Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1485/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1485/2025 (Açar sözlər: işə bərpa (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən), məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 2(103)-1494/2025 nömrəli, 18 fevral 2025ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 13 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İşəgötürən "xxxx" ASC ilə işçi İddiaçı arasında bağlanmış 25 aprel 2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 3 ay müddətinə, – 24 iyul 2023-cü il tarixədək, "xxxx" ASC-nin X3 və Satışı İdarəsi/X6/Enerji Satış şöbəsi bölməsində nəzarətçi mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Həmin əmək müqaviləsinin 2.2-ci bəndinə əsasən, işin birinci iki ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə əmək müqaviləsini birtərəfli qaydada p oza bilər. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
2. Cavabdeh "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, № k/24-03751-1 nömrəli əmrinə əsasən, əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdıqlarına və əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə X3 və Satışı İdarəsi/X6/Enerji Satış şöbəsinin 4 əməkdaşına, o cümlədən nəzarətçi mühəndis işləyən İddiaçı töhmət inzibati tənbehi verilmişdir. Əmrin ve rilməsinə əsas kimi isə Mərkəzi-Aran RETSİ-nin rəisi Z.Şirəliyevin xx.xx.2024-cü il tarixli təqdimatı göstərilmişdir.
3. Mərkəzi-Aran RETSİ-nin rəisi Z.Şirəliyevin xx.xx.2024-cü il tarixli təqdimatından görünür ki, İddiaçı tapşırıqları yarıtmaz yerinə yetirməsi, vəzifəyə səhlənkar yanaşması və sair səbəblərə göstərilmiş, onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2024cü il tarixdə bitdiyinə görə, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi xahiş olunmuşdur. Təqdimata İddiaçı barəsində xx.xx.2024-cü il tarixli akt, xx.xx.2024-cü il tarixli xidməti məlumat, xx.xx.2024-cü il tarixli xidməti məlumat, xx.xx.2024-cü il tarixli xidməti məlumat, xx.xx.2024-cü il tarixli akt əlavə edilmişdir.
4. Hüquq idarəsinin aparıcı hüquqşünası A.Əliyev tə rəfindən Mərkəzi-Aran RETSİnin rəisi Z.Şirəliyevə ünvanlanmış xx.xx.2024-cü il tarixli hüquqi rəyindən görünür ki, İddiaçı tapşırıqları kəsirlə yerinə yetirdiyinə, ödənişə cəlb etməni düzgün təşkil etməməsi səbəbindən onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixdə bitdiyinə görə, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi məqsədəmüvafiq hesab edilir.
5. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı “müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında” 31 iyul 2024-cü il tarixdə xəbərdarlıq göndərilmiş, xəbərdarlıqda İddiaçıla bağlanmış əmək müqaviləsinə 31 iyul 2024-cü il tarixdən xitam verilməsi qeyd olunaraq, son haqq-hesabı və əmək kitabçasını götürmək üçün Səhmdar Cəmiyyətin kadrlar şöbəsinə müraciət etməsi təklif olunmuş dur.
6. Cavabdeh "xxxx" ASC-nin sədri V.Əhmədovun 31 iyul 2024-cü il tarixli, № k/2403770 nömrəli əmrinə əsasən, X3 və Satışı İdarəsi/X6/Enerji Satış şöbəsi bölməsində nəzarətçi mühəndis vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 31 iyul 2024cü il tarixdən xitam verilmişdir. İşçinin 25 aprel 2023-cü il tarixindən 31 iyul 2024-cü il tarixinə qədər istifadə edilməmiş 38 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə həvalə edilməsi qeyd edilmişdir. Əmrin verilməsinə əsas kimi bağlanmış müddətli əmək müqaviləsi qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəm ə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh, yaxud ASC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ASC-nin sədri Vüqar Əhmədovun 31 iyul 2024cü il tarixli, k/24-03770 №li əmrinin ləğv edilməsi, onun X3 Təchizatı və Satışı İdarəsi/X6/Enerji Satış şöbəsi” bölməsində “Nəzarətçi mühəndis” vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda qeyd edilən hallarına istinadən onunla əsaslandırılmışdır ki, o, X3 Təchizatı və Satışı İdarəsi/X6/Enerji Satış şöbəsi” bölməsində “Nəzarətçi mühəndis” vəzifəsində qüsursuz işləmiş, barəsində heç bir şikayət, töhmət verilməmişdir. Ona təqdim edilmiş cavabdeh ASC tərəfindən verilmiş 17701 saylı vəsiqədən görünür ki, vəsiqənin etibarlıq müddəti xx.xx.2028-ci ilədəkdir. Bununla da müəyyən olunur ki, onunla bağlanmış əmək müqaviləsi 5 illik olmalı idi. X3 Təchizatı və Satışı İdarəsinin işçisi ona X8 Enerji Təchizatı və Satış İdarəsi tərəfindən verilmiş 31 iyul 2024-cü il tarixli, MA-1468 saylı xəbərdarlıq məktubu göndərilərək bildirilmişdir ki, onunla bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Halbuki xx.xx.2024-cü il tarixdə o, işdə olmuş və ona işdən çıxarılma barədə heç bir məlumat verilməmişdir. O, bununla bağlı X3 Təchizatı və Satışı İdarəsinin işçisi X8 Enerji Təchizatı və Satış İdarəsinə ərizə ilə müraciət etmişdir ki, onunla idarə arasında bağlanmış m üddətli əmək müqaviləsinə xitam verilmə barədə əmr verilsin. Ancaq işdən çıxarılma barədə əmr ona verilməmişdir. Buna baxmayaraq o, cavabdeh orqana mediasiya təklifini göndərmişdir. İşdən çıxarılma barədə xx.xx.2024-cü il tarixli əmrin surətini və əmək müqaviləsinin surətini 20 sentyabr 2024-cü il tarixdə X2 şəhər şöbəsindən əldə etmişdir. xx.xx.2024-cü il tarixli işdən çıxarılması barədə cavabdeh ASC-nin sədri Vüqar Əhmədovun 31 iyul 2024-cü il tarixli, k/24-03770 №li əmri qanunsuzdur.
9. Məhkəmə iclasında cavabdehin ASC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etmiş, həmçinin izahatında qeyd etmişdir ki, işdən azad olunma barədə əmr 31 iyul 2024-cü il tarixdə verilmiş və həmin tarixdə xəbərdarlıq göndərilmişdir. İddiaçının müqaviləsinin müddəti 25 iyul 2024-cü ildə bitirdi. Amma ki, 2024-cü ilin 12 avqustuna qədər qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddədə göstərilir ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 2024-cü ilin 12 avqustundan sonra həmin maddəyə dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən həmin maddədə göstərilir ki, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı b ir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Əmrdən görünür ki, iddiaçının əmək müqaviləsinə 31 iyul 2024-cü il tarixdə xitam verilmişdir. Yəni Əmək Məcəlləsinin 73.1-ci maddəsinə dəyişiklik olunmamışdan öncə əmr verilmişdir və həmin maddənin təsiri dairəsinə düşmür.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(006)-4877/2024 nömrəli, 12 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia təmin edilməmiş dir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, müqavilədə tərəflər arasında münasibətlərin xitam edilməsinə dair müddət olaraq həftənin müəyyən edilməsi və həmin müddətin xx.xx.2024-cü il tarixdən bir həftə (7 gün) hesablanmasına başlayaraq son tarix xx.xx.2024-cü il tarixinin müəyyən olunması qanunvericiliyin tələbinə və müqavilə şərtlərinə uyğun gəlir. Odur ki, cavabdeh ASC tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamış, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi, bu barədə xx.xx.2024-cü il tarixdə əmrin verilməsi əmək qanunvericiliyinin göstərilən tələblərinə uyğun olmuşdur. Bu səbəbdən də iddia təmin edilə bilməz.
12. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 26.1, 26.1, 35.2-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 8, 11, 45, 68-ci maddəsinin 2-ci hissəsi, 73-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 89.1, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
13. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə sənədlərlə tanış olduqda aşağıdakılar müəyyən olunmuşdur: İşçi İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək m üqaviləsindən görünür ki, 2.1-ci bəndində-bu əmək müqaviləsi tərəflərin razılığı ilə xx.xx.2023-xx.xx.2023 (3 ay müddətinə) bağlanmışdır. Bu müqavilədən müəyyən olunur ki, 3 ay əmək müqaviləsinin müddəti 3-cü ayın 24-də tamam olur. İşçinin işdən çıxarılması barədə əmrdən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdən işdən çıxarılmışdır. Hesablandıqda müəyyən olunur ki, 5-ci 3 aylıq müqavilə müddəti (yəni müqavilə 5 dəfə uzadılmış olur) xx.xx.2024-cü il tarixə düşür. Deməli, İddiaçı ilə 3 aylıq bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitdiyi üçün həmin tarixdə də xitam verilməli idi. Ancaq İddiaçı xx.xx.2024-cü il tarixdə tabelə imza edərək işdə olmuş, ona telefon vasitəsilə günün ikinci yarısı məlumat verərək, işdən çıxarılması bildirilmişdir. Deməli, işçi 3 aylıq əmə k müqaviləsinin müddəti bitdikdən sonra bir həftə işdə olmuşdur. 25, 26, 27, 28, 29, 30, 31 iyul tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən (qüvvədən düşmüş) müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. X3 Təchizatı və Satışı İdarəsinin işçiyə X8 Enerji Təchizatı və Satış İdarəsi tərəfindən verilmiş 31 iyul 2024-cü il tarixli, MA-1468 saylı xəbərdarlıq məktubundan görünür ki, işçi ilə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Göründüyü kimi, işçiyə xəbərdarlıq bildirişinin tarixi ilə işdən çıxarılma barədə əmrin tarixi eynidir. xx.xx.2024-cü il əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “Çap tarixi” xx.xx.2024 10:39:40, İddiaçı xx.xx.2024-cü il tarixdə tabelə imza edərək işdə olması sübut olunur. İşəgötürən tərəfindən Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin tələbləri kobud surətdə pozulmuşdur. 3 (üç) aylıq bağlanmış əmək müqaviləsinə 2 (iki) aylıq sınaq müddəti müəyyən edilə bilməz. Deməli işçiyə sınaq müddəti deyərək müddətli əmək müqaviləsinə imza etdirmişlər. Halbuki işçi onunla bağlanmış əmək müqaviləsinin müddətsiz olduğunu hesab etmiş, sınaq müddəti bilərək, müqaviləyə imza etmişdir. İşinin xarakterindən müəyyən olunur ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iş və ya göstərilən xidmətlər daimi xarakterə malikdir. Əmək Məcəlləsinin 47-ci maddəsinin tələbləri baxımından işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli əmək müqaviləsi hesab edilərək bağlana bilməzdi. İşəgötürən işçi ilə bağlanm ış müqaviləni müddətli əmək müqaviləsi hesab edərək əmək müqaviləsinin bitdiyinə görə müqaviləyə xitam verərək işdən çıxarmışdır. Cavabdehin nümayəndəsi verilmiş suallara cavabında İddiaçı ilə bağlanmış əmək müqaviləsində əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğunu bildirmişdir. "xxxx" ASC-nin sədri Vüqar Əhmədovun 31 iyul 2024-cü il tarixli, k/24-03770 №li əmri ilə tanış olduqda müəyyən olunur ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları, 73-cü maddəsində isə müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası göstərilmişdir. Ancaq xx.xx.2024-cü il tarixli əmrdə “Əmək Məcəlləsinin 68.2. “b”-əmək müqaviləsinin müddətini n qurtarması” maddəsi ilə xitam verilmişdir. Mübahisəli əmrdə “Əmək Məcəlləsinin 68.2. “b”- bəndində göstərilən əsaslarla Əmək Məcəlləsinin 73-cü maddəsi ilə müddətli əmək müqaviləsinə xitam verilməsi kimi göstərilməli idi. Ən əsası məhkəmənin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsi bitdikdən 7 gün ərzində işdən çıxarılması qanuna müvafiqdir. İşçi İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin 2.3-cü bəndində göstərilmişdir ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müaviləsi əvvəl müəyyən o lunmuş müddətə uzadılmış hesab olunur. İşçi İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin 4.23- cü bəndində göstərilmişdir ki, istirahət günləri hər həftənin şənbə və bazar günləridir. Deməli işçi həftənin 5 gününü işləyir, 5 günlük iş həftəsidir. Əmək Məcəlləsinin 8-ci maddəsində müddətlərin hesablanması qaydaları göstərilməklə, müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablandığı, həftələrlə hesablanan müddətlər həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. İşçi ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə başa çatır. Həmin gün isə həftənin çərşənbə yəni üçüncü günüdür. İşçi həmin həftənin sonu 26 iyul 2024-cü il tarixdə işdən çıxarılmalı idi. Hazırkı iş üzrə prosessual müddətinin hesablanma qaydası təqvim həftələri ilə deyil, həftələrlə hesablanmalı idi. Məhkəmə isə əsassız olaraq təqvim həftəsi ilə hesablamışdır. Bununla belə işçi müqaviləsinin müddəti bitdikdən sonra 7 gün tam olaraq işdə olmuşdur.
15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etmiş, şikayətin dəlillərinə uyğun izahat verərək göstərmişdir ki, iddiaçı ilə əmək müqaviləsinin üç ay müddətinə bağlanması, onun da iki ayının sınaq müddəti kimi müəyyən edilməsi qanunsuz olmuşdur. İddiaçının gördüyü iş aşkar davamlı xarakterlidir. Bundan başqa, iddiaçı müqavilənin müddətsiz və üç aylıq sınaq müddətinə bağladığını güman edirdi. Çünki onunla bağlanmış müqavilə beş dəfə onun məlumatı və iştirakı olmadan uzadılmışdır. Ona verilmiş xidməti vəsiqəsində də müddət 2028-ci il göstərilmişdir. Qeyd edilənlər iddiaçının dumanının əsaslı olduğunu göstərir. Birinci instansiya məhkəməsi həftələrlə hesablanan müddətin hesablanmasında da səhvə yol vermiş, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir. İddiaçı ailədə yeganə işləyən şəxsdir, valideynləri də təqaüdçüdür. Məhkəmə isə bu halları nəzərə almamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Rasimə Hüseynova apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etmiş, əlavə olaraq izahatında qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə müddət bitdiyi üçün xitam verilmişdir. Heç bir pozuntuy a yol verməmişlər. Müqavilə 3 aylıq müddətə bağlanmış və hər 3 aydan bir uzadılmışdır. "xxxx" ASC-yə hamı 2 aylıq sınaq müddətinə işə götürülür. İddiaçı savadlı insandır, ərizəylə tanış olub, öz iradəsiylə imza etmişdir. İddiaçı əvvəl normal işçi olmuş, sonradan işində müəyyən qüsurları yaranmış, ona görə də müddət uzadılmamışdır. İddiaçı 31 iyulda işdə olmuş, həmin gün onun iş günü olmuşdur.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-1494/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilm iş, cavabdeh ASC-nin sədri Vüqar Əhmədovun 31 iyul 2024-cü il tarixli, k/24-03770 №li əmri ləğv olunması, iddiaçının X3 Təchizatı və Satışı İdarəsi/X6/Enerji Satış şöbəsi” bölməsində “Nəzarətçi mühəndis” vəzifəsinə bərpa olunması, ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi və mediasiya xərci olan 60 manat pulun cavabdeh ASC-dən alınıb iddiaçıya verilməsi, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilməli olan (100+50=150) 150 manat dövlət rüsumunun isə cavabdeh “ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd etmişdir ki, tərəflər arasında həmin əmək müqaviləsi bağlanan vaxt iki ay sınaq müddəti müəyyən edilməsi Qanunun həmin vaxt qüvvədə olan no rmasına uyğun olsa da, üç aylıq müddətə bağlanmış əmək müqaviləsi üçün iki ay sınaq müddətinin müəyyən edilməsi hər bir halda anlaşılan deyildir. Bu baxımdan iddiaçının onunla iki aylıq sınaq müddəti ilə müddətsiz əmək müqaviləsi bağlanmasını zənn etməsi barədə bildirdikləri aşkar əsassız görünmür.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi, eləcə də işəgötürən müddətin hesablanmasında səhvə yol vermişdir. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsindən göründüyü kimi müqavilə üç ay müddətinə bağlanmış və müqavilənin bitmə müddəti üçüncü ayın 24-nədək müəyyən olunmuş, müddət sonuncu uzadılma ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur. Demək ki, əmək müqaviləsinə əsasən işçinin son iş günü xx.xx.2024-cü il tarix olmuşdur. Ə mək Məcəlləsinin 12 avqust 2024-cü il tarixə qədər qüvvədə olan 73.1-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İddiaçının xx.xx.2024-cü il tarixində işdə olması və öz əmək funksiyalarını yerinə yetirməsi də hazırkı işin mübahisələndirilməyən hallarındandır. Belə olan halda, müqavilənin müddətinin bitdiyi xx.xx.2024-cü il tarixindən başlamaqla yeddi gün hesablandıqda (24,25,26,27,28,29,30) yeddinci gün cavabd ehin əmək müqaviləsinə xitam verdiyi xx.xx.2024-cü il tarix deyil, xx.xx.2024-cü il tarix olmuşdur. Bu baxımdan, məlum olur ki, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi, hətta Qanunun həmin vaxt qüvvədə olan tələbinə uyğun olmamışdır.
20. Eyni zamanda da müəyyən olunmuşdur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi zamanı onun barəsində hazırlanan təqdimat və tərtib edilən aktların tarixi, eləcə də ona intizam tənbehi kimi töhmət verilməsi barədə olan əmr də elə əmək müqaviləsinin müddətinin bitdiyi xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə olmuşdur. Bundan başqa, Əmək Məcəlləsinin 73.1-ci maddəsinin xx.xx.2024-cü il tarixdən qüvvədə olan mətninə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Qeyd edilən dəyişiklik barədə Qanun 28 iyun 2024-cü il tarixdə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə qüvvəyə minmişdir.
21. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, qeyd edilən dəyişiklik 28 iyun 2024-cü il tarixdə qəbul edilmişdir. Həmin Qanun xx.xx.2024-cü ildə qüvvəyə minmiş olsa da, hüquqi şəxs və əmək münasibətlərinin “güclü” tərəfi olan cavabdeh məhz işçilərin əmək hüquqlarının daha etibarlı müdafiə olunmasın a və hüquqi müəyyənliyin təmin edilməsinə yönələn həmin Qanundan məlumatlı olmalı idi.
22. Həmçinin hazırkı işin faktiki hallarından məlum olmuşdur ki, iddiaçının gördüyü işin xarakteri Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hallara aid olmadığından, onunla müddətli əmək müqaviləsinin bağlanması iddiaçının iradəsinə uyğun olmamaqla əmək qanunvericiliyinin qeyd olunan tələbləri ilə uzlaşmır.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35.2, 149 (İ və Vİİ hissələri), Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8, 45, 47 (“f” bəndi), 51, 68, 73, 296, 300 və 317-ci maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin AR Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissə lərinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarına istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
24. Qətnamədən cavabdeh ASC (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi cavabdeh təşkilatla iddiaçı arasında olan münasibətlərin həqiqi xarakterini müəyyən etməmiş, cavabadeh ASC-nin digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanılmadığı halını araşdırmamış, cavabdeh təşkilata ASC-nin digər işçiləri ilə bağlanılan əmək müqavilə lərinin müddətli olub-olmamasına dair cavabdeh təşkilata müvafiq sorğular göndərməmişdir.
26. Bundan əlavə, işin mübahisəsiz halıdır ki, iddiaçının sonuncu iş günü xx.xx.2024cü il, onunla bağlanılmış əmək müqaviləsinin bitdiyi tarix isə xx.xx.2024-ci il hesab edilir. Belə olduqda müddətin bitdiyi xx.xx.2024-cü il tarixindən sonrakı yeddi gün hesablanmaqla (25,26,27,28,29,30,31) xx.xx.2024-cü il tarixdə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilməsi tam qanuni olmuşdur. Lakin apellyasiya məhkəməsi Əmək Məcəlləsinin 73.1-ci maddəsində öz əksini tapan bir həftənin iddiaçının sonuncu iş günü olan xx.xx.2024-cü il tarixindən sonrakı yeddi günü hesablamaqla qeyd edilən maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməs inin Plenum qərarlarında mülki hüquq normalarının qüvvəsinin geriyə şamil olunması üçün mülki hüquq münasibətləri tərəflərindən birinin Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin 1-ci cümləsində müəyyən edilmiş pozitiv nəticə əldə etməsindən əlavə, digər tərəfin hər hansı neqativ nəticəyə məruz qalmaması əsas şərt kimi nəzərdə tutulmuşdur. Odur ki, hazırkı iş üzrə apellyasiya məhkəməsi Əmək Məcəlləsinin 73.1-ci maddəsinin xx.xx.2024-cü il tarixədək qüvvədə olan mətninin tərəflər yalnız birinin yəni, iddiaçının hüquqlarının və mənafelərinin müdafiə olunmasını təmin etdiyindən, həmin müddəaların qüvvəsinin geriyə şamil edilə bilməsi qənaətinə gəlsə də, digər yandan bu halın iş üzrə digər tərəf - işəgötürənin əmək qanunverciliyində öz əksini tapmış hüquqları nı və qanuni mənafeyini aşkar şəkildə pozduğunu nəzərə almamışdır. Belə ki, Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsində əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqları sırasında b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək qeyd edilmişdir.
28. Apellyasiya məhkəməsi işə baxarkən cavabdeh ASC-nin işəgötürən kimi əmək münasibətlərində “güclü” mövqedə çıxış etməsini əsas gətirərək, ona münasibətdə əmək qanunvericiliyinin “əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi və mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması“ prinsiplərini (Əmək Məcəlləsinin 2.3-cü maddəsi), o cümlədən mülki prosessual qanunvericiliyin təməl prinsiplərindən biri olan qanun və məhkəmə qarşısında bərabərlik pri nsipini (MPM-nin 8-ci maddəsi) pozmuşdur. Apellyasiya məhkəməsi heç bir hüquqi əsaslanma aparmadan, məhz özünün “subyektiv mövqeyinə” əsasən işəgöturənin “güclü” tərəf kimi Qanunda olan dəyişiklikdən məlumatlı olmaq vəzifəsinin olduğu barədə tamamilə əsassız qənaətə gəlmiş və nəticə etibarilə MPM-nin müvafiq prossesual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
29. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 cavabdeh tərəfindən verilmiş tərəfindən kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barəsində qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ə mək Məcəlləsi.
30. Maddə 2 (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
31. Maddə 2 (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
32. Maddə 8 (1-ci hissə) Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə - illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. (2-ci hissə). Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. (3-cü hissə). İllərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. (4-cü hissə). Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir.
33. Maddə 42 (1-ci hissə). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
34. Maddə 45 (1-ci hissə). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
35. Maddə 45 (4-cü hissə). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
36. Maddə 47 (f) bəndi). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
37. Maddə 51 (1-ci hissə). Əmək müqaviləsi işçinin peşəka rlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir (19 noyabr 2023-cü il tarixə qədər qüvvədə olan mətn).
38. Maddə 51 (1-ci hissə). Bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir (28 iyun 2024-cü il tarixli 1195-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən, hazırda qüvvədə olan mətn).
39. Maddə 68 (2-ci hissə, b yarımbəndi). Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
40. Maddə 73 (1-ci hissə). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. (13 avqust 2024-cü il tarixə qədər olan mətni).
41. Maddə 73 (1-ci hissə). Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin b itməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur (Hazırda qüvvədə olan mətn).
42. Maddə 296 (2-ci hissə). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
43. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
44. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.
45. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
46. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövq eyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri:
57. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olun mamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı bütövlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiym ətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
60. Bu səbəbdən də məhkəmə kollegiyası mübahisələndirilən qətnamənin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini məqsədəuyğun hesab edir.
61. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 25 aprel 2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 3 ay müddətinə, – 24 iyul 2023-cü il tarixədək, ASC-nin X3 və Satışı İdarəsi/X6/Enerji Satı ş şöbəsi bölməsində nəzarətçi mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Həmin əmək müqaviləsinin 2.2-ci bəndində qeyd olunmuşdur ki, işin birinci iki ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə əmək müqaviləsini birtərəfli qaydada poza bilər. Müqavilənin 2.3-cü bəndində isə göstərilmişdir ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Cavabdeh ASC tərəfindən iddiaçıya “müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında” 3 1 iyul 2024-cü il tarixdə xəbərdarlıq göndərilmiş, xəbərdarlıqda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 31 iyul 2024-cü il tarixdən xitam verilməsi qeyd olunaraq, son haqq-hesabı və əmək kitabçasını götürmək üçün Səhmdar Cəmiyyətin kadrlar şöbəsinə müraciət etməsi təklif olunmuşdur. Cavabdeh ASC-nin sədrinin 31 iyul 2024-cü il tarixli, № k/24-03770 nömrəli əmrinə əsasən, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 31 iyul 2024-cü il tarixdən xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi, bağlanmış müddətli əmək müqaviləsi qeyd olunmuşdur.
62. Həmçinin müəyyən olunmuşdur ki, cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli, № k/24-03751-1 nömrəli əmrinə əsasən, əmək müqaviləsi ilə nəzərd ə tutulmuş vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdıqlarına və əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə X3 və Satışı İdarəsi/X6/Enerji Satış şöbəsinin 4 əməkdaşına, o cümlədən nəzarətçi mühəndis işləyən iddiaçıya töhmət inzibati tənbehi verilmişdir. Həmin əmrin verilməsinə əsas olan Mərkəzi-Aran RETSİ-nin rəisi Z.Şirəliyevin xx.xx.2024-cü il tarixli təqdimatında qeyd olunmuşdur ki, İddiaçı tapşırıqları yarıtmaz yerinə yetirdiyinə, vəzifəyə səhlənkar yanaşdığına və sair səbəblərə görə, onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixdə bitməsi nəzərə alınaraq Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi xahiş olunur. Eyni zamanda hüquq idarəsinin aparıcı hüquqşünası A.Əliyev tərəfindən Mərkəzi-Aran RETSİ-nin rəisi Z.Şirəliyevə ünvanlanmış xx.xx.2024-cü il tarixli hüquqi rəydə də, iddiaçının tapşırıqları kəsirlə yerinə yetirməsi, ödənişə cəlb etməni düzgün təşkil etməməsi qeyd olunaraq, onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2024cü il tarixdə bitməsi nəzərə alınaraq, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir.
63. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsinə dair gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsindən göründüyü kimi müqavilə üç ay müddətinə bağlanmış və müqavilənin bitmə müddəti üçüncü ayın 24nədək müəyyən olunmuş, müddət sonuncu uzadılma ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur. Demək ki, əmə k müqaviləsinə əsasən işçinin son iş günü xx.xx.2024-cü il tarix olmuşdur. Əmək Məcəlləsinin 12 avqust 2024-cü il tarixə qədər qüvvədə olan 73.1-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İddiaçının xx.xx.2024-cü il tarixində işdə olması və öz əmək funksiyalarını yerinə yetirməsi də hazırkı işin mübahisələndirilməyən hallarındandır. Belə olan halda, müqavilənin müddətinin bitdiyi xx.xx.2024-cü il tarixindən b aşlamaqla yeddi gün hesablandıqda (24,25,26,27,28,29,30) yeddinci gün cavabdehin əmək müqaviləsinə xitam verdiyi xx.xx.2024-cü il tarix deyil, xx.xx.2024-cü il tarix olmuşdur. Bu baxımdan, məlum olur ki, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi, hətta Qanunun həmin vaxt qüvvədə olan tələbinə uyğun olmamışdır. Apellyasiya məhkəməsi həmçinin iddiaçının gördüyü işin xarakterinin Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hallara aid olmadığından, onunla müddətli əmək müqaviləsinin bağlanmasının iddiaçının iradəsinə uyğun olmamaqla əmək qanunvericiliyinin tələbləri ilə uzlaşmadığını qeyd etmişdir.
64. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin əsaslandırması ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir:
65. Belə ki, Əmək Məcəlləsinin 8-ci mad dəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə - illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Məcəllənin 8-ci maddəsinin 2-ci hissəsinə əsasən müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. Məcəllənin 8-ci maddəsinin 3-cü hissəsinə əsasən isə illərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir.
66. Əmək Məcəlləsinin 13 avqust 2024-cü il tarixə qədər qüvvədə olmuş 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Hə min Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
67. Göründüyü kimi tərəflər arasında bağlanmış 25 aprel 2023-cü il tarixli əmək müqaviləsi 3 ay müddətinə, - 24 iyul 2023-cü il tarixədək bağlanmış, 13 avqust 2024-cü il tarixə qədər qüvvədə olmuş Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmək müqaviləsində göstərilən müddət qurtardıqdan sonra əmək münasibətləri davam etdirilərək, müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiklərinə görə həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış və bu qaydada əmək müqaviləsi xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş, göstərilən müddət bitdikdən sonrakı bir həftəlik müddətin axımı isə bu halda Əmək Məcəllənin 8-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq müəyyən edilmiş həmin vaxtın ertəsi günündən, yəni xx.xx.2024-cü il tarixən başlamış, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə isə qeyd olunan tarixdən başlayan bir həftə ərzində, həftənin sonuncu, 7-ci günü olan xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bu səbəbdən də iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsi zamanı cavabdeh ASC tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması haqqında apellyasiya instansiyası məhkəməsinin mövqeyi səhvdir.
68. Həmçinin qeyd ol unmalıdır ki, əmək qanunvericiliyi əmək müqavilələrinin sərbəst bağlanmasını təsbit etməklə, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəsin əmək müqaviləsi bağlamağa məcbur edilə bilməməsini nəzərdə tutmuşdur (Əmək məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsi). Hazırkı iş üzrə iddiaçının cavabdeh ASC ilə 25 aprel 2023-cü il tarixdə 3 ay müddətinə bağladığı əmək müqaviləsini iradəsinə zidd olaraq bağlamasını təsdiq edən hər hansı sübut işdə yoxdur.
69. Bundan başqa iş materiallarından görünür ki, tərəflər arasında 3 ay müddətinə, 24 iyul 2023-cü il tarixədək bağlanmış 25 aprel 2023-cü il tarixli əmək müqaviləsi iddiaçı tərəfindən imzalanaraq, həmin müqavilədən məlumatlı olmasına baxmayaraq, iddiaçı iddia ərizəsində onunla bağlanmış müqavilənin müddətsiz və üç aylıq sınaq müd dətinə bağladığını güman etdiyini, həmçinin ona verilmiş vəsiqənin etibarlıq müddətinin xx.xx.2028-ci ilədək olduğunu göstərərək, bağlanmış əmək müqaviləsinin 5 illik olmalı olduğunu bildirir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Göründüyü kimi, istinad olunan maddənin tələblərinə əsasən yalnız müddətli əmək müqaviləsi bağlandıqdan sonra əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. İddiaçı ilə bağlanan müddətli əmək müqaviləsindən və işin faktiki hallarından isə görünür ki, iddiaçı 25 aprel 2023-cü il tarixdən 31 iyul 2024-cü il tarixə kimi cəm i 1 il 3 ay 7 gün müddətində işləmişdir. Bu halda iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin bağlanması qanunvericiliyin yuxarıda sadalanan tələblərinə uyğun olaraq müddətsiz hesab edilə bilməz.
70. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilərkən cavabdeh ASC tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl olunmuş, cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli əmri əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Odur ki, 31 iyul 2024-cü il tarixli, № k/24-03770 nömrəli əmr qanuni və əsaslı olmaqla, həmin əmrin ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur.
71. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia təmin edilərkən maddi hüquq normaları pozuld uğu üçün həmin qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmalıdır.
72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1494/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.