Məhkəmə qərarları › İş №2(102)-1488/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1488/2025

13.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1488/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “pul” tələbi qarşılıqlı iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “pul” tələbi barədə qarşılıqlı iddiasına dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-108/2025 nömrəli iş üzrə 19 mart 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh qarşı “cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-0028 saylı (kod ********) Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onun və ailə üzvlərinin (əri X2, qızı X1 və oğlu X3) xüsusi mülkiyyətinə verilmiş Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 2,61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsindən istifadə etməyinə cavabde h tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Cavabdeh İddiaçı qarşı “pul” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 40000 manat pul vəsaitinin və məhkəmə məsrəfləri təşkil edən 210 manat dövlət rüsumu və 320 manat vəkilə ödənilmiş haqqın cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Yevlax Rayon Məhkəməsinin 1 avqust 2024-cü il tarixli, 2(039)-1076/2024 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Əlizadə) ilk iddia təmin olunmuş, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 2,61 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsindən istifadə etməyinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 25400 mana t pulun, 240 manat ödənilmiş dövlət rüsumunun, 450 manat mütəxəssis rəyinin alınması haqqının və 320 manat vəkil haqqının alınaraq Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi, İddiaçı 150 manat ekspertiza xərcinin tutularaq "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir.

4. İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Yevlax Rayon Məhkəməsinin 1 avqust 2024-cü il tarixli, 2(039)-1076/2024 nömrəli qətnaməsindən narazı qalaraq аpellyаsiyа şikаyəti vermişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 2(107)-108/2025 saylı qətnaməsi ilə (hakimlər – Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), E.M.Mehdiyev, Z.C.Tahirov) İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Yevlax Rayon Məhkəməsinin 1 avqust 2024-cü il tarixli, 2(039)-1 076/2024 nömrəli qətnaməsinin qarşılıqlı iddianın 25400 manat pul, 240 manat ödənilmiş dövlət rüsumu, 450 manat mütəxəssis rəyi və 320 manat vəkil haqqına aid təmin edilmiş hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası həmin hissələrdə də rədd edilməsi, 150 manat ekspertiza xərci Cavabdeh tutularaq "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir.

6. Şəki Apellyasiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 2(107)-108/2025 saylı qətnaməsindən cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən kassasiya şikayəti verilmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-cü il tarixli, 2(107)-108/2025 nömrəli (hakimlər – Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), Z.C.Ta hirov, E.M.Mehdiyev) qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.

8. Apellyasiya məhkəməsinin qənaətinə görə kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Kassasiya şikayəti Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 19 mart 2025-ci il tarixdə verilmiş və imzalanmışdır. Kassasiya şikayətində cavabdeh və qarşılıqlı iddiaçının qətnaməni 22 yanvar 2025-ci il tarixdə aldığı qeyd edilsə də, Elektron məhkəmə informasiya sistemindən və iş materiallarından müəyyən edilir ki, onun nümayəndəsi və vəkili Nümayəndə Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabineti mövcuddur, qətnamə 17 yanvar 2025-ci ildə cavabdeh və qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron kabinetində yerləşdirilmişdir.

9. Cavabdeh və qarşılıqlı iddiaçı tərəf Şəki Apellyasiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 2(107)-108/2025 saylı qətnaməsindən rəsmi təqdim edildikdən 2 ay müddətində kassasiya şikayəti verməli olduğu halda bunu etməmiş, qətnamənin təqdim edildiyi tarixdən 2 ay müddət 17 mart 2025-ci ildə bitmiş, kassasiya şikayəti 2 gün gecikməylə 19 mart 2025-ci il tarixdə verilmişdir.

10. Göründüyü kimi, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürməklə vermiş, həmçinin kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verməmişdir.

11. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 128.1, 130.1, 133.1, 133.3, 360, 363.1.3, 366.1 və 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdırişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

12. Cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh (onun vəkili Nümayəndə) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-cü il tarixli, 2(107)-108/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron məhkəmə sistemində məhkəmə bildirişi olaraq qətnamə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Belə ki, məlumatın tarixi xx.xx.2025-ci il tarix olmaqla “məlumatın mətn”-ində qeyd edilmişdir ki, 2(107)-108-2025 nömrəli işdə məhkəmə aktı proses iştirakçısına xx.xx.2025-ci 18:37 tarixdə imzalandı. Oda qeyd edilib ki, qərardadda göstərildiyi kimi, Şəki Apellyasiya Məhkəməsinin 14 yanvar 2025-ci i l tarixli, 2(107)108/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə elektron kabinetdə yerləşdirilməmişdir.

14. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5, 135.2, 135.3, 135.6, 135.8 və 405.0.1-ci maddələrinə istinad olunaraq əsaslandırılmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri:

15. Kassasiya şikayətinini qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

17. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.

18. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər:

19. Maddə 402.2.1. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;

20. Maddə 402.2.2. Kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında;

21. Maddə 402.2.3. Kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə;

22. Maddə 402.2.4. İş üzrə icraata xitam verilməsi barədə;

23. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa qaytarılır.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Qərardaddan kassasiya şikayəti verən şəxs onu tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

15. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin və qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili tərəfindən kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Cavabdeh və qarşılıqlı iddiaçı qətnaməni 22 yanvar 2025-ci il tarixdə aldığı qeyd etsə də, Elektron məhkəmə informasiya sistemindən və iş materiallarından müəyyən edilir ki, onun nümayəndəsi və vəkili Nümayəndə Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabineti mövcuddur, qətnamə 17 yanvar 2025-ci ildə onun elektron kabinetində yerləşdirilmişdir. Buna baxmayraq qətnamədən rəsmi təqdim edildikdən 2 ay müddətində kassasiya şikayəti verməli olduğu halda bunu etməmiş, qətnamənin təqdim edildiyi tarixdən 2 ay müddət 17 mart 2025-ci ildə bitmiş, kassasiya şikayəti 2 gün gecikməylə 19 mart 2025-ci il tarixdə verilmişdir. Qeyd olunanları nəzərə alaraq belə məhkəm ə kollegiyası qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-108/2025 nömrəli iş üzrə 19 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar