Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1480/2024 27.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər - Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6667/2023 nömrəli iş üzrə 22 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qa ydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə İddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sürücü vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bağlanmış, işçinin aylıq əmək haqqı 280 manat təşkil etmişdir.
2. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən verilmiş 3-24-1/3-3-K-12/2023 nömrəli, xx.xx.2023- cü il tarixli əmrinə əsasən, X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin ştatdan kənar sürücüsü İddiaçı iş yoldaşına qarşı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “e” bəndinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2022-ci il 19 aprel tarixli 113-f nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatında, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda çalışan işçilərin daxili intizam Qaydaları”nın 3.50-ci bəndinin tələblərini pozaraq, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqı nda Əsasnamə”nin 5.6.5-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin ştatdan kənar sürücüsü İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, maliyyə və təminat sektoru (İ.İbrahimov) İddiaçı son haqqhesabının ödənilməsini və müvafiq təhvil-təslim işlərinin aparılmasını təmin etməsi əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3-24-1/3-3-K12/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrin ləğv edil məsi və onun işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki,o, xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində sürücü vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə bütün kollektivlə mehriban, sözsöhbətsiz, səmimi davranışına görə hər kəsin yanında hörməti olmuşdur. Heç kimlə mübahisə olmamışdır. Hər zaman bayramlarda və yaxud adi günlərdə belə whatsapp proqramı vasitəsilə iş yoldaşları ilə bir-birlərinə videoroliklər, şeirlər göndərərlər. Son günlər sosial şəbəkələrdə poetessa Aytac xanımın “Olar səni qucaqlayım?” şeiri paylaşıldı. Bu şeirə qulaq asanda o, çox kövrəlmiş, çünki əzizlərini itirmiş insanlara aid şeir idi. O, da insan olaraq atasını, anası nı və bacısını itirmişdir. Təbiidir ki, həyatda hər biri əzizlərindən itirdikləri olmuşdur. Həmin şeiri telefonuna yükləyib həyat yoldaşına, bacısına, qohumlara, tanışlara özünə yaxın bildiyi ərk etdiyi iş yoldaşlarına göndərmişdir. Göndərdiyi hər kəsdən müsbət cavab almışdır. Lakin onların arasında şöbənin aparıcı məsləhətçisi X2 adlı iş yoldaşı göndərdiyi şeirə qeyri-adekvat başa düşərək bunu etik normalardan kənar bir şeir kimi qəbul etmiş və o, ona bu şeirin nə mənada olduğunu, o şeiri niyə belə mənada başa düşdüyünün izahını bilmək istəmişdir. Lakin Nərmin xanım ona cavab verməmiş və onunla danışmaq istəməmişdir. Səhər gəlib işdə rəhbərliyə ondan şikayət etmişdir. Rəhbərlik bununla bağlı həm ona, həm Nərmin xanıma izahat yazdırmış və onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə əsasən işdən (qeyri-iş vaxtında) azad etmişlər. Nərmin xanımın yazdığı izahatı oxuyanda ona çox məntiqsiz və saxta gəlmişdir. Nərmin xanım izahatında qeyd etmişdir ki, qeyri-etik ifadələrlə dolu olan tiktok videoçarxın şərəf və ləyaqətinə çox təhqir və kollektivdəki nizama xələl gətirən bir hal kimi qəbul edir. Şeiri göndərdikdən sonra Nərmin xanım ona “Sərxan müəllim yanlışlıqla videoçarxı mənə göndərmisiz” yazdıqda, ona cavabında “xeyr, düz göndərmişəm, şeir çox təsirlidir” cavabını vermişdir. Əgər onun Nərmin xanım düşündüyü kimi fikri olsaydı, ona o cavabı deyil, başqa cavab verərdi və özünü ona inandırmağa çalışmazdı ki, səhv düşünüb. O, Nərmin xanıma nə qədər açıqlama verməyə hərəkət etsə də, Nərmin xanım onunla danışmaq istəməmişdir. Nərmin Bayramova izahat ında qeyd etmişdir ki, guya o, onun şərəf və ləyaqətinə xələl gətirmişdir. Lakin o, yox, Nərmin xanım onun şərəf və ləyaqətinə xələl gətirərək onu kollektiv yanında nüfuzdan düşürmüşdür və ona görə işindən olmuşdur. Ona heç bir məlumat vermədən xx.xx.2023-cü il tarixdə saat 14:30-15:00 radələrində təqdim etdiyi izahata məhəl qoyulmadan Xidmətin hüquq sektoru tərəfindən saat 15:24-də təqdim edilmiş, komissiyanın sədri Xidmətin rəis müavini Ağacavid Ramazanovun imzası ilə iş vaxtı bitdikdən sonra, yəni saat 18:11-də rəisə təqdim edilmiş və elə həmin gün təcili şəkildə əmr hazırlanmışdır (qeyri iş vaxtında). İzahatı nəzərə alınmadan, təcili şəkildə qeyri-iş vaxtında fəaliyyətinə xələl gətirən əmrin verilməsini qərəzli və qanunsuz hesab edir və bu barədə nazirliyə rəsmi məlumat vermiş, lakin o radan ona heç bir cavab verilməmişdir. Bundan sonra o, mübahisənin həlli üçün qarşı tərəfə mediasiya təklifi göndərmiş,lakin qarşı tərəf mediasiya sessiyasına gəlməmişdir. Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatının mediatoru xx.xx.2023-cü il tarixdə ona ilkin mediasya sessiyasında (İMS) iştirak edilməməsi barədə məhkəməyə müraciət etmək üçün arayış vermişdir.
5. İş materiallarında olan, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mədəni irsin inkişafı və bərpası şöbəsinin aparıcı məsləhətçi vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli izahatın surətinə əsasən, Dövlət Xidmətinin sürücüsü İddiaçı tərəfindən mobil telefonuna göndərilmiş qeyri-etik ifadələrlə dolu olan tik-tok videoçarxını şərəf və ləyaqətinə qarşı təhqir və kollektivdəki nüfuzuna xələl gətirən bir hal kimi qəbul edir. Əvvəlcə ona səhvən göndərildiyini düşünərək, “yanlışlıqla ona atmısız, Sərxan müəllim” deyərək geriyə cavab yazmışdır. İddiaçı isə cavab olaraq bildirmişdir ki, “yox, Nərmin, prosto çox təsirlidir”. Əlavə olaraq bildirir ki, bu hadisə ilk dəfədir baş verir və bu barədə rəhbərliyə şifahi olaraq məlumat vermişdir. Onunla həmişə əmək münasibətlərində olmuşdur.
6. İş materiallarında olan, Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-00584 saylı arayışın surətinə əsasən, İddiaçı tərəfindən təsvir edildiyi kimi işə bərpa tələbi mübahisəsi üzrə xx.xx.2023-cü il tarixdə saat 13.00-da keçirilməsi nəzərd ə tutulan ilkin mediasiya sessiyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi iştirak etməmişdir. Mediasiyanın tətbiqi barədə təklifin tarixi - xx.xx.2023-cü ildir.
7. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi Əliyeva Pərvanə Məmməd qızı iddia tələbini qəbul etməyərək və iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək öz izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixində X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin inkişafı və bərpası şöbəsinin aparıcı məsləhətçi vəzifəsini müvəqqəti icra edən X2 şikayət ərizəsi ilə müraciət edərək Dövlət Xidmətinin sürücüsü İddiaçı xx.xx.2023-cü il tarixində onun mobil telefonuna etik hesab etmədiyi videoçarx göndərdiyini bildirmiş, bunu qeyri-et ik qəbul etdiyini və müvafiq tədbir görülməsini xahiş etmişdir. “X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sürücüsü İddiaçı barəsində xidməti araşdırma aparılması haqqında” Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-24-1/33-k-11/2023 nömrəli Əmrinə əsasən xidməti araşdırma aparılaraq, X1 və İddiaçı izahatları alınmışdır. İddiaçı N.Bayramovaya (tik-tok tətbiqinin “eshq_qirintisi” adlı səhifəsindən yüklənmiş) göndərdiyi “Olar səni qucaqlayım” adlı videoçarx izlənilmiş, İddiaçı hərəkəti etik normalara, müəssisədaxili intizam qaydalarına zidd, kollektivdə işgüzar mühitə pis təsir edən hərəkət kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2022-ci il 19 aprel tarixli 113-f nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatı nda, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda çalışan işçilərin daxili intizam Qaydaları”nın 3.50-ci bəndinə əsasən işçi iş yerində və iş vaxtı yoldaşları, rəhbərləri və tabeliyindəki şəxslərlə ünsiyyət zamanı nəzakətli olmalı, heç kəsin şərəf və ləyaqətini alçaldacaq hərəkətlərə və kobud davranışa yol verməməlidir. İşçilərin bir-biri ilə münasibətləri qarşılıqlı hörmət və nəzakət prinsipləri əsasında qurulmalı, vulqar ifadələrin işlədilməsindən çəkinməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “e” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaqdır. Bu öhdəlik İddiaçı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X3, İnki şafı və Bərpası üzrə Dövlət Xidməti arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 3.3-cü bəndində işçinin üzərinə qoyulmuşdur. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən onun əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər. Qeyd olunanlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin ştatdan kənar sürücüsü İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 324-1/3-3-k-12/2023 nömrəli əmri ilə xitam verilmişdir. Göründüyü kimi əmrin verildiyi tarix iddiaçının ərizəsində qeyd etdiyi kimi qeyri-iş gününə deyil, həftənin iş günü olan çərşənbə gününə təsadüf edir. Cavabdehin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, iddiaçı fərdi əmək mübahisələrinin həlli ilə bağlı məhkəməyə müraciətin iddia müddətini pozmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqdim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət üzrlü səbəb olmadan xeyli ötürülmüşdür. Belə ki, İddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr xx.xx.2023-cü il tarixdə verilmiş, İddiaçı xx.xx.2023-cü il tarixdə Me diasiya Şurasına, xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbi əsassız olduğu üçün onun rədd edilməsini məhkəmədən xahiş etmişdir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 23 iyun 2023cü il tarixli, 2(009)-1213/2023 saylı qətnaməsi ilə (hakim-Şahin Abdullayev) iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə işin faktiki hallarını araşdıraraq qeyd etmişdir ki, işçinin yol verdiyi intizam xətasına görə ona tətbiq edilmiş intizam tənbehi həmin xətanın xarakterinə adekvat deyildir. Yəni işəgötürən tərəfindən işçiyə işdən azad olunma barədə intizam tənbehi verilərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, kollektivdəki nüfuzu və peşəkarlıq səviyyəsi nəzərə alınmamışdır.
10. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, intizam tənb ehi kimi iddiaçının işdən azad olunması barədə xx.xx.2023-cü il tarixdə işəgötürən tərəfindən qəbul edilmiş əmr əsassız olmuşdur.
11. Məhkəmə iddia müddətinin tətbiqi ilə əlaqədar cavabdehin nümayəndəsi tərəfindən verilmiş yazılı vəsatətə münasibət bildirərək qeyd etmişdir ki, mübahisəli əmr qəbul edildikdən sonra iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür.
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi hazırki tələblə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddətin ötürülməməsini bildirərək, bunu təsdiq edən sübut kimi ilkin olaraq iddia ərizəsini "xxxx" MMC (AZ 1041) vasitəsilə xx.xx.2023-cü il tarixdə Nizami Rayon Məhkəməsinə göndərilməsini təsdiq edən məktubu, məhkəmənin xx.xx.2023-cü il tarixli iddianın ərazi aidiyyəti üzrə verilməmə səbəbi ilə geri qaytarılmasına dair qərardadı məhkəməyə təqdim etmişdir.
13. İddia müddətinin ötürülməməsinə dair iddiaçı tərəfin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Mediasiya Təşkilatının arayışında ilkin mediasiya sessiyasının keçirildiyi tarix kimi xx.xx.2023-cü il tarixi qeyd edilmişdir. Arayış da məhz sessiyanın keçirilmə tarixindən sonra tərtib edilib tərəflərə təqdim edilməlidir. İddiaçı isə işə bərpa ilə bağlı iddia ərizəsini məhkəməyə xx.xx.2023-cü il tarixdə göndərilməsini qeyd etmişdir. Digər tərəfdən, iddiaçının məhkəməyə təqdim etdiyi poçt qəbzindəki tranzaksiya göndərişinin (No SS566327659AZ) “Poçt göndərişlərinin izləmə” sistemindəki bazasında mövcud olmaması müəyyən edilmişdir. Digər tərəfdən elektron sistem vasitəsilə Nizami Rayon Məhkəməsinə ünvanlanan iddia ərizəsinin yalnız xx.xx.2023-cü il tarixdə məhkəmə icraatına daxil olduğu və xx.xx.2023-cü il tarixdə həmin iddia ərizəsinin icraata qəbuldan imtina edilməsi barədə qərardad qəbul edilməsi müəyyən edilmişdir.
14. Məhkəmə Bakı şəhərinin bir Rayonundan digər Rayonuna xx.xx.2023-cü il tarixdə göndərilən məktubun 1 ay 15 gündən sonra göndəriş məntəqəsinə çatmasını da məntiqli hesab etməmişdir.
15. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə əmək münasibətlərinə xx.xx.2023-cü il tarixdə xitam verildikdən sonra o, Mediasiya təşkilatına 27 gündən sonra, yəni xx.xx.2023-cü il tarixdə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmişdir və ilkin medasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/9/2023-00584 saylı arayışı əldə etmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilkin mediasiya sessiyasına müraciət edib və onun nəticəsindən sonra 3 gün ərzində (xx.xx.2023-cü il tarixdən 3 gün keçdikdən sonra ilk iş günü olan xx.xx.2023-cü il tarixdə) müddətin ötürməməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğu halda, ərazi aidiyyətini düzgün seçməməklə xx.xx.2023-cü il tarixli Nizami Rayon Məhkəməsinə, həmin məhkəmənin iddia ərizəsinin geri qaytarılması barədə xx.xx.2023-cü il tarixli qərardadını əldə etdikdən sonra elektron sistem vasitəsi ilə Səbail Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.
17. İddiaçının Mediasiya Təşkilatına işdən azad olunduğu tarixdən 27 gündən sonra müraciət etməsi, Mediasiya Təşkilatının müvafiq arayışını əldə etməsindən sonra isə 1 aylıq müddətin bitməsi üçün qalmış 3 gündən artıq müddətdə müvafiq iddia ilə məhkəməyə müraciət etməsi, bununla da hazırki tələblə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş müddətin ötürülməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçının müddətin ötürməməsi barədə gətirdiyi dəlillər əsassızdır.
18. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçı pozulmuş əmək hüquqlarının bərpası ilə əlaqədar məhkəmədə iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürdüyündən, onun xx.xx.2023-cü il tarixli işdən azad olunma barədə əmrin ləğv edilməsi ilə bağlı iddia tələbi əsassızdır və təmin edilməməlidir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbayc an Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 5 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarına; Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarına; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2022-ci il 19 aprel tarixli 113-f nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatında, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda çalışan işçilərin daxili intizam Qaydaları”nın 3.50-ci bəndinə; Azərbaycan Respublikası Milli Məclisinin 575İİQ No-li xx.xx.2004 -cü il tarixli qanunu ilə təsdiq edilmiş “Dəyişdirilmiş Avropa Sosial Xartiyasının” 24-cü maddəsinə; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə, 10, 70-ci maddəsinin «ç» bəndinə, 71-ci maddəsinin 2-ci və 3cü bəndlərinə, 76-cı maddəsinin 1-ci bəndinə, 186, 296-cı maddəsinin 2 və 6-cı bəndlərinə; “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin 2-ci bəndinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarına; E.Həkimovun şikayəti üzrə AR Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya i nstansiyası məhkəməsində icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə qarşı işə bərpa tələbi ilə bağlı özü şəxsən mediasiya təşkilatına müraciət etmiş, lakin mediasiya üçün ödənilməli olan rüsumu ödəyə bilmədiyinə görə mediasiya sessiyasında iştirakı təsdiq edən arayışı əldə edə bilməmişdir. Bundan sonra iddiaçının özü tərəfindən iddia müddətinin ötürülməməsi məqsədilə mediasiya sessiyasında iştirakı təsdiq edən arayış olmadan iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmiş, məlum səbəbdən iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. Birinci instansi ya mhkəməsinin qəbul etdiyi qətnamədə istinad etdiyi “Poçt göndərişlərinin izləmə” sistemindəki bazada mövcud olmayan iddiaçının məhkəməyə təqdim etdiyi poçt qəbzindəki tranzaksiya göndərişi ilə də təsdiq olunur ki, iddia müddətinin axımının bitdiyi vaxt iddia ərizəsinin birinci dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərildiyi tarixdir. Bundan sonra İddiaçı artıq mediasiya sessiyasında iştirakı təsdiq edən arayışı əldə etdikdən sonra nümayəndə və vəkilə müraciət etmiş, onlar tərəfindən iddia müddəti ötürülmədən iddia ərizəsi elə iddiaçının müraciət etdiyi gün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin elektron portalına yerləşdirilmişdir. Lakin 3 gün ərzində birinci instansiya məhkəməsi iddia ərizəsini və əlavə edilmiş sənədləri ərazi aidiyyəti qaydalarına riayət edilmədən verildiyinə gör ə geri qaytarmışdır. Bundan sonra iddia ərizəsi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iddia müddətinin axımının kəsildiyi tarix xx.xx.2023-cü il hesab olunmalıdır ki, bu da İddiaçı tərəfindən iddia ərizəsinin ilkin olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərildiyi tarixdir. Beləliklə, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən iddia müddətinin üzrsüz səbəbdən ötürməsi barədə gəldiyi bu qənaət əsassızdır. İddiaçının məhkəməyə təqdim etdiyi poçt qəbzindəki tranzaksiya göndərişinin “Poçt göndərişlərinin izləmə” sistemindəki bazasında mövcud olmaması faktı iddia müddətinin üzrsüz səbəbdən buraxılmasına dair qənaətə gəlinməsinə əsas vermir.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6667/2023 nömrəli iş üzrə 22 dekabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(009)-1213/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər- X.Ə. Sarıyev (sədrlik edən və məruzəçi), F.V.Abdıyev və M.A.Məmmədov)
23. Məhkəmə kollegiya qeyd etmişdir ki, iddiaçı ilkin mediasiya sessiyasına müraciət edib və onun nəticəsindən sonra 3 gün ərzində (xx.xx.2023-cü il tarixdən 3 gün keçdikdən sonra ilk iş günü olan xx.xx.2023-cü il tarixdə) müddətin ötürməməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğu halda, ərazi aidiyyətini düzgün seçməməklə xx.xx.2023-cü il tarixli Nizami Rayon Məhkəməsinə, həmin məhkəmənin iddia ərizəsinin geri qaytarma barədə xx.xx.2023-cü il tarixli qərardadını əldə etdikdən sonra elekt ron sistemi vasitəsi ilə Səbail Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının Mediasiya Təşkilatına işdən azad olunduğu tarixdən 27 gündən sonra müraciət etməsi, Mediasiya Təşkilatının müvafiq arayışın əldə etməsindən (xx.xx.2023-cü il) sonra isə 1 aylıq müddətin bitməsi üçün qalmış 3 gündən artıq müddətdə müvafiq iddia ilə məhkəməyə müraciət etməsi, bununla da hazırki tələblə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş müddətin ötürülməsi barədə məhkəmənin mövqeyi qanuni və əsaslı olmuşdur. Həmçinin iddia müddətinin axımının kəsildiyi tarixin xx.xx.2023-cü il hesab olunması ilə bağlı iddiaçının dəlili əsassızdır.
25. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəllənin 10, 68, 69, 70-ci maddəsinin “ç” bəndi, 71-ci madd əsinin 2-ci və 3-cü bəndləri, 73, 74 və 75, 76-cı maddəsinin 1-ci bəndi, 186, 296-cı maddəsinin 2-ci bəndi, 296-cı maddəsinin 6-cı bəndi, 297-ci və Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı tərəfindən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6667/2023 nömrəli iş üzrə 22 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv olunması və ziddiyyətli məqamlara aydınlıq gətirilməsi üçün işin yeni baxışa qaytarılmasını xahiş etmişdir
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər birinci instansiya və apellyasiya instansiya məhkəməsində işin icraatı aparıldığı vaxtlarda vaxtında sorğu ilə "xxxx" MMC-yə müraciət olunsaydı, sözügedən 6 ay müddət ötürülmədən məktubun çatdırılıb- çatdırılmaması barədə məlumat alına bilərdi. Lakin birinci və apellyasiya instansiya məhkəmələri iddia müddətinin ötürülməməsi üçün əhəmiyyət daşıyan prosessual hərəkəti yerinə yetirməmişlər.
28. Bundan əlavə, birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə belə hesab etmişdir ki, işçinin yol verdiyi intizam xətasına görə ona tətbiq edilmiş intizam tənbehi həmin xətanın xaraketrinə adekvat deyildir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, intizam tənbehi kimi iddiaçının işdən azad edilməsi barədə xx.xx.2023- cü il tarixdə işəgötürən tərəfindən qəbul edilmiş əmr əsassız olmuşdur. Məhkəmə iddia müddətinə münasibətdə isə qeyd etmişdir ki, mübahisəli hesab edilən əmr qəbul edildikdən sonra iddiaçı pozulmu ş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Beləliklə, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsini əsas gətirərək iddia tələbini təmin etməmiş, iddiaçı tərəfindən isə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə mübahisələndirilmişdir. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində mübahisə edilən hissə üzrə deyil, mübahisənin ümumi predmeti üzrə yoxlayaraq nəticəyə gəlmişdir. Bununla da, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına səbəb olmuşdur
29. Kassator öz mövqeyini Mülki Məcəllənin 377.1-ci, Əmək Məcəllənin 296-cı maddəsinə və “Azərbaycan Respubl ikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X3, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi Əliyeva Pərvanə Məmməd qızı kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6667/2023 nömrəli iş üzrə 22 dekabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
32. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
33. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
34. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
35. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
36. Maddə 68. 2. a) bənd inə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
37. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.
38. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollek tivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
39. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ve rir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi k assasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmiş lər ki, iddiaçı hazırkı tələbi irəli sürmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə olan halda iddianın təmin edilməməsi əsaslı olmuşdur.
48. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
50. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
52. Ona görə də kassasiya şikayəti təmi n olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6667/2023 nömrəli iş üzrə 22 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.