək iddianı qəbul etməmişdir. X1 xx.xx.2022-ci il tarixli 18 nömrəli mütəxəssis rəyi ilə cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hər hansı bir hissəsinin zəbt edilməməsi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin 12 iyul 2022-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyi və ekspertiza mərkəzinin xx.xx.2022-ci il tarixli 10/687 nömrəli ekspert rəyi ilə birinci verilmiş mütəxəssis rəyi təkzib edilmişdir. Məhkəmə ikinci rəyi əsaslı hesab etmişdir. Cavabdeh qeyd olunan ekspertiza rəyi ilə razı deyil. Müstəqil mütəxəssis rəyi ilə sonda qəbul edilən ekspert rəyi ciddi zid diyyət təşkil edir. Məhkəmə bu anlaşılmazlığı aydınlaşdırmaq üçün cavabdehin istədiyini əlavə ekspertizan təmin etməli idi. Ancaq onunla bağlı münasibətlər qeyriobyektiv olaraq qiymətləndirildi. Məhkəmə prosessual hüquq normalarını pozmuşdur. Belə ki, mübahisəyə çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında baxmadı. Nəticə etibarı ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin başlama və bitmə nöqtəsi müəyyən olunmadı. Bununla da zəhməti hesabına tikdirdiyi əmlakının sökülməsi məsələsi ortaya qoyuldu. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər oldu qda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırılmaqla, təkrar ekspertiza təyin edə bilər. İşdə iki ziddiyyətli, bir-birinə tam əks olan iki rəy var. Məhkəmə bütün bunları etmədi. Nəticədə birtərəfli, qərəzli, ədalətsiz qərar qəbul etməklə əmlakımın bir hissəsinin sökülməsi qərarına gəldi.

22. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-4062/2023 nömrəli, 13 dekabr 2023cü il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2023-cü il tarixli, 2(107)-65/2023 saylı qətnaməsi ləğv edilmiş, iş yeni baxışa göndərilmişdir (hakimlər E. Vəliyeva - sədrlik edən və məruzəçi, E. Şamayev və Ə. Xıdırov).

23. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, baxılan iş üzrə iddia tələbi torpaq sahəsindən çıxarıl ma və tikilinin sökülməsi barədədir və iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2., 172.3, 173.3-cü maddələri təşkil edir. Ekspert rəylərin heç birində cavabdehə məxsus mağazanın çöl yan divarının iddiaçıya məxsus torpaq sahəsində inşa edildiyi müəyyən edilməmişdir. Həmçinin istinad edilən iddiaçıya məxsus torpaq sahəsinin eni 50 sm hissəsinin zəbt edilməklə inşa edilmiş ayaqyolu tikilisinin eninin 1,6 metr olması və mağazanın çöl yan divarına bitişik inşa edilməsi nəzərə alınarsa, zəbt edilmiş eni 50 sm torpaq sahəsi çıxıldıqdan sonra mağazanın çöl yan divarına qədər məsafə 1,1 metr təşkil etməlidir. Belə olan halda, həm mağazanın çöl yan divarının, həm də ayaqyolu tikilisinin 50 sm zəbt edilmiş torpaq sahəsində yerləşməsi mümkün deyildir.

24. Torpaq sahələrinin mülkiyyətçilə ri şübhəsiz ki, qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə öz sahələrində tikinti və qazıntı işləri apara bilərlər. Lakin bu işlər görülərkən qonşu torpaq sahəsinin mülkiyyətçisinin hüquqları pozulmamalı və mənafeləri gözlənilməlidir. Öz sahəsində qazıntı və tikinti işləri aparan mülkiyyətçi qonşuya ziyan vurmamalı və onları hər hansı bir təhlükəyə məruz qoymamalıdır. Qonşu torpaq sahəsinin mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər. Belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyətçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmiş olsun. Belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə pozulmasının nə ticələrinə dözməlidir. O da nəzərə alınmalıdır ki, heç bir zərurətdən doğmayan əsassız tikinti qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozarsa onun sökülməsi məsələsi qaldırıla bilər.

25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, zəbt edilmiş torpaq sahəsinin eninin 50 sm olmasını nəzərə alaraq apelyasiya məhkəməsi bu iddianı Mülki Məcəllənin 157.2-ci maddəsi ilə yanaşı 173.3-cü maddənin tələbləri baxımından da qiymətləndirməli, cavabdeh tərəfindən ayaqyolu tikilisi inşa edilərkən iddiaçının torpaq sahəsinin sərhədlərini qərəzli pozub-pozmaması, iddiaçının tikili aparılarkən buna etiraz edibetməməsi, bu tikilinin zəruriliyi baxımından işin faktiki hallarına qiymət verilməlidir.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 170.1, 172.3, 180.1, 180.4- cü, MPM-nin 14.2, 76.1, 76.2, 77.1, 77.3, 88, 97.1, 103.1, 103.2, 106.1, 416.1, 416.2-ci maddələrinə istinadla əsaslandırmışdır. ç) Apelyasiya instansiya məhkəməsindəki ikinci icraat

27. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-45/2025 nömrəli, 8 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 5 avqust 2022-ci il tarixli 2(075)-230/2022 nömrəli qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir (hakimlər R. Rəfiyev - sədrlik edən və məruzəçi, E. İsayev və T. Musayev).

28. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi barədədir və iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2., 172.3, 173.3-cü maddələri təşkil edir.

29. Qonşu torpaq sahələrinin mülkiyyətçiləri şübhəsiz ki qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə öz sahələrində tikinti və qazıntı işləri apara bilərlər. Lakin bu işlər görülərkən qonşu torpaq sahəsinin mülkiyyətçisinin hüquqları pozulmamalı və mənafeləri gözlənilməlidir. Öz sahəsində qazıntı və tikinti işləri aparan mülkiyyətçi qonşuya ziyan vurmamalı və onları hər hansı bir təhlükəyə məruz qoymamalıdır. Qonşu torpaq sahəsinin mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər. Belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyətçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmiş olsun. Belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə pozulmasının nəticələrinə dözməlidir. O da nəzərə alınmalıdır ki, heç bir zərurətdən doğmayan əsassız tikinti qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozarsa onun sökülməsi məsələsi qaldırıla bilər.

30. Mübahisələndirilən zəbt edilən torpaq sahəsinin eninin 50 sm olmasını nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən iddianı Mülki Məcəllənin 157.2-ci maddəsi ilə yanaşı 173.3-cü maddənin tələbləri baxımından qiymətləndirməmiş, cavabdeh tərəfindən ayaqyolu tikilisi inşa edilərkən iddiaçının torpaq sahəsinin sərhədlərini qərəzli pozub-pozmaması, iddiaçınnı tikili aparılarkən buna etiraz edibetməməsi, bu tikilinin zəruriliyi baxımından işin faktiki hallarına qiymət verilməmişdir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesa b etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılmaması cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur.

32. Halbuki, «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiə haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin inşa olunmuş tikililərin nədən ibarət olmasını, cavabdehin həmin tikillərin hansı ildə və hansı məqsədlə istifadə etməsini, iddiacı tərəfindən hüququnu pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən zaman cabdehdən bu işlərin aparılmasına qarşı öz etirazını bildirməsi və ya tikillərin tikilməsinə qarçı hər hansı bir orqana müraciət edib etməməsini araşdırmamışdır.

34. Bununla baglı torpaq sahəsində cavabdehdən sökülməsini tələb olunan tikililərin tikilən zaman iddiacı tərəfindən hüququnu pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirməsi aydınlaşdırmaq məqsədil ilə məhkəmə kollegiyasının iclasında İddiaçı verdiyi izahatında müəyyən edilmişdir ki, cavabdeh şəxslə 40 ilə yaxındır qonşu olmuş, ona məxsus torpaq sahəsində mübahisə predimeti olan 12-13-il bundan əvvəl mağazanın hasarını çəkəndə və təxminən 2015-ci il tarixində sonradan İddiaçı ifadəsini dəqiqləşdirərək əyaqyolunun 2018-ci il tarixində tikilərkən tikilməməsinə etiraz etdiyini bildirmişdir. Cavabdeh iradın ı bildirərkən o, ayaqyolunu iddiaçıya lazım olanda torpaq sahəsindən sökəcəyini bildirdiyini göstərdi. Bundan başqa iddiaçıya məxsus olan torpaq sahəsində tikililərin aparılmasının dayandırılması ilə bağlı kənd bələdiyyəsinə şifahi qaydada müraciət etmişdir.

35. İşə əlavə edilmiş Şəki rayonu Daşüz bələdiyyəsi 20 oktyabr 2021-ci il tarixli vəkil sorğusuna cavab yazaraq göstərmişdir ki, Çələbixan sakini Orucova X6 bələdiyyəsinə rəsmi şəkildə müraciyyət etməmişdir. Buna baxmayaraq bələdiyyə tərəfindən dəfələrlə İddiaçı Şamil qızının mülkiyyətində olan (daşınmaz əmlakın reyestr nömrəsi **********5106301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021) -li torpaq sahəsinin ölçüsü 0,0136 ha torpaq sahəsi ilə bağlı həmin ərazidə olmuşdur və marifləndirmə işləri aparılmışdır. Hər iki sa kin marifləndirilmişdir və sonda İddiaçı Şamil qızına tövsiyyə edilmişdir ki,rəsmi şəkildə Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidmətinin 12 saylı Şəki Ərazi idarəsinə müraciyyət edilsin. Vətəndaşın müraciyyətinə əsasən həmin idarə tərəfindən əraziyə mütəxəssislər göndərilmiş,və bələdiyyə Sədri ilə birlikdə əraziyə baxış keçirilmiş, ərazinin kordinatları vurulmuş, İddiaçı Şamil qızına göstərilmişdir.Sonda məlum olmuşdur ki, Çələbixan qəsəbə sakini X3 qeyri qanuni şəkildə sözü gedən torpaq sahəsinə müdaxilə etmiş və əsaslı tikinti işləri aparılmışdır.

36. Cavabdeh birinçi instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək izahatında göstərmidirdi ki, Şəki rayonu X2 tərəfindən ona 30 il müddətinə icar əyə verilmiş Şəki rayonu Çələbixan qəsəbəsi ərazisində İddiaçı ilə qonşuluqda 46 kv/m torpaq sahəsində iddiaçının mübahisələndirdiyi ayaqyolu isə onun tərəfindən 2019-2020-ci illərdə inşa etdirilmişdir. 2019-2020-ci illərdə özünə məxsus mağaza binasına bitişik şəkildə ayaqyolu inşa etmişdir.

37. Məhkəmə kollegiyası iddia tələb üzrə tam araşdırma apararaq müəyyən etmişdir ki, mülki iş üzrə tərəflərin Şəki rayonu Çələbixan qəsəbəsi ərazisində inşa etdirdikləri qeyri yaşayış sahələri qonşuluqda yerləşir və idiaçının mülkiyyətində olan torpaq sahəsində Cavabdeh tərəfindən zəbt edərək ona məxsus mağazanın çöl yan divarının, həm də ayaqyolu tikilisinin 50 sm hissəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşir. İddiaçı həmin tikililərin sökülməsini, torpaq sahəsinin cavabdehin qeyriqanun i zəbtindən azad edilməsini tələb edir.

38. Məhkəmə kollegiyasınını iclasında verilən izahatlardan iddiaçının mülkiyyətində olan torpaq sahəsində Cavabdeh tərəfindən 2013-cü ildə inşa edilmiş mağaza ( çöl yan divarı) və 2019-cü ildə isə ayaqyolun tikilməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qanunsuz və özbaşına tikillilərin inşa edən, iddiaçının torpaq sahəsini zəbt edən cavabdehin qanunsuz əməllərini leqallaşdırması, əvvəllər iddiaçının həmin torpaq sahəsində hər hansı bir iş görülməsinə və inşa olunan həmin tikilərə qarşı şifahi etiraz etməsi dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, cavabdehin mağaza ( çöl yan divarı) 2013-cü ildə, ayaqyolunu isə 2019-cü ildə tikilməsi işin mübahisəsiz hallarıdır.Bu baxımdan iddiacının torpaq sahəsində aparılmış tikinti işlərindən xəb ərinin olmasına baxmayaraq cavabdehə qarşı tikililərin sökülməsi, tikinti işlərinin aparılmasının qarşısının alınması kimi müvafiq icra hakimiyyəti orqanlarına şikayət və ya iddia tələbləri də mövcud olmamışdır. İddiaçı Şamil qızına məxsus torpaq sahəsində cavabdehin tikililər tikildikdən sonra yalniz 2021-ci il tarixdə Daşüz bələdiyyəsinə rəsmi qaydada müraciət etməməsinə baxmayaraq bələdiyyə Sədrin Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidmətinin 12 saylı Şəki Ərazi idarəsinin mütəxəssisləri ilə birlikdə əraziyə baxış keçirilərək Çələbixan qəsəbə sakini X3 qeyri qanuni şəkildə sözü gedən torpaq sahəsində əsaslı tikinti işləri aparılması müəyyən edilmiş dir.

39. Cavabdeh tərəf isə iddiaçının sökülməsini tələb etdiyi tikililərin iddiaçının mülkiyyətin də olan torpaq sahəsində ye rləşmədiyini, özünə aid torpaq sahəsində inşa edilməsini əsas gətirərək iddianı qəbul etməmişdir.

40. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tikillilərin yerləşdiyi torpaq sahəsi üzərində cavabdeh tərəfindən uzun müddət tikinti işlərinin aparılması, inşa etdiyi tikililərdən istifadə etməsi, iddiaçının isə ona məxsus olan torpaq sahəsində tikililərin tikilməsi zamanı və sonradan uzun müddət formalaşmış qaydaya etiraz etməməsini nəzərə almadan cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsi vicdanlılıq və dürüstlük prinsiplərinə zidd olmaqla sonuncunun hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmayacagına əsaslanaraq iddia tələbini təmin edərək doğru mövqedən çıxış etməmişdir.

41. Qeyd edilənlərə əsasən apellyasiya məhkəməsi bu qənaə tə gəlmişdir ki, cavabdeh tərəfin apardığı tikintilərə çəkdikləri xərclər ödənilmədən, iddiaçının yalnız özünün mülkiyyət hüququna istinadən tikililərin sökülməsini tələb etməsi dürüstlük qaydasına uyğun deyildir.

42. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 146.1-146.2, 152.1, 152.5, 157.2, 157.4, 170.1, 173.3, 178.1, 178.2, 180.1, 180.2, 180.3 və 180.4-cü maddələrinə, MPM-nin 9.1, 9.3, 14.2, 77.1, 88, 117.1, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

43. İddiaçı (vəkili Nümayəndə2) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-45/2025 saylı, xx.xx.2025-ci il tarixli qə tnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinə ikinci dəfə baxan apellyasiya instansiya məhkəməsi və kassasiya instansiyası məhkəməsi mübahisəyə qanunsuz və əsassız olaraq AR Mülki Məcəlləsinin 170.3 və 172.3-cü maddələrini tətbiq etmişlər. Halbuki, cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan inşa edilən ayaqyolu iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşir və bu halda mübahisə özbaşına tikinti və mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır.

45. Mübahisələndirilən zəbt edilən torpaq sahəsinin eninin 50 sm olmasını nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən iddianı Mülki Məcəllənin 157.2-ci maddəsi ilə yanaşı 173.3-cü maddənin tələbləri baxımından qiymətləndirməmiş, cavabdeh tərəfindən ayaqyolu tikilisi inşa edilərkən iddiaçının torpaq sahəsinin sərhədlərini qərəzli pozub-pozmaması, iddiaçının tikili aparılarkən buna etiraz edib-etməməsi, bu tikilinin zəruriliyi baxımından işin faktiki hallarına qiymət verilməmişdir.

46. Məhkəmə öz qətnaməsində bir tərəfdən, qonşu torpaq sahələrinin mülkiyyətçilərinin şübhəsiz ki, qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə öz sahələrində tikinti və qazıntı işləri apara bilmələrindən, lakin bu işlər görülərkən qonşu torpaq sahəsinin mülkiyyətçisinin hüquqlarının pozulmamalı və mənafeləri gözlənilməli olmasından, digər tərəfdən öz sahəsində qazıntı və tikinti işləri aparan mülkiyyətçinin qonşuya ziyan vurmamalı və onları hər hansı bir qonşuya ziyan vurmamalı və o nları hər hansı bir təhlükəyə məruz qoymamalı olmasından, sonra isə bir tərəfdən qonşu torpaq sahəsinin mülkiyyətçisinin öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilməsindən, digər tərəfdən belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyətçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmiş olmasından, belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə pozulmasının nəticələrinə dözməli olmasından, heç bir zərurətdən doğmayan əsassız tikinti qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozarsa onun sökülməsi məsələsi qaldırıla bilməli olmasının nəzərə alınmasından bəhs edilir.

47. Cavabdehin iddiaçıya məxsus torpaq sahəsində qanunsuz olaraq inşa etdirdiyi ayaqyolu özbaşına tikilidir və özbaşına tikili mülki qanunvericiliyə əsasən heç bir hüquq yaratmır və buna görə də məhkəmənin cavabdehin guya hər hansı hüququnun mövcud olması və qorunması və təmin olunması barədə irəli sürdüyü dəlillər tamamilə qanunsuz və əsassızdır. Digər tərəfdən, özbaşına tikinti və mülkiyyətdə olan torpaq sahəsini qanunsuz zəbtetmə mövcud olduğu üçün birinci instansiya məhkəməsi qanuni və əsaslı olaraq MM-nin 173.3-cü maddəsini tətbiq etməmişdir. Məhkəmə unutmuşdur ki, qeyd edilən ayaqyolunun qanunsuz və özbaşına tikintisi nəticəsində o nəinki həmin ayaqyolunun yerləşdiyi torpaq sahəsindən, həmçinin ayaqyoluna gedən yolun yerləşdiyi təxminən 20 kv.m-ə yaxın torpaq sahəsindən istədiyi şəkildə sərbəst istifadə etmək hüququndan məhrum olmuşdur.

48. Apelyasiya instansiyası məhkəməsinin müvafiq qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edilmədiyinə və onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq, işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmədiyinə, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilmədiyinə, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmadığına görə qanuni və əsaslı hesab edilə bilməz.

49. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin müvafiq qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq qəbul etdiyi qətnamədə apelyasiya şikayətinin qanunsuz, əsasız və heç bir sübut ilə təsdiq olunmayan dəlillərinə düzgün hüquqi qiymət verməmişdir və nəticədə “İns an hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

51. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını poz masın, yaxud hüquqdan sui-istifadə olmasın.

52. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

53. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy i halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya inst ansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdehin mağaza (çöl yan divarı) 2013-cü ildə, ayaqyolunu isə 2019-cü ildə tikilməsi işin mübahisəsiz hallarıdır. Bu baxımdan iddiacının torpaq sahəsində aparılmış tikinti işlərindən xəbərinin olmasına baxmayaraq cavabdehə qarşı tikililərin sökülməsi, tikinti işlərinin aparılmasının qarşısının alınması kimi müvafiq icra hakimiyyəti orqanlarına şikayət və ya iddia tələbləri də mövcud olmamışdır.

63. Məhkəmənin qənaətinə görə bu hallar iddiaya Mülki Məcəllənin 172.3-cü maddəsinin tətbiqinə əsas verir. Normaya görə, əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir.

64. Göründüyü kimi bu hal mülkiyyət hüququnun məhdudlaşdırılmasının qanuni əsaslarından biridir.

65. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdi rilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

66. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 6

7. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

69. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, a pellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Bununla yanaşı, mülkiyyət hüququnun məhdudlaşmasına görə müvafiq pul kompensasiyasını tələb etmək hüququ iddiaçıya izah olunur.

71. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 8 sentyabr tarixli, 2(107)-45/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar