Məhkəmə qərarları › İş №2(102)-1481/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1481/2020

04.03.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1481/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(105)-3626/2019 saylı qətnaməsindən cavabdehlərin etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Xaçmaz rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov, iş № 2(067)-1353/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı azyaşlı uşaqları ilə birlikdə cavabdehlərin faktiki sahibliyində olan Xaçmaz rayonu, N kəndində yerləşən 0,14 ha torpaq sahəsində tikilmiş 120,56 kv.m sahəsi olan yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Ə.Abbasov, T.Q.Məmmədov və Z.İ.Məmmədov) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Tərəflər xx xxxxxx 2011-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuş, həmin nikahdan 2014 və 2016-cı illər də iki uşaqları olmuşdur. Nikahdan sonra iddiaçı cavabdehlərin faktiki sahibliyində olan yaşayış evinə köçürülmüş və həmin evdə birlikdə yaşamışlar. Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. 2019-cu ilin mart ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əri ilə ailə münasibətləri pozulduqdan sonra uşaqları ilə birlikdə valideynlərinə məxsus evdə yaşamaq məcburiyyəti qarşısında qalmasını, həmin 3 otaqlı mənzildə isə 12 nəfər yaşamaqla onlarla birlikdə yaşamağın mümkün olmamasını və s. əsas göstərməklə cavabdehlər Nların sahibliyində olan Xaçmaz rayonunun N kəndində 0,14 ha torpaq sahəsində yerləşən sahəsi 120,56 kv.metr olan evə istifadə hüququnun tanınmaqla uşaqları ilə birlikdə ora köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdehlərin etibarnamə üzrə nümayəndəsi kassasiya şikayəti verərək mübahisəli evin yerləşdiyi torpaq sahəsinin onların mülkiyyətində olmasını, məhkəmənin həmin evə özbaşına tikili kimi yanaşıb iddianı təmin etməsinin qanunsuz olmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehlər və onların vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı və vəkili isə kassasiya şikayəti ilə razılaşmayar aq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin müəyyən olunmuş hallarından görünür ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli qərarı ilə X2 və qeyrilərinin (cəmi 5 nəfər) mülkiyyətinə verilsə də, orada inşa edilmiş fərdi yaşayış evi mülkiyyət hüququnun subyekti kimi heç kimin adı na qeydiyyata alınmamışdır. Bununla əlaqədar məhkəmə qanunun analogiyasından istifadə etməklə mübahisəni xx xxxxxxx 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinin müddəalarına uyğun həll edilməsi barədə nəticəyə gəlmişdir. Özbaşına tikilidən istifadə hüququ ilə bağlı münasibətlər qanunla birbaşa tənzimlənmədiyindən, kollegiya hesab edir ki, məhkəmə qanunun analaogiyasına müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericil ik normaları tətbiq edilir (qanunun analogiyası). Məhkəmənin mübahisəni həll edərkən qanuni əsas kimi istinad etdiyi qüvvədə olan Mənzil Məcəlləsinin 68-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. (68.1) Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzv ləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. (68.2) İddiaçı mübahisəli evdən sahiblik hüququ əsasında istifadə edən şəxslər tərəfindən evə köçürülməklə onların ailə üzvü kimi həmin evdə yaşadığından, ev isə ondan xeyli sonra dövlət qeydiyyatına alındığından, məhkəmə iddianın qismən əsaslı olması barədə nəticəyə gəlmişdir. Kollegiya göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmaqla qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar