Məhkəmə qərarları › İş №2(102)-1484/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1484/2022

04.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1484/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1484/22 (Açar sözlər: evdən çıxarılma, qanuni sahiblik) Bakı şəhəri, 04 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 noyabr 2021 il tarixli 2(103)-9724/2021 nömrəli qətnaməsindən Cavabdeh2 kassasiya şikayə tinə 04 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayon İcraiyyə Komitəsinin 26.03.1991-ci il tarixli, 47 saylı qərarı və sovxozun həmkarlarının 16.08.1991-ci il tarixli, 7 saylı protokolu ilə işçi İddiaçı şəxsi tikinti üçün, 0,02 ha torpaq sahəsi ayrılmışdır.

2. Abşeron rayon İHB-nın 30.12.2007-ci il tarixli, 1090 saylı sərəncamı ilə İddiaçı 0,02 ha torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evi istismara qəbul edilmişdir. Evin istismara qəbul edilməsinə dair Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin 23.10.2007-ci il tarixli, 645-A saylı rəy verilmişdir.

3. Cavabdeh1 və Cavabdeh2 həmin evdə yaşayırlar.

4. Mübahisə də qeyd edilən şəxslərin evdə yaşaması ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə ona məxsus olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Dönuzkökəltmə (Südçülük) sovxozunda yerləşən 3 otaqlı evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılıb ki, yuxarıda adı çəkilən ev kommunal xidmətlərlə təchiz edilmiş və iddiaçı orada yaşamağa başlamışdır.

7. İddiaçı 2017-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2019-cu il tarixdə azadlığa çıxmışdır.

8. Cavabdehlər iddiaçının uzaq qohumlarıdır. Cavabdehlərin başqa yaşayış yerləri olmadığından, iddiaçı cəzaçəkdiyi müddətdə cavabdehlərin həmin evdə yaşamalarına icaz ə vermişdir.

9. Azadlığa çıxdıqdan sonra, iddiaçı cavabdehlərə evini tərk etmələrini bildirsə də, cavabdehlər gedəcək yerlərinin olmaması, maddi imkanlarının aşağı olmasını deyib, evdən çıxmaqdan imtina etmişlər.

10. Ev müvafiq qaydada qeydə alınmasa da, AİHK-in 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən iddiaçı mülkiyyətçi hesab olunur.

11. İddiaçı tələbinin hüquqi əsası kimi, Mülki Məcllənin 152.1 və 157.2-ci maddələrinə istinad etmişdir.

12. Cavabdeh2 nümayəndəsi və vəkili iddiaya etiraz edib. Etirazın dəlilləri: - ev 2006-ci il tarixlərdə Cavabdeh1 tərəfindən tikilimişdir. Ramilin torpağı kimdən və hansı qaydada aldığını bilmir. Lakin həmin torpağı Ramil almış və ümumiyətlə torpaq Ramilin istifadəsində olmuşdur; - iddiaçı həmin torpağın ona aid olmasını və orada ev tikməsini bildirsə d ə, həmin torpaq sahəsinin ona aid olmasına dair heç bir sənəd təqdim edilməmişdir; - iddiaçının adına olan sərəncam etibarlı deyil, belə ki, iddiaçı sovxoz üzvü olmayıb, buna görə də iddiaçının adına torpağa dair müvafiq əmrin olması şübhə doğurur; - lazımı sənədlər olmadığından Cavabdeh1 torpaq sahəsinin öz adına rəsmiləşdirə bilməyib.

13. Birinci instansiya məhkəməsində şahid X2 bildirib ki, cavabdehlərin qonşuluğunda yaşayır. Onları 2008-ci il tarixdən orada görmüşdür. Surxayı isə, ümumiyyətlə, tanımır.

14. Birinci instansiya məhkəməsində şahid X1 bildirib ki, ustadır. 2006-2007-ci illərdə Ramil tərəfindən evin tikilməsinə cəlb edilmişdir. Ev iki mərtəbədən ibarətdir. Evin tikintisində 2 ay müddətində iştirak etmişdir. Evin tikilməsinə dair məsrəflər Ramil tərəfindən qarşılanmışdır. Sur xayı tanıyır. Belə ki, onun Gənclikdə yerləşən evində təmirtikinti işlərində iştirak etmişdir. Surxay mübahisə edilən evdə yaşamamışdır. Ev tikilən zaman Ramil öz ailəsi ilə birlikdə qonşuluqda kirayədə yaşamışdır.

15. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 17.05.2021-ci il tarixli məktubuna əsasən Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 19.08.1991-ci il tarixli 108 saylı əmri ilə vətəndaşlara 0.08 ha torpaq sahəsi ayrılmıdşır. Həmin əmrlə torpaq sahəsi ayrılmış şəxslər siyahısında İddiaçı adı aşkar edilməmişdir.

16. Xəzər Rayon Məhkəməsinin 2(003)-926/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Sabit Bəhrəmzadə)

17. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara, o cümlədən şahid ifadəsinə istinadən hesab etmişdir ki, iddiaçını hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, sözügedən torpaq sahəsi və iddianın predmeti olan evin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, hətta evin üzərində inşa edildiyi torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir.

18. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlak ını geri tələb edə bilər hazırkı iş üzrə isə iddiaçının, qanuni sahibliyində (mülkiyyətində) olduğunu iddia etdiyi torpaq sahəsinə, üzərində onun tərəfindən inşa edilmiş evə bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin, eləcə də çıxarılma tələb etdiyi evə hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Belə ki, işin araşdırılmış halları ilə iddiaçıya sözügedən torpaq sahəsinin ayrılması barədə hər hansı hüquq müəyyənedici sənəd mövcud olmamaqla yanaşı, iddiaçı tərəfindən tikilməsi iddia edilən evin istismara qəbul edilməsi barədə İcra hakimiyyətinin sərəncamı olmasına baxmayaraq, həmin evin məhz cavabdehlərin faktiki istifadəsində olan ev olması işin halları ilə təsdiqini tapmır. Əksinə, cavabdeh tərəfin şahidləri tərəfindən verilmiş ifadələrdə evin cava bdeh Ramil tərəfindən tikilməsi və uzun müddətdir orada yaşaması müəyyən edilir

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1-ci maddələri və Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 20.İddiaçı qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçı həmin torpaq sahəsinin yalnız 0,02 ha hissəsini aldığından, onun adının 0,08 ha torpaq sahəsi ayrılan şəxslərin siyahısında olmaması normaldır. Hətta həmin torpaq sahəsi iddiaçıya ayrılmasa da, torpaq sahəsi üzərində fərdi yaşayış evinin iddiaçı tərəfindən tikilməsi mübahisəsizdir. Belə ki, yuxarıda istinad olunan Abşeron rayon İcra Hakimiyyəti Başçısının 30.12.2007-ci il tarixli, 1090 saylı sərəncamından da müəyyən olunur ki, həmin sərəncamın qəbulu zamanı sözügedən torpaq sahəsində iddiaçı tərəfindən inşası başa çatmış fərdi yaşayış evi artıq mövcud olmuşdur. Sərəncamda xüsusi olaraq göstərilir ki, 0,02 ha torpaq sahəsində inşası başa çatmış fərdi yaşayış evinin iddiaçı tərəfindən rəsmiləşdirilməsinə və istismara qəbul edilməsinə icazə verilir; - həqiqətən də cavabdehlərin iddia etdiyi kimi ev onlar tərəfindən inşa edilmişdirsə, nəyə görə sərəncamın onların ikisindən birinin adına deyil, məhz iddiaçının adına verilməsi sualı yaranır. Cavabdehin nümayəndəsi və vəkili bunu guya həmin vaxt onların şəxsiyyət vəsiqələrində hansısa problemin olması ilə izah etmişdir; - cavabdeh lərin 2017-ci il tarixdən indiyədək həmin torpaq sahəsini və mübahisəli evi öz adlarına rəsmiləşdirməyə çalışmaması, buna hər hansı cəhd etməməsi, kommunal xidmətlərin hamısının iddiaçının adına olması cavabdehlərin mübahisəli torpaq sahəsi və evə dair hər hansı bir sənədinin olmaması iddianın əsaslı olduğunu təsdiq edir; - bundan başqa, cavabdehlərin iddiaçının keçmiş həyat yoldaşının qohumları olması, mübahisəli evin eyni ev olması proses iştirakçıları tərəfindən mübahisələndirilməmiş, əksinə, mübahisəli evin eyni ev olmasını təsdiqlənmişdir; - cavabdehlər tərəfindən məhkəmədə şahid qismində dindirilmiş şəxslərin iddiaçını həmin evdə görmədiyini bildirməsi, həmin evin iddiaçıya məxsus olmadığına dəlalət edə bilməz. Şahidlər evin tikilməsi ilə bağlı detallara heç nəyi xatırlamadıqlarını bildirərək, ümumi cavablar vermişlər. Həmin şahidlər cavabdehlərin həmkəndlisi olduğundan və ifadələri qeyri-müəyyən olduğundan işin hallarının qiymətləndirilməsi zamanı obyektiv sübut sayıla bilməz.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9724/2021 nömrəli, 24 noyabr 2021 il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(003)-926/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Dönuzkökəltmə (Südçülük) sovxozunda yerləşən 3 otaqlı evdən çıxarılmaları qət edilmişdir. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Emin Mehdiyev)

23. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşmayaraq qeyd etmişdir ki, əvvəla, apellyasiya mərhələsində də cavabdehin nümayəndəsi və vəkili mübahisələndirilən torpaq sahəsinin cavabdeh Ramilin qeydiyyatı Naxçıvan MR-da olduğu üçün, keçmiş qohumu olan iddiaçının adına alındığını qeyd etmişdir. Bu da işin mübahisəsiz halı kimi iddiaçının mübahisələndirdiyi evin yerləşdiyi torpaq sahəsi ilə cavabdehlərin yaşadığı evin yerləşdiyi torpaq sahəsinin eyni olması deməkdir. Cavabdeh tərəf torpaq sahəsinin Ramil tərəfindən tanımadıqları şəxsdən aldıqlarını bildirsələr də, bu barədə məhkəməyə mötəbər heç bir sübut təqdim etməmişlər.

24. Apellyasiya məhkəməsi vurğulayıb ki, iddiaçının adına fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Abşeron rayon Donuzkökəl tmə sovxozunun 19.08.1991-ci il tarixli, 108 saylı əmri Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon Dövlət Arxiv İdarəsində mövcuddur. İddiaçı həmin torpaq sahəsinin yalnız 0,02 ha hissəsini aldığından, onun adının 0,08 ha torpaq sahəsi ayrılan şəxslərin siyahısında olmaması həmin əmrin mövcud olmaması kimi qəbul edilə bilməz. Mübahisəli torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmış, bunun əksini cavabdeh tərəf sübut edə bilməmiş, ümumiyyətlə, cavabdeh tərəf özünün həmin torpaq sahəsinə hər hansı hüququnun mövcudluğu ilə bağlı sübutlar təqdim etməmişdir.

25. Apellyasiya məhkəməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyas ına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli Qərarına da diqqəti çəkmişdir. Həmin Qərarda da qeyd edilmişdir ki, Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma, Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

26. Apellyasiya məhkəməsi evlə bağlı qeyd edib ki, Abşeron rayon İcr a Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 23.10.2007-ci il tarixli, 654-A saylı rəyinə əsasən keçmiş Donuzkökəltmə sovxozunun 19.08.1991-ci il tarixli, 108 saylı əmri, eskiz layihəsinə əsasən İddiaçı ona məxsus torpaq üzərində inşa etdirdiyi yaşayış evinin rəsmiləşdirilməsinə və istismarına qəbul edilməsini xahiş etmiş və tərəflərindən Donuzkökəltmə sovxozu ərazisində inşa edilmiş tikiliyə baxış keçirilmişdir. Təqdim edilmiş sənədlərə və inşa edilmiş qeyri-yaşayış binasına baxış rəyinə əsasən İddiaçı məxsus ümumi sahəsi 0.02 ha olan fərdi yaşayış evinin rəsmiləşdirilməsinə və istismara qəbul edilməsinə etiraz edilməmiş, bu barədə sərəncam verilməsi təklif edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçının 30.12.2007-ci il tarixli sərəncamına əsasən İddiaçı həmin torpaqda inşasını başa ç atdırdığı fərdi yaşayış evi istismara qəbul edilmişdir.

27. İddiaçı ona ayrılmış torpaq sahəsində tikdiyi evin rəsmiləşdirilməsinə və istismarına qəbul edilməsini xahiş etmiş, tikili özbaşına tikili olmamaqla, bu barədə Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi 23.10.2007-ci il tarixli, 654-A saylı rəy vermiş, Abşeron rayon İcra Hakimiyyəti Başçısı 0,02 ha torpaq sahəsində inşası başa çatmış fərdi yaşayış evinin İddiaçı adına rəsmiləşdirilməsi və istismara qəbul edilməsi haqqında 30.12.2007-ci il tarixli sərəncam vermişdir. Digər tərəfdən işdə olan sənədlərlə müəyyən olunur ki, cavabdehlər Naxçıvan MR, Şərur rayonu, Xanlıqlar kəndində qeydiyyatda olmaqla, mübahisəli evin kommunal xidmətləri iddiaçının adınadır.

28. Apellyasiya məhkəməsi cavabdehlər tərəfindən təqdim olunm uş şahid ifadələrini işdəki digər sübutlarla birlikdə qiymətləndirərək hesab edib ki, qonşuluqda yaşayan şahidin iddiaçını həmin evdə görmədiyini bildirməsi, həmin evin iddiaçıya məxsus olmamasının sübutu kimi qəbul edilə bilməz. Digər şahid isə cavabdehlərin qeydiyyatda olduğu Naxçıvan MR, Şərur rayonu, Xanlıqlar kəndində qeydiyyatda olmaqla, tikilinin cavabdeh Ramin tərəfindən tikilməsi ilə bağlı verdiyi ifadə cavabdehlərin mənafeyinə uyğun olmaqla, mötəbər sübut kimi qəbul edilə bilməz.

29. Apellyasiya məhkəməsinə görə evin iddiaçıya məxsus olması tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur, buna görə də iddia təmin olunmalıdır.

30. Apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 157.2, 157.8-ci maddələri və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublik ası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

32. Kassasiya şikayətinin dəlilləri: - mübahisəli fərdi yaşayış evi onun və əri Cavabdeh1 tərəfindən inşa olunmuşdur və həmin vaxtdan etibarən orada yaşayırlar. İdiaçının məhkəməyə sübut kimi təqdim etdiyi sənədləri hansı qaydada əldə etdiyi məlum deyil; - hesab edir ki, həmin sənədlər qeyri -qanuni yolla əldə olunmuşdur və iş üzrə mötəbər sübut kimi qəbul oluna bilməz. Bundan başqa, iddiaçının onlara məxsus mübahisəli fərdi yaşayış evinə heç bir subyektiv hüququ olmadığı iş üzrə digər sübutların cəmi ilə də bir daha təsdiq olunur; - mübahisəli torpaq sahəsini əri Cavabdeh1 ilə birgə satın alıblar və üzərində fərdi yaşayış evi inşa ediblər. Ailə üzvləri ilə birlikdə 2007-ci ildən bu günədək həmin fərdi yaşayış evində yaşayırlar. Sözügedən fərdi yaşayış evinin iddiaçı tərəfindən deyil, onlar tərəfindən inşa olunması və həmin tarixdən bu günədək qeyd olunan ünvanda yaşamaları, habelə iddiaçının, ümumiyyətlə, həmin ünvanda yaşamaması birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında şahid ifadələri və is materiallarında olan digər sübutlarla öz təsdiqini tapmışdır; - apellyasiya məhkəməsinin Mülki Məcəllənin 157-ci maddəsini tətbiq etməsi işin müəyyən edilmiş halları ilə uzlaşmır. Həmin normaya görə mülkiyyətçi əmlakını özgənin qanunsuz sahibliyindən geri tələb edə bilər, hazırki işdə isə iddiaçının torpaq sahəsinə, eləcə də evə hər hansı hüquqla məxsusluğu müəyyən edilməmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

33. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəmə si tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən ape llyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin fakt iki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və tələb bölnüməz olduöundan kollegiya qətnaməni tam yoxlayır.

36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Ka ssasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

39. İddia tələbi cavabdehlərin torpaq sahəsi və üzərindəki evdən çıxarılması barədədir. İddiaçı tələbinin əsası kimi torpaq sahəsinin qanuni əsaslarla ona ayrılmasına və üzərində inşa etdiyi evin istismara qəbul edilməsi ilə bağlı m üvafiq olaraq Abşeron rayon İcraiyyə Komitəsinin 26.03.1991-ci il tarixli, 47 saylı qərarı və sovxozun həmkarlarının 16.08.1991-ci il tarixli, 7 saylı protokoluna və Abşeron rayon İHB-nin 30.12.2007-ci il tarixli, 1090 saylı sərəncamına istinad etmişdir.

40. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halına görə də iddiaçının adına fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılıb və torpaq üzərindəki evin istismara qəbul edilməsi barədə sərəncam vardır, başqa sözlə, mübahisəli torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmış, inşa edilən ev də qanunsuz deyil.

41. Nəzərə alınsa ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur, belə olan ha lda qeyd edilən torpaq sahəsi və evin qanuni əsasla sahibi olan iddiaçının tələbinin təmin edilməsi Mülki Məcəllənin həm 157.8, həm də 157.2-ci maddələrinin tələbləri baxımından düzgün olmuşdur. Çünki MM-in 157.8-ci maddəsi əmlaka qanuni sahiblik edən şəxsə də mülkiyyətçi ilə eyni hüquqları (157.2) verir.

42. Həmçinin Mülki Məcəllənin 158.4-cü maddəsində də nəzərdə tutulub ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

43. Bu baxımdan, məhkəmə kollegiyası iddia tələbi və iddiaya etirazın dəlilləri üzrə apellyasiya məhkəməsinin hazırki qərarın 23-30-cu bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır. Bu səbəbdən əlavə şərhə zərurət görmür. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi idd ia tələbi ilə bağlı işin hallarını (torpaq sahəsinini ayrılması və evin istismara qəbul edilməsi, cavabdehlərin torpaq və evə dair hüquqları və s.) tam araşdırmaqla, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normaları baxımından düzgün hüquqi qiymət vermişdir.

44. Məhkəmə kollegiyası mübahisəli torpaq sahəsinin Cavabdeh1 ayrılması və evin cavabdehlər tərəfindən tikilməsi, bu barədə şahid ifadələrinin olması barədə kassisiya şikayətinin dəlillərini qəbul etmir. Çünki həmin dəlillər əvvəla, işin faktiki halları ilə bağlıdır, ikincisi də, bu dəlillərə apellyasiya məhkəməsi qiymət verib.

45. Apellyasiya məhkəməsinin Mülki Məcəllənin 157-ci maddəsini düzgün tətbiq etməməsinə dəlilinə gəldikdə, kollegiya bu dəlili 41-ci bənddə qeyd edilənlər baxımından əsassız hesab edir.

46. Beləlilklə, məhkə mə belə qənaətə gəlir ki, Cavabdeh2 kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənləri əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 noyabr 2021 il tarixli 2(103)9724/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar