Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1483/2021 18.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi ərizəsi üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi) Azərbaycana Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil1, maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6979/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadından Əriz əçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası DİNnin Əzizbəyov RPİ-də xidmətdə olduğu 25 ilin (xx.xx.1981xx.xx.2016) 20 ilini (xx.xx.1986xx.xx.2006) Çilov adasında işləməsi (xidmət etməsi) faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(011)10221/2016 nömrəli qərardadı ilə (hakim İ.Abbasova) ərizə təmin edilmiş, Ərizəçi Azərbaycan Respublikası DİN-nin Əzizbəyov RPİ-də xidmətdə olduğu 25 ilin (xx.xx.1981xx.xx.2016) 20 ilini (xx.xx.1986xx.xx.2006) Çilov adasında işləməsi (x idmət etməsi) faktı müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), X.Cəmilova və A.Hüseynov, iş № 2(103)-321/2018) maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin apellyasiya şikayəti təmin edilməyərək, Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri təqdimat verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-321/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3983/2020 saylı, xx xxxx 202 0-ci il tarixli qərarı ilə təqdimat təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov, iş № 2(103)-6979/2020) maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10221/2016 saylı, xx xxxxxxx 2016cı il tarixli qətnaməsi ləğv edilmiş və Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” ərizəsinə dair mülki iş üzrə icraata xitam verilmiş, qərara alınmışdır ki, ərizəçiyə izah olunsun ki, o, müvafiq iddia tələbi ilə inzibati məhkəməyə müraciət etm ək hüququna sahibdir. Apellyasiya instansiya məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qan una əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Belə hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. İnzibati hüquq münasibətlərinin bu əlaməti dövlət idarəetmə fəaliyyətinin mahiyyətinin təzahürüdür. İnzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında q urulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə müvafiq olaraq qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr tərəfindən həyata keçirilir. İnzibati məhkəmə icraatı qaydasında həmçinin, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Apellyasiya instansiya məhkəməsi ərizəçinin inzibati orqan olan Daxili İşlər Nazirliyinə qarşı məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikası DİN-nin Əzizbəyov RPİ-də xidmətdə olduğu 25 ilin (xx.xx.1 981-xx.xx.2016) 20 ilini (xx.xx.1986xx.xx.2006) Çilov adasında işləməsi (xidmət etməsi) faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, həmin iddia üzrə yaranmış mübahisə tələbin predmetinə, mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati mübahisə olmaqla bu mübahisəyə yalnız inzibati məhkəmə icraatı qaydasında inzibati iqtisadi məhkəmədə baxıla bilər. Apellyasiya instansiya məhkəməsinin təkrar apellyasiya baxışı zamanı kollegiyanın şifahi sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, sabiq polis əməkdaşı Bəkirov X1 rayon polis idarəsinin (indiki Xəzər RPİ) əlahiddə polis bölüyünün manqa komandiri vəzifəsindən xx.xx.2016-cı il tarixindən «öz arzusu ilə» daxili işlər orqanlarında xidmətdən xaric olunub. Daxili işlər orqanlarından tərxis olunduğu tarixə pensiyanın təyini üçün xidmət müddəti təqvimi hesablama ilə 27 il, 2 ay, 20 gün, imtiyazlı hesablama ilə 33 il, 2 ay, 7 gün təşkil etmişdir. İşlədiyi dövrdə Ərizəçi Cilov adasına xidmətə həqiqətən ezam olunması ilə bağlı heç bir əmrin olmadığını və şəxsi vərəqəsində bununla bağlı hər-hansı bir qeydiyyatın aparılmadığını nəzərə alaraq, ona məsafəyə görə vəzifə maaşının 65%-i miqdarında əlavənin hesablanması mümkün olmamışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, əgər ümumi məhkəməyə daxil olmuş ərizə müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin ərizə (iddia) Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Ərizəçi (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, birinci və apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında ərizənin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz da xil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi vəkili Vəkil1 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6979/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)6979/20 20 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüq uqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apelyasiya instansiya məhkəməsi ərizəçinin inzibati orqan olan Daxili İşlər Nazirliyinə qarşı məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikası DİN-nin Əzizbəyov RPİ-də xidmətdə olduğu 25 ilin (xx.xx.1981-xx.xx.2016) 20 ilini (xx.xx.1986-xx.xx.2006) Çilov adasında işləməsi (xidmət etməsi) faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, həmin iddia üzrə yaranmış mübahisə tələbin predmetinə, mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati mübahisə olmaqla bu mübahisəyə yalnız inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxıla bilər. Məhkəmə ko llegiyası qeyd edir ki, apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən ərizəçinin xüsusi icraat qaydasına məhkəməyə müraciət etdiyini və xahişin isə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı olmasını nəzərə almamışdır. Mülki Prosessual Məcəllənin 25.3-cü maddəsinin tələbinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxırlar. Həmin Məcəllənin 305.1.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Hazırkı işin hallarından aydın olur ki, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, inzibati orqana qarşı hər hansı tələb irəli sürülməmiş, inzibati orqan yalnız maraqlı şəxs olaraq işə cəlb olunmuşdur. Belə olan halda ərizə mülki prosessual məcəllədə nəzərdə tutulmuş qaydada, yəni xüsusi icraat qaydasında baxılması üçün düzgün olaraq ümumi məhkəməyə verilmişdir. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 32.3-cü maddəsinə istinad edərək qeyd edir ki, məhkəmələr özləri mübahisənin məhkəməyə aidiyyətinin olmamasını aşkara çıxara bilərlər, lakin belə müəyyən etmə yalnız müvafiq icraat növlərinə aid edilməli və iddiaçının hansı icraat qaydasında müraciət etməsi nəzərə alınmalıdır. Lakin işin aidiyyəti üzrə ümumi məhkəməyə aid olması müəyyən olunmuş olsa da bu qəbildən olan işlərə baxılarkən müəyyən olunması tələb olunan digər hal hüquq barəsində mübahisə olub-olmamasının yoxlan ılmasından ibarət olmalıdır. Mülki Prossesual Məcəllənin 308-ci maddəsinin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin tələbinə əsasən həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədlərin ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Sonuncu istinad olunan normaların tələbləri baxımından iddiaçının müəyyən edilməsini xahiş etdiyi hüquq barədə mübahisə olmaması aşkar olmalıdır. Lakin hazırkı işin halları ilə bağlı qeyd olunmalıdır ki, müəyyən edilməsi tələb edilən hüquq barəd ə mübahisənin mövcudluğu aşkardır. Belə olan halda isə Mülki Prosessual Məcəllənin 259.0.10-cü maddəsinə istinad edilərək ərizə baxılmamış saxlanılmalı olduğu halda, prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilməyərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmuşdur. Mülki Prosessul Məcəllənin 306.4-cü maddəsinin tələbinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə ərizə baxılmamış saxlanı lır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instansiya məhkəməsi müvafiq olaraq prosessual hüquq normasını düzgün tətbiq etməmiş, yuxarıda istinad olunan prosessual hüquq normalarının tələbi baxımından ərizə baxılmamış saxlanılmalı olduğu halda, ərizəyə məhkəmə (mülki) qaydasında baxılmalı olmaması ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 417.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin t ələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6979/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, ərizə baxılmamış saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.