Məhkəmə qərarları › İş №2(102)-1486/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1486/2021

12.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1486/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsızlığı və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əqdlərin etibarsızlığının əsasları, etibarsız əqdlər üzrə müddətlər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil2 və vəkili xxxnun, Cavabdeh1 MMC-nin nümayəndəsi, Vəkil3, Cavabdeh2 nümayəndəsi, Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(103)2821/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 22 avqust 2006-cı il tarixli müqavilə ilə Cavabdeh1 MMC ünvan 1 yaşayış binasının tikintisini başa çatdıqdan sonra həmin binanın mansard mərtəbəsində yerləşən və ümumi sahəsi 769,6 kv.m olan 5 ədəd - 76, 77, 78, 79 və 80 saylı mənzilləri İddiaçı verməyi, sonuncu isə həmin mənzilləri qəbul etməyi və mənzillərin ümumi dəyəri olan 461760 ABŞ dollarını icraçıya ödəməyi öhdəsinə götürmüşdür. 22 avqust 2006-cı il tarixli maliyyə arayışına əsasən İddiaçı tərəfindən həmin mənzillərin dəyəri Cavabdeh1 MMC-yə tam ödənilmişdir. 06 iyun 2012-ci il tarixli müqavilə ilə Cavabdeh1 MMC ünvan 1 yaşayış binasının tikintisini başa çatdıqdan sonra həmin binanın mansard mərtəbəsində yerləşən və ümumi sahəsi 769,6 kv.m olan 5 ədəd - 76, 77, 78, 79 və 80 saylı mənzilləri Cavabdeh2 verməyi, sonuncu isə həmin mənzilləri qəbul etməyi və mənzillərin ümumi dəyəri olan 346320 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. 06 iyun 2012-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 tərəfindən həmin mənzillərin dəyəri MMC-yə tam ödənilmişdir. Həmin daşınmaz əmlaklar üzərində Cavabdeh2 mülkiyyət hüquqları 21 yanvar 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə, sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini əlavə cavabdehlər qismində cəlb etməklə, ünvan 1 inşa edilmiş binanın mansard mərtəbəsində olan 76, 77, 78, 79 və 80 saylı mənzillərə dair Cavabdeh1 MMC və Cavabdeh2 arasında bağlanmış 06 iyun 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kom itəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi, mənzillərin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ildə mənzil almaq məqsədi ilə ünvan 2 tikintisini həyata keçirən cavabdeh "Cavabdeh1” MMC-yə müraciət etmiş və binanın 17-ci - mansard mərtəbəsində yerləşən, ümumi sahəsi 769,6 kv.m. olan 5 ədəd 76, 77, 78,79 və 80 saylı mənzilləri almaq məqsədi ilə MMC ilə 22 avqust 2006-cı il tarixdə alqı-satqı müqaviləsi bağlamış, həmin tarixdə mənzillərin dəyəri olan 461760 ABŞ dolları məbləğində pul vəsaiti tam olaraq cavabdehin xəzinəsinə ödəmişdir. Mənzillər təmirsiz vəziyyətdə (pod mayak) olmuşdur. Təx minən 2018-ci ilin dekabr ayında iddiaçı mənzillərə baş çəkmək istədiyi vaxt, mənzillərin qapılarının bağlı olduğunu görərək, cavabdeh Cəmiyyətin rəhbərinə müraciət etmiş və ona bildirilmişdir ki, aldığı mənzillər başqa şəxsə satılmışdır. Bu məsələyə aydınlıq gətirməyi, mənzillərin kimə və hansı əsaslarla satılması barədə məlumat verməyi dəfələrlə tələb etməyinə baxmayaraq, hər hansı cavab ala bilməmişdir. Artıq məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi həmin mənzillərin Cavabdeh2 satılmasını bildirmiş və bu barədə 06 iyun 2012-ci il tarixli alqısatqı müqaviləsini, habelə Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mənzilin çıxarışını təqdim etmişdir. İddiaçı mənzil payından imtina etməmiş, onun xəbəri və razılığı olmadan, mənzillər altı il sonra Cavabdeh1 MMC-nin rəhbərliyi tərəfindən qanunsuz olaraq başqa şəxsə, yəni Cavabdeh2 adına keçirilmişdir. Müqavilə bağlandıqdan sonra Cavabdeh2 mənzillərə dair mülkiyyət hüququnu dövlət qeydiyyatından keçirərək bu barədə çıxarışlar almışdır. Binada hər hansı mənzilə çıxarış verilmədiyi, 2012-ci ildə isə yeni tikili binalarında çıxarış almaq üçün tikintisi başa çatmış binanın istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktının mövcudluğu vacib olduğu nəzərə alınaraq, hansı əsasla və hansı şərtlərlə çıxarışların alınması bəlli deyildir. Cavabdehlərin qanunsuz hərəkətləri ilə iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, mənzilin dəyərini tam ödəməklə iddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmiş, cavabdeh “xxxx” MMC isə mənzilləri iddiaçıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini y erinə yetirməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(004)5019/2019 nömrəli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia təmin edilərək, ünvan 1 inşa edilmiş binanın mansard mərtəbəsində olan 76, 77, 78, 79 və 80 saylı mənzillərə dair Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 iyun 2012-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş çıxarışların ləğv edilməsi, ünvan 1 inşa edilmiş binanın mansard mərtəbəsində olan 76, 77, 78, 79 və 80 saylı mənzillərin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 178.8, 337. 1, 339-cu maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarına istinad edərək müəyyən etmişdir ki, iddiaçı tərəf pay haqqını ödəyərək, mübahisəli mənzilə dair sahiblik və istifadə hüququ əldə etsə də, faktiki olaraq, həmin daşınmaz əmlak ona təhvil verilməmiş, qeyd edilən mənzillər MMC tərəfindən 06 iyun 2012-ci il tarixdə Cavabdeh2 satılmış, sonuncu adına çıxarış almışdır. Cavabdeh1 MMC mənzillərin iddiaçının rəsmi imtina ərizəsi əsasında satıldığını iddia etsə də, bunu təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh2 iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi ilə bağlı məhkəmə Mülki Məcəllənin 384.0.4-cü maddəsinə istinad edərək hesab etmişdir ki, hazırki tələbə iddia müddəti şamil edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(004)-5019/2019 nömrəli qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(103)-2821/2020 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Qurbanovun sədrliyi və məruzəsi ilə, hakimlər C.A.Yusifovdan və V.Ə.Baxışovadan ibarət tərkibdə) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(004)-5019/2019 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı ca vabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 inşa edilmiş binanın mansarda mərtəbəsində olan 76, 77, 78, 79 və 80 saylı mənzillərə dair Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 iyun 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi, mənzillərin boşaldılaraq ona təhvil verilməsi barədə iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbləri iddiaçı tərəfindən Mülki Məcəllənin 354-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddət ötürüldüyündən rədd edilməlidir. Belə ki, mübahisəli m ənzillərə dair Cavabdeh2 ilə 06 iyun 2012-ci tarixdə müqavilə bağlanmış, mənzillər sonuncuya təhvil verilmiş və 2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində onun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İddiaçının isə həmin tarixlərdən etibarən müvafiq olaraq 7-5 il ərzində mənzillərlə maraqlanmaması, onların başqa şəxsə satıldığını, mənzillərdə təmir işlərinin getməsindən xəbərdar olmaması ağlabatan və məntiqli deyildir. İddiaçı ən azı mənzillərdə təmir işlərinin başladığı tarixlərdə onun özgəninkiləşdirilməsindən xəbərdar olmalı idi. Lakin o, iddianı 2019-cu ilin sentyabr ayında irəli sürmüşdür. Bu baxımdan apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbləri və ondan irəli gələn müqavilənin hüquqi nəticələrinin - çıxarışların ləğv edilməsi tələbləri rədd edilməlidir. H əmçinin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mənzillərin təhvil verilməsi hissəsində də iddia əsassızdır. Belə ki, Cavabdeh2 münasibətdə həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə isə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Hazırkı işdə isə birinci şərtin, yəni iddiaçının mübahisəli əmlakın mülkiyyətçisi olması müəyyən olunmur. Cavabdeh1 MMC-yə münasibətdə isə məhkəmə hesab etmişdir ki, mübahisəli mənzillər 2012-ci ildən Cavabdeh2 faktiki sahibik və istifadəsinə verildiyindən, 21 yanvar 2014-cü il tarixdə isə onun həmin əmlaklar üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən iddiaçının tələbləri təmin edilə bilməz. Eyni zamanda apellyasiya məhkəməsi izah etmişdir ki, iddiaçı Mülki Məcəllənin 443-cü maddəsinə əsasən Cavabdeh1 MMC-dən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(103)-2821/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh1 MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməs inin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(103)-2821/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli qərarı ilə Ali Məhkəmənin 28 yanvar 2021-ci il tarixli, 2(102)-1486/2021 nömrəli qərardadı Cavabdeh1 MMC-nin kassasiya şikayətinin icraata qəbul edilməsi hissəsində ləğv edilmiş, Cavabdeh1 MMC-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(103)-2821/2020 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin kassasiya baxışından çıxarılaraq, qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, İddiaçı Bakı Apellyasiya Məhk əməsinin 05 noyabr 2019-cu il tarixli, 2(103)-12775/2019 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxılsın. İddiaçının kassasiya şikayəti iddia ərizəsində qeyd olunan hallara istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi əsassız olaraq Mülki Məcəllənin 354.1-ci maddəsinə istinad edərək, iddianı rədd etmişdir. Belə ki, həmin maddəyə görə maraqlı şəxsin bir il ərzində əhəmiyyətsiz əqdi mübahisələndirməsini, onun həmin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. İddiaçı isə mübahisəli mənzillərin Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 satıldığını məhkəmədə işə b axıldığı vaxt bilmişdir. İddiaçı mənzillərin dəyərini təşkil edən pulu 22 avqust 2006-cı il tarixdə tam ödəməklə, inşa ediləcək mənzillərə istifadə və sahiblik hüququ əldə etdiyindən, sonradan həmin mənzillərin başqa şəxsə satılmasını bilməmiş və bilməli deyildi. Mülki işdə müddətin ötürülməsinə dair hər hansı sübut olmadığı halda, məhkəmənin bununla bağlı gəldiyi nəticə qanunun tələbi baxımından kənar, ehtimal və fərziyyələr üzərində qurulmuşdur. Həmçinin kassator hesab etmişdir ki, o, 22 avqust 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzillərə istifadə və sahiblik hüququ əldə etdiyindən, Mülki Məcəllənin 157.8-ci maddəsinin tələbləri baxımından mülkiyyətçi hüquqlarına malik olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etmək üçün maddi hüquq norması kimi Mülki Məcə llənin 157.2-ci maddəsini düzgün tətbiq etməmişdir. Həmçinin apellyasiya məhkəməsi Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqində səhvə yol vermişdir. Belə ki, hazırki işdə mənzillər 22 avqust 2006-cı il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh1 MMCnin mülkiyyətindən çıxdığından, barələrində Cavabdeh2 özgəninkiləşdirmə və ya digər formada sərəncam verilə bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi, Vəkil2 və vəkili xxx kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişlər. Cavabdeh1 MMC-nin nümayəndəsi, Vəkil3 məhkəmə iclasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidə n baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi, Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad et məsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən m ülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bild iyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məru z qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasi ya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzillərə dair Cavabdeh2 ilə 06 iyun 2012-ci tarixdə müqavilə bağlanmış, mənzillər sonuncuya təhvil verilmiş və 2014-cü il də daşınmaz əmlakın dövlət reyestrində onun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, mənzillərdə təmir işləri başlanmışdır. İddiaçının ötən müddət ərzində mənzillərlə maraqlanmaması, onların başqa şəxsə satıldığını, mənzillərdə təmir işlərinin getməsindən xəbərdar olmaması ağlabatan və məntiqli deyildir. Bu səbəbdən apellyasiya məhkəməsi əsaslı olaraq Mülki Məcəllənin 354-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddəti tətbiq edərək, iddia tələbləri və ondan irəli gələn müqavilənin hüquqi nəticələrinin - çıxarışların ləğv edilməsi tələblərini rədd etmişdir. Qətnamənin həmin hissinə dair kassasiya şikayətinin dəlilinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində hə min əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. (“T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 01 dekabr 2020-ci il tarixli Qərarı) Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində işin hallarına hüquqi qiymət verərək qanunla müəyyən olunmuş kəsici müddətinin axımının başlanğıcını müəyyən etmiş və həmin müddəti tətbiq edərək, iddianı göstərilən hissədə rədd etmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, yuxarıda qeyd olunan səbəbə görə iddiaçının mübahisələndirilən mənzillərə münasibətdə hüquqları müəyyən edilmədiyindən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Mülki Məcəllənin 157.2 və 452.1-ci maddələrinin tətbiq e dərək, iddianı mənzilləri müvafiq olaraq Cavabdeh2 və Cavabdeh1 MMC-dən alınaraq ona təhvil verilməsi hissəsində də təmin etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan R espublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(103)-2821/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar