Məhkəmə qərarları › İş №2(102)-1487/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1487/2019

12.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1487/2019 12.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 12 mart 2019-cu il İŞ № 2(102)-1487/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, vəkili xxx qızı, Cavabdeh1 vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli, 2(103)-10279/2018 saylı qətnaməsindən İddiaçı və vəkili xxx qızının kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2 5 may 2018-ci il tarixli, 2(001)-3728/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.Ə.Rzayev) İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh1 (bundan sonra cavabdeh) və üçüncü şəxs “xxxx” MTK-nə (bundan sonra üçüncü şəxs) qarşı “mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməklə ləğv edilməsi, mənzilə mülkiyyət hüququnun bərpa edilməsi, həmçinin sahiblik, istifadə hüququnun tanınması” barədə iddiası rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli, 2(103)-10279/2018 saylı qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən, məruzəçi, S.F.Hacıyev və R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsi dəyişdi rilmədən saxlanılmışdır. İddiaçı və vəkili xxxqətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə və üçüncü şəxsə qarşı “mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməklə ləğv edilməsi, mənzilə mülkiyyət hüququnun bərpa edilməsi, həmçinin sahiblik, istifadə hüququnun tanınması” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, üçüncü şəxslə aralarında bağlanmış 07 avqust 2014-cü il tarixli, 136 saylı müqaviləyə əsasən ünvan 1 ünvanda inşa edilən, 18 mərtəbəli binanın “B” blokunun 7-ci mərtəbəsində yerləşən, 81-saylı 3 otaqdan ibarət və ümumi sahəsi 152,46 kv.metr olan yaşayış sahəsi hər kvadrat metrinin dəyəri 1.300 manat olmaqla, cəmi 198.200 manata ona satılmışdır. Həmin müqaviləyə əsasən ilkin ödəniş kimi üçüncü şəxsə 78.200 manat pul ödəmiş, qalan 120.000 manat pul vəsaitini isə 12 ay müddətində, hər ay 10.000 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bu barədə üçüncü şəxs tərəfindən ona ilkin ödəniş barədə 565 saylı arayış verilmişdir. Bundan sonra, onun tərəfindən 09 sentyabr 2014cü ildə 10.000 manat, 14 noyabr 2014-cü ildə 20.000 manat, 30 yanvar 2015-ci ildə 20.000 manat, 01 mart 2016-cı ildə 70.000 manat pul ödənilmişdir. Qeyd olunanlarla bağlı üçüncü şəxs tərəfindən onun adına müvafıq olaraq 640, 800, 993 və 25 saylı arayışlar verilmişdir. Təxminən 2016-cı ilin yaz aylarında uzun müddət tanıdığı cavabdehlə aralarında olan şifahi razılaşmaya görə qeyd olunan mənzili ona satacağı barədə razılığa gəlmişlər. Lakin cavabdeh tərəfındən ona heç bir pul vəsaiti ödənilmədiyi halda 19 oktyabr 201 6-cı il tarixdə üçüncü şəxslə cavabdeh arasında 278 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən sözügedən mənzilin dəyəri tam ödənilməklə onun mülkiyyətinə keçmişdir. Bir müddət sonra cavabdehin telefonuna ümumiyyətlə zəng çatmamış və sonuncu şifahi razılaşdıqları pul məbləğini belə ona ödəməmişdir. Mənzilin kommunal xərclər də onun tərəfindən ödənilir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquq i qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. Cavabdeh1 vəkili xxx məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxs “xxxx” MTK məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən nümayəndəsini məhkəmə iclasına göndərmədiyi üçün kassa siya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, cavabdehlə üçüncü şəxs arasında bağlanmış müqaviləyə əsasən sonuncunun mübahisəli mənzili cavabdehə təhvil verməyi, cavabdehin isə mənzili qəbul edib mənzilin pay haqqını üçüncü şəxsə ödəməyi öhdələrinə götürmələrinə, mənzilin pay haqqının cavabdeh tərəfindən tam məbləğdə ödənilməsinə, iddiaçının razılığı ilə mənzilə dair müqavilənin cavabdehin adına dəyişdirilməsinə və beləliklə də iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 178.8-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsasla ndırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi, prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işdən görünür ki, iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış 07 avqust 2014-cü il tarixli, 136 saylı müqaviləyə əsasən üçüncü şəxs ünvan 2 ünvanda inşa edilən, 18 mərtəbəli yaşayış binasının “B” blokunun 7-ci mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 152,46 kv.metr olan 81-ci mənzilini hər kvadrat me trinin dəyərinə görə 1.300 manat, cəmi 198.200 manat ödəmək şərti ilə iddiaçıya verməyi, sonuncu isə müqaviləyə əsasən ilkin ödəniş kimi üçüncü şəxsə 78.200 manat pul ödəməyi, qalan 120.000 manat pul vəsaitini isə 12 ay müddətində, hər ay 10.000 manat olmaqla ödəməyi öhdələrinə götürmüşlər. Bu barədə üçüncü şəxs tərəfindən iddiaçıya ilkin ödəniş barədə 565 saylı arayış verilmişdir. Bundan sonra, iddiaçı tərəfindən 09 sentyabr 2014-cü ildə 10.000 manat, 14 noyabr 2014-cü ildə 20.000 manat, 30 yanvar 2015-ci ildə 20.000 manat, 01 mart 2016-cı ildə 70.000 manat üçüncü şəxsə pul ödənilmişdir. Qeyd olunanlarla bağlı üçüncü şəxs tərəfindən iddiaçının adına müvafıq olaraq 640, 800, 993 və 25 saylı arayışlar verilmişdir. Daha sonra işdən görünür ki, iddiaçının razılığı ilə üçüncü şəxslə cavabdeh a rasında bağlanmış 19 oktyabr 2016-cı il tarixli, 278 saylı müqaviləyə əsasən sözügedən mənzil hər kvadrat metrinin dəyəri 1.300 manat olmaqla, cəmi 198.200 manata qiymətləndirilməklə cavabdehə satılmışdır. Eləcə də üçüncü şəxs tərəfindən cavabdehin adına verilmiş maliyyə arayışından görünür ki, mənzilin pay haqqı payçı Cavabdeh1 tərəfindən tam məbləğdə ödənilmişdir və onun üçüncü şəxsə ödənilməmiş borcu yoxdur. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarını nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Belə ki, mübahisəli hüquq münasibəti y aranarkən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.4-cü maddəsinə görə, kooperativin üzvü kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsində görə, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə görə, şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi, mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə keçmə üçün nəzərdə tutulmuş pay haqqını tam ödəməsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1, 146.2ci, 178.1-ci və 178.2-ci maddələrinin və Mənzil Məcəlləsinin 113-cü maddələrinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququ əldə edirlər. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı müna sibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir. İddiaçı kassasiya şikayətində cavabdehin mənzilə görə ümumiyyətlə pul vəsaiti ödəməməsini və ona nə cavabdeh, nə də üçüncü şəxs tərəfindən mənzilin dəyərini təşkil edən 198.000 manat pul vəsaitinin verilməməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlili ilə də razılaşmır. Belə ki, əvvəla işdən görünür ki, mübahisəli mənzilə dair müqavilə cavabdehin adına məhz iddiaçının razılığına əsasən dəyişdirilmişdir. Bu faktı iddiaçı özü də iddia ərizəsində, apellyasiya və kassasiya şikayətlərində inkar etməmişdir və bu fakt işin mübahisə olunmayan halıdır. Digər tərəfdən işdən görünür ki, mübahisəli mənzilə dair müqavilə iddiaçının razılığına əsasən cavabdehlə üçüncü şəxs arasında bağlanmışdır və iddiaçı ümumiyyətlə həmin müqavilə üzrə tərəf deyildir. Həmin müqavilədən və müqaviləyə əlavə edilmiş maliyyə arayışından görünür ki, mənzilin pay haqqı payçı Cavabdeh1 tərəfindən tam məbləğdə ödənilmişdir və onun üçüncü şəxsə ödənilməmiş borcu yoxdur. İşdən görünür ki, cavabdehlə bağlanmış müqavilə və maliyyə arayışı “xxxx” MTK-nin sədri K.Alıyev, mühasibi M. Namazov tərəfindən imzalanmaqla, kooperativin dairəvi möhürü ilə təsdiq edilmişdir. Göründüyü kimi iddiaçı iddia ərizəsində sözügedən müqavilənin etibarsızlığını tələb etsə də, əslində mənzilin dəyərini təşkil edən 198.000 manat pulun ona ödənilməməsindən şikayətlənir. Daha sonra iddiaçı iddia ərizəsində, apellyasiya şikayətində mənzili cavabdehə satması barədə sonuncu ilə razılığa gəldiyini göstərsə də, kassasiya şikayətində bunun əksinə olaraq cavabdehdən 30.000 manat borc pul aldığını və həmin borcun qaytarılmasının təmin edilməsi üsulu kimi mənzili cavabdehin adına keçirməklə girov qoyduğunu, eləcə də mənzilin bu gündə onun sahibliyində, istifadəsində olduğunu, mənzilin təmirinə 80.000 manat vəsait xərclədiyini və mənzilin kommunal xərclərinin bu gün də onun tərəfindən ödənildiyini və sair göstərsə də, tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını ə saslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi hallar mübahisəli mənzilə dair cavabdehlə üçüncü şəxs arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsas sayıla bilməz və iddiaçının iddia etdiyi hallar onun ayrıca birinci instansiya məhkəməsində hüququnu pozmuş şəxslərə qarşı pul tələbinə dair mübahisə açması üçün əsas ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Maddənin mənasına görə bu əsasla əqd o, vaxt etibarsız sayıla bilər ki, o başqa əqdi pərdələmiş olsun. Hazırkı işdə isə belə bir hal mövcud deyil və cavabdehin iddiaçıya həqiqətən 30.000 manat borc pul verməsi və hazırkı müqavilənin məhz həmin pul vəsaitinin qaytarılmasının təmin edilməsi üsulu kimi bağlanması mülki iş materialları ilə təsdiq olunmur. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır və həmin əqdlərin bağlanması zamanı tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Beləliklə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni, əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən və iş üzrə qətnamə qəbul edərkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Ona görə də kassasiya şikayətinin dəlilləri öz təsdiq ini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı və vəkili xxx qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli, 2(103)-10279/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar