Məhkəmə qərarları › İş №2(102)-1480/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1480/2021

16.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1480/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1480/21 (Açar sözlər: qətnamənin qanuni qüvvəsini almış hissəsi təkrar olaraq yoxlanılıb) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Cavadov Cavad Yusif oğlunun, Cavabdehin vəkili Vəkil, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və dəymiş ziyanın ödənilməsi” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6891/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İsgəndər Qayıbov mülkiyyətində olan evi xx xxxxxx 2019-cu il tarixli müqavilə ilə İddiaçı 85000 manata satmışdır. Mülkiyyət barədə sənəddə və müqavilədə ev 31,6 kv.metr olmaqla 1 mərtəbəli göstərilsə də, faktiki olaraq ev 2 mərtəbədən ibarətdir. 2-ci mərtəbə daşınmaz əmlakın reyestrində qeydə alınmayıb. İddiaçı evi satın aldıqdan sonra ikinci mərtəbədə yaşayan satıcının qohumu həmin hissəni tərk etməkdən imtina etmişdir. Etirazını onunla əsaslandırmışdır ki\. həmin sahəyə onun hüquqları var. Bu səbəbdən tərəflər arasında mübahisə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri, X saylı yaşayış evindən çıxarılması və cavabdeh tərəfindən ona dəymiş 2000 manat zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı məhkəmə gedişi zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, X saylı yaşayış evinin 1-ci və 2-ci mərtəbəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli evi alqı-satqı müqaviləsinə əsasən keçmiş mülk iyyətçidən satın almış, lakin həmin evin dövlət reyestrindən keçməyən hissəsində yaşayan cavabdeh evi tərk etməkdən imtina edir. Hansıki, həmin evi o, bütünlüklə, yəni 1-ci və 2-ci mərtəbə daxil olmaqla keçmiş mülkiyyətçidən satın almış və dəyərini ödəmişdir.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1822/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ü.Şükürova) iddia qismən təmin edilərək Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin birinci və ikinci mərtəbəsindən çıxarılması qət edilmişdir.

6. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29, Mülki Məcəlləsinin 148.2, 152.1, 152.5, 157.1, 178.1-ci maddələrinə əsaslanmışdır. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat

7. Bakı Apelyasiya Məhkəməsi MK-n ın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər- Z.Əliyev (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsindən çıxarılması hissəsində ləğv edilmiş və iddia tələbi həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 157.4, 180-cı maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2010-cu il tarixli qərarına istinad etmişdir.

9. Məhkəmənin mövqei belə olmuşdur ki, evin 2-ci mərtəbəsi dövlət reyestrində qeydiyyatdan keçməmiş, həmin hissə cav abdehin vəsaiti hesabına inşa edilmişdir. Kassasiya instansiyası məhkəməsində icraat

10. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakimlər A.Abbasov, E.Vəliyeva və E.Şamayev, iş No2(102)-3572/20 saylı mülki iş) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 2(103)-12912/2019 saylı qətnaməsi iddianın təmin olunmayan hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Cavabeh Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-sı öz qərarını onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ikin ci mərtəbəsindən çıxarılması barədə iddianın təmin edilməməsi hissəsində qanuni və əsaslı nəticəyə gəlməmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İİ icraat

12. Bakı Apelyasiya Məhkəməsi MK-nın xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1822/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü maddələrinə, Mülki Məcəllənin 6.2, 152.1, 152.5, 157.4, 568.1, 569.1-ci maddələrinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmələr mübahisəni həll edərkən satılan evin 2-ci mərtəbəsinin qanunsuz inşa edilməsinə, qanunsuz tikili olmasına düzgün hüquqi qiymət verməmiş, nəzərə almamışlar ki, alqı-satqı müqaviləsi evin birinci mərtəbəsinə aid olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul e dilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Cavadov Cavad Yusif oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Üçüncü şəxsin nümayəndəsinin X7 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Tətbiq edilən hüquq.

20. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur.

21. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əs asən heç kəs yaşadığı mənzilindən qanunsuz məhrum edilə bilməz.

22. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfındən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfındən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır.

24. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi ki mi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfındən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

26. Həmin Məcəllənin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyə tə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

29. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

30. Mülki Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövq eyi

37. Məhkəmələr müəyyən etmişlər ki, X4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36.1 kv.m, yaşayış sahəsi 19.4 kv.m, yardımçı sahə 16.7 kv.m olan 1 otaqlı fərdi yaşayış evini alıcı İddiaçı mülkiyyətinə vermək barədə razılığa gəlmiş və evin dəyərini razılaşmışlar. Satıcı daşınmaz əmlakı 85000 manat qiymətinə satmağı, alıcı isə həmin qiymətə almağı razılaşmışlar. Tərəflər arsında bağlanmış müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Satıcı evi bütünlüklə, yəni 1-ci mərtəbənin üzərində inşa edilmiş və hüquqi qeydiyyatdan keçməyən hissə ilə birlikdə satdığını etiraf edir, alıcı da məhz həmin şərtlərlə evi aldığını təsdiq edir. 38. “xxxx” MMC-nin qiymətləndirmə rəyinə əsasən qiymətləndirilən daşınmaz əmlak ob yekti-ünvan 2 ünvanında yerləşir. Qiymətləndirilən əmlakın bazar dəyəri 75500 manat təşkil edir.

39. Göründüyü kimi evin bütünlüklə dəyəri alqı-satqıda qeyd olunan dəyərdən də aşağıdır. Məhkəmələr hesab etmilər ki, bu hal da ona dəlalət edir ki, ev bütünlüklə satılmışdır.

40. X5 müraciəti əsasında Səbail RPİ-nin 8-ci PB-də toplanmış materialın surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə Bayıl qəsəbəsi, İbrahim Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən yaşayış evini rəsmi qaydada X1 85000 manat məbləğinə almış, həmin evə baxarkən ikimərtəbəli olduğunu-birinci mərtəbənin çıxarışının olduğunu, ikinci mərtəbədə isə Əmrulla adlı şəxsin yaşadığını və evdən çıxmadığını, bu səbədən də qeyd edilən evin boşaldılmasını tələb etmişdir. X2 və X4 izahatlarında qeyd edilən yaşayış evinin iki mərt əbədən ibarət olduğunu və hər iki mərtəbənin də İddiaçı satıldığını bildirmişlər.

41. Qayıbov İsgəndər tərəfindən tərtib olunmuş mətnin məzmununa əsasən X4 ünvan 1 ünvanında yerləşən mənzilin 1-ci və 2-ci mərtəbəsini İddiaçı satmış, 1 ay ərzində yaşayış evini boşaldacağını qeyd etmişdir.

42. Bakı şəhəri 53 saylı Notariat ofisi tərəfindən sorğuya cavab olaraq göndərilmiş alğı-satqı müqaviləsinin sürətinə əlavə edilmiş ərizəyə əsasən X7 ünvan 3 ünvanında yerləşən evin satılmasına etiraz etmir.

43. Göründüyü kimi məhkəmələr müəyyən etmişlər ki, həqiqətən X4 Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsindəki iki mərtəbəli evi bütünlüklə (1-ci və 2-ci mərtəbəni) İddiaçı satmışdır. X4 ilə hazırkı iş üzrə Cavabdeh arasında birgə fəaliyyətlə bağlı yaranmış (onlar qohumdurlar) pul tələbi zəmi nində sonuncu evin 2-ci mərtəbəsini tərk etməkdən imtina etmişdir.

44. Ona görə cavabdehin evin 2-ci mərtəbəsindən də çıxarılması iddiasının təmin etməkdə Apelyasiya Məhkəməsi haqlı olmuşdur.

45. Lakin, Apelyasiya Məhkəməsi qətnaməni qismən-cavabdehin evin 2-ci mərtəbəsindən çıxarılması tələbini yoxlamasına baxmayaraq iddia tələbinə bütövlükdə, yəni evin 1-ci mərətəbəsindən çıxarılması məsələsini də təkrar olaraq yoxlamış, 1-ci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Hansıki, Ali Məhkəmənin hazırkı iş üzrə yuxarıda qeyd olunan qərarında iş üzrə əvvəlki Apelyasiya Məhkəməsinin qətnaməsi ancaq iddianın təmin olunmayan hissəsində (evin 2-ci mərtəbəsindən çıxarma hissəsində) ləğv olunaraq baxılması üçün qaytarılmışdır.

46. Həmin hal Apelyasiya Məhkəməsinin qeyd olunan hi ssədə prosessual normanın tələblərinə riayət etməməsi qənaətinə gəlməyə əsas verir ki, buda qətnamənin həmin hissədə ləğv olunmasü üçün əsasdır. Beləki, Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM-nin 372.6. maddəsi).

47. Qeyd olunanlara əsasən Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-518/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi cavabdehin evin 1-ci mərtəbəsindən çıxarılması ilə bağlı Səbail Rayon Məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanması hissəsində ləğv edil məlidir. Çünki həmin hissə qanuni qüvvəsini almışdır.

48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-518/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi cavabdehin evin 1-ci mərtəbəsindən çıxarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin qüvvəsində saxlanması hissəsində ləğv edilsin (evin 1-ci mərtəbəsindən çıxarma hissəsində. Çünki həmin hissədə qətnamə qanuni qüvvəsini almışdır). Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın (evin 2-ci mərtəbəsindən çxarma hissəsində). Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar