Məhkəmə qərarları › İş №2(102)-1482/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1482/2024

30.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1482/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Məhdud Məsuliiyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)2098/2023 nömrəli, 04 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 30 aprel 2024 -cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixli müddətsiz əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən xx.xx.2016-cı il tarixdən "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsində işləməyə başlamış, xx.xx.2016-cı il tarixdə aralarında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməklə həmin tarixdən sürücü-ekspeditor vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə ona satış məqsədilə cəmi 62.896,55 manat (iş üzrə keçirilmiş ekspert rəylərinə əsasən) məbləğində mal verilmişdir.

2. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən, Cavabdeh tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesi ndə ona işəgötürən tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlaması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanılması və mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı (bundan sonra iddiaçı və ya MMC) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 12.027,42 manat borc pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC bir çox məişət üçün əhəmiyyətli olan malların satışı ilə məşğul olan cəmiyyətdir. Cəmiyyətdə çalışan bir çox ekspeditorların vəzifələri malların onlar üçün müəyyən edilmiş müxtəlif ərazilərdə yerləşən mağazalara paylamaq və satışdan əldə edilmiş məbləği cəmiyyətin kassasına ödəməkdən ibarət olmuşdur. Cavabdeh işlədiyi dövr ərzində ümumilikdə 92.762,76 manat məbləğində mal almış, 66.446,60 manat məbləğində satışdan əldə edilmiş gəlir cəmiyyətin kassasına təhvil vermiş, geri qalan 12.027.42 manat pul bu günə kimi ödənilməmiş qalmışdır. Bununla bağlı cavabdehə yazılı pretenziya göndərilmiş, lakin cavabdeh cəmiyyətə olan borcunu ödəməmişdir. Cavabdehin öhdəliklərini vaxtında icra etməməsi nəticəsində cəmiyyətə xeyli miqdarda zərər dəymişdir.

5. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə düzəliş edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdehin cəmiyyətdə işlədiyi dövr ərzində alınmış malların dəyərinin 92.762,76 manat qeyd edilməsinə baxmayaraq əldə edilmiş elektron qaimələrə əsasən həmin məbləğin 62.719,09 manat təşkil etdiyini, cavabdehin 50.971,67 manat pulu ödədiyini, qalıq qalan borcun isə 12.047,42 manat təşkil etdiyini bildirmiş və həmin məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini etiraf etməyərək izahatında MMC-də işlədiyini, lakin hazırda həmin MMC-də işləmədiyi və işlədiyi dövrdə MMC-dən götürdüyü bütün malların dəyərini qaytardığını, MMC-yə heç bir borcunun qalmadığını bildirmişdir.

7. Birinci instansiya məhkəməsinin 02 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-xəttşünaslıq ekspertizaları təyin olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 4/940-9/4715 saylı ekspert rəyində qeyd olunmuşdur ki, 29 sentyabr 2016-cı tarixli 006820 saylı, 006821 saylı, 006822 saylı, 006823 saylı, 006825 saylı, 006826 saylı, 006827 saylı; 25 noyabr 2016-cı il tarixli 002224 saylı, 002239 saylı; 28 noyabr 2016-cı il tarixli 002249 saylı, 002261 saylı; 30 noyabr 2016-ci tarixli 002288 saylı; 1 dekabr 2016-cı il tarixli 001875 saylı; 03 dekabr 2016-cı il tarixli 001898 saylı; 05 dekabr 2016-cı il tarixli 001899 saylı; 08 dekabr 2016-cı il tarixli 396314 saylı, 396315 saylı; 09 dekabr 2016-cı il tarixli 396337 saylı; 12 dekabr 2016-cı i l tarixli 396364 saylı, 396365 saylı; 13 dekabr 2016-cı il tarixli 396386 saylı, 396387 saylı; 14 dekabr 2016-cı il tarixli 396403 saylı, 396404 saylı; 16 dekabr 2016-cı il tarixli 396441 saylı, 396442 saylı, 396443 saylı, 396444 saylı; 17 dekabr 2016-cı il tarixli 396451 saylı, 396452 saylı, 396453 saylı; 21 dekabr 2016-cı il tarixli 396535 saylı; 23 dekabr 2016-cı il tarixində 396575 saylı, 396576 saylı; 24 dekabr 2016-cı il tarixli 396590 saylı, 396593 saylı; 27 dekabr 2016-cı il tarixində 396626 saylı, 396627 saylı; 28 dekabr 2016-cı il tarixli 396647 saylı, 396648 saylı; 04 yanvar 2017-ci il tarixli 396704 saylı; 05 yanvar 2017-ci il tarixli 396719 saylı, 396720 saylı; 06 yanvar 2017-ci il tarixində 396729 saylı; 07 yanvar 2017-ci il tarixində 396752 saylı, 396753 saylı, 396754 saylı; 11 yanvar 2017-ci il tarixi 396936 saylı; 12 yanvar 2017-ci il tarixli 396952 saylı; 13 yanvar 2017-ci il tarixli 396967 saylı; 14 yanvar 2017-ci il tarixli 397006 saylı; 17 yanvar 2017-ci il tarixli 397047 saylı; 21 yanvar 2017-ci il tarixli 397079 saylı; 31 yanvar 2017-ci il tarixli 397184 saylı; 14 fevral 2017-ci il tarixli 397347 saylı, 397348 saylı, 397349 saylı; 15 fevral 2017-ci il tarixli 397360 saylı; 17 fevral 2017-ci il tarixli 397381 saylı; 22 fevral 2017-ci il tarixli 397442 saylı; 27 fevral 2017-ci il tarixli 397499 saylı; 02 mart 2017-ci il tarixli 397545 saylı; 03 mart 2017-ci il tarixli 397564 saylı, 07 mart 2017-ci il tarixli 397619 saylı, 14 mart 2017-ci il tarixli 397694 saylı; 23 mart 2017-ci il tarixli 397771 saylı; 25 mart 2017-ci il tarixli 397793 saylı; 27 mart 20 17-ci il tarixli 397802 saylı; 31 mart 2017-ci il tarixli 397871 saylı, 397872 saylı; 08 aprel 2017-ci il tarixli 397926 saylı, 397927 saylı, 397928 saylı; 19 aprel 2017-ci il tarixli 397997 saylı; 24 aprel 2017-ci il tarixli 398022 saylı; 06 may 2017-ci il tarixli 398153 saylı qaimə-fakturaların kötüklərində “təhvil aldım” qrafalarında Cavabdeh adından olan imzalar Cavabdeh tərəfindən icra olunması və həmin qaimə-fakturalar əsasında Cavabdeh ümumilikdə 55.791,06 manat məbləğində malların verilməsi müəyyən edilmişdir.

8. Birinci instansiya məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-xəttşünaslıq ekspertizaları təyin olunmuş və müvafiq rəy alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 4/1593- 9/7968 saylı ekspert rəyində qeyd olunmuşdur ki, 16 sentyabr 2016-cı il tarixli qaimədə “Təhvil aldı:” qrafasındakı imza; 183-cü vərəqində olan 19 sentyabr 2016-cı il tarixli qaimədə “Təhvil aldı” qrafasındakı imza; 186-cı vərəqində olan 05 sentyabr 2017ci il tarixli satış fakturasında “Təhvil aldı” qrafasındakı imza; mülki işin 187-193-cü vərəqlərində olan 07 dekabr 2016-cı tarixli 396310 saylı, 07 dekabr 2016-cı tarixli 396311 saylı, 12 dekabr 2016-cı tarixli 396363 saylı, 20 dekabr 2016-cı tarixli FMG seriyalı 396512 saylı, xx.xx.2016-cı il tarixli FMG seriyalı 396514 saylı, xx.xx.2016-cı il tarixli FMG seriyalı 396517 saylı qimə-fakturların kötüklərində “Təhvil aldım” qrafalarındakı imzalar Cavabdeh tərəfindən icra olunması və həmin qaimə-fakturalar əsasında Cavabdeh ümumilikdə 7.105,4 9 manat məbləğində malların verilməsi müəyyən edilmişdir.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(003)-54/2022 nömrəli, 08 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sabit Bəhrəmzadə) iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 11.924,88 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehə satış məqsədilə cəmi 62.896,55 manat məbləğində malların təhvil verildiyi müəyyən olunduğundan və həmin malların 50.971,67 manat dəyərinin iddiaçıya geri qaytarıldığını (iddiaçının etirafını), təhvil verilmiş bütün malların dəyərinin iddiaçıya geri qaytarılması cavabdeh tərəfindən sübut olmadığını və işin araşdırılmış hallarından da müəyyən edilmədiyini, həmçinin onun iddiaçı qarşısında tam maddi məsuliyyət barədə öhdəlik götürməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 11.924,88 manat məbləğində pul (62.896,55 – 50.971,67) tutulmalıdır.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 443.1, 448.1, 1096.1, 1097.1-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu mədəsinin 1-ci bəndinin a) yarımbəndinə, 205-ci maddəsinin 2-ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

12. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə işin faktiki hallarını tam araşdırmadığından zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasını nəzərə ala bilməmişdir. Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmalı, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Məhkəmə isə işə hər tərəfli və tam baxmamışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Qeyd edilmişdir ki, məhkəmə təhvil verilmiş bütün malların dəyərinin iddiaçıya geri qaytarılmasının cavabdeh tərəfindən sübut olunmadığını və işin araşdırılmış hallar ından da müəyyən edilmədiyini bildirsə də həqiqətə nail olmaq üçün ona növbəti iclasda sübutların təqdim olunması üçün şərait yaratmamışdır.

14. Apellyasiya məhkəməsinin iclasında cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, məhkəməyə iddiaçı tərəfindən fakturalar təqdim edilmişdir. Lakin, onların bəzilərinin onunla əlaqəsi olmayıb. Bu da ekspertiza zamanı aydın olmuşdur. O, məhsulları götürüb müştərilərə çatdırmış, ayın sonunda da ödənişləri yığmışdır. Ödənişləri yığandan sonra kassirə yaxınlaşıb ödəniş qəbzini almışdır. Daha sonra demişlər ki, daxili kassaya ödənişə icazə verilmir, yalnız banka ödənişə icazə verilir. Ona VÖEN-də verilmişdir. O, qəbzləri birinci instansiya məhkəməsinə təqdim edə bilməyib, çünki maşını Gürcüstanda qalmışdır. Tır s ürücüsü olan qonşusundan xahiş etmişdir ki, maşından sənədləri götürsün və o, da qəbzləri məhkəməyə təqdim etsin. Həmin şəxs məhkəmədə iştirak edib dediklərini təsdiq də edə bilər. İlk dəfə maşının açarını ona verməyi unudub, ikinci dəfə sənədləri ona təqdim etmişdir. Daha sonra cavabdeh məhkəmə kollegiyasına ödəniş qəbzləri təqdim etmişdir.

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin 18 yanvar 2022-ci il tarixli məhkəmə iclasının protokolundan müəyyən etmişdir ki, cavabdeh ödəniş qəbzlərinin təqdim edilməsi üçün ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra 08 fevral 2022-ci il tarixli məhkəmə iclasında iştirak etməmişdir.

16. Apellyasiya instansiya məhkəməsinin 25 aprel 2023-cü il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə-mühasibatlıq və məhkəmə-xəttşünaslıq ekspertizaları təyin olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 iyul 2023-cü il tarixli, 411052 nömrəli rəydə qeyd edilmişdir ki, 1 ədəd kağız parçası üzərində “xx.xx.2017 R.Tərlan ödəniş olunub 3.000,00 üç min manat” olan yazılar və imza ilə 01 fevral 2017-ci il tarixli 081108 nömrəli, 15 noyabr 2016-cı il tarixli 009265 nömrəli, 08 noyabr 2016-cı il tarixli 009228 nömrəli, 19 yanvar 2017-ci il tarixli, 079813 nömrəli, 14 yanvar 2017-ci il tarixli 079792 nömrəli, 07 yanvar 2017-ci il tarixli 079766 nömrəli, 06 yanvar 2017-ci il tarixli 079762 nömrəli, 12 yanvar 2017-ci il tarixli 079784 nömrəli, 16 yanvar 2017-ci il tarixli 079795 nömrəli, 11 yanvar 2017-ci il tarixli 079779 nömrəli, 10 yanvar 2017-ci il tarixli 079773 nömrəli, 17 yanvar 2017-ci il tarixli 079801 nömrəli, 29 dekabr 2016-cı il tarixli 079736 nömrəli, 18 yanvar 2017-ci il tarixli 079808 nömrəli, 24 fevral 2017-ci il tarixli 081215 nömrəli, 28 fevral 2017-ci il tarixli 081229 nömrəli, 23 fevral 2017-ci il tarixli 081211 nömrəli, 24 yanvar 2017ci il tarixli 079833 nömrəli, 31 yanvar 2017-ci il tarixli 081103 nömrəli, 31 mart 2017-ci il tarixli 081378 nömrəli, 29 mart 2017-ci il tarixli 081356 nömrəli, 30 mart 2017-ci il tarixli 081363 nömrəli, 31 mart 2017-ci il tarixli 081370 nömrəli, 25 mart 2017-ci il tarixli 081345 nömrəli, 24 mart 2017-ci il tarixli 081336 nömrəli, 23 mart 2017-ci il tarixli 081329 nömrəli, 09 mart 2017-ci il tarixli 081270 nömrəli, 03 dekabr 2016-cı il tarixli 009358 nömrəli, 02 dekabr 2016-cı il ta rixli 009356 nömrəli, 05 dekabr 2016-cı il tarixli 009364 nömrəli, 06 dekabr 2016-cı il tarixli 009369 nömrəli, 01 dekabr 2016-cı il tarixli 009343 nömrəli, 08 dekabr 2016-cı il tarixli 009385 nömrəli, 07 dekabr 2016-cı il tarixli 009378 nömrəli, 08 dekabr 2016-cı il tarixli 009386 nömrəli, 05 dekabr 2016-cı il tarixli 079669 nömrəli, 12 dekabr 2016-cı il tarixli 009396 nömrəli, 13 dekabr 2016-cı il tarixli 079656 nömrəli, 12 dekabr 2016-cı il tarixli 009398 nömrəli, 21 dekabr 2016-cı il tarixli 079701 nömrəli, 05 yanvar 2017-ci il tarixli 079756 nömrəli, 04 yanvar 2017-ci il tarixli 079750 nömrəli, 19 yanvar 2017-ci il tarixli və digər kassa mədaxil orderlərinin aşağı hissələrində “Kassir” qrafalarında olan imzalar öz aralarında – EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 18 may 2017-ci il tarixli, 03 may 2017-ci il tarixli, 10 aprel 2017-ci il tarixli, 24 aprel 2017-ci il tarixli “Qəbz”lərin aşağı hissələrində “Ödəyənin imzası” qrafalarında olan imzalar öz aralarında – EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 1 ədəd kağız parçası üzərində xx.xx.2017 R.Tərlan ödəniş olunub 3.000,00 üç min manat” olan yazılar və imza ilə 01 fevral 2017-ci il tarixli 081108 nömrəli, 15 noyabr 2016-cı il tarixli 009265 nömrəli, 08 noyabr 2016-cı il tarixli 009228 nömrəli, 19 yanvar 2017-ci il tarixli, 079813 nömrəli, 14 yanvar 2017-ci il tarixli 079792 nömrəli, 07 yanvar 2017-ci il tarixli 079766 nömrəli,06 yanvar 2017-ci il tarixli 079762 nömrəli, 12 yanvar 2017-ci il tarixli 079784 nömrəli, 16 yanvar 2017-ci il tarixli 079795 nömrəli, 11 ya nvar 2017-ci il tarixli 079779 nömrəli, 10 yanvar 2017-ci il tarixli 079773 nömrəli, 17 yanvar 2017-ci il tarixli 079801 nömrəli, 29 dekabr 2016-cı il tarixli 079736 nömrəli, 18 yanvar 2017-ci il tarixli 079808 nömrəli, 24 fevral 2017-ci il tarixli 081215 nömrəli, 28 fevral 2017-ci il tarixli 081229 nömrəli, 23 fevral 2017-ci il tarixli 081211 nömrəli, 24 yanvar 2017-ci il tarixli 079833 nömrəli, 31 yanvar 2017-ci il tarixli 081103 nömrəli, 31 mart 2017-ci il tarixli 081378 nömrəli, 29 mart 2017-ci il tarixli 081356 nömrəli, 30 mart 2017-ci il tarixli 081363 nömrəli, 31 mart 2017-ci il tarixli 081370 nömrəli, 25 mart 2017-ci il tarixli 081345 nömrəli, 24 mart 2017-ci il tarixli 081336 nömrəli, 23 mart 2017-ci il tarixli 081329 nömrəli, 09 mart 2017-ci il tarixli 081270 nömrəli, 03 dekabr 2 016-cı il tarixli 009358 nömrəli, 02 dekabr 2016-cı il tarixli 009356 nömrəli, 05 dekabr 2016-cı il tarixli 009364 nömrəli, 06 dekabr 2016-cı il tarixli 009369 nömrəli, 01 dekabr 2016-cı il tarixli 009343 nömrəli, 08 dekabr 2016-cı il tarixli 009385 nömrəli, 07 dekabr 2016-cı il tarixli 009378 nömrəli, 08 dekabr 2016-cı il tarixli 009386 nömrəli, 05 dekabr 2016-cı il tarixli 079669 nömrəli, 12 dekabr 2016-cı il tarixli 009396 nömrəli, 13 dekabr 2016-cı il tarixli 079656 nömrəli, 12 dekabr 2016-cı il tarixli 009398 nömrəli, 21dekabr 2016-cı il tarixli 079701 nömrəli, 05 yanvar 2017-ci il tarixli 079756 nömrəli, 04 yanvar 2017-ci il tarixli 079750 nömrəli, 19 yanvar 2017-ci il tarixli və digər kassa mədaxil orderlərinin aşağı hissələrində “Kassir” qrafalarında olan imzalar ilə 18 may 2017-ci il tarixli, 03 may 2017-ci il tarixli, 10 aprel 2017-ci il tarixli, 24 aprel 2017-ci il tarixli “Qəbz”lərin aşağı hissələrində “Ödəyənin imzası” qrafalarında olan imzalar öz aralarında – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.

17. Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli, 914689 nömrəli rəyə əsasən, iş materiallarında olan kassa mədaxil orderləri və ödəniş qəbzlərindən göründüyü kimi, alınmış mallara görə Cavabdeh tərəfindən "xxxx" MMC-yə ümumilikdə 62.384,90 manat məbləğində ödənişin edilməsi müəyyən edilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-2098/2023 nömrəli, 04 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin olunması, cavabdehdən iddiaçının xeyrinə 511,65 (beş yüz on bir manat altmış beş qəpik) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutulması qət edilmişdir.

19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Həmçinin bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.

20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddianın dəqiqləşdirilməsi barədə ərizədə elektron qaimələr ə əsasən cavabdehə verilən malların dəyərinin 62.719,09 manat təşkil etdiyi qeyd edilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın nəticəsinə əsasən cavabdehə 62.896,55 manat məbləğində mal verilmişdir. Apellyasiya baxışında əldə edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 62.384,90 manat məbləğində ödəniş edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 62.896,55 62 384,90 = 511,65 manat məbləğində pul tutulmalıdır.

21. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etmişdir ki, işin hallarından müəyyən edildiyi kimi, tərəflər arasında əmək müqaviləsi bağlanmış və cavabdehə mallar təhvil verilmişdir. Hazırkı halda tərəflər arasında əmək münasibətləri çərçivəsində ziyan vurmaqla bağlı münasibətlər olmuşdur. Lakin birinci instansiya məhkəməsi öhdəliyin icra edilməməsi ilə bağlı normalara istinad etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Həmçinin bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

22. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Az ərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitutsiya Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərarında həmçinin qeyd edilmişdir ki, “... Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. Kollegiya qeyd etmişdir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstəril mişdir. Bu növ müqavilənin bağlanması qaydaları da Əmək Məcəlləsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.”

23. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 2-3.8, 4-1, 10, 191.1, 191.2, 194.2 və 199-cu və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 392, 393 və 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəli lləri:

24. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, cavabdehdən 11.924.88 manat məbləğində pulun və ödənilmiş 30 manat rüsumun iddiaçının xeyrinə ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməmiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri aydın izah edilməmişdir. Məhkəmə kollegiyası prosessual hüquq normalarının pozuntusuna yol verərək nəzərə almamışdır ki, xx.xx.2017-ci il tarixli üzərində R.Tərlan ödəniş olunub 3.000,00 manat olan kağız parçası (Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 19 iyul 2017-ci il tarixli ekspert rəyində belə göstərilmişdir) kassa mədaxil orderini və ya qəbzi əvəz etmir. Belə olan halda isə məhkəmə kollegiyası bu kağız parçasını sübut kimi qəbul edə bilməzdi. Qeyd edilmişdir ki, cavabdeh tərəfindən apellyasiya instansiyasında təqdim edilən sənədlər də sübut kimi qəbul edilməli deyildi. Apellyasiya instansiyası məhkəməsi tərəfindən, Xəzər Rayon Məhkəməsində cavabdehə sübutların təqdim edilməsi dəfələrlə şərait yaradılmasına, məhkəmədə icraatın bir il müddətdə davam etməsinə baxmayaraq cavabdehin həmin sübutları vaxtında təqdim etməməsi ilə bağlı arqument yəni, TİR sürücüsünün – Elgün Quliyevin həqiqətəndə cavabdehin qonşusu olması, sənədlərin həqiqətən də maşınında qalması, avtomaşının Gürcüstan Respublikasında qalması, (həmin avtomaşının nə vaxt gətirilmə si, hansı şəraitdə həmin sənədlərin maşında qalması və s.) məhkəməyə kollegiyası tərəfindən araşdırılmamışdır. Bundan başqa, məhkəmə kollegiyası nəzərə almamışdır ki, təqdim edilmiş şenqen vizaları xx.xx.2018-xx.xx.2019, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri əhatə edir, yəni mübahisə dövrünə aid deyil. Həmin şəxs mülki iş məhkəmədə baxılarkən xx.xx.2021 və xx.xx.2021-ci tarixlərində Gürcüstan Respublikasında olmuşdur. Bu hallar mövcud olmuşdursa cavabdeh bu barədə məhz birinci instansiya məhkəməsində bildirərdi və qonşusuna bu barədə daha əvvəl məlumat verərdi. Məhkəmə kollegiyasının özünün də istinad etdiyi 18 yanvar 2022-ci il tarixli məhkəmə iclası protokolundana əsasən, cavabdeh ancaq ödəniş qəbzlərinin təqdim edilməsi üçün ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh növbə ti tarixə təyin olunmuş məhkəmə iclasına isə ümumiyyətlə gəlməmişdir. Deməli cavabdehin ödəniş qəbzləri barədə irəli sürdüyü dəlillər sübutların vaxtında verilməməsinin əsaslandırılması üçün səbəblər sonradan düşünülmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əməki Məcəlləsi.

26. Maddə 3 (4-1-ci hissə). Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafiz əsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

27. Maddə 7 (2-3.8-ci hissə). Müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir.

28. Maddə 10 (Bənd ç). işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir.

29. Maddə 191 (1-ci hissə). Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

30. Maddə 191 (2-ci hissə). Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

31. Maddə 194 (2-ci hissə). Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

32. Maddə 199 (1-ci hissə). İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqavi ləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyy ətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Maddə 76.2. Bu məlumatlar yazılı v ə maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırıl mamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxl aya bilər.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 4

5. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kassasiya şikayətinə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmə diyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.

48. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandır ılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müx təlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin də lillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 51. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

53. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2098/2023 nömrəli, 04 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə mi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar