Məhkəmə qərarları › İş №2(102)-1488/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1488/2022

12.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1488/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12615/2021 nömrəli iş üzrə 27 dekabr 2021-ci il tarixli qərardadından Cavabdeh1 tər əfindən verilmiş kassasiya şikayətinə dair işə 12 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılaraq boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Z.Hacıyev) 2(008)-3422/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan Bakı şəhə ri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən, faktiki sahəsi 0,0650 ha (sənəd üzrə sahəsi 0.08 ha) olan torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Qətnamədən Cavabdeh1 26.10.2021-ci il tarixdə apelyasiya şikayəti vermişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (Z.Hacıyev) 2(008)-3422/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır.

5. Cavabdeh1 qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən 07 dekabr 2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12615/2021 nömrəli iş üzrə 27 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər: X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)3422/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilmiş və mülki işin apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin sözügedən qətnaməsi rəsmi olaraq işdə iştirak edən şəxslərə, o cümlədən Cavabdeh1 ünvanına (ünvan 1iət məktubu ilə 07.10.2021-ci il tarixli reyestrlə göndərilmiş, lakin iş materiallarında onun qətnaməni rəsmi qaydada əldə etməsi barədə sübut təsbit edilməmişdir. Daha sonra Cavabdeh1 26.10.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayo n Məhkəməsinin 2(008)- 3422/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti ilə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3422/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Cavabdeh1 məhkəmənin sözügedən qərardadı rəsmi qaydada 12.11.2021-ci il tarixdə göndərilsə də, cavabdeh qərardadı rəsmi qaydada qəbul etməmişdir. Lakin, sözügedən qərardad cavabdehin vəkili Nümayəndə tərəfindən 01.12.2021-ci il tarixdə rəsmi qaydada əldə edilmişdir. Cavabdeh və onun vəkili Nümayəndə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən 07 dekabr 2021-ci il tarixdə apellyasiya şikayəti ilə müraciət etmişdir.

8. Göründüyü kimi cavabdehin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)3422/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsini ən geci 26.10.2021-ci il tarixdə (ilkin və geri qaytarılan apellyasiya şikayətinin verildiyi tarix) əldə etməsini nəzərə alsaq, cavabdehin həmin tarixdən qətnaməni əldə etdiyini müəyyən etmək mümkündür.

9. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən qətnamədən təkrar apellyasiya şikayəti ağlabatan müddətdə verilməmiş, birinci instansiya məhkəməsi isə prosessual müddətin ötürülüb-ötürülməməsini ümumiyyətlə müzakirə etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahi ş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

13. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instan siyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

14. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

15. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki ha lları araşdırması kimi qiymətləndirilməməlidir.

16. Hazırkı kassasiya şikayətində Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

17. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. (maddə 14.1)

18. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)

19. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

20. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan mü əyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

21. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. (maddə 129.3)

22. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. (maddə 360)

23. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiy a şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.

25. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, iş materiallarında Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsini rəsmi qaydada əldə etməsi barədə sübut olmadığından Cavabdeh1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3422/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsini ən geci 26.10.2021-ci il tarixdə (ilkin və geri qaytarılan apellyasiya şikayətinin verildiyi tarix) əldə etdiyini nəzərə alsaq sonuncu tərəfindən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən 07 dekabr 2021-ci il tarixdə apellyasiya şikayəti ve rildiyindən apelyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür.

26. Bununla bağlı qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməni rəsmi qaydada əldə etməsi barədə sübut olmadığından Cavabdeh1 tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3422/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsininin əldə edilməsi tarixi kimi 26.10.2021-ci il tarixinin (ilkin və geri qaytarılan apellyasiya şikayətinin verildiyi tarix) qəbul edilməli olması barədə düzgün qənaətə gəlsə də, ilkin apellyasiya şikayətinin verildiyi tarixdən həmin şikayətin geri qaytarılması barədə qərardadın Cavabdeh1 tərəfindən əldə edilməsi tarixinə kimi olan müddəti qanunvericilikdə qətnam ədən apelyasiya şikayəti vermək üçün nəzərə tutulmuş 1 aylıq müddətə daxil etməklə iş üzrə düzgün olmayan qərardad qəbul etmişdir.

27. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3422/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən ilk dəfə apellyasiya şikayətini 26.10.2021-ci il tarixində vermiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3422/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır.

28. Məhkəmənin sözügedən qərardadı Cavabdeh1 12.11.2021-ci il tarixdə göndərilsə də, iş materiallarında onun sonuncuya təqdim edilməsi barədə sübut yoxdur və həmin qərardad cavabdehin vəkili Nümayəndə tərəfindən 01.12.2021-ci il tarixdə rəsmi q aydada əldə edilmişdir.

29. Cavabdeh və onun vəkili Nümayəndə tərəfindən qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra 07 dekabr 2021-ci il tarixdə yenidən apellyasiya şikayəti verilmişdir.

30. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti ilk dəfə qətnamənin əldə edildiyi gün verildiyindən apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad Cavabdeh1 tərəfindən əldə edildikdən sonra sonuncunun yenidən apellyasiya şikayəti ilə müraciət etmək üçün 29 günlük müddəti qalmışdır. Belə ki, ilkin apellyasiya şikayətinin qaytarılması barədə 27.10.2021-ci il tarixli qərardad Cavabdeh1 verildiyi günə qədər olan müddət (27.10.21-07.12.21) sonuncunun iradəsindən asılı olmadan axdiğindan həmin müddət apellyasiya şikayətinin verilməsi üçün nəzərd ə tutulmuş müddətinin axımına daxil edilməməlidir.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3422/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yuxarıda göstərilənlər nəzərə alınmaqla yenidən baxılmalıdır.

32. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12615/2021 nömrəli iş üzrə 27 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar