Məhkəmə qərarları › İş №2(102)-1484/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1484/2020

04.03.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1484/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(105)-3272/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Şamaxı rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov, iş № 2(074)-340/2019) İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı iddiası təmin edilərək Cavabdeh2 adına verilmiş torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə 0,04 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: T.Q.Məmmədov, F.Ə.Məmmədov və A.Ə.Abbasov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Şamaxı rayon İcra Hakimiyyəti başçısının xx xxxx 1997-ci il tarixli sərəncamı ilə N yolunun sağ tərəfindən əhaliyə xidmət göstərilməsi üçün Şamaxı rayonunun N kənd sakini İddiaçı 0,15 ha torpaq sahəsi ayrılmışdır. Bundan başqa, Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1998-ci il tarixli qərarı ilə Cavabdeh2 və onun ailə üzvlərinə rayonun N kəndi ərazisində 0,12 hektar torpaq sahəsi ayrılmış və bununla əlaqədar onların adlarına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. 2004-cü ildə Cavabdeh2 ona verilmiş torpaq sahəsindən istifadəyə İddiaçı tərəfindən maneçilik törədilməsini əsas göstərməklə torpaq sahəsindən istifadə hüququnun təmin edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Şamaxı rayon məhkəməsinin xx xxxx 2004-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh2 verilmiş 0,12 ha torpaq sahəsinin 0,08 ha hissəsindən onun istifadə hüququnun təmin edilməsi, qalan 0,04 ha ölçüdə torpaq sahəsinin Şamaxı rayon N Bələdiyyəsinə verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə Şamaxı rayon məhkəməsinin xx xxxx 2004-cü il tarixli qətnaməsi 0,04 ha ölçüdə torpaq sahəsinin Şamaxı rayon Bələdiyyəsinə verilməsi hissəsində ləğv edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2019-cu ilin fevral ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ali Məhkəmənin xx xxxxxx 2016-cı il tarixli qərarında Cavabdeh2 verilmiş 0,12 ha torpaq sahəsinin yalnız 0,08 ha hissəsinin ona aid olmasını, qalan 0,04 ha torpaq sahəsinin isə İddiaçı verilmiş 0,15 ha torpaq sahəsinin daxilində olmasını v ə belə olduqda 0,04 ha torpaq sahəsinin N Bələdiyyəsinə verilməsinin əsassız olmasının müəyyən olunmasına istinad etməklə Cavabdeh2 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 0,04 ha hissəsində ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh2 kassasiya şikayəti verərək ona 0,12 ha torpaq sahəsinin ayrılması barədə Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1998-ci il tarixli qərarının qüvvədə olduğu vəziyyətdə adına verilmiş şəhadətnamənin qismən ləğv edilməsinin əsassız olmasını, iddiaçıya 0,15 ha torpaq sahəsinin ayrılması barədə Şamaxı rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 1997-ci il tarixli sərəncamının etibarsız hesab olun masına dair tələbi Sumqayıt İnzibati – İqtisadi Məhkəməsinin qətnaməsi ilə rədd olunsa da həmin qətnamənin hələ qanuni qüvvəyə minməməsini, bununla əlaqədar hazırkı iş üzrə icraatın həmin işə baxılana qədər dayandırılmalı olmasını, lakin iş üzrə qətnamə qəbul edilməklə maddi və prosessual hüquq normalarının pozulmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh2 vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri bar ədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 11 iyul 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, cava bdeh Nya ayrılmış torpaq sahəsinə düzgün olmayaraq iddiaçıya verilmiş torpaq sahəsinin 0,04 ha ölçüdə hissəsi daxil edilmişdir. Həmin qətnaməyə görə Cavabdeh2 qanuni istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,08 ha təşkil edir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşdən görünür ki, həmin qətnamə hazırkı iş üzrə tərəflərin iştirakı ilə baxılmış mübahisə üzrə qəbul edilmişdir. Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş həmin faktlar başqa məhkəmə tərəfindən sübut edilmir. Göstərilənlərlə əlaqədar məhkəmə həmin iş üzrə müəyyən olunmuş faktları sübuta yetirilmiş hesab edir. İddiaçıya verilmiş torpaq sahəsinə dair rayon İcra Hakimiyyəti başçısının sərəncamı cavabdeh tərəfindən mübahisələndirilsə də, işdən görünür ki, Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh2 iddiası rədd olunmuşdur. Həmin qətnamənin sonrakı taleyi barədə isə işdə başqa heç bir mötəbər məlumat yoxdur. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olmaqla kassasiya şikayətinin dəlilləri onun ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayı t Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar