Məhkəmə qərarları › İş №2(102)-1491/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1491/2024

29.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1491/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 cavabdeh SOCAR Cavabdehnə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilən) qarşı mülki iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın ödənilməsi, qətnamənin qanuniliyi və əsaslılığı, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İdd iaçı X1 cavabdeh SOCAR Cavabdehnə və (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı "müavinətdən tutulmuş məbləğin qaytarılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6491/2023 nömrəli iş üzrə 18 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh SOCAR Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 29 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. X6 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə (işçi yaşa görə təqaüdə çıxdıqda) əsasən (27 iyul 2021-ci il tarixli əmrlə) xitam verilmişdir. –

2. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh 276 nömrəli, xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənlə işçi arasında bağlanmış 29 iyul 2021-ci il tarixli razılaşmanın bəndlərindən görünür ki, işəgötürənlə bağlanmış 276 nömrəli, xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən olunmuş qaydada ləğv edilməsi məqsədilə müraciət edir. Bu razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində işçi ilə əmək müqaviləsinə xitam verildiyi təqdirdə işçiyə cəmi 35885,45 manat məbləğində müavinət ödəməyi öhdəsinə götürür.

3. Arayışdan görünür ki, Azneft İB-nin “Neft Daşları” NQÇİ-nin işçisi olmuş X1 11 a prel 2011-ci il tarixində bağlanmış əmək müqaviləsinə 27 iyul 2021-ci il tarixində öz ərizəsinə (AR əmək məcəlləsinin-69 3-cu maddəsilə yaşa görə təqaüdə çıxması ilə əlaqədar) əsasən xitam verilmişdir. X3 ARDNŞ-nin ANQSlHİRK-nin 22 aprel 2009-cu il tarixli 57/06-l9a nömrəli əmr qərarının 4-cü bəndinə və ona edilmiş 14 avqust 2009-cu il tarixli 112/07-22a nömrəli dəyişikliyə əsasən orta aylıq əmək haqqının beş misli 35 885.45 (otuz beş min səkkiz yüz səksən beş manat 45 qəpik) məbləğində işdənçıxma müavinəti ödənilmişdir. Ödənilmiş müavinətdən tutulan gəlir vergisi 8721.36 (səkkiz min yeddi yüz iyirmi bir manat 36 qəpik) təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X6 cavabdeh SOCAR Cavabdehnə qarşı birinci instansiya məhkəməsinə mü raciət edərək, 35888.45 manat işdənçıxma müavinətinə görə əsassız və qanunsuz tutulmuş 10.334 manat məbləğində gəlir vergisinin və digər məbləğlərin və 50 manat mediasiya xərcinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh idarə ilə aralarında bağlanmış 276 nömrəli xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair onunla işəgötürən arasında olan xx.xx.2021-ci il tarixli razılaşmaya görə "Azneft" İB ona 35.885.45 manat işdən çıxarılmaya dair müavinət ödəmişdir. Cavabdeh həmin müavinətdən cəmi 10.334 manat gəlir vergisi və digər məbləğlər tutmuşdur. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cı maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər ist isna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlara görə fiziki şəxslər gəlir vergisindən azaddırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol vermir. Odur ki, ondan əsassız və qanunsuz tutulmuş 10.334 manat gəlir vergi və digər məbləğlər geri qaytarılmalıdır. Eyni zamanda mediasiya xərci olaraq ödədiyi 50 manatda ona qaytarılmalıdır.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsi Vəkil1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı - X6 "müavinətin tam ödənilməsi" tələbinə dair iddia ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsinin, iddia müddəti ötürüldüyündən, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini zəruri hesab edir. Belə ki, iddiaçı - X6 "Azneft" İstehsalat Birliyinin 27 iy ul 2021-ci il tarixli SOCAR**********00070020 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə "Azneft" İB arasında xx.xx.2021-ci il tarixdə razılaşma bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmadan da görünür ki, iddiaçının ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində müavinətin veriləcəyindən xəbəri olmuşdur. Həmçinin, 07/2021 tarixli haqq-hesab vərəqindən də görünür ki, İddiaçı ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğindən və digər ödənişlərdən vergi tutulmuşdur. İddiaçının bundan xəbəri olmuşdur. Həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsi Vəkil1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək bild irmişdir ki, İddiaçı X6 "müavinətin tam ödənilməsi" tələbinə dair iddia ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsinin, iddia müddəti ötürüldüyündən, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini zəruri hesab edir. Belə ki, iddiaçı - X6 "Azneft" İstehsalat Birliyinin 27 iyul 2021-ci il tarixli SOCAR**********00070020 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə "Azneft" İB arasında xx.xx.2021-ci il tarixdə razılaşma bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmadan da görünür ki, iddiaçının ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində müavinətin veriləcəyindən xəbəri olmuşdur. Həmçinin, 07/2021 tarix li haqq-hesab vərəqindən də görünür ki, İddiaçı ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğindən və digər ödənişlərdən vergi tutulmuşdur. Pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Bu qayda bir sıra məqsəd və funksiyalara xidmət edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəl iklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154cü və digər maddələrini rəhbər tutaraq məhkəmədən, iddiaçı X2 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyinə "müavinətin tam ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə iddiaçının iddia müddətini ötürməsinə görə qanunla müəyyən edilmiş iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1528/2023 nömrəli, 31 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddianın qismən təmin edilmiş, iddiaçı X4 ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 8721.36 manat məbləğində gəlir vergisi, mediasiya xərcinin 40 manat hissəsinin cavabdeh "Azneft” İstehsalat Birliyindən tutularaq iddiaçı X4 ödənilməsi, 107 manat dövlət rüsumunun cavabdeh "Azneft” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verildikdən sonra onun əmək haqqı məbləğlərinin 5 misli məbləğində müavinətin verilməsi hazırkı işin mübahisəsiz hallarındandır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 59-k nömrəli, 22 aprel 2009-cu il tarixli əmri və Azərbaycan Neft və X11 Həmkarlar İttifaqı Respublika Komitəsinin 57/06-19ə nömrəli, 22 aprel 2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" Qərarı və tərəflər arasında imzala nmış yazılı razılaşma da bu halı təsdiq edir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçilərin özlərinin təşəbbüsü rəsmləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası və məqsədi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndi ilə nəzərdə tutulmuş işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Bu fakt iş materiallarına əlavə edilmiş razılaşmanın surəti ilə, həmçinin tərəflərin izahatları ilə sübut olunur. Məhkəmənin qənaətinə görə, iddiaçının işdən “Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü ilə” azad edilməsi əsası formal xarakter daşıyır və iddiaçı tərəfindən yazılmış ərizə işəgötü rənlə əvvəlcədən əldə olunmuş razılıq əsasında və 22 aprel 2009-cu il tarixli əmr-qərara uyğun olaraq tərtib olunmuşdur ki, iddiaçının müstəqil iradə ifadəsini əks etdirmir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə görə, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.

9. Məhkəmə həmçinin iddia müddətinin tədbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının ara dan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. İddiaçı ilə cavabdeh arasında əmək münasibətləri mövcud olsa da, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ödənilən müavinət artıq onun mülkiyyəti hesab olunurdu. Mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlı tələblərə iddia müddəti tətbiq edilmir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3, 77.6, 175.4-ci, Vergi Məcəlləsinin 98.1, 102.1.4Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. SOCAR Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət V ergi Xidməti qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmadan da görünür ki, iddiaçının ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində müavinətin veriləcəyindən xəbəri olmuşdur. 07/2021 tarixli haqq-hesab vərəqindən də görünür ki, İddiaçı ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğindən və digər ödənişlərdən vergi tutulmuş və İddiaçı bundan xəbəri olmuşdur. Müqaviləyə xitam verilərkən iddiaçıya ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına və həmin əmr-qərarına dəyişiklik edilməsi haqqında 112/07-22Ə nömrəli, xx.xx.20 09-cu il tarixli əmr-qərarına əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilib. ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrə "ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" əmr-qərarının 4-cü bəndinə əsasən, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də, bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli "ARDNŞ-də işçilərinin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" Əmr Qərarının 4-cü bəndinə əsasən, bu əmr-qərar verildiyi tarixdən bir t əqvim ayı ərzində, eləcə də, bu əmr qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. X13 girişində qeyd edilib ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd ARDNŞ-nin 26 fevral 2009-cu il tarixli 38 nömrəli əmri ilə təsdiq edilmiş "ARDNŞ-nin 2009-cu il üçün böhrana qarşı tədbirlər proqramı"ndan irəli gələn vəzifələrinin, xüsusilə də, "şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etmək lə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitində uyğunlaşdırılması və sənədlərin təkmilləşdirilməsidir". Sözügedən əmr-qərara müvafiq olaraq müəssisələrin işçilərinə orta aylıq əmək haqqının beş misli məbləğində müavinət almaqla və öz iradələrinə uyğun olaraq ərizə yazmaqla işdən azad oluna biləcəkləri nəzərlərinə çatdırılmış və iddiaçı da ərizə ilə müraciət edərək, işəgötürənlə müvafiq razılaşma imzalayaraq orta aylıq əmək haqqının beş misli miqdarında müavinət almış və onunla bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən ləğv edilmişdir. Fiziki şəxslərin gəlir vergisindən azad olma halları Azərbaycan Respublikasının Vergi Məcəlləsində öz əksini tapmışdır. İddiaçıya ödənilmiş orta əmək haqqının beş misli məbləğinin gəlir vergisindən azad olması üçün heç bir qanuni əsası yoxdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə olmasını qeyd etmiş, həmçinin Əmək Məcəlləsinin 175.4-cü maddəsinin və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə istinad edərək iddiaçıya ödənilmiş müavinətin gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil edərək, həmin müavinətdən vergi tutulmalı olmamasına əsaslanmışdır. Əmək Məcəlləsinin 175.4-cü maddəsi öz-özlüyündə vergi azadolması müəyyən etmir. Həmin maddə əmək haqqından tutulmalara yol verilən halları və bunun icrası qaydasını nəzərdə tutur. Əmək Məcəlləsinin 175.4-cü maddəsi vergi qanunvericiliyində mövcud olmayan hər-hansı azadolma müəyyən etmir, əksinə ona istinad edir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Mə cəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Bundan əlavə, məhkəmənin iddiaçının tələbini Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən müddətin şamil olunmamasına dair dəlil əsassızdır. Belə ki, hazırki iddia tərəflər arasında olan əmək münasibətlərindən irəli gəlir və iddia müddəti Mülki Məcəllənin 384.0.4-cü maddəsinə deyil Əmək Məcəlləsinin 296.4-cü maddəsinə uyğun tətbiq edilməlidir. İş materiallarından da göründüyü kimi A.Abdullayev ilə bağlanmış əmək müqaviləsinə 27 iyul 2021-ci il tarixdə xitam verilmişdir. İddiaçı 28 iyul 2022-ci il tarixinədək məhkəməyə müraciət etməli idi. Lakin, iş iddiaçı A.Abdullayev qanunvericiliklə müəyyə edilmiş 1 illik məhkəməyə müraciət etmə müddətini ötürməklə xx.xx.2023-cü il tarixdə mediasiya tətbiqi barədə təklif göndərmiş, xx.xx.2023-cü il tarixdə Mediasiya Təşkilatına müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

13. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti apellyasiya şikayəti verərək, Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-1528/2023 №-li, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddə sinin İ hissəsinə; Vergi Məcəlləsinin 1.1, 2.4-1, 16.1.1, 17.1, 17.3.1, 98.1, 101.1, 102.1.4-cü maddələrinə; Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndi, 77-ci maddəsinin 6-cı hissəsi, 70-ci maddəsinin “a" və “b" bəndləri və 175-ci maddəsinin 4-cü hissəsinə; Mülki Prosessual Məcəllənin 14, 88, 372, 374.1-ci maddələrinə; Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qərarına görə, iddiaçı ilə olan əmək müqaviləsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində qeyd olunan yaşa görə təqaüdə çıxması əsası ilə işçinin özünün təşəbbüsü əsasında xitam verilmiş kimi rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndi, yəni işçilərin ixt isar edilməsi və sayının azaldılması olmuşdur. Həmçinin məhkəmə bu faktın materiallara əlavə edilmiş xx.xx.2009-cu il tarixli əmr-qərarın və razılaşmanın surəti ilə, tərəflərin izahatları ilə təsdiq olduğunu qeyd etmişdir. Məhkəmə gətirdiyi bu dəlillə qanunvericilik normalarının ciddi pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə həmin faktın tərəflərin izahatları ilə təsdiq olduğunu qeyd etsə də, tərəflər belə bir fakt haqqında hər hansı izahat verməmişdirlər. O cümlədən, məhkəmənin istinad etdiyi xx.xx.2009-cu il tarixli əmr-qərar və razılaşma bu faktı nəinki təsdiq etmir, hətta iddiaçının öz iradəsi ilə işdən çıxdığını və məhz bununla bağlı birdəfəlik müavinətin verilməli olduğunu göstərir. Məhkəmə isə xx.xx.2009-cu il tarixli əmr-qərarın məzmununu və məqsədini təhrif etmiş və həmin əmr- qərara əsasən birdəfəlik ödənişi almaq hüququnun yalnız pensiya yaşına çatmış və öz iradələri əsasında işdən çıxmış işçilərə şamil edildiyini nəzərə almamışdır. Məhkəmə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndi ilə xitam verildiyini bildirməklə iddiaçının birdəfəlik ödənişi almaq hüququnu da istisna etmiş olur ki, bu da xx.xx.2023-cü il tarixli qətnamənin ziddiyyətli mülahizələr əsasında qəbul edildiyini göstərir. Digər tərəfdən isə iddiaçı ərizəsində işdən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) və 69-cu maddəsinin 3-cü hissəsinə (işçi əmək pensiyasına çıxdıqda) əsasən xitam verildiyini bildirmiş və Əmək Məcəlləsinin 70-ci maddəsinə istinad etməmişdir. Birinci instansiya məhkəməsi nin hansı iş materiallarından bu qənaətə gəldiyi aydın deyildir. Belə ki, məhkəmə cavabdeh qismində çıxış edən Dövlət Neft Şirkətindən iddiaçının işdən çıxması barədə verdiyi yazılı ərizənin əslini və ya surətini tələb etməmiş, təqdim edildiyi halda onun həqiqiliyini araşdırmamış, tərəflərin heç birindən bu barədə izahatlar almamışdır. Bundan əlavə, məhkəmə həmin mövqeyini əsaslandırmaq məqsədi ilə normativ sənəd olmayan ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu tarixli 57/06-19ə nömrəli əmr-qərarına istinad edərək cavabdehin həmin qərarı işçilərin sayını azaltmaq məqsədi ilə qəbul etdiyini və həmin əmr-qərarın 4-cü bəndinə əsasən işçilərlə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanmasının göstərildiyini və işçilərin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam ve rmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən onlara orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsinin göstərildiyini qeyd etmişdir. Halbuki məhkəmənin istinad etdiyi həmin əmrqərarın məhz həmin bəndi əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsini müstəsna hal kimi göstərmiş və onu işçilərin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi halı ilə şərtləndirmişdir. Başqa sözlə, əgər məhkəmə əmək müqaviləsinə iddiaçı tərəfindən deyil, işəgötürən tərəfindən xitam verildiyinə dair nəticəyə gəlmişdirsə o halda, işçinin ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixi 57/06-19 ə nömrəli əmrqərarında nəzərdə tutulan müavinəti almaq hüququ da yaranmamışdır. Belə olan halda isə iddiaçıya Əmək Məcəlləsinin 77-ci maddəsinin 3- cü hissəsinə əsasən əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “a" və “b” bəndləri ilə ləğv edilərkən işçiyə əmək stajından asılı olaraq orta əmək haqqının 1-2 misli miqdarında işdənçıxarma müavinəti ödənilməli idi. Halbuki birinci instansiya məhkəməsi həm qanunvericiliyin bu normasını nəzərdən qaçırmış, həm də hüquqlarının pozulduğunu hesab etdiyi iddiaçının bu barədə olan izahatlarını almamış, onların həqiqiliyini təsdiq edəcək heç bir sübut iş materiallarına əlavə etməmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-443/2023 nömrəli iş üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işdənçıxma barədə əmr və əmrin əsasını təşkil edən kollektiv saziş birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilməmiş, sübutetmə yükü üzrə cavabdeh vəzifələrini yerinə yetirməsə də, əmrin əsası kimi tərəflərə bəlli olmalı və şikayətin əsası kimi istinad edilən sənədlərin təqdim edilməsi təklif edilsə də, yalnız şəxsin ərizəsi və işdənçıxma barədə əmr təqdim edilmişdir. Təqdim edilmiş əmrin mahiyyətinə digər sübutlarla birgə qiymət verilməsini kollegiya, ətraflı araşdırmanın aparılmasından irəli gələn zərurət hesab edir. Diqqətə çatdırılmalıdır ki, işdənçıxma barədə ərizənin yazıldığı və razılaşmanın imzalanması zamanı əmrdə gəlir vergisindən tutulan məbləğin məhz işdənçıxma müavinətin ə aidiyyəti olması barədə xəbərdar (olmalı) olması öz təsdiqini tapmır. Bundan əlavə, "Azneft” X10 və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrə əsasən X5 xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yaşa görə təqaüdə çıxması ilə əlaqədar onun əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. Əmrdə, müqavilə ləğv edilərkən işçinin təminatları qismində SOCAR və ANQSİHİRİK arasında 2020-2023-cü illər üzrə Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi qeyd edilsə də, tərəflər arasında olan razılaşmada ARDNŞ-nın ANQSlHİRK-nin 22 aprel 2009-cu il tarixli 57/06-l9a nömrəli əmr-qərarının 4cü bəndinə və ona edilmiş 14 avqust 2009-cu il tarixli 112/07-22a nömrəli dəyişikliyin 1-ci bəndinə istinad edilmişdir. Əmək Məcəlləsinin tələblərinə əsasən: 175. 2. a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından tutula bilər. İş üzrə məhkəməyə belə bir sərəncam təqdim edilməmiş və işdəçıxarılma əmrində belə istinadlar öz əksini tapmamışdır.

17. Qeyd edilənlərdən əlavə diqqətə çatdırılmalıdır ki, əmək qanunvericiliyi ilə qeydiyyata alınmalı olan əmək müqaviləsinə dəyişikliyin (razılaşmanın müqavilənin tərkib hissəsi olması və sair) qeydiyyata alınmaması və vergi tutmanın əsasları müəyyən edilməyən əmrdə müavinətdən verginin tutulmasını müəyyən edən sazişin müddəalarına m üvafiq işdənçıxarılma əsaslarının uyğunsuzluğu, iddiaçının hüquqlarının pozulmasına (vəziyyətinin pisləşməsinə) münasibətdə şikayətlərin istinad etdikləri dəlilləri üzrə təqdim edilməyən sazişin, ARDNŞ-nın ANQSlHİRK-nin 22 aprel 2009-cu il tarixli 57/06-l9a nömrəli əmr-qərarın 4-cü bəndində və ona edilmiş 14 avqust 2009-cu il tarixli 112/07-22a nömrəli dəyişikliyin 1-ci bəndində və razılaşmanın aidiyyəti müddəalarının əmək qanunvericiliyinə uyğunsuzluğunu və etibarsızlığını şərtləndirir. Belə ki, razılaşmada onun əmək müqaviləsinin tərkib hissəsi kimi qeyd edilsə də, əmək müqaviləsinə dəyişiklərin edilməsi haqqında əmək qanunvericiliyinin tələblərinə riayət edilməmiş, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə isə Sazişin istinad edilən bəndinə əsasən verilməli olan müavinətin vergiyə cəlb edilməsi müəyyən edilməmiş, o cümlədən iş üzrə əmək münasibətlərinə xitam verilməsi əsas olan Saziş təqdim edilməmişdir. Tərəflər (işçi və işəgötürən) arasında münasibətlərin əmək qanunvericiliyi və əmək müqaviləsi şərtləri ilə tənzimlənməsini nəzərə alaraq, işəgötürən tərəfindən işçiyə münasibətdə əmək qanunvericiliyinin tələblərinə cavab verməyən sənədləşmə (rəsmiləşdirmə) aparılması nəticəsi olaraq məsuliyyətin işçiyə yönəldilməsi yolverilməzdir və müavinətdən vergitutma üzrə cavabdehlik işəgötürənə aid olmalı, sosial təyinatlı səciyyə daşıyan birdəfəlik müavinətdən tutulan vergi nəticəsində işçiyə dəymiş ziyan işəgötürən tərəfindən ödənilməlidir. Hazırki münasibətlərdə bilavasitə iddiaçıya (işçiyə) aid vergiödəmə öhdəliyi (vəzifəsi) müəyyən edilmədiyindən sonuncunun əmək hüquqları müstəvisində tərəflər arasında mübahisə vergi qanunvericiliyi ilə tənzimlənə bilməz və bu qanunvericiliyin tətbiqi işəgötürənlə dövlət (vergi orqanı) arasında olan münasibətlərə aiddir.

18. İddia müddətinin tətbiqinə dair isə qeyd edilməlidir ki, iddiaçının işdən çıxarılan zaman hüquqlarının pozulması və məhz işdənçıxarılma müavinətindən vergi adı altında tutulan məbləğin miqdarından xəbərdar (bilməli) olması sübuta yetirilmir. İddiaçının bundan məhkəmə prosesi zamanı cavabdeh tərəfindən təqdim edilmiş arayış əsasında təfərrüatı ilə məlumatlı olduğu iş materiallarının təhlilindən də görünür. Bunu, iddiaçının iddianı verərkən tələbin həcminin fərqli qeyd edilməsi bir daha sübuta yetirir. Ümumiyyətlə, cavabdehin və üçüncü şəxsin şikayətlərində müavinətin vergitutmaya məruz qalması barədə əh atəli dəlilləri və eyni zamanda iddia müddətinin tətbiqi ilə bağlı dəlilləri özü-özlüyündə ziddiyyət təşkil edir. Belə ki, iddia müddətinin müdafiə edilməsi dolayısı ilə (məntiqlə) şəxsin hüquqlarının pozulmasının cavabdeh tərəfindən qəbul edilməsini, lakin mülki dövriyyənin sabitliyinə yönəlik müddətin keçməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsinin ödənilməyən pul vəsaitinin iddiaçıya məxsus əmlak (əşya) hüquqlarına aid olması əsası ilə iddia müddətinin tətbiqi yolverilməzliyinə istinad etməsini kollegiya qanuni hesab edir. Belə ki, Mülki Məcəllənin “Əşya hüququnun obyektləri” adlanan (normasının) 135.1-ci maddəsinə əsasən Mülki Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılır, pullar və sənədli qiymətli kağızlar da əşyadır. Kassasiya şikayətinin və ona etirazın dəlil ləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh SOCAR Cavabdeh qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayətləri ayrı-ayrılıqda apellyasiya şikayətlərinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

23. Maddə

2. Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən, əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. ƏM, həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.

24. Maddə 12. əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sadalanmış və onlardan biri kimi əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək vəzifəsi qeyd olunmuşdur.

25. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, iş çinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

26. Maddə 154.1. əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

27. Maddə 172.1. aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

28. Maddə 178.1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.

29. Maddə

135. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

30. Maddə

143. Müvafiq iş ilinin (illərinin) məzuniyyət indən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.

31. Maddə 144.2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilm əlidir.

32. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsini n faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Cavabdeh və üçüncü şəxs kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

43. Belə ki, iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya mə hkəməsi hesab etmişdir ki, işdənçıxma barədə ərizənin yazıldığı və razılaşmanın imzalanması zamanı əmrdə gəlir vergisindən tutulan məbləğin məhz işdənçıxma müavinətinə aidiyyəti olması barədə xəbərdar (olmalı) olması öz təsdiqini tapmır. Bundan əlavə, Cavabdeh Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrə əsasən X5 xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yaşa görə təqaüdə çıxması ilə əlaqədar onun əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. Əmrdə, müqavilə ləğv edilərkən işçinin təminatları qismində SOCAR və ANQSİHİRİK arasında 2020-2023-cü illər üzrə Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma m üavinətinin ödənilməsi qeyd edilsə də, tərəflər arasında olan razılaşmada ARDNŞ-nın ANQSlHİRKnin 22 aprel 2009-cu il tarixli 57/06-l9a nömrəli əmr-qərarının 4-cü bəndinə və ona edilmiş 14 avqust 2009-cu il tarixli 112/07-22a nömrəli dəyişikliyin 1-ci bəndinə istinad edilmişdir. Əmək Məcəlləsinin 175-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından tutula bilər. İş üzrə məhkəməyə belə bir sərəncam təqdim edilməmiş və işdəçıxarılma əmrində belə istinadlar öz əksini tapmamışdır.

44. Həmçinin apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə olan münasibətlərdə bilavasitə iddiaçıya (işçiyə) aid vergiödəmə öhdəliyi (vəzifəsi) müəyyən edilmədiyi ndən sonuncunun əmək hüquqları müstəvisində tərəflər arasında mübahisə vergi qanunvericiliyi ilə tənzimlənə bilməz və bu qanunvericiliyin tətbiqi işəgötürənlə dövlət (vergi orqanı) arasında olan münasibətlərə aiddir.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin göstərilən qənaəti qanunvericiliyinin yuxarıda sadalanan normalarının tələblərinə uyğun olmamışdır.

46. Belə ki, işin mübahisəsiz hallarına görə iddiaçı 29 iyul 2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxmağı ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir və həmin vaxt ona ARDNŞ-nin və ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli 57/06-19a nömrəli Əmr-Qərarının 4-cu bəndinə və ona edilmiş 14 avq ust 2009-cu il tarixli 112/07-22a nömrəli dəyişikliyə və tərəflər arasında əldə edilmiş yazılı razılaşmaya əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Həmin müavinətdən gəlir vergisi tutulmuşdur.

47. Qeyd olunmalıdır ki, işçiyə müavinət müəssisənin ləğvi və işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi ilə əlaqədar deyil, SOCAR ilə Azərbaycan Neft və X11 Həmkarlar İttifaqı Respublika Komitəsi (ANQSİHİRK) arasında bağlanmış 2020- 2023-cü illər üçün X12 uyğun olaraq öz təşəbbüsü ilə təqaüdə çıxmaq barədə ərizə verməsi ilə əlaqədar işəgötürənin öz təşəbbüsü ilə ödədiyi müavinətdir.

48. Vergi qanunvericiliyində hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu konkret göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qeyd olunan normanın tələbinə ziddir. Belə ki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Bu baxımdan vergi qanunvericiliyinə görə yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinətlər gəlir vergisindən azaddır. Bütün digər hallarda fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir (hər hansı ödəmə və ya fayda) Vergi Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Göründüyü kimi, vergidən azad olunan gəlirlər sırasında əmək müqaviləsi işçi tərəfindən ləğv edilərkən işəgötürənin öz təşəbbüsü ilə işçiyə ödədiyi müavinət nəzərdə tutulmamışdır.

49. Eyni mövqe “Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 15 aprel 2024-cü il tarixli qərarında qeyd olunmuşdur. Həmin qərara görə Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsin də müəyyən olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir.

50. Baxılan işin hallarından da göründüyü kimi iddiaçının tərəf olduğu əmək münasibətlərinə işçilərin sayının və ya ştatların ixtisar edilməsi əsası ilə deyil, iddiaçının öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Qeyd olunan Razılaşmaya görə bunun müqabilində İşəgötürən tərəfindən iddiaçıya orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 35885,45 manat işdənçıxma müavinəti hesablanmış və həmin işdənçıxma müavinətdən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən 8721,36 manat gəlir vergisi tutulduqdan sonra qalan məbləğ ona ödənilmişdir.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellya siya instansiya məhkəməsi hazırki mübahisəyə baxarkən işin yuxarıda qeyd olunan hallarını lazımi qaydada araşdıraraq düzgün hüquqi qiymət verməmiş, tərəflər arasında bağlanmış Razılaşmanın şərtlərini diqqətdən kənarda saxlamış, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasını düzgün tətbiq etməmiş, cavabdehin iddiaçıya ödənilən vəsaitdən gəlir vergisini tutmaqla qanun pozuntusuna yol verməsi barədə gəldiyi nəticəni düzgün əsaslandırmamış, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya ödənilmiş müavinətdən tutulan gəlir vergisinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi qət edilsə də, qeyd olunan verginin dövlət büdcəsinə ödənilməsinə diqqət yetirməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tə ləblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etsə də, tutulmalı olan məbləğin cavabdehdən düzgün tutulub-tutulmamasına hər hansı hüquqi qiymət verilməmişdir.

52. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.

53. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şika yəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadığından, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə iddianın təmin olunması barədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

55. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə almadan, təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına gönd ərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6491/2023 nömrə li iş üzrə 18 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar