Məhkəmə qərarları › İş №2(102)-3808/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3808/2025

22.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair m
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3808/2025 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsindən çıxarılma və cavabdehlərin hesabına qanunsuz tiklilərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi; torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi tələbi, vicdanlı sahib) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 avqust 2025-ci il tarixl i, 2(105)-19/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Dəvəçi rayon XDS İK-nin 24 may 1991-ci il tarixli, 07 saylı qərarı ilə X7 18 aprel 1991-ci il tarixli 582 nömrəli ərizəsi nəzərə alınaraq, evinin yaxınlığında tikilmiş uşaq bağçasının həyətindən girinti şəklində daxil olmuş 87,5 kv.m istifadəsiz sahənin onun istifadəsində olan həyətyanı sahəyə qatılması, onun hesabında cəmi 869,3 kv.m torpaq sahəsinin saxlanılması qərara alınmışdır.

2. Şabran rayonu İcra Hakimiyyəti Başçısının 16 noyabr 2002-ci il tarixli 227 saylı kommersiya obyekti tikintisi barədə sərəncamına və arxiv çıxarışına əsasən Dəvəçi (indiki Şabran) şə həri 87,5 kv.m torpaq sahəsi Cavabdeh4 adına keçirilmiş və Dəvəçi (indiki Şabran) rayon İH-nin Tikinti və Memarlıq şöbəsi ilə razılaşdırılmış layihə əsasında kommersiya obyekti tikintisinə icazə verilmişdir.

3. Şabran şəhəri, X17 küçəsi 20 saylı ünvanda yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi, 16 aprel 2011-ci ildə Sahibə Tahirovanın, 27 aprel 2021-ci ildə oğlu X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. 4. 03 may 2021-ci il tarixli müqavilə ilə X10 qeyd olunan torpaq sahəsini İddiaçı satılmış, sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Şabran şəhəri, X17 küçəsi, ev 20 ünvanında yerləşən, ümumi sahəsi 0,0868 ha olan torpaq sahəsindən cavabdehlərin çıxarılması, cavabdehlər tərəfindən tikilən özbaşına tikilinin onların hesabına sökülməsi və söküləcək tikinti materialının cavabdehlərin hesabına torpaq sahəsindən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Şabran şəhəri, X14 küçəsi 20 ünvanında yerləşən, ümumi sahəsi 0,0868 ha olan torpaq sahəsi və ümumi sahəsi 56,7 kv.m. olan fərdi yaşayış evini 03 may 2021-ci il tarixdə satıcı X2 “Daşınmaz əmlakın alqısatqısı” müqaviləsi əsasında 90000 manata almışdır. Əvvəlki mülkiyyə tçinin dövründə Şabran rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 20 saylı evin həyətyanı sahəsində özbaşına tikili olan ticarət obyekti (mağaza) inşa edilmişdir. Alqı-satqıdan öncə X10 cavabdehlərə evi iddiaçıya satması barədə məlumat vermiş, bir ay ərzində qanunsuz tikilini sökərək oranı tərk etmələrini bildirmişdir. Keçən müddət ərzində cavabdehlərə zəbt etdikləri ərazini tərk etmələrini tələb etsə də, sonuncular əvvəlki mülkiyyətçi X8 məhkəməyə verməklə prosesi uzatmağa çalışmışlar

7. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi, Vəkil2 birinci instansiya məhkəməsində iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdehlər atalarının qohumları olan X7 və sonuncunun arvadı X1 razılığı ilə mübahisəli torpaqda ticarət obyekti inşa etmişlər. Heybət Tahirov onlara ticarət obyekti tikintisinə i cazə verməsi barədə Şabran rayon İcra Hakimiyyətinə ərizə də vermişdir. Onun ərizəsindən sonra cavabdeh tərəf orada ticarət obyekti tikmişlər. X13 və X5 ailəsi ilə birlikdə daimi yaşamaq üçün Bakı şəhərinə köçmüş, mübahisəli torpaq sahəsini və üzərində tikilmiş evi cavabdehlərə tapşırmışlar. Təxminən 1989-cu ildə həmin torpaq sahəsində tikilmiş yardımçı tikili bağça tikintisi ilə əlaqədar plana düşdüyündən, cavabdehlər bu barədə Heybət Tahirov və arvadı Sahibə Tahirovaya məlumat vermiş və bildirmişlər ki, həmin tikilinin əvəzinə ona 87,5 kv.m torpaq sahəsi ayrılır. Heybət Tahirov əlavə olaraq ona verilən həmin torpaq sahəsini cavabdehlərə vermələrini və necə istəyirlər istifadə etmələrini bildirmiş, torpaq səhəsini verdiyi üçün heç vaxt istifadə etməmiş və icazə vermişdir ki, cavabdehlər öz adlarına sənədləşdirsinlər. Onlar da, həmin əlavə torpaq sahəsindən istifadə etmişlər. X21 və Sahibə Tahirovanın icazəsi ilə cavabdehlər torpaq sahəsində ticarət obyekti tikmiş, uzun müddət istifadə etmişlər. Təxminən 2001-2002-ci ildə Şabran rayon İcra Hakimiyyətindən həmin mağaza müasir tələblərə cavab vermədiyindən yenisi ilə əvəz edilməsi göstəriş verilmiş, cavabdehlər yeni tipli müasir tələblərə cavab verən ticarət obyekti tikmək istəyərkən rayon icra hakimiyyətindən yenidən onların razılığının alınması tələb edilmişdir. Həmin vaxtda Heybət Tahirov rəhmətə getdiyindən, onun arvadı X16 rayon İcra Hakimiyyətinə torpağın Mübariz Məcidova verilməsi barədə razılıq ərizəsini təqdim etmişdir. Rayon icra hakimiyyətində cavabdehlərin istifadə etdikləri və üzərində ticarət obyekti tikdiklər i 87,5 kv.m torpaq sahəsinə Heybət Tahirovun istifadə hüququna xitam verilməsi və həmin torpaq sahəsinin Cavabdeh4 adına keçirilməsi barədə 16 noyabr 2002ci il tarixli sərəncam verilmiş, həmin sərəncama və yenə də Sahibə Tahirovanın yazılı razılığı ilə müasir tələblərə cavab verən mağaza tikilir. X1 adına 16 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Xaçmaz Ərazi İdarəsinin MA seriyalı ******* saylı çıxarış almışdır. Qeyd olunan çıxarışa aid Daşınmaz Əmlakın Texniki Pasportunda cavabdehlər tərəfindən rayon icra hakimiyyətinin sərəncamı əsasında tikilən və texniki sənəd alınan ticarət obyektinə aid sahə xüsusi xəttlərlə cizgilənmiş, qalan torpaq sahəsinin həcmi isə 0,0868 ha. qeyd olunmuşdur. Həmçinin torpaq sahəsinin planında evə aid bütün tikililər qeyd edilmiş, l akin ticarət obyekti həmin plana aid edilməmişdir. X4 adına verilmiş 27 aprel 2021-ci il qeydiyyat tarixli çıxarış və əlavə edilmiş torpağın texniki planında torpaq sahəsinin ümumi həcmi dəyişmədən 0,0868 qeyd olunmuş, lakin ticarət obyektinin tikildiyi 87,5 kv.m sahə cizgilənməmişdir. Sonuncu qeyd olunan bu çıxarış və torpağın plan cizgisindən aydın olur ki, ticarət obyektinin tikildiyi torpaq sahəsi X9 aid 0,0868 ha sahəyə aid deyil və həmin sahəni o, iddiaçıya satmamış, sata da bilməzdi.

8. Birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2022-ci il tarixli rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarəsinin mühəndisi Namiq Əhmədovun mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********9-10301, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,0869 ha həyətyanı torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11 və Cavabdeh4 tərəfindən üzərindən tikili inşa edilmiş 87 kv.m hissəsi istifadə edilir.

9. Şabran Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(031)-32/2023 nömrəli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddianın təmin edilməsi, İddiaçı xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Şabran şəhəri, X17 küçəsi, ev 20 ünvanında yerləşən, ümumi sahəs i 0,0868 ha olan torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh4 çıxarılmaları, cavabdehlər tərəfindən tikilən özbaşına tikilinin onların hesabına sökülməsi və söküləcək tikinti materialının cavabdehlərin hesabına torpaq sahəsindən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 müştərək qaydada alınıb İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 müştərək qaydada 50 manat ekspertiza xərcinin alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi iş materiallarına əlavə olunmuş sübutlara və ekspertiza rəyinə istinad edərək, gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.5, 84.1, 103.1, 111-ci; Mülki Məcəllənin 157.2, 157.8, 178.1, 180.1, 180.1, 180.4-cü; Mülki Prosessual Məcəllənin 9, 14.2, 77.1, 78.1, 88, 82.3, 89.3, 106.1, 217-ci maddələrinə istinadən əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 avqust 2025-ci il tarixli, 2(105)-19/2025 nömrəli qətnaməsi ilə (hakim S.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Süleymanova və A.Hüseynzadə) Cavabdeh4 apellyasiya şikayəti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilmişdir.

13. Birinci instansiya mə hkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2, 180 və Torpaq Məcəlləsinin 111-cı maddələri nəzərdən keçirilə bilər.

14. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehlərin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehlərin sahibliyində olduğunu sübut etməli və yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalı, üçüncüsü isə cavabdehlərin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.

15. Nəzərə alınmalıdır ki, qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayar aq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir.

16. Qeyd olunan maddənin dispozisiya şərtlərindən göründüyü kimi sözügedən tələbin təmin olunması üçün çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu, həmin əmlakın cavabdehin sahibliyində olduğunu və sonuncunun əşyaya sahiblik hüququ qanunsuz olduğunu sübut etməlidir.

17. Nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyn i zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

18. İşdən görünür ki, Dəvəçi rayon XDS İK-nin 07 saylı, 24 may 1991-ci il tarixli qərarı ilə X7 18 aprel 1991-ci il tarixdə 582 nömrə ilə RİK-ə daxil olmuş ərizəsi nəzərə alınaraq evinin yaxınlığında tikilmiş uşaq bağçasının həyətindən girinti şəklində daxil olmuş 87,5 kv.m istifadəsiz sahənin onun istifadəsində olan həyətyanı sahəyə qatılması, onun hesabında cəmi 869,3 kv.m torpaq sahəsinin saxlanılması qərara alınmışdır. Şabran (Dəvəçi) rayon İcra Hakimiyyəti Başçısının 16 noyabr 2002-ci il tarixli, 227 saylı sərəncamı ilə Dəvəçi şəhər sakinləri X1 və Cavabdeh4 rayon İH-nə daxil olmuş ərizələri və rayon İHnin 24 may 1991-ci il tarixli 7 saylı qərarı, rayon İHB-nın 08 oktyabr 1996-cı il tarixli 326 saylı sərəncamı nəzərə alınmaqla, Dəvəçi şəhər sakini X1 mərhum həyat yoldaşı X7 adına olan 87,5 kv.m torpaq sahəsindən istifadəsinə xitam verilərək (869,3 kv.m - 87,5 kv.m = 781,8 kv.m), Dəvəçi şəhər sakini Cavabdeh4 adına keçirilməsi və rayon İN-nin Tikinti və Memarlıq şöbəsi ilə razılaşdırılmış layihə əsasında kommersiya obyekti tikintisinə icazə verilməsi barədə sərəncam verilmişdir. Şabran Bələdiyyəsinin 11 aprel 2022-ci il tarixli 75 saylı arayışında da şəhərin M.Ə.Rəsulzadə küçəsində yerləşən kommersiya mağazasının vergi ödəyicisi kimi Cavabdeh4 qeydiyyata alınması və 2022-ci il daxil olmaqla bütün vergilər onun t ərəfindən ödənilməsi qeyd olunmuşdur.

19. Apellyasiya kollegiyası qeyd etmişdir ki, İddiaçı adı çəkilən sərəncamın etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2024-cü tarixli qərarı ilə iddia təmin edilməmiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 09 yanvar 2025-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməklə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın mümkün sayılmaması qərara alınmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 02 iyul 2025-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 09 yanvar 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sa yılmamışdır.

20. Göründüyü kimi iddiaçının sökülməsini tələb etdiyi tikili qüvvədə olan mövcud sərəncam əsasında Cavabdeh4 adına keçirilməklə, həmin sahədə kommersiya obyekti tikintisinə icazə verilmiş və sonuncu kommersiya mağazasının vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.

21. Həmçinin nəzərə alınmalıdır ki, istər Sahibə Tahirovanın adına 16 aprel 2011-ci il tarixli, istərsə də İlham Tahirlinin adına 27 aprel 2021-ci il tarixli çıxarışlar verilərkən texniki pasportlar tərtib edilmiş və hər iki texniki pasportlarda yuxarıda qeyd olunan sərəncamla Heybət Tahirovun mülkiyyət hüquqlarına xitam verilmiş 87,5 kv.m hissə “D” sahəsi kimi (situasiya planında ştrixlənmiş şəkildə) ayrıca qeyd edilmişdir.

22. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh hazırda qüvvədə olan Dəvəçi rayon İH başçısının 16 noyabr 2002-ci il tarixli 227 №-li sərəncamı əsasında ona ayrılmış torpaq sahəsində inşa edilmiş kommersiya mağazasından istifadə etdiyindən, eləcə də, iddiaçıya məxsus torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olduğu öz təsdiqini tapmadığından, başqa sözlə iddiaçının mübahisələndirdiyi hallar Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş yuxarıda sadalanan dispozisiya şərtlərinə uyğun olmadığından, iddia tələbi təmin edilə bilməz.

23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 157.2 və 180ci; Torpaq Məcəlləsinin 111-ci; Mülki Prosessual Məcəlləsinin 119.1, 372.1, 372.7, 384, 385, 392, 393 və 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

24. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 avqust 2025-ci il tarixli, 2(105)-19/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayətində istinad olunan dəlillərə uyğun tərtib edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Prosessual Məcəllənin 14.2, 60, 64.1, 77.1, 82.3, 97.1, 101.7, 102.1, 102.2, 102.3, 103.1, 103.2-ci maddələrinin pozulması ilə qəbul edilmişdir.

26. Belə ki, iddiaçının qanunla qorunan mənafeyi məhkəmə tərəfindən icra hakimiyyətinin qanunsuz sərəncamı ilə məhdudlaşdırılmışdır. Texniki pasportda “D” literin İddiaçı mülkiyyətinə keçmişdir. X1 və X4 adına olan Texniki pasporta diqqət yetirilsə yalnız xüsusi mülkiyyətdə olan sahələrin daxilindəki koordinatlar öz əksini tapmışdır. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). İddiaç ının adına tərtib edilmiş **********0 qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” əsasında tərtib edilmiş texniki pasporta həmin “D” literinin iddiaçının texpasportunda da göstərməsinin səbəbi dövlət tərəfindən tanınan mülkiyyət hüququ olmuşdur. Şabran Rayon Məhkəməsinə təqdim edilən ekspertiza və mütəxəssis rəylərinə diqqət yetirilsə, müəyyən olunur ki, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi 3-cü şəxs tərəfindən zəbt edilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən zəbt olunmuş torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi, cavabdehlərin istifadəsində olan torpaqla iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üst-üstə düşməsi hallarının müəyyən edilməsi üçün ekspertiza təyin etmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 20 dekabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarəsinin mühəndisi Namiq Əhmədovun mütəxəssis rəyində qeyd edilir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********9-10301, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,0869 ha həyətyanı torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11 və Cavabdeh4 tərəfindən üzərindən tikili inşa edilmiş 87 kv.m hissəsi istifadə edilir. Gör ündüyü kimi mübahisəli torpaq sahəsi ekspert və mütəxəssislər tərəfindən təsdiqlənir ki, iddiaçının xüsusi mülkiyyətindədir və cavabdehlər tərəfindən zəbt edilib. Bu mühüm sübuta əhəmiyyət verməyən apellyasiya məhkəməsi ekspert rəyinə qərarında heç bir qiymət verməmiş və rəylə razılaşıb-razılaşmamasına münasibət bildirməmişdir. Bundan başqa, cavabdehlər əvvəlki mülkiyyətçi X9 qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Şabran rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 20 saylı evin həyətyanı sahəsində ümumi sahəsi 863 kv.m ərazidə ticarət obyektinin tikintisi və təmiri üçün xərclədikləri 42.500 manat məbləğində pulun cavabdeh X2 alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmənin 04 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçılar apellyasiya şikayəti versələr də, qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanmışdır. Bu bir daha göstərir ki, cavabdehlər dolayısı ilə etiraf edirlər ki, mübahisəli torpaq sahəsinin onlara heç bir aidiyyəti yoxdur və “guya onlar təmir ediblər deyə” onlara kompensasiya verilməlidir.

27. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

28. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut ki mi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

30. Apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətin in dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3-cü maddəsinə əsasən hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əv vəlki rəftara zidd hüququn həyata keçirilməsi.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf ö z tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü madd əsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.

35. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı tələbin hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtinə əsasən iddiaçı mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak başqasının (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.

36. Hazırkı iş üzrə mübahisəli tikilinin iddiaçının adına tərtib olunmuş Tex niki pasporta əsasən onun mülkiyyətində olan torpaq sahəsində yerləşməsi birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza rəyində göstərilsə də, cavabdehlərin tikiliyə sahibliyinin qanunsuz olması müəyyən olunmamışdır.

37. Belə ki, Şabran rayon İcra Hakimiyyəti Başçısının qüvvədə olan 16 noyabr 2002-ci il tarixli, 227 saylı sərəncamı ilə Dəvəçi şəhər sakinləri X1 və Cavabdeh4 rayon İHnə daxil olmuş ərizələri və rayon İH-nin 24 may 1991-ci il tarixli 7 saylı qərarı, rayon İHBnın 08 oktyabr 1996-cı il tarixli 326 saylı sərəncamı nəzərə alınmaqla, X1 mərhum həyat yoldaşı X7 adına olan 87,5 kv.m torpaq sahəsindən istifadəsinə xitam verilərək, Cavabdeh4 adına keçirilməsi və rayon İN-nin Tikinti və Memarlıq şöbəsi ilə razılaşdırılmış layihə əsasında kommersiya obyekti tikintisinə icazə veri lmişdir.

38. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları).

39. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci i l 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

40. Oxşar mövqe X12 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervsog Selskabsstyrelsen” işi üzrə 09 mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzər də tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.

41. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 avqust 2025-ci il tarixli, 2(105)-19/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar