Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1491/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.10.2018-ci il tarixli 2(103)938/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon məhkəməsinin 28 iyul 2016-cı il tarixli qətnaməsi ilə (hakim A.V.Tanrıverdiyev, iş № 2(009)-3286/2016) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ağası qızı və Cavabdeh3 qarşı kredit borcunun t utulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlərdən əsas borca görə 69.099,11 ABŞ dolları, faiz borcuna görə 7228,44 ABŞ dolları, gecikdirməyə görə 500 ABŞ dolları, dövlət rüsumuna görə 30 manat, bildirişin qeydə alınmasına görə 30 manat, sənədlərin notarial qaydada təsdiqinə görə ödənilmiş 35,20 manatın iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh3 məxsus mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 120.000 manat məbləğində müəyyən olunması, satışdan əldə ediləcək pul vəsaitinin hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Ə.Sarıyev, M.A.Məmmədov və A. N.İmanov) cavabdehlər Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayətləri qismən təmin edilərək Bakı şəhəri Səbail rayon məhkəməsinin 28 iyul 2016-cı il tarixli qətnaməsi əsas borc, faiz borcu və mənzilin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə dəyişdirilərək əsas borcun məbləği 69.098,91 ABŞ dolları, faiz borcu 6507,08 ABŞ dolları məbləğində, mənzilin ilkin satış qiyməti 130.000 manat məbləğində müəyyən olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ilə Cavabdeh1 arasında 15 avqust 2014-cü il tarixli 150.000 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlanmış və kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin təminatı kimi Cavabdeh3 məxsus mənzil ipoteka ilə yüklü edilmiş və həmin müqavilə dövlət qeydiyyatına alınmışdır. 19 avqust 2014-cü il tarixli razılaşmaya əsasən iddiaçı tərəfindən Cavabdeh1 80.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 2015-ci ilin sentyabr ayında iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kreditin lazımınca ödənilməməsi səbəbindən yaranmış 82.288,71 ABŞ dolları məbləğində borcun cavabdehlərdən müştərək qaydada tutulması, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 150.000 manat məbləğində müəyyən olunması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 nümayəndəsi kassasiya şikayəti verərək manatın öz dəyərini itirməsi nəticəsində krediti ödəyə bilməməsini, faiz borcu və dəbbə pulunun şişirdilməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İşə kassasiya icraatı qaydasında baxılarkən tərəflər kollegiyaya barışıq sazişi təqdim edərək qətnamənin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi və barışıq sazişinin təsdiq olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kollegiya tərəflərin kollegiyaya təqdim etdikləri barışıq sazişinin şərtlərini müzakirə edib, barışıq sazişinin təsdiq olunmasını xahiş edən tərəflərin izahatlarını dinlədikdən sonra hesab edir ki, qətnamə ləğv olunmalı, iş üzrə icraata xitam verilməklə barışıq sazişinin təsdiq olunmasına dair qərar qəbul edilməlidir. Barışıq sazişinin məzmunundan görünür ki, tərəflər aşağıdakı şərtlərlə mübahisəni barışıq yolu i lə həll etmək barədə razılığa gəlmişlər. Borc məbləği və ödəniş qaydası: 1.1. Tərəflər cavabdehlərin 15 avqusrt 2014-cü il tarixli kredit müqaviləsinin tərkib hissəsi olan 15 avqust 2014-cü il tarixli Razılaşma üzrə iddiaçıya olan ümumi borc məbləğini 62000 ABŞ dolları məbləğində müəyyən edirlər. Bu məbləğ üzərinə faiz hesablanmır. 1.2. Razılaşdırılmış 62000 ABŞ dolları məbləğində borc 2019-cu ilin mart ayından başlayaraq 22 təqvim ayı ərzində, hər təqvim ayı azı 294 ABŞ dolları, 2019-cu ilin mart və iyun aylarının hər birində 2940 ABŞ dolları olmaqla cavabdehlər tərəfindən 31.12.2020-ci il tarixədək birgə qaydada iddiaçıya qaytarılmalıdır. 1.3. Ödənişlər müəyyən edilmiş aylar ərzində hər ayın sonuncu təqvim gününədək yerinə yetirilməlidir. Bu Sazişlə müəyyən edilmiş şərtlərin icra edilməm əsi, o cümlədən aylıq 294 və/və ya 2019 ilin mart və iyun aylarının hər birində 2940 ABŞ dolları qaytarmaq öhdəliyinin vaxtında icra edilməməsi də daxil olmaqla, öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsi hesab olunacaq. 1.4. ABŞ dollarının Azərbaycan Respublikası ərazisində alqı-satqı məzənnəsi 1 ABŞ dolları=2,00(AZN) və ya daha yuxarı olarsa, tərəflər bu sazişlə müəyyən edilmiş borcun ödənilməmiş hissəsini 1 ABŞ dolları=2,00(AZN) olmaqla hesablayacaqlar. 2.Öhdəliklərin tam icra olunma şərtləri. 2.1 Bu Sazişlə qaytarılması razılaşdırılmış 62000 ABŞ dolları bu sazişin 1.2-ci bəndində müəyyən edilmiş qaydada və məbləğdə ödənişlər yerinə yetirildikdən sonra cavabdehlərin 15.08.2014-cü il tarixli kredit müqaviləsinin tərkib hissəsi olan 15.08.2014-cü il tarixli Razılaşma üzrə idd iaçı qarşısında yaranmış kredit öhdəlikləri tam icra olunmuş hesab olunacaq və həmin öhdəliklərin təminatı olan ipoteka predmeti ipoteka ilə yüklülükdən azad ediləcəkdir.
3. Öhdəliklərin lazımınca icra edilməməsi 3.1 Cavabdehlər bu Sazişlə müəyyən edilmiş öhdəliklərinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə və bu Sazişi təsdiq edən qərardad məcburi icraya yönəldikdə hər hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər hansı mübahisə qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 3.1.1.Cavabdehin borcun qaytarılmamış hissəsinin 10000 ABŞ dolları artacağını qəbul edirlər; 3.1.2. Cavabdehlərdən etdikləri ödənişləri nəzərə alınmaqla Bakı Apellyasiya Məhkəməsinin 04.10.2018-ci il tarixli qərarı ilə müəyyən edilmiş 76105,99 ABŞ dolları borcun qaytar ılmamış hissəsi və 10000 ABŞ dolları iddiaçının xeyrinə onlardan birgə qaydada tutulur; 3.1.3. Tutma ipoteka predmeti olan Cavabdeh3 məxsus olan mənzilə yönəldilir, mənzilin ilkin satış qiyməti tərəflərin razılığı ilə 91000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılır, məcburi boşaldılır və rəsmi qeydiyyatda olanlar mənzildən çıxarılır və satışdan əldə olunmuş pul vəsaiti cavabdehlərin iddiaçıya olan borc qalığının ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı yaranmış xərclərin və icra ödənişinin ödənilməsinə yönəldilir. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. (191.1). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (191.2) Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.(191.3) Barışıq sazişinin şərtləri tərəflərin iradəsinə uyğun olmaqla başqa şəxslərin hüquqlarını pozmadığından, eləcə də, onun iştirakçıları müqavilənin hüquqi nəticələrini dərk edərək onu imzaladıqlarından, kollegiya hesab edir ki, barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Barışıq sazişinin təsdiq olunması ilə əlaqədar kollegiya hesab edir ki, qətnamə ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 417.1.5-ci maddəsinə görə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1 -261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261, 262, 416- 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə tərəflər arasında bağlanmış 27 fevral 2019-cu il tarixli barışıq sazişi təsdiq edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam veril