Məhkəmə qərarları › İş №2(102)-2609/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2609/2025

04.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair m
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2609/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2609/2025 Açar sözlər: torpaq münasibətlərindən irəli gələn mübahisələr, torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-606/2025 nömrəli, 2025-ci il 7 may tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 4 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Abşeron rayon AİK-nin xx.xx.1998-ci il tarixli, 21 saylı qərarına əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,52 ha torpaq sahəsi Süleymanov Afət Musa oğlu, X8, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə verilmişdir. Bu barədə JN-1312 saylı, 30800027 kodlu Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir.

2. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0,2 ha torpaq sahəsi xx.xx.2021-ci ildə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Onun adına A 635026 saylı, xx.xx.2021-ci il ta rixli və A 635027 saylı, xx.xx.2021-ci il tarixli Torpaq sahələrinin planı və ölçüsü tərtib edilmişdir.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan xx.xx.2021-ci il tarixli, **********40 və **********39 reyestr nömrəli torpaq sahələrinə polis əməkdaşlarının iştirakı ilə texniki baxış keçirilmiş və məlumatlar idarənin elektron baza məlumatları araşdırılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, sənəd üzrə torpaq sahələri başqa şəxslər tərəfindən daş hasara alınaraq, orada fərdi yaşayış evlər inşa edilmişdir. Mehdiabad Polis bölməsinin polis sahə rəisi tərəfindən həmin şəxslərin Cavabdeh1 (АА 066 28ЭЗ) və Cavabdeh2 (AA 0510286) olduğu müəyyən edilmişdir. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında'' Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Mehdiabad qəsəbəsində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəkı torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmışdır. Hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır. Torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırıldıqdan və elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənəd lərdəkı məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir.

4. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********40 reyestr nömrəli torpaq sahəsinin Necas baza məlumatlarına əsasən yerləşməsi ilə digər şəxslərin sənəd üzrə mülkiyyətlərinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmə halları aradan qaldırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bir inci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahələrində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz inşa edilmiş daş hasarların və fərdi yaşayış evlərinin onların hesabına sökülməsi, torpaq sahələrinin boşaldılması, əvvəlki vəziyyətinə gətirilməsi və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha olmaqla torpaq sahəsi xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********39 reyestr nömrəli çıxarış verilmişdir. Həmin ərazidə yerləşən 0,10 ha olmaqla digər torpaq sahəsi də xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********40 reyestr nömrəli çıxarış təqdim edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron ərazi idarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan xx.xx.2021-ci il tarixli, **********39 və **********40 reyestr nömrəli torpaq sahələrinə Abşeron RPİ-nin Mehdiabad PB-nin polis sahə rəisinin iştirakı ilə texniki baxış keçirilmiş və məlumatlar idarənin elektron baza məlumatları əsasında araşdırılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, sənəd üzrə torpaq sahələri başqa şəxslər tərəfindən daş hasara alınaraq fərdi yaşayış evləri inşa edilmişdir. Abşeron RPİ-nin Mehdiabad PB-nin polis sahə rəisi tərəfindən həmin şəxslərin Cavabdeh1 və Cavabdeh2 olduğu müəyyən edilmişdir.

7. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 32/332/2-5225/24 nömrəli mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinə yerli baxış zamanı İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi qeydə alınmamışdır, yerölçmə işlərinin aparılması Cavabdeh2 və Cavabdeh1 faktiki istifadələrində olan torpaq sahələrində ap arılmışdır. xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri sxemdə göstərilmişdir. **********39 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi (ümumi daş hasar daxilində) ilə üst-üstə düşən hissəsi 0,0423 ha təşkil edir və **********39 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh2 faktiki istifadəsində olan tikilinin 1 hissəsi üst-üstə düşür. **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0,015 ha təşkil edir. Lakin Azərbaycan Resp ublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********39 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir, **********39 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh2 faktiki istifadəsində olan tikilinin bir hissəsi ilə üst-üstə düşür. **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi (ümumi daş hasar daxilində) ilə üst-üstə düşən hissəsi 0,025 ha təşkil edir və **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 faktiki istifadəsində olan ev tiki lisi ilə üst-üstə düşmə halı mövcud deyildir, lakin köməkçi tikilinin tam hissəsi üst-üstə düşür. Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********40 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir, **********40 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh1 faktiki istifadəsində olan ev tikilisinin bir hissəsi ilə, köməkçi tikili ilə tam üst-üstə düşür. Elektron məlumat bazasına əsasən JN-1312 saylı dövlət aktının sənəd üzrə yerləşməsi sxemdə göstərilmişdir. Elektron məlumat bazasına əsasən JN-1312 saylı dövlət aktının sənəd üzrə yerləşməsi ilə xx.xx.2021-ci il tarixli ******** **39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmə halı mövcud deyildir və sxemdə göstərilmişdir. xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0,20 ha torpaq sahəsindən istifadə edilməsinə cavabdehlər tərəfindən hər hansı maneənin yaradılıb-yaradılmaması sualının cavablandırılması İdarənin səlahiyyətləri xaricindədir. Elektron məlumat bazasına əsasən Cavabdeh1 faktiki istifadəsində olan (ümumi daş hasar daxilində yerləşən torpaq sahəsi) **********60 (X12), **********29 (X11), **********84 (X11), **********76 (X9), **********19 (X4), **********44 (X4), Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış **********75 (X5), **********77 (X10), **********40 (İddiaçı) reyestr nömrəli torpaq sahələrinin sənəd üzrə yerləşmələri ilə üst-üstə düşür.

8. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3334 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 32/332/2-5225/24 nömrəli mütəxəssis rəyinə əsasən, torpaq sahəsinə yerli baxış zamanı İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi qeydə alınmamışdır, yerölçmə işlərinin aparılması Cavabdeh2 və Cavabdeh1 faktiki istifadələrində olan torpaq sahələ rində aparılmışdır. xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri sxemdə göstərilmişdir. **********39 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi (ümumi daş hasar daxilində) ilə üst-üstə düşən hissəsi 0.0423 ha təşkil edir və **********39 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh2 faktiki istifadəsində olan tikilinin 1 hissəsi üst-üstə düşür. **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.015 ha təşkil edir. Lakin Azərbay can Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********39 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********39 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh2 faktiki istifadəsində olan tikilinin bir hissəsi ilə üst-üstə düşür. **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi (ümumi daş hasar daxilində) ilə üst-üstə düşən hissəsi 0. 025 ha təşkil edir və **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 faktiki istifadəsində olan ev tikilisi ilə üst-üstə düşmə halı mövcud deyildir, lakin köməkçi tikilinin tam hissəsi üst-üstə düşür. Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********40 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********40 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh1 faktik i istifadəsində olan ev tikilisinin bir hissəsi ilə, köməkçi tikili ilə tam üst-üstə düşür. Elektron məlumat bazasına əsasən JN-1312 saylı dövlət aktının sənəd üzrə yerləşməsi sxemdə göstərilmişdir. Elektron məlumat bazasına əsasən JN-1312 saylı dövlət aktının sənəd üzrə yerləşməsi ilə xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmə halı mövcud deyildir və sxemdə göstərilmişdir. xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0.20 ha torpaq sahəsindən istifadə edilməsinə cavabdehlər tərəfindən hər hansı maneənin yaradılıb-yaradılmaması sualının cavablandırılması İdarənin səlahiyyətləri xaricindədir.

9. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2024-cü il 28 noyabr tarixli, e-2(012)-2562/2024 nömrəli qətnaməsi ilə (hakim X6) iddia qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, ümumilikdə 0,20 ha torpaq sahəsindən çıxarılması, xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0,20 ha torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 öz vəsaiti hesabına sökülməsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0,20 ha torpa q sahəsinin boşaldılaraq İddiaçı əvvəlki vəziyyətdə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin və mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı qaytarılması, ekspertiza tədqiqatı üçün tələb olunan 50 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehlərin mübahisəli əmlaka dair hüquqları müvafiq orqanda qeydə alınsa da, faktiki istifadə etdikləri torpaq sahəsinin bir hissəsi iddiaçının mülkiyyətindəki torpaq sahəsi ilə kəsişir, lakin onların bu daşınmaz əml akdan göstərilən qaydada istifadəsi qəbuledilməzdir. Mübahisəli torpaq sahəsinin zəbt olunması və orada qanunsuz tikilinin mövcudluğu iş materialları ilə, habelə mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunur. Belə ki, işdə olan sənədlərdən görünür ki, **********39 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi (ümumi daş hasar daxilində) ilə üst-üstə düşən hissəsi 0,0423 ha təşkil edir və **********39 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh2 faktiki istifadəsində olan tikilinin 1 hissəsi üst-üstə düşür. **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahə si ilə üst-üstə düşən hissəsi 0.015 ha təşkil edir. Lakin Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********39 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********39 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh2 faktiki istifadəsində olan tikilinin bir hissəsi ilə üst-üstə düşür. **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi (ümumi daş hasar daxilində) ilə üstüstə düşən hissəsi 0.025 ha təşkil edir və **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 faktiki istifadəsində olan ev tikilisi ilə üst-üstə düşmə halı mövcud deyildir, lakin köməkçi tikilinin tam hissəsi üst-üstə düşür. Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********40 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********40 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh1 faktiki istifadəsində olan ev tikilisinin bir hissəsi ilə, köməkçi tikili ilə tam üst-üstə düşür. Elektron məlumat bazasına əsasən JN-1312 saylı dövlət aktının sənəd üzrə yerləşməsi sxemdə göstərilmişdir. Elektron məlumat bazasına əsasən JN-1312 saylı dövlət aktının sənəd üzrə yerləşməsi ilə xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmə halı mövcud deyildir. Göründüyü kimi, iddiaçıya sənəd üzrə ümumilikdə 0,20 ha torpaq sahəsi məxsus olsa da, onun faktiki istifadəsində heç bir sahə yoxdur. Bu torpaq sahələri cavabdehlər tərəfindən istifadə edilir və orada tikili mövcuddur. Ona görə də iddiaçıya məxsus torpaq sahələr ində inşa edilmiş tikili sökülərək, torpaq sahələri iddiaçıya təhvil verilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 60-cı, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 152.1, 157.2, 157.4, 164.1 və 165.1ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 88, 217.3 və 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdehlər apellyasiya şikayətləri verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

13. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və p rosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmə gedişində hüquq və vəzifələrinin düzgün və əhatəli şəkildə izah edilməməsi səbəbindən cavabdehlərdə olan sənədlərin sübut qismində məhkəməyə təqdim etməli olduğu barədə məlumatlandırılmamış, məhkəmə işin hallarını düzgün qiymətləndirməmiş, bununla da yekun qətnamə mülkiyyətçi olaraq, cavabdehlərin hüquqlarının pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən qətnamə ləğv edilməli və iddia tələbi həmin edilməməlidir. Hazırki mülki mübahisəni araşdıran məhkəmə mütəxəssis rəyi vermiş qurumun üçüncü şəxs qismində işə cəlb etməli, mütəxəssis rəyləri arasında olan ziddiyyətləri araşdırmalı, onun səbəbini müəyyən etməli, dürüstləşdirmə işlərinin yekunu olaraq, mülkiyyətçinin hüquqlarının daha çox pozulması halına diqqətini çəkməli, hüqu q və vəzifələrini düzgün və əhatəli şəkildə izah etməklə cavabdehlər tərəfindən mövcud sənədlərin sübut qismində məhkəməyə zamanında təqdim etməyini təmin etməli olduğu halda bunu etməmişdir. Belə ki, məhkəmə qətnaməsində iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma apardığını qeyd etsə də bütün araşdırma cavabdehlərə və ailə üzvlərinə məxsus olmuş JN-1312 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı üzərindən aparılmışdır. Halbuki, sözügedən Akt zamanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim edilərək buna dair müvafiq Çıxarış və Plan və ölçü sənədi əldə edilmiş, həmin sənəddə torpaq sahəsinin yerləşmə koodinatları müəyyən edilmiş və həmin koodinatlar daxilində hüquqları dövlət reyestrində qeydiyyata alınmış və Dövlətin onlara zəmanət verdiyi mülkiyyətin müdafiəsi təmin edilməmişdir. Buna dair təkrar ekspertiza keçirilməsinə dair verilmiş vəsatəti təmin edilməmiş, məhkəmə bir-birinə ziddi olan mütəxəssis rəylərinə, sonda isə həmin rəyin olduğu kimi köçürülmüş ekspert rəyinə istinad etməklə qətnamə qəbul etmiş, dürüstləşmə adı altında qurum tərəfindən aparılmış fəaliyyətin qanunauyğunluğu məsələsi açıq qalmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh olsalar da mülkiyyətçi kimi hüquqlarının əsassız pozulmasından məhkəmə onları müdafiə etməmiş, dövlət reyestrində qeydiyyatın olmasını halını görməzdən gəlmiş, torpaq sahəsinə dair verilmiş Çıxarış və “Plan və ölçü sənədinin˝ mövcudluğunu nəzərə almamış, məhz həmin sənədlər əsasında araşdırm a aparmalı, bununla da onların mülkiyyət hüquqlarının qorunmasını təmin etməli olduğu halda bunu etməmişdir. Dürüşləşdirmə işlərinin aparılması gedişinə cəlb edilməmiş, cavabdehlərdən torpaq sahəsinin koordinatlarının dəyişdirilməsi, buna dair razılığı alınmamış, təklif belə edilməmişdir. Lakin qətnamədən görünür ki, eyni qurum tərəfindən verilmiş ilkin mütəxəssis rəyi işin gedişində dəyişdirilmiş, iddiaçının torpaq sahəsinin qeydiyyata alınmadığı göstərilsə də, sonradan həmin sahənin onlara məxsus torpaq sahələrinin içərisində olması qeydi aparılmış, ilkin rəydə iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlərə məxsus bir evlə üst-üstə düşməsi halı səsləndirilsə də sonradan hər iki daşınmaz əmlakla kəsişməsi göstərilmişdir. Açıq-aşkar rəy verən qurumun qanunsuz hərəkətləri nəticəsində mülkiy yət hüquqları kobud şəkildə pozulmuş və min əziyyət və külli miqdarda vəsait hesabına başa gəlmiş daşınmaz əmlaklarının taleyi hazırda sual altındadır. Bununla belə məhkəmə sözügedən hallara qətnaməsində qiymət verməmiş, göstərilən rəyləri sübutlar hissəsində sadəcə qeyd etməklə kifayətlənmiş, rəylər arasında ziddiyyəti və hansı rəyi qəbul etməsini və hansı səbəbdən qəbul etməsini qətnamədə əsaslandırmamış, bununla da maddi hüquq normalarının tələbini pozmuşdur. Birinci instansiya məhkəməsi ədalətli məhkəmə araşdırılması prinsipini pozmaqla yanaşı, qarşı tərəfə münasibətdə çəkişmə prinsipini də pozmuşdur. Belə ki, cavabdehlərin hüquqlarının düzgün və əhatəli izah edilməməsi nəticəsində lazımi sənədləri məhkəməyə təqdim etməmişlər. Bununla belə məhkəmə elektron sistem üzərində mübahisələndi rilən hissədə cavabdehlərin dövlət reyestrində Çıxarışının və torpaq sahəsinə dair “Plan və ölçü sənədi˝nin olmasını görməsinə baxmayaraq, təyin edilmiş ekspertizanı cavabdehlərə məxsus olmuş JN-1312 saylı Dövlət aktı üzərində aparmışdır. Nəticədə həmin rəyin hazırda heç bir əsası yoxdur, çünki cavabdehlər hüquqlarını illər öncə dövlət reyestrində qeydiyyata aldırarkən onlara müvafiq koordinatları özündə əks etdirən “Plan və ölçü sənədi˝ təqdim edilmiş, bundan əlavə bir neçə dəfə torpaq sahəsindən hissələrlə alğı-satqı edərək, plan və ölçü sənədini yeniləmişdir. Yalnız ən sonuncu halda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron ərazi idarəsi yerdə qalan torpaq sahəsinə dair Çıxarış və Plan və ölçü sənədini verməkdən imtina etmişdir. Buna dair Sumqay ıt İnzibati Məhkəməsində iddia qaldırmış və həmin iddia tələbi təmin edilmişdir. Bununla belə həmin qərar qüvvəsini almamışdır. Həmin prosesin gedişində Abşeron Rayon Məhkəməsini bu barədə məlumatlandırmış, işin dayandırılması barədə qərardadın qəbul edilməsi perspektivinin müzakirə edilməsini xahiş etmişdir. Bununla belə məhkəmə buna münasibət bildirməmişdir. Göstərilənlərdən görünür ki, məhkəmə prosessual hüquq normasının tələbini kobud şəkildə pozmuşdur.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 may 2025-ci il tarixli, 2(105)-606/2025 nömrəli qətnaməsi ilə (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X13 və X1) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2562/2 024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya məhkəməsi qəbul etdiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə əldə edilmiş mütəxəssis və ekspert rəyləri ilə iddiaçıya məxsus torpaq sahələrinin koordinatları ilə cavabdehlərə məxsus olmuş, ilkin mülkiyyət sənədi hesab olunan JN1312, 30800027 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan torpaq sahəsinin sənəd üzrə koordinatlarının ayrı olması və üst-üstə düşməməsi müəyyən edilir. Lakin, cavabdehlər sənəd üzrə torpaq sahəsinin tam koordinatları çərçivəsində deyil, həmin koordinatlardan fərqli sahədə faktiki olaraq istifadə etməkdədirlər. Həmçinin, yuxarıda istinad olunan mütəxəssis və ekspert rəyləri ilə Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının ic rası ilə əlaqədar aparılmış dürüstləşmə işlərindən əvvəlki, o cümlədən dürüstləşmə işlərindən sonrakı vəziyyətə görə də **********39 və **********40 reyestr nömrəli çıxarışla iddiaçının mülkiyyətinə verilmiş torpaq sahələrinin müəyyən hissəsinin cavabdehlər tərəfindən istifadə edilməsi və həmin sahələrdə tikinti işləri aparmaları müəyyən edilir ki, bu fakt mütəxəssis rəyinə əlavə edilmiş cizgi-planda da təsvir edilmişdir. Buna görə də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır.

16. Məhkəmə cavabdehlərin mütəxəssis rəyləri arasında ziddiyyətlərin olması ilə bağlı apellyasiya şikayətlərinin dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, iş materiallarında yalnız Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.202 4-cü il tarixli, 32/332/2-5225/24 nömrəli mütəxəssis rəyi mövcud olmuşdur ki, həmin rəyin hansı rəylə ziddiyyət təşkil etməsini cavabdehlər əsaslandırmamışdır. Yəni, cavabdehlər qeyd olunan rəydən əlavə hansı rəyin mövcudluğunu və mövcud rəylər arasında ziddiyyətin nədən ibarət olmasını şikayətində qeyd edə bilməmişdir.

17. Məhkəmə kollegiyası cavabdehinın iddiaçı Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarışın, plan və ölçüsü sənədinin verilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati iş üzrə mübahisə həll edilənədək icraatın dayandırılması ilə bağlı vəsatətini də əsassız hesab etmişdir. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinin tələbinə əsasən iddiaçının mülkiyy ət hüququna dair qeydinin qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İddiaçının mülkiyyət hüququna dair qeydinin həqiqiliyi və tamamlığı, o cümlədən torpaq sahəsinin yerləşməsinə dair plan və ölçüsü sənədləri də həmin mübahisənin predmeti deyildir. Buna görə də məhkəmə vəsatəti əsassız hesab etmişdir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 157.4 və 152.5-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4 və 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. C avabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehlərin apellyasiya şikayətlərinin təmin edilməyən hissəsində işin hallarını düzgün və tam araşdırmamış, araşdırılan hissədə isə işin hallarına düzgün hüquqi qiymət verməmiş, bir sıra sübutlara ümumiyyətlə qiymət verməməklə yekunda maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, həmin pozuntulardan ən əsası odur ki, Abşeron Rayon Məhkəməsində icraat zamanı keçirilən ekspertiza Cavabdeh1 Dövlət Aktı əsasında keçirilib, lakin cavabdehin Plan və Ö lçü sənədinin olması nəzərə alınmayıb, hansı ki orada cavabdehin torpağının dəqiq koordinatları mövcuddur. Sumqayıt Apellyasiya Məhkəməsində müəyyən edilib ki, torpağın yerləşməsi Plan-ölçü sənədində fərqli, Dövlət aktında isə fərqlidir.(bənd 26) Plan və ölçü sənədi xx.xx.2014-cü ildən tərtib edilib, sözügedən torpaq sahəsi (0,52 ha) Cavabdeh1 JN-1312, KOD 30800027 saylı Dövlət aktına əsasən Abşeron rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 10 noyabr tarixli 21 nömrəli qərarı ilə verilmişdir, sonradan vətəndaş həmin Dövlət aktı ilə verilmiş torpağı bütövlükdə özgəninkiləşdirmişdir. Həmin özgəninkiləşdirmə hərəkətlərindən sonra Cavabdeh1 Plan və Ölçü sənədi verilmiş, koordinatlar dəyişdirilib dəqiq müəyyən edilmişdir. Daha sonra cavabdeh həmin torpaq sahəsinin böyük hissəsini öz mülkiy yətinə qaytarmışdır. Cavabdeh1 hüquqi cəhətdən savadsız olduğundan birinci instansiyada qarşı tərəfin vəkilinin sorğusu əsasında dövlət aktı müəyyən edilərək məhkəməyə təqdim olunub. Baxmayaraq ki, Cavabdeh1 inzibati məhkəmədə birinci instansiyada proses zamanı qeyd edib ki, onun Plan və ölçü sənədi var, sadəcə alqı-satqı müqaviləsindən sonra yeni Plan-ölçü sənədi ona təqdim edilməyib, lakin birinci instansiya məhkəməsi bu sahədə araşdırma aparmayıb (bununla bağlı inzibati məhkəmə icraatında da proses gedir). Buna uyğun olaraq ekspertiza Plan və ölçü sənədinin əsasında keçirilməli idi və müəyyən edilməli idi ki, yeni şəxslərin koordinatları Cavabdeh1 Plan və ölçü sənədi ilə üst-üstə düşürmü, cavabdeh Plan və Ölçü sənədini bu səbəbə ala bilmir və inzibati məhkəməyə müraciət edib ki, onun sə nədi ilə yeni şəxslərin sənədi üst-üstə düşür. Məhkəmə yuxarıda qeyd edilən hissədə araşdırmanı düzgün aparmayıb, ekspertiza Dövlət Aktı əsasında deyil, şəxsin dövlət reyestrində tanınmış və dövlət tərəfindən qorunan Plan və Ölçü sənədində göstərilən koordinatlar əsasında aparılmalı idi, lakin bu edilməyib. Cavabdeh1 xeyrinə sayılmalı olan dövlət reyestrində olan qeydiyyatın düzgünlüyü prezumpsiyası məhkəmə tərəfindən nəzərə alınmayıb. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü **********67 saylı, xx.xx.2018-ci il tarixli sənədə əsasən Cavabdeh1 koordinatları vardır və dövlət plan və ölçü sənədində göstərilən ko ordinatlar daxilində onun hüquqlarını tanıyaraq müdafiə edir, lakin JN-1312 saylı Dövlət Aktında olan torpaq sahəsi fərqli yerləşə bilər, bu hal məhkəmə tərəfindən düzgün, hərtərəfli və tam şəkildə araşdırılmadığına görə, bu halın araşdırılması üçün ekspertiza təyin etmədiyinə görə gələcəkdə qəbul olunmuş qətnamənin icrası üzrə də ciddi problemlər yaşanacaqdır. Nəzərə almaq lazımdır ki, cavabdeh plan və ölçü sənədi əsasında torpağını tələb edir, qarşı tərəfin əlində isə onun torpağının həmin koordinatlara uyğunlaşdırılması barədə hər hansı sənəd mövcud deyildir, yəni iddiaçı hələ öz hüquqlarının dövlət reyestrində tanıdılmasına nail olmamışdır. Əlavə olaraq qeyd edirik ki, cavabdehin dürüstləşmə prosesinə cəlb edilməli olması ilə bağlı mövqeyimizi müdafiə edirik, cəlbetmə şəxsin fiziki ola raq prosesdə iştirak etməsi mənasına gəlmir, cəlbetmə belə başa düşülməlidir ki, yəni qarşı tərəfin koordinatlarına münasibətdə dürüstləşmə prosesi həyata keçirilibsə, cavabdehin də koordinatlarına münasibətdə dürüstləşmə həyata keçirilməli idi. Əgər bu yerlər fərqli idisə, onlar uyğunlaşdırılmalı idi. Təktərəfli dürüstləşmə prosesi deyə bir anlayış nə hüquqi, nə də faktiki olaraq düzgün deyildir, məhkəmə qətnaməsi bu hissədə də əsassız və qanunsuzdur, çünki apellyasiya məhkəməsi bu hissə ilə bağlı mövqeyini tam əsaslandırmayıb(bənd 27). Bu mənada hesab edirik ki, məhkəmə dürüstləşmə prosesinin birtərəfli aparılmasının səbəblərinin araşdırmamışdır. Bu, ədalət mühakiməsinin təməl prinsiplərini pozur, çünki hər bir vətəndaşın və hüquqi şəxsin hüquqlarının məhkəmədə qorunması və təsdiq edil məsi Konstitusiyanın və qanunların birbaşa tələblərindən biridir. Məhkəmənin pozulmuş hüquqları bərpa etmək yerinə, bunun əksinə davranması, mühakimə sisteminin düzgün işləmədiyini və vətəndaşların hüquqlarının təmin olunmadığını göstərir. Beləliklə, ədalətin təmini və hüquqi müdafiənin təmin edilməsi məqsədilə məhkəmə orqanları tərəfindən daha ciddi yanaşma və diqqət tələb olunur. Məhkəməyə cavabdehin vəkili tərəfindən dayandırma barədə vəsatət verilib və əsaslandırılıb, inzibati məhkəmədə hələ də araşdırma davam edir və ilkin sənədlərin qanunauyğunluğu belə mübahisələndirilib, lakin apellyasiya məhkəməsi həmin vəsatəti təmin etməyərək araşdırmanı düzgün aparmayıb, bu vəsatətin araşdırılması üçün məhkəmə qərarı ləğv edilməlidir və təkrar araşdırma üçün aşağı instansiyaya göndərilməlidir. Halbuki, mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Sadalananlardan görünür ki, məhkəmə maddi hüquq normalarının tələblərini pozmuş, yekunda tərəflər arasında münasibətə, o cümlədən işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Bununla da Konstitusiyanın müddəalarına uyğun olaraq, ədalət mühakiməsinin həyata keçirilməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməli olduğu halda, bu baş verməmiş, məhkəmə pozulmuş hüquqları bərpa etmək əvəzinə, bunu etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyay a) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoyma ğı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

26. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fa ktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olun mamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşd ur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

38. Cavabdeh1 kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya inst ansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

39. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

40. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzg ün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-606/2025 nömrəli iş üzrə 7 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar