Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1482/2019 01.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 01 mart 2019-cu il İş № 2(102)-1482/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı və vəkil 1 iştirakı ilə, İddiaçı və vəkili 1 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9687/2018 nömrəli iş üzrə 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Ə.Səmədov) 2(006)-19 37/2018 nömrəli iş üzrə 07 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi) X.Ə.Sarıyev və M.A.Məmmədov) 2(103)-9687/2018 nömrəli iş üzrə 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1937/2018 saylı iş üzrə 07 iyun 2018-ci il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun cavabdehin ümumi əmlakında olan payına yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “borc və vurulmuş zərərin ö dənilməsi” barədə tələb ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2015-ci il tarixli qətnaməsi ilə ilkin İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun və vurulmuş zərərin ödənilməsinə” dair iddia tələbləri rədd edilmiş və eləcə də Cavabdeh2 iddiaçıya qarşı “şifahi borc müqaviləsi üzrə öhdəliyin icra edilməsi əsası ilə həmin borc müqaviləsinə xitam verilməsi və 19.01.2013cü il tarixli borc müqaviləsinin etibarsız hesab olunmasına” dair qarşılıqlı iddia tələbləri təmin edilmişdir. İddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilərək, Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2015-ci il tarixli qətnaməsinin ləğv edilməsinə, iddia tələblərinin tam həcmdə təmin edilməsinə, qarşılıqlı iddia tələblərinin isə rədd edilməsinə dair yeni qətnamə çıxarılması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2015-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 iyul 2015-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2016-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş baxılması üçün yenidən həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellysiya Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli, 2(103)- 6564/2016 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-519/2015 sayl ı, 13 iyul 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə iddia tələbi qismən təmin edilərək ilkin iddia üzrə Cavabdeh2 177.000 manat pulun tutularaq İddiaçı verilməsi qət edilmiş, ilkin iddia tələbləri qalan hissələrdə təmin olunmamış, qarşılıqlı iddia isə təmin edilməmişdir. İddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin 15 mart 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-6564/2016 saylı iş üzrə 18 oktyabr 2016-il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia tələbləri Cavabdeh1 münasibətdə rədd edilsə də, məhkəmə qətnaməsinə əsasən digər Cavabdeh2 tutulmalı olan məbləğ, iddiaçı tərəfindən ona borc olaraq 19 yanvar 2013-cü i l tarixində bağlanmış kredit müqaviləsi əsasında, yəni Cavabdeh2lə Cavabdeh1 birgə nikahda, bir ailə olduqları dövrdə verilmişdir. Belə olan halda aydın olur ki, iddia tələbləri Cavabdeh1 münasibətdə rədd olunsa belə, iddia tələbləri təmin edildiyi hissədə, yəni digər Cavabdeh2 tutulmalı olan borc məbləği onların birgə nikahları dövründə əldə edildiyindən, həmin borc öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilməlidir. Odur ki, Cavabdeh2 və Cavabdeh1 arasında olan nikah 19.09.2013-cü il tarixdə pozulmasına baxmayaraq, bu hal iddiaçıya qeyd etdiyi mülki mübahisəyə - Nəsimi Rayon Məhkəməsində 2015-ci ildə baxılarkən, məhkəmə araşdırması zamanı məlum olmuşdur. Məhkəmə qətnaməsi ilə də müəyyən olunmuşdur ki, Cavabdeh2 birgə nikah dövründə Cavabdeh1 adına Bakı şəhəri ünvan 1-də mənzil Dövlət Reyestrində mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Eyni zamanda həmin əmlak cavabdehlər arasında bölünməmişdir. Eləcə də, Cavabdeh2 digər Cavabdeh1 ilə aralarında bağlanmış nikahın pozulması barədə iddiaçıya məlumat verməmişlər. Göstərilənlərə əsasən Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətdə mülkiyyət hüququ ilə qeydiyyatdan keçmiş Bakı şəhəri, ünvan 1 mənzil üzərində digər Cavabdeh2 ½ payda mülkiyyət hüququnun tanınmasına, Cavabdeh2 iddiaçıya olan 177.000 manat borcun, Cavabdeh2 payına yönəldilərək, həmin payın açıq hərracdan satılmaqla əldə edilən pul məbləğinin hesabına borcun qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqd im edərək, Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində mülkiyyət hüququ ilə qeydiyyatdan keçmiş və Cavabdeh2 ilə birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, ünvan 1 mənzil üzərində Cavabdeh2 payının müəyyən edilməsinə, Cavabdeh2 iddiaçıya olan 177.000 manat borcun, Cavabdeh2 payına yönəldilərək, həmin payın açıq hərracdan satılmaqla əldə edilən pul məbləğinin hesabına borcun qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)9687/2018 nömrəli iş üzrə 03 oktyabr 2018-ci il tarixli qətnaməsini ləğv edilməsinə və iddia tələblərinin ta m həcmdə təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına İddiaçı və vəkili Vəkil kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştiarak edən İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə zidd olaraq Cavabdeh1 vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh2 iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK- nın 2(103)-9687/2018 nömrəli iş üzrə 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə ba xan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.09.2013-cü il tarixli, 2(006)-3852/2013 saylı qətnaməsi ilə iddia tələbi təmin e dilmiş, Cavabdeh2 ilə Cavabdeh1 arasında Qazax rayon Qaymaqlı kənd İcra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında № 01 sayla qeydə alınmış 01 yanvar 1982-ci il tarixli nikahın pozulması, 10 noyabr 1996-cı il təvəllüdlü X1 anası - Cavabdeh1 yanında qalmasının müəyyən edilməsi, Cavabdeh2 15 avqust 2013-cü il tarixdən başlayaraq 10 noyabr 1996-cı il təvəllüdlü X1 yetkinlik yaşma çatana qədər saxlanılması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 19 sentyabr 2013-cü il tarixli barışıq sazişinin şərtlərindən görünür ki, birgə nikah dövründə Cavabdeh1 adına əldə edilmiş Bakı şəhəri Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 27, mənzil 72 üzərində tam pay olaraq Cavab deh1 payı müəyyən edilir. Həmin mənzil üzərində Cavabdeh2 pay hüququndan və tələbindən imtina edir və buna dair gələcəkdə hər hansı iddia tələbi irəli sürməyəcəyinə öhdəlik götürür. Birgə nikah dövründə Cavabdeh2 adına əldə edilmiş Bakı şəhəri Nizami rayonu, Məhsəti küçəsi, 8a saylı ev, mənzil 13 üzərində tam pay olaraq Cavabdeh2 payı müəyyən edilir. Həmin mənzil üzərində Cavabdeh1 pay hüququndan və tələbindən imtina edir və buna dair gələcəkdə hər hansı iddia tələbi irəli sürməyəcəyinə öhdəlik götürür. Bu Sazişdə göstərilən əmlaklarla bağlı tələbə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsindəki müddəa tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-1769/2017 saylı, 15.03.2017-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkə məsinin 2(006)-519/2015 nömrəli iş üzrə 13 iyul 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc və vurulmuş zərərin ödənilməsi” barədə ilk iddia ərizəsinin rədd edilməsi, Cavabdeh2 İddiaçı qarşı "şifahi borc müqaviləsi üzrə öhdəliyin icra edilməsi əsası ilə həmin borc müqaviləsinə xitam verilməsi” barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, İddiaçılə Cavabdeh2 arasında 2008-cı ilin fevral ayında yaranmış şifahi borc müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi və onlar arasında 232.000 manat borcun verilməsinə dair 19 yanvar 2013-cü il tarixli yazılı kredit müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-7011/2015 nömrəli iş üzrə 24 noyabr 2015-ci il tarixli qətnaməsi ilə ilkin İddiaçı apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-2022/2016 nömrəli iş üzrə 03 iyun 2016-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)- 7011/2015 nömrəli iş üzrə 24 noyabr 2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-6564/2016 nömrəli, iş üzrə 18 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-519/2015 saylı, 13 iyul 2015-ci tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul olunması, ilkin iddianın qismən təmin olunması, ilkin iddia üzrə Cavabdeh2 177.000 manat tutularaq İddiaçı verilməsi, ilkin iddianın qalan hissədə təmin olunmaması, ilkin iddia üzrə dövlət rüsumu olaraq ödənilmiş 30 manat Cavabdeh2 tutularaq İddiaçı verilməsi, qarşılıqlı iddianın təmin olunmaması, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun qarşılıqlı iddiaçıya aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 15 mart 2017-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-6564/2016 nömrəli iş üzrə 18 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 19.09.2013-cü il tarixli məhkəmə qətnaməsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 məhkəmə qaydasında (İddiaçı ilə Ca vabdeh2 arasında borc münasibətlərinə dair mübahisədən əvvəl) boşanmışlar. Həmin zaman onlar arasında əmlak bölgüsünə dair məhkəmə mübahisəsi olmamış, Ailə Məcəlləsinə əsasən ər-arvad öz əmlaklarını könüllü olaraq bölmüş, mənzillərdən Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi 8A saylı mənzil Cavabdeh2, hazırki Bakı şəhəri, Nəsimi rayonu, Rəfili küçəsi, ev 27, mənzil 72 isə Cavabdeh1 qalmışdır. 19.09.2013-cü il tarixli barışıq sazişindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 belə razılığa gəlmişlər ki, hər kəsin adına dövlət qeydiyyatından keçmiş əmlak, hər birinin əmlakı hesab olunacaq və həmin əmlaklara dair bir-birilərinə qarşı iddia qaldırmayacaqlarını öhdəlik götürmüşlər. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələ binin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya məhkəməsinin qənaətinə görə, iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fizik i və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mö vcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəsini etdiyi əmlaklar üzrə qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçını sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünkü, subyektiv hüququnun olduğu müəyyən edilməmişdir, belə halda Cavabdeh1 məxsus mənzilə digər Cavabdeh2 payının müəyyən edilməsi tələbinin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdaf iəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, eyni tərəflər arasında borcun ödənilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş, son nəticədə tələb Cavabdeh1 münasibətdə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsi baxımından, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası İddiaçı kassasiya şikayətinin borclu Cavabdeh2 tutulmalı olan borc məbləği onların birgə nikahları dövründə ədlə edildiyindən həmin borc öhdəlikləri üzrə ödəmə onların ümumi əmlak ına və ya həmin əmlakdan paya yönəldilməsi dəlili ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.09.2013-cü il tarixli qətnaməsi ilə cavabdehlər arasında nikah pozulmuş, nikah pozularkən əmlakın bölünməsinə dair saziş bağlanmış, mubahisələndirilən mənzil cavabdeh S.Nəsirovanın əmək payı hesab olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı mubahisələndirən əmlakdan payın müəyyən edilməsi tələbi rədd edilmişdir. Ailə qanunvericiliyinə görə nikah məhkəmə qaydasında pozulduğda, bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə nikah xitam verilmiş sayılır. Cavabdehlər arasında nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.09.2013-cü il tarixli qətnaməsi ilə po zulmuşdur. Qətnamə hal-hazırda qüvvədədir. Məhkəmə kollegiyası göstərilən əsaslara görə iddiaçının cavabdehlərin nikahı formal pozulması dəlilini əsassız sayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə nikah müqaviləsinin bağlanması, dəyişdirilməsi və pozulması barədə ər (arvad) öz kreditoruna məlumat verməlidilər. Bu vəzifəni yerinə yetirilmədikdə ər (arvad) nikah müqaviləsinin məzmunundan aslı olmayaraq, öz öhdəliklərinə görə məsuliyyət daşıyırlar. Birincisi, işdən görünür ki, cavabdehlər arasında nikah müqaviləsi bağlanmıdşır. Nikah pozulan 19.09.2013-cü il tarixə isə ümumiyyətlə Cavabdeh2 iddiası İddiaçı borclu olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin “nikahın pozulması” zamanı əmlak bölünməsinə dair sazişin notariat qaydasında təsdiq edilmədyindən heç bir hüquqi qüvvəsi olmaması dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.2-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Göründüyü kimi, sazişin notarial təsdiqi imperativ tələb deyildir. Ər-arvadın arzusu ilə bağlıdır. Göstərilən əsaslara görə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır, apellyasiya məhkəməsinin qətnaməsini ləğv üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tət biq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərin ə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9687/2018 nömrəli iş üzrə 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9687/2018 nömrəli iş üzrə 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev
Məhkəmə qərarları › İş №2(102)-1482/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1482/2019
01.03.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver