Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1484/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təbii qazdan istifadəyə görə hesablanmış borcun silinməsi, sübut etmə yükü, sübut etmə vasitəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-918/2025 nömrəli 14 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 13 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasınd a yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı” və ya “abonent”) ünvan 1 ünvanında yaşayır.
2. Cavabdeh (bundan sonra “cavabdeh” və ya Cavabdeh) əməkdaşları tərəfindən iddiaçının yaşadığı həmin fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qoşulma faktı ilə bağlı xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar tərtib etmişdir. Aktlar üzrə 2020-ci ilin aprel ayına qalıq 669,60 manat, 2023-cü i lə 8043,84 manat, ümumilikdə 8713,44 manat borc hesablanmışdır.
3. İddiaçı hesablanmış borcla razı deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh təırəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 8713,4 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1də yaşayır. Evi iddiaçıya məxsusdur və həmin evə cavabdeh tərəfindən qaz xətti çəkilmiş və iddiaçı ilə cavabdeh arasında qazın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən iddiaçının ünvanında smartkart tipli sayğac quraşdırılmışdır. "Azəriqaz"ın əməkdaşları tərəfindən evdə guya əlavə xətdən is tifadə edilməsi ilə bağlı müxtəlif aylarda cərimə yazılmışdır. Bunların heç birindən iddiaçının xəbəri olmayıb. Qaz idarəsində iddiaçı həmin aktları və şəkilləri tələb etsə də, aktlar verilmiş, şəkillər isə verilməmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, həmin aktlar əsasında 8713,4 manat cərimə yazılmışdır.
6. İddiaçı tələbinin hüquqi əsası kimi “Qaz təchizatı haqqında” Qanunun 11 və 12-ci maddələrinə istinad etmişdir.
7. Məhkəmə baxışında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, aktlar xəttə qoşulmaya görə tərtib edilmişdir, odur ki, iddia rədd edilməlidir.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4452/2024 nömrəli 23 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı əsassız hesablanmış 8378,62 manat bo rcun silinməsi, ödənilməli olan 107,13 manat məbləğində dövlət rüsumunun 103 manat hissəsinin cavabdehdən alınaraq dövlət büdcəsinə, qalan 4,13 manatın isə iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. (hakim Adilə Paşayeva)
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya məxsus mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə ilə bağlı xx.xx.2020-ci, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli aktlar tərtib edilmiş aktlara əsasən 8713,44 manat məbləğində vurulmuş ziyan hesablanmışdır.
10. Birinci instansiya məhkəməsi xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx. 2023-cü və xx.xx.2023-cü ildə tərtib edilmiş aktlara münasibətdə qeyd etmişdir ki, "Qaz təchizatı haqqında" Qanunun 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
11. Birinci instansiya məhkəməsi istinad etdiyi "Qaz təchizatı haqqında" Qanunun 13.8-1-ci maddəsinin 2022-ci il mayın 1-dən qüvvəyə minməsini nəzərə alaraq hesab etmişdir ki, göstərilən norma xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2023-cü ildə tərtib edilmiş aktlara tətbiq olunmalıdır.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, "Azəriqaz"-ın əməkdaşları tərəfindən qanunsuz qoşulma halları ilə bağlı akt tərtib edildikdə bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə verilməklə yanaşı, aktın digər nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına tə qdim edilməlidir. Hazırkı işdə isə cavabdeh göstərilən qaydaya riayət etməmiş, etmişdirsə də bunu təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. İddiaçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutların təqdim olunmadığından xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2023-cü ildə tərtib edilmiş aktlara əsasən hesablanmış 8043,84 manat borc silinməlidir.
13. Birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixli 00283215 nömrəli akt üzrə hesablanmış 669,56 manat məbləğdə zərərə münasibətdə isə qeyd etmişdir ki, həmin akt üzrə müəyyən edilən ziyan məbləği şişirdilmişdir.
14. Belə ki, xx.xx.2020-ci il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"də qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanması nəzərdə tutulmuşdur. Lakin hesabatın hansı səbəbdən maksimal olaraq 24 saat aparılması göstərilməmişdir.
15. Həmin tələbnaməni nəzərə almaqla birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, mütəmadi və fasiləsiz olaraq qızdırıcıların evdə 24 saat istifadəsi real deyil. Bu səbəbdən yay aylarında, ümumiyyətlə, qızdırıcıla rdan istifadə olunmaması və yemək hazırlanmasına görə maksimum gündə 2-4 saat 4 gözlü qaz plitəsinin istifadə olunduğu nəzərə alınarsa, 3 saat orta günlük iş rejimi götürülməklə 12 saat orta günlük iş rejimi ilə hesablamalar aparılmalıdır. Buna görə də həmin akt üzrə iddiaçının silinməsini istədiyi 669,60 manat ziyandan 334,78 manat hissəsi silinməli, digər 334,78 manat hissəsi isə onun tərəfindən "Azəriqaz"a ödənilməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1-ci, “Qaz təchizatı haqqında” Qanunun 6.2, 13.8-1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”na istinadla əsaslandırmışdır. b) Apell yasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin təmin edilən hissəsində ləğv, iddianın həmin hissədə də rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azəriqaz”-ın əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə (onun nümayəndəsinə) təqdim edilmişdir və həmin şəxsin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Digər tərəfdən hər dəfə qeyri-qanuni birləşmə Azəriqaz”-ın əməkdaşları tərəfindən lə ğv edilərək bununla bağlı aktlar (birinci instansiya məhkəməsinə təqdim edilib) tərtib edilsə də, istehlakçı təkrarən qaz xəttinə qeyri-qanuni birləşmə ilə qoşularaq təbii qazdan qanunsuz istifadə etməyə davam etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-918/2025 nömrəli 14 yanvar 2025-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Sabit Bəhrəmzadə)
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus ünvan üzrə birinci dəfə sayğaca müdaxilə əsası ilə 2020-ci ildə akt tərtib edilmişdir. Həmin akta görə mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə f aktı aşkarlanmışdır. Akta əsasən tərtib edilmiş "Dəymiş ziyanın bərpasına dair tələbnamə"yə görə Qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3 /saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanması nəzərdə tutulmuşdur. Lakin hesabatın hansı səbəbdən maksimal olaraq 24 saat aparılması göstərilməmişdir
21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı tərəfindən mütəmadi və fasiləsiz olaraq qızdırıcıların evdə 24 saat istifadəsinin real olmaması barədə birinci instan siya məhkəməsini gəldiyi nəticə düzgün olmuşdur.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Qaz təchizatı haqqında” Qanununa xx.xx.2022-ci tarixdə edilmiş dəyişikliklərə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı i lə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
23. Baxılan iş üzrə isə tərtib edilmiş digər 8 akt xx.xx.2022-ci il tarixdən sonraki dövrə aiddir və qanunvericiliyin tələbinə əsasən iddiaçının təqsirli olmasını müəyyən edən müvafiq qərar cavabdeh tərəfindən təqdim edilməmişdir. Belə olan halda həmin aktlara əsaslanaraq vurulmuş zərərin tələb edilməsi əsassız hesab edilir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3, 18, 26-cı, “Qaz təchizatı haqqında” Qanunun 6, 13.8-1ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na istinad e tməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələbinin təmin olunan hissəsində ləğv, iddia tələbinin həmin hissədə də rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, paylayıcının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin zərərin vurulması faktının mövcud olması, zərər vuran şəxsin təqsirli olması və s. bu kimi zərərin ödənilməsi tələbinə əsas verən halları təsdiqləyən və özündə əks etdirən sübutların iş materiall arına əlavə edilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Tərəflər arasındakı öhdəlik münasibətləri müqavilə əsasında yaranmış və şərtlər müəyyən edilmişdir. Tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə əsasən təbii qazdan istifadəyə görə yaranmış borc məbləği istehlakçı tərəfindən ödənilməlidir. Lakin apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 386-cı maddəsinin tələblərini nəzərə almamış, istehlakçının təqsirli və qanunazidd hərəkətləri nəticəsində cavabdeh təşkilata vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğini qanunsuz olaraq silmiş, iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul edərək iddiaçı tərə fi mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Maddə
18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğ un olmasına dövlət nəzarətini ehtiva edir. Maddə
26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu Maddə
6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13 (8-1-ci bənd). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıc ı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxi lə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün i sə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 6.5-6.7. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edil məlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxla ya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mat eriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti də cavabdehin apellyasiya şikayəti üzrə iddianın təmin edilən hissəsində olduğu üçün kollegiya qətnaməni tam yoxlayır.
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mü bahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
33. İddia tələbi təbii qazdan qanunsuz istifadəyə görə cavabdeh tərəfindən hesablanmış borcun (cərimənin) silinməsi barədədir. İddiaçı cavabdeh tərəfindən tərtib edilmiş 9 akta əsasən hesablanmış borcun qanunsuz olmasına istinad etmişdir.
34. Aktlardan biri 2022-ci ilin may ayınadək, digər səkkiz akt isə 2022-ci ilin may ayından sonra tərtib edilmişdir.
35. Birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixli 00283215 nömrəli akt üzrə hesablanmış zərər məbləğinin şişirdilməsini müəyyən edərək, istifadə edilən qaz qurğularının say və növünü, eləcə də orta günlük sərfiyyatı nəzərə alaraq həmin akt üzrə cəriməni qismən, qalan 8 akt üzrə isə hesablanmış cəriməni aktların 2022-ci ilin may ayından sonra tərtib edilməsinə istinadən tam silmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəticədə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
38. Həmçinin işdən görünür ki, iddiaçı barəsində tərtib edilən digər 8 akt 01 may 2022-ci ildən sonra, yəni “Qaz təchizatı haqqında” Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin qüvvədə olduğu vaxt tərtib olunmuşdur. Həmin aktlar üzrə zərər hesablanması üçün iddiaçının təqsirli olmasını təsdiq edən səlahiyyətli orqanın və ya məhkəmənin qərarının olması müəyyən edilməmişdir. Halbuki, qeyd edilən aktlar tərtib edilən zaman qüvvədə olan normanın tələbinə görə iddiaçının təqsirli olmasının təsdiqi üçün səlahiyyətli orqanın və ya məhkəmənin qərarı olmalı idi.
39. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər apellyasiya şikayətinin də dəlilləri olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri əsassız saymışdır.
40. Bundan əl avə, kassasiya şikayətinin dəlilləri “Qaz təchizatı haqqında” Qanunun imperativ qayda müəyyən edən 13-cü maddəsinin 8-1-ci bəndinin nəzərə alınmamasına yönəlib ki, bu da yolverilməzdir.
41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-918/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.