Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3196/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsinin boşaldılması, tikilinin sökülməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması, tikililərin sökülməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 iyun 2025-ci il tarixli, 2(105)-90/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən veri lmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,0378 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır (********** qeydiyyat nömrəsi, **********46 reyestr nömrəsi).
2. Həmçinin Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsi üzərində də İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır (********** qeydiyyat nömrəsi, **********53 reyestr nömrəsi).
3. Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,032 ha torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyest rində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınıb (********** qeydiyyat nömrəsi, **********00 reyestr nömrəsi). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qanunsuz zəbt etdiyi kənd təsərrüfatı təyinatlı 0.0378 ha torpaq sahəsinin 0.02 ha, Cavabdeh2 0.0378 ha torpaq sahəsindən özbaşına zəbt etdiyi sahədən çıxarılması və özbaşına aparılmış qeyri-qanuni tikililərin hər ikisinin hesabına sökülməsi, hər iki cavabdehdən müştərək qaydada 500 manat məhkəmə xərclərinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray-Masazır qəsəbəsi arasında, Bakı-Maştağa avtomobil yolunun kənarında y erləşən iddiaçının şəxsi mülkiyyətində olan 0.0378 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edlilərək onun mülkiyyət hüquqları məhdudlaşdırılmışdır. İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi 25 saylı evdə ailəsi ilə birlikdə yaşayır. 1995-1996-cı illərdə torpaq islahatları zamanı onların ailəsinə - atasına, anasına, qardaşlarına Abşeron rayon İslahat Komissiyasının qərarı ilə Saray-Maştağa qəsəbəsi arasında olan torpaq sahəsindən 1,5 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən 0.0378 ha torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət kimi adına sənədləşdirilmişdir. Cavabdehlər zəbt etdikləri torpaq sahəsindən istədiyi kimi istifadə edərək özbaşına tikililər aparmış, onların qanuni tələblərinə məhəl belə qoyulmamışlar.
6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1687/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
7. Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2022-ci il tarixli 10/6135 nömrəli ekspert rəyində göstərilmişdir ki, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, dövlət aktına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı xx.xx.2019-cu il tarixli, **********53 reyestr nömrəli çıxarışlara əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.02 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, xx.xx.2020-ci i l tarixli, **********46 dövlət qeydiyyat saylı çıxarışa əsasən xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0378 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi "Saray" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında mövcud olan uyğunsuzluqlar (sürüşmələr), "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tər tib olunması Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair tədbirlər planı”na əsasən ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qərardadın suallarını cavablandırmaq mümkün olacaqdır.
8. Cavabdeh1 nümayəndəsi Vəkil1 iddia ərizəsinə qarşı yazılı etirazında bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.02 ha və 0,0378 ha torpaq sahələrinin plan və ölçüsünün döngə döngə nöqtələrinin koordinatları ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) mövcuddur və bu hal iş materiallarına əlavə olunmuş 10 oktyabr 2022-ci il tarixli, 10/6135 nömrəli ekspert rəyində öz əksini tapmışdır. Yəni İddiaçı mülkiyyətində olan torpaq sahələrinin koordinatları ilə, faktiki istifadə etdiyi torpaq sahələrinin yeri dəqiq müəyyən deyildir.
9. Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva).
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus torpaq sahələrinin plan və ölçü sünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) vardır. Həmin uyğunsuzluqlar “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bəl ədiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair tədbirlər planı”na əsasən ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qərardadın suallarını cavablandırmaq mümkün olduğu bildirilmişdir. İddiaçıya məxsus torpaq sahələrinin yerləşmə yerini müəyyən etmək mümkün deyildir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 180.1, 180.4, 2 39.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia ərizəsində göstərdiyi xüsusatları obyektiv, hərtərəfli araşdırmamış, buna subyektiv yanaşaraq “şəxsi mülkiyyətində olan torpaq sahəsi sürüşmüşdür” deyə onun iddiasını təmin etməyərək absurd qərar qəbul etmişdir.
14. Apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/6830 №li ekspert rəyi də, 10 oktyabr 2022-ci il tarixli 10/6135 nömrəli ekspert rəyinin məzmununa uyğun olmuş, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olacağı qeyd olunmuşdur.
16. Sumqayıt Apellyasiya Məhkəməsin Mülki kollegiyasının 2(105)-88/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər - Səyyad Qafari (sədrlik edə n və məruzəçi), Ayaz Mahmudov və Lətifə Məmmədova).
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilk növbədə cavabdehin çıxarılmasını tələb etdiyi torpaq sahəsinin ona məxsus olduğunu sübut etməli olduğu halda, Mülki Məcəllənin 157.2-ci və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə əsasən bu halı sübut edə bilməmişdir. Əksinə iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı xx.xx.2019-cu il tarixli, **********53 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,02 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, xx.xx.2020-ci il tarixli, **********46 dövlət qeydiyyat saylı çıxarışa əsasən xüsus i mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0378 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları və ekspert rəyi ilə təkzib olunduğundan, eləcə də iddiaçıya məxsus torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olduğu öz təsdiqini tapmadığından, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
19. Apellyasiya instansiya məhkəməsi mövqe yini Mülki Məcəllənin 157.2-ci və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
20. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq qeyd olunmuşdur ki, məhkəmələr tərəfindən iddia ərizəsində göstərdiyi xüsusatlar obyektiv, hərtərəfli araşdırılmamış, buna başdansovdu subyektiv yanaşılaraq onun iddiası təmin edilməyərək “şəxsi mülkiyyətində olan torpaq sahəsi sürüşmüşdür deyə” cavab verilmiş, iddiası rədd edilməklıə çox absurd qərar qəbul edilmişdir.
22. Azərbaycan Respublikası Ali Məhk əməsi Mülki kollegiyasının 15 iyul 2024-cü il tarixli, 2(102)-2411/2024 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)88/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər - Zəki Babayev (məruzəçi), Əhməd Əhmədov və Zaur Əliyev).
23. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizalarının rəyləri ilə, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunubolunmaması, istifadə olunursa hansı hissədə istifadə olunması, habelə id diaçıya aid torpaq sahəsində cavabdehlər tərəfindən hər hansı tikilinin inşa edilib-edilməməsi, o cümlədən iddiaçının və cavabdehlərin mülkiyyətində və sahibliyində olan torpaq sahələrinin naturada üst-üstə düşüb-düşməməsi ilə bağlı suallara cavab verilməmişdir. Ekspert rəylərində qeyd olunan suallara cavab verilməməsinin səbəbi, ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqların (sürüşmələr) qeydə alınması ilə izah olunmuş, hazırki vaxtda qərardadda qoyulmuş sualların cavablandırılmasının mümkün olmadığı göstərilmişdir.
24. Apellyasiya instansiya məhkəməsi isə təqdim edilmiş sübutlar əsasında işin bu faktiki halları, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə bağlı ətraflı araşdırma aparmamı ş, cavabdehlərin mülkiyyətində və sahibliyində olan torpaq sahələrinin sərhədlərinin ölçüləri ilə faktiki istifadələrində olan torpaq sahəsinin ölçüləri arasında fərqin, eyni zamanda sənəd üzrə və naturada istifadə olunan torpaq sahələri arasında həm sahə fərqinin, həm də coğrafi yerləşməsində uyğunsuzluğun olub-olmamasını, yəni sənədlərə uyğun olaraq torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməməsi və torpaq sahələrinin planı və ölçüsünə uyğun olub-olmamasının ekspertlər tərəfindən cavablandırılmamasını nəzərə almadan, iddiaçının iddia ərizəsində sökülməsini tələb etdiyi tikililərin nə vaxt inşa edilməsini və iddiaçıya aid torpaq sahəsində yerləşibyerləşməməsini müəyyən etmədən, qeyri-müəyyən olmaqla, verilmiş əksər sualları cavablandırmamış ekspert rəylərinə düzg ün hüquqi qiymət verməmiş, eyni zamanda ekspert rəylərində qeyd olunan qeyri-müəyyənliyin hansı müddətə qədər davam edəcəyini araşdırmadan, subyektiv mülahizələrə əsaslanmaqla iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaq barədə düzgün olmayan qənaətə gəlmiş, bununla iş üzrə istinad etdiyi maddi hüquq normalarını da düzün tətbiq etməmişdir.
25. Bu halda iddianı rədd edərkən məhkəmələr həmçinin ekspert rəylərində qeyd olunan, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, qərardadda qoyulmuş sualların cavablandırılmasının mümkün olacağı barədə fikirləri nəzərə almamaqla, iddiaçını gələcəkdə eyni cavabdehlərə qarşı, eyni predmet barəsind ə və eyni əsaslar üzrə yenidən iddia qaldırmaqla bağlı prosessual imkandan da məhrum etmişlər (MPM-nin 233.3-cü maddəsi).
26. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri kimi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmamaqla, məhkəmə üçün məcburi deyildir və digər sübutlar kimi obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (Mülki Prosessual Məcəllənin 88, 101.7 və 103-cü maddələri). Bununla belə nəzərə alınmalıdır ki, xüsusi bilik tələb olunan sualları izah etmək məhz ekspertizanın səlahiyyətinə aiddir (Mülki Prosessual Məcəllənin 97, 99-cu maddələri).
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticəsi maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
28. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2025-ci il tarixli, 10/2467 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli, 3-21-3-32/2-4003/2025 nömrəli mütəxəssis rəyinə əsasən, elektro n məlumat bazasına əsasən Cavabdeh1 faktiki istifadəsində (4 tara daş hasar) olan torpaq sahəsinin 0.0178 ha hissəsi **********53 reyestr nömrəli çıxarışı İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üst düşür. Elektron məlumat bazasına əsasən Cavabdeh2 faktiki istifadəsində olan (4 tərəfi daş hasar və daxilində fərdi yaşayış evi) torpaq sahəsinin 0.0168 ha hissəsi **********46 reyestr nömrəli çıxarışla, 0.0013 ha hissəsi isə **********53 reyestr nömrəli çıxarışla üst-üstə düşür.
30. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-90/2025 saylı, 12 iyun 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(012)1687/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və üzərində aparılmış tikililərin sökülməsi” tələbinə dair iddia qismən təmin olunmuş, **********53 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus torpaq sahəsinin 0.0178 ha hissəsindən Cavabdeh1 çıxarılması və həmin hissədə inşa olunmuş daş hasarın cavabdehin hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən A.Süleymanova, hakimlər F.Məmmədov və L.Rəhimli).
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə belə əsaslandırmışdır ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, tikinti-texniki ekspertizası üzrə təd qiqat təqdim olunmuş materiallar əsasında keçirilmişdir. Rəyin mötəbərliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
32. Eləcə də Ali Məhkəmənin Qərarının 63-cü bəndində göstərilən hallara aydınlıq gətirilməsi məqsədi ilə mübahisəli əraziyə tərəflərin, Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi mütəxəssisinin iştirakı ilə məhkəmə kollegiyası tərəfindən yerli müayinə keçirilmişdir.
33. Yerli müayinə zamanı mübahisələnirilən ərazinin bir hissəsində Cavabdeh2 tərəfindən fərdi yaşa yış evi və ətrafında daş hasar inşa edildiyi, fərdi evdə yaşayış olduğu, Cavabdeh2 deməsinə görə (iddiaçı bu fakta etirazını bildirmədi) fərdi yaşayış evinin 2018ci ildə tikildiyi, həmçinin Cavabdeh1 məxsus torpaq sahəsinin boş ərazi olduğu, daş hasarla əhatələndiyi, həmin torpaq sahəsinin bir hissəsinin İddiaçı məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edildi.
34. Qeyd olunmalıdır ki, araşdırılan iddia tələbindən də göründüyü kimi mübahisə mülkiyyət hüququnun qorunması ilə bağlıdır.
35. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
36. Həmin maddənin dizpozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçılar ilk növbədə mübahisəli torpaq sahəsinin onların mülkiyyətində, yaxud qanuni istifadəsind ə olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Yuxarıda qeyd olunduğu kimi mübahisələndirilən ərazinin iddiaçının mülkiyyətində olduğu işin mübahisəsiz halıdır.
37. Göründüyü kimi tədqiqatının nəticəsi olaraq Cavabdeh1 faktiki istifadəsində (4 tara daş hasar) olan torpaq sahəsinin 0.0178 ha hissəsinin və Cavabdeh2 faktiki istifadəsində olar (4 tərəfi daş hasar və daxilində fərdi yaşayış evi) torpaq sahəsinin 0.0168 ha hissəsinin İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üst düşdüyü müəyyən edilmişdir.
38. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçıya məxsus torpaq sahəsindən faktiki olaraq Cavabdeh2 istifadə edir, həmin ərazidə sonuncu tərəfindən 2018-ci ildə fərdi yaşayış evi və ətrafında daş hasar inşa edilmiş, iddiaçı b u barədə bilməsinə baxmayaraq 2022-ci ilədək (araşdırılan iddia tələbi ilə müraciət edilən vaxt) susmuş, buna etirazını bildirməmişdir.
39. Qeyd olunanlara əsasən kollegiya hesab edib ki, mülkiyyətçinin (iddiaçının) mövcud vəziyyətdə pozuntunun aradan qaldırılması ilə bağlı pul formasında müvafiq kompensasiya tələb etmək hüququ mübahisənin həlli baxımından ədalətli və qanuni, eləcə də işin faktiki hallarına uyğun hesab edilməlidir.
40. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 146.2, 152.1, 154.2, 157.2, Torpaq Məcəlləsinin 5, 83, 84, 111ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
41. Cavabdeh1 (vəkil – Vəkil2) kassasiya şikayəti verərək apellya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
42. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, o, Saray qəsəbəsində yerləşən 0,032 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsini 2017-ci ildə alğı-satqı müqaviləsi ilə almış və həmin alğı-satqı müqaviləsinə əsasən ona xx.xx.2017-ci il qeydiyyat tarixli, ******* nömrəli çıxarış verilmişdir. Yəni həmin torpaq sahəsi səkkiz ildir xüsusi mülkiyyətində və faktiki istifadəsindədir. Eyni zamanda, iddiaçının Saray qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsinə dair mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə və 0.0378 ha torpaq sahəsi isə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış və bununla bağlı çıxarışlar verilmişdir. Göründüyü kimi ona məxsus olan torpaq sahəsinə, iddaçıya məxsus olan hər iki torpaq sahəsindən əvvəl hüquqları tanınmışdır. Belə olan təqdirdə onun torpağı İddiaçı sənəd üzrə mülkiyyətində olan torpaq sahəsinə yox, əksinə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0.0178 ha hissəsi onun mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür.
43. Saray kəndi "Saray" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqlar (sürüşmələr) mövcuddur. Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanın 2.3.5-ci bəndində göstərilmişdir ki, ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi a ktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməlidir. Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi ilə onun mülkiyyət hüququ pozulduğundan, həmin qətnamə tamamilə ləğv edilməli və yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
45. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
46. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olma q, ondan istifadə etmək və ona dair sərəncam vernək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
47. Maddə 154.2. Bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır.
48. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
49. Maddə 5 (1-ci hissə). Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.
50. Maddə 83 (1-ci hissə). Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hü quqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər.
51. Maddə 84 (1-ci hissə). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
52. Maddə 84 (3-cü hissə). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
53. Maddə 111 (1, 2 və 3-cü hissələr). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 5
8. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
60. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq z ərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən məhkəmə aktı onun dəlilləri əsasında ona qarşı iddianın təmin olunan hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən pros essual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
64. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
65. Kollegiya bildirir ki, süb utları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
66. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
68. Məhkə mə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 12 iyun tarixli 2(105)-90/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.