Məhkəmə qərarları › İş №2(102)-1486/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1486/2024

08.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1486/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin əsasları, maddi hüquq normasının düzgün tətbiq edilməməsi, apellyasiya baxışının hədləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2(103)5969/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 3-də yerləşən 33 saylı mənzil İddiaçı mülkiyyətindədir.

2. Cavabdeh2 iddiaçının qardaşının keçmiş arvadı, cavabdeh isə Cavabdeh1 isə onların övladlarıdır.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2004-cü il tarixli qətnaməsi ilə mübahisəli mənzilin keçmiş mülkiyyətçisi X3 (iddiaçının anası) ilə Cavabdeh2 arasında mənzildən istifadə hüququna dair razılaşmanın bağlanmış hesab olunması, X2 azyaşlı uşağı ilə (Cavabdeh1) birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzad ə qəsəbəsi, Azadlıq prospekti, ev 3-də yerləşən 33 saylı mənzilə köçürülməsi və həmin mənzildə qeydiyyata alınması qət olunmuşdur.

4. Cavabdehlər həmin mənzildə pasport qeydiyyatında olsalar da, faktiki orada yaşamır, 2020-ci ildən Cavabdeh2 1/8 hissədə paylı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospektində yerləşən 2 A saylı evin 103 saylı mənzilində yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 3 saylı mənzildən cavabdehlər Cavabdeh2 və onun oğlu Cavabdeh1 istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini, qəbul ediləcək qətnamənin cavabdehlərin ünvan 3 saylı mənzildən qeydiyy atdan çıxarılması üçün əsas olmasının qətnamədə göstərilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X4 və Cavabdeh2 28 aprel 2001-ci il tarixdə nikaha daxil olmuş, həmin nikahdan onların ümumi övladı – xx xxxxxx 2002-ci il təvəllüdlü Cavabdeh1 doğulmuşdur. Sonra onların münasibətləri pisləşmiş və aralarındakı nikah 15 iyul 2004-cü il tarixdə məhkəmə qaydasında pozulmuş, uşağın anasının yanında qalması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2004-cü il tarixli qətnaməsi ilə iddiaçı Əliyeva (Məmmədova) Aygün Kamil qızının iddiası təmin edilərək, onunla mərhum X3 arasında mənzildən istifadə hüququna dair razılaşmanın bağlanmış hesab olunması və Cavabdeh1 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prosp ekti, ev 3, 33 saylı mənzilə köçürülməsi və həmin mənzildə qeydiyyata alınması qət edilmişdir. Mənzilin əvvəlki mülkiyyətçisi X3 13 sentyabr 2018-ci il tarixdə vəfat etmiş və ondan miras qalan mübahisəli mənzil iddiaçıya qanun üzrə vərəsəlik və daha sonra miras payının bağışlanması haqda 22 aprel 2019-cu il tarixli müqavilənin bağlanması yolu ilə keçmiş, ona daşınmaz əmlakın Dövlət reyestrindən 20 may 2019-cu il tarixli çıxarış verilmişdir. Cavabdehlər 2018-ci ildən mənzilə gəlmir və məhkəmə ilə onlara verilmiş istifadə hüququnu reallaşdırmırlar. Cavabdehlərin mənzildə qeydiyyatda qalmaları iddiaçının hüquqlarını pozur. İddiaçı ailəlidir, üç qız övladı var, mənzilindən istədiyi kimi istifadə edə bilmir: mənzil ilə bağlı hər-hansı notariat əməliyyatlar aparılarkən, cavabdehlərin razılığı tə ləb olunur, cavabdehlərin razılığını isə əldə etmək mümkün deyil, onlarla ünsiyyət yoxdur. Digər tərəfdən, cavabdehə aid bütün bildirişlər, məktublar həmin ünvana gəlir.

7. Birinci instansiya məhkəməsində Cavabdeh2 nümayəndəsi, Vəkil2 iddia tələbinə etiraz edərək göstərmişdir ki, cavabdehlər 2018-ci ilə kimi yox, 2020-ci ilə qədər mübahisəli mənzildən istifadə etmiş, 2020-ci ildə pandemiya vəziyyəti yaranarkən Cavabdeh2 qoca yaşda olan, ağır xəstəlikdən əziyyət çəkən və tək yaşayan anası X1 qulluq etmək üçün müvəqqəti olaraq onun yanına köçmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2004-cü il tarixli qətnaməsi ilə cavabdehlər mübahisəli mənzilə köçürüləndən sonra tərəflər arasında mübahisələr bitməmiş, iddiaçının qardaşı və yaxın qohumları bu vəziyyətlə barışmaq istəməmiş və cavabdehlərin həmin mənzildə yaşamalarına ciddi maneəçiliklər yaratmışlar. Cavabdehlərə məxsus şəxsi əşyalar, geyimlər və mebellər mübahisəli mənzildədir. Cavabdehin pandemiya dövründə anasının yanında qalmasından sui-istifadə edən iddiaçı və onun yaxın qohumları cavabdehi ümumiyyətlə mənzilə buraxmamaq qərarına gələrək, bu niyyətlərini aktiv və aqressiv şəkildə həyata keçirirlər. Vərəsəlik qaydasında ünvan 1 ünvanının 1/8 hissəsi, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, “Coğrafiyaçı” b/y-nın 6-cı Şimal 279 saylı bağ sahəsində yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaq təyinatlı torpaq sahəsinin 1/8 hissəsi Cavabdeh2 mülkiyyətinə keçmiş olsa da, həmin mənzilin 1/8 hissəsi mənzilin cüzi hissəsini təşkil etdiyindən, orada yaşamaq üçün yetərli deyil və torpaq sahəsində isə fərdi ya şayış evi tikdirməyə Cavabdeh2 maddi imkanı yoxdur.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 iyul 2023-ci il tarixli, e-2(001)3102/2023 nömrəli qətnaməsi ilə (hakim F.E.Hətəmzadə) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 3 ünvanından istifadə hüquqlarına xitam verilmiş hesab olunması, qətnamənin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun mövcud olub-olmaması məsələsinin ayrıca araşdırılmasına zərurət yoxdur. Belə ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun yaranmış olduğu mübahisə mövzusu deyildir. Çünki buna dair qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur.

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqeyə istinad edən məhkəmə hesab etmişdir ki, Cavabdeh2 mülkiyyətində mənzil və kifayət qədər dəyərli olan digər daşınmaz əmlak vardır. Eyni zamanda, iddiaçı ilə onun arasında etibarlı ailə əlaqələri yoxdur. Cavabdeh2 yaşayış sahəsinə olan ehtiyacını İddiaçı mülkiyyətindəki mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində olması da sübuta yetirilm ir. Əksinə, onun Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospektində yerləşən 2 A saylı evin 103 saylı mənzilinin paylı mülkiyyətçisi olduğu və özünün (həmçinin nümayəndəsinin) etirafı ilə də 2020-ci ildən orada oğlu olan digər Cavabdeh1 ilə yaşadığı müəyyən edilmişdir. Bu hal özü-özlüyündə cavabdehlərin mübahisəli yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığına dəlalət edir. Bu baxımdan, cavabdehlərin mübahisəsi gedən mənzildən Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsi ona kompensasiya ödənilmədən mümkündür.

11. Məhkəmə həmçinin göstərmişdir ki, cavabdehlər bu günə qədər iddiaçının mülkiyyətində olan mənzilə köçürülmə ilə bağlı hərəkətsizlik nümayiş etdirmişdir. Belə ki, onların məhkəmə qətnaməsi ilə istifadə hüquqlarının tanınmalarına baxmaya raq, həmin mənzilə köçüb yaşamaq üçün İcra Şöbəsinə müraciət etməmişlər. Ona görə də, məhkəmə cavabdeh tərəfin etirazının “iddiaçının maneə yaratması” kimi dəlillərini inandırıcı və ağlabatan hesab etməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərin mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalmaları da onların həmin ünvana istifadə hüququnun olması mənasına gəlmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2 və 5-ci maddələrinə əsasən şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması, yaxud belə hüququn saxlanılması məqsədini daşımır. Əksinə, cavabdehlər artıq uzun müddətdir yaşadıqları yeni ünvan (ünvan 4lı idilər. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cava bdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2(103)-5969/2023 nömrəli qətnaməsi ilə (hakim F.H.Qasımovun sədrliyi və məruzəsi ilə, hakimlər F.V.Abdıyevdən və X.Ə.Sarıyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, e-2(001)3102/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi göstərmişdir ki, cavabdehin mənzilə dair istifadə hüququnun yaranması işin mübahisəsiz halıdır. Tərəflər arasındakı mübahisəli məqam həmin istifadə hüququnun itirilib-itirilməməsi barədə məsələdir ki, hər iki tərəf bu barədə yaşayış sahəsinə dair ehtiyacın mövcudluğuna dair sübutlar təqdim etmişdir.

16. Məhkəmə tərəfindən əsaslı nəticəyə gəlmək üçün cavabdehin mübahisəli mənzilə dair ehtiyaclarının aradan qalxması, cavabdehin başqa yaşayış yerinin olubolmadığını, başqa sözlə onun öz mənzil ehtiyacını daimi əsaslarla başqa yaşayış sahəsində qarşılayıb-qarşılamadığı araşdırmalı, bu xüsusata dair toplanmış sübutları qiymətləndirməlidir.

17. Cavabdehin mülkiyyətində olan əmlaklardan yaşayış yeri olaraq ünvan 5 ünvanının 1/8 hissəsi cavabdehin mülkiyyətindədir ki, apellyasiya kollegiyasının qənaətinə görə mənzilin 1/8 hissəsinin mülkiyyətində olması ayrıca yaşayış yeri olması ilə eyniləşdirilə bilməz.

18. Bundan başqa, işin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh 2018-ci ilə kimi, yəni mənzilin mülkiyyətçisi vəfat edənə kimi həmin mənzildə yaşamışdır. Hazırda da mənzildəki cavabdehin istifadə etdiyi otağın açarı cavabdehdədir. İş materiallarına həmin otaqda cavabdehin əşyalarının olması barədə sübutlar – fotoşəkillər əlavə edilmişdir. İşin bu halları kollegiyada cavabdehin mənzilin mülkiyyətçisi vəfat etdikdən sonra, mənzili vərəsəlik qaydasında qəbul edən mülkiyyətçinin oğlu tərəfindən çıxarılması barədə qənaət formalaşdırır.

19. Birinci instansiya məhkəməsi isə hazırkı iddianı təmin edərkən, cavabdehlə iddiaçı arasında etibarlı ailə ə laqələrinin mövcud olmamasına, hüquqi əsas kimi isə Mülki Məcəllənin 228.5-ci maddəsinə və həmin maddənin şərhi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli qərarına istinad etmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarındakı hüquqi mövqeyə əsasən, yaşayış sahəsindən istifadə, bu istifadənin yaranma əsaslarından asılı olaraq fərqli mənaları ehtiva edir. Belə ki, Mülki Məcəllənin 228.1-ci maddəsi ilə əldə edilmiş istifadə hüququ bir növ “servitut”a bərabər tutulmaqla məhdud əşya hüququdur. Bundan fərqli olaraq, Mülki Məcəllənin 228.5-ci maddəsi ilə yaranan istifadə hüququ isə etibarlı ailə əlaqələrindən yaranan hüquqdur ki, bu hüquq yaşayış sahəsinə olan ehtiyacın aradan qaldırılması üçün m ülkiyyətçinin ailə üzvlərinə münasibətdə yaranan hüquqdur. Hansı ki, bu hüquq məhdud əşya hüququ mənasında istifadə olunmur. Hazırkı işdən isə görünür ki, cavabdehin mübahisəli mənzilə dair istifadə hüququ, etibarlı ailə əlaqələrindən yaranmış hüquq yox, məhz məhdud əşya hüququ mənasında əldə edilmiş hüquqdur. Cavabdehin mübahisəli mənzilə dair yaranmış istifadə hüququ etibarlı ailə əlaqələrindən yaranmış hüquq olmadığından, bu hüququn itirilməsi üçün yaşayış sahəsinə ehtiyacın aradan qalxıb-qalxmamasının araşdırılmasına da ehtiyac yoxdur.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29, 43 və 71-ci, Mülki Məcəllənin 228.1, 228.2, 228.5-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 217.3, 372.7, 384.0.2, 385.1.1 və 386 -cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarlarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

22. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2(103)-5969/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarına zidd olmuş, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri pozulmuşdur.

24. Belə ki, məhkəmə cavabdehlərin mənzildən könüllü köçməsini, onların 5 ildən artıq müddətdən mübahisəli mənzilə gəlməmələrini, bu mənzildən ehtiyaclarının aradan qalxmasını nəzərə almamışdır. Məhkəmə iddiaçı tərəfindən cavabdehlərin mənzildə məcburi çıxarılması barədə yalnış qənaətə gəlmişdir. Cavabdeh2 yaşayış sahəsinə olan ehtiyacını İddiaçı mülkiyyətindəki mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində olması sübuta yetirilməmişdir.

25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-i n 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

26. Cavabdeh2 kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

27. Kassasiya şikayətinə etiraz iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırılmaqla, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmaması qeyd olunmuşdur. Kassasiya baxışının hədləri:

28. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

29. Hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

30. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxu nulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əl də edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4-ci maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipo tekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu il ə xitam verilə bilər. 32. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunver iciliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəfl ərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norma ları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən apellyasiya baxışının hədləri ilə bağlı prosessual hüquq normaları pozulmuşdur.

35. Belə ki, “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərardadının 56-cı bəndində izah edilmişdir ki, kassasiya instans iyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aktının baxış hədlərindən kənara çıxmaqla yoxladığını müəyyən etdiyi halda, işi həmin hissədə yeni apellyasiya baxışına göndərmədən sadəcə qətnamənin həmin hissədə ləğv edilməsi haqqında qərar qəbul etməli və şikayət vermiş tərəfə prosessual qanunvericiliyə uyğun olaraq apellyasiya şikayəti vermək hüququnu izah etməlidir.

36. Həmin Qərardadın 59-cu bəndinə əsasən məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tər əfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Təsadüfi deyil ki, MPM-in 372.6-cı maddəsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun həm düzünə, həm də dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur.

37. Yuxarıda qeyd olunduğu kimi, iddia cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yönəldilməklə, birinci instansiya məhkəməsi tərəfindən tam, yəni hər iki cavabdehə aid hissədə təmin olunmuşdur.

38. Həmin qətnamə ilə təmin olunan tələb bölünəndir: cavabdehlərdən hər birinin mübahisəli mənzilə istifadə hüquqları müstəqildir və birinci instansiya məh kəməsi tərəfindən müvafiq olaraq cavabdehlərin hər birinin ayrılıqda istifadə hüquqlarının xitam verilmişdir.

39. Lakin, cavabdehlərdən yalnız Cavabdeh2 apellyasiya şikayəti verməsinə baxmayaraq, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlamış və yeni qətnamə qəbul etməklə iddianı hər iki cavabdehə aid hissədə rədd etmişdir.

40. Halbuki, Cavabdeh1 08 fevral 2003-cü il təvəllüdlü olmaqla, yetkinlik yaşına çatmış və Mülki Prosessual Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq mülki prosessual fəaliyyət qabiliyyətli şəxs olmaqla, qətnaməni özünə aid hissədə apellyasiya qaydasında mübahisələndirməmişdir.

41. Beləliklə müəyyən olunur ki, apellyasiya məhkəməsi tərəfindən apellyasiya baxışının hədləri pozulmuş, rayon məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəs ini şikayətin dəlilləri və apellyatorun subyektiv hüququ baxımından müəyyən edilməmişdir.

42. Odur ki, apellyasiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh1 qarşı təmin olunmaması hissəsində ləğv edilməklə, həmin cavabdehin rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməsi nəzərə alınmalıdır.

43. Cavabdeh2 aid hissə üzrə qətnaməni yoxlayaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən mübahisələndirilən qətnamə həmin hissədə də ləğv olunmalı və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmini barədə yeni qərar qəbul edilməlidir.

44. Belə ki, Cavabdeh2 iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə istifadə hüququnun olmas ı mübahisəsizdir və iddiaçı həmin hüquqa kompensasiya verilmədən xitam verilməsini xahiş etmişdir.

45. İddianı rədd edən apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin bu hüququ Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən etibarlı ailə əlaqələrindən yaranmadığından, onun yaşayış sahəsinə ehtiyacının aradan qalxıb-qalxmamasının araşdırılmasına zərurət yoxdur.

46. Yəni, apellyasiya məhkəməsi Mülki Məcəllənin 228.5-ci maddəsi ilə yaranmış istifadə hüququnun, yaşayış sahəsinə ehtiyacın aradan qalxması ilə kompensasiya ödənilmədən xitam verilməsi mümkünlüyünü tanımaqla, Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaranan hüququn bu qaydada xitamını qeyri-mümkün hesab etmişdir.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin Mülki Məcəllənin qeyd olunan müddəalarının təfsiri yaşayış sahəsindən istifadə hüququ institutunun mahiyyətinə və məqsədlərinə ziddir.

48. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir neçə Qərarlarında izah etmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. (“R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanıl masına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarı)

49. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. ( Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarları). 50. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarlarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu izah etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mahiyyət etibarilə servi tutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri).... Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan “istifadə hüququ” Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir.... Mülki Məcəllənin 228.5ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Ser vituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262. 2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.

51. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda hesab etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

52. Göstərilənləri ümumiləşdirən Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.

53. Göründüyü kimi, Konstitusiya Məhkəməsi 29 mart 2016-cı il tarixli Qərarında Mü lki Məcəllənin 228-ci maddəsi ilə nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun onun yaranmasının əsaslarından (notarial qaydada bağlanmış müqavilə və ya etibarlı ailə əlaqələri) asılı olmayaraq servitut olmasını müəyyən etmiş və müraciətin predmeti olaraq Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gəlmiş yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsinin mümkünlüyünü izah etmişdir. Lakin, həmin Qərarın nəticə hissəsində yalnız Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad belə anlama gəlmir ki, Məcəllənin 228.1 və 228.2-ci maddələri ilə yaranan hüquqa kompensasiya verilmədən xitam verilə bilməz. Əks halda, yaşayış sahələrinin mülkiyyətçiləri qeyri-bərabər vəziyyətə gətirilərək, mülkiyyətçilər üzərinə fərdi və həddən artıq yük qoyulacaq dır.

54. Belə ki, mülki qanunvericilik (və onun tərkib hissəsi olan mənzil qanunvericiliyi) yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvünün və digər şəxslərin həmin sahədən istifadə hüququnu mülkiyyətçinin mülkiyyət hüququ ilə yanaşı müdafiə edir. Həmin hüququn məqsədi isə şəxsin mənzil hüquqlarının, sosial müdafiəsinin və layiqli həyat tərzinin təmin edilməsidir.

55. Lakin qanunvericiliyin inkişafı, o cümlədən Konstitusiya Məhkəməsinin müxtəlif qərarlarında yaşayış sahəsindən istifadə hüququna dair qanunvericilik normalarının şərhi göstərir ki, mülkiyyət hüququnun digər şəxsin istifadə hüququ ilə məhdulaşdırılması ağlabatan və müstəsna xarakter daşımalı, mülkiyyətçinin həddindən artıq məhrumiyyətlərinə səbəb olmamalı, eyni zamanda istifadə hüququ olan şəxsin bu hüququndan sui-istifadəsinə imkan verməməlidir. O cümlədən, istifadə hüququ olan şəxsin yaşayış sahəsinə ehtiyac aradan qalxdığı halda, onun bu hüququna mülkiyyətçinin iddiası üzrə kompensasiya verilmədən də xitam verilə bilər.

56. Məhkəmə kollegiyası hesab edir ki, yaşayış sahəsinə mülkiyyət və həmin sahədən istifadə hüquqlarının hər birinin müdafiəsinin tarazlığı prinsipi nəzərdə tutur ki, istifadə hüququ olan şəxsin mülkiyyətçinin üzərinə əlavə yük qoymadan özünün mənzil hüquqlarını başqa qaydada təmin edilməsi imkanları olduğu halda, bu hüquqa müvafiq kompensasiya ödənilmədən xitam verilsin.

57. Hazırki işdən müəyyən olunur ki, Cavabdeh2 paylı mülkiyyətində başqa yaşayış sahəsi vardır. Həmçinin o, azı 2020-ci ildən mübahisəli mənzildə yaşamır. Buna baxmayaraq, iddiaçının mülkiyyətində olan mənzilin bir otağı o nun tərəfindən bağlanılmaqla, mülkiyyətçinin sərbəst istifadəsinə mane olur. Bundan əlavə, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə formal qeydiyyatda qalması onun mülkiyyət hüququnun məhdulaşdırılması ilə yanaşı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1və 5-ci maddələrinin tələblərinin pozulmasına səbəb olur.

58. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mülkiyyətində olan mənzilə payının 1/8 hissədə olması onun iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən ehtiyacının aradan qaldırmamasına dair apellyasiya məhkəməsinin mövqeyi də əsassızdır.

59. Belə ki, Mülki Məcəllənin 215.4-cü maddəsinə əsasən onun öz mülkiyyətində olan mənzildən digər mülkiyyətçilərlə yanaşı istifadə etmək hüququ mövcuddur. Cavabdeh həmin hüququnu faktiki olaraq reallaşdırmış və an ası ilə birgə mülkiyyətlərində olan həmin mənzildə yaşayır.

60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin paylı mülkiyyət hüququndan irəli gələrək yaşayış sahəsindən ehtiyacını təmin etmək imkanında olduğundan, onun həmin imkanını reallaşdırmaqla, mübahisəli mənzildən uzun müddət ərzində faktiki istifadə etmədiyindən, bununla mübahisəli yaşayış sahəsindən istifadəyə zərurət aradan qalxdığından, habelə iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması üçün başqa əsaslar mövcud olmadığından apellyasiya məhkəməsi iddianı rədd etməklə maddi hüquq normalarını səhv təfsir etmiş, mövcud mübahisəni yuxarıda qeyd edilən şəkildə həll etməklə, tərəflərin maraqları arasında ədalətli tarazlığı təmin etməmişdir.

61. Odur ki, iddia təmin edilməli, iddiaçının mülk iyyətində olan yaşayış sahəsindən Cavabdeh2 istifadə hüququna xitam verilmiş hesab olunmalıdır.

62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2(103)-5969/2023 nömrəli qətnaməsi ləğv edilsin və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddia Cavabdeh2 münasibətdə təmin edilsin. Cavabdeh2 ünvan 3 ünvandan istifadə hüquqlarına xitam verilmiş hesab olunsun. Qətnamə Cavabdeh2 ünvan 3 ünvandan pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Cavabdeh1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli qətnamə sindən apellyasiya şikayəti verməməsi nəzərə alınsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar