Məhkəmə qərarları › İş №2(102)-1491/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1491/2025

03.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1491/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “X15 X” MMC-yə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)1434/2025 saylı qətnaməsindən cavabdeh “X15 X” MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etd i. İşin halları 1. 2009-cu ildə “Şirvan X4 X” MMC-nin Cəlilabad rayon “X4 Şəbəkəsi”nin “X” kənd yarımstansiyasının növbətçi elektrik mantyoru vəzifəsində işləyən X1 işləyərkən üzərinə qoyulmuş texniki təhlükəsizlik və əməyin mühafizəsi funksiyalarının icrası qaydalarına əməl etməməsi nəticəsində İddiaçı anası X12 ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh “X15 X” MMC-dən və digərlərindən onun xeyrinə 60.000 manat kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, baş verən hadisə nəticəsində ona mənəvi ziyan dəymişdir. Qanunvericilik isə bu halda mənəvi z iyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum anasının ölümü nəticəsində keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi hallar nəzərə alınmalıdır.

4. Cavabdeh "xxxx" ASC iddiaya etirazını onunla əsaslandırmışdır ki, məlum hadisə ilə bağlı onların təqsiri yoxdur. Hadisə baş verən dövrdə “Şirvan X4 X” MMC Cavabdeh2 Dövlət Şirkətinin strukturuna daxil idi.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)2535/2024 saylı qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia qismən təmin edilərək, vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdeh “Şirvan X4 X” MMC-dan iddiaçının xeyrinə 30.000 manatın tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının anasının ölməsi ilə əlaqədar mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stress, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Anasının vəfat etməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyasının ödənilməsi vasitəsi ilə müəyyən qədər təsəlli ala bilər.

7. Məhkəmə göstərilənlərə əsasən qeyd etmişdir ki, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkət və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri, ağırlığı, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla ağlabatan məbləğ olaraq 30.000 manat pul vəsaitinin iddiaçının xeyrinə ödənilməsi daha ədalətli və ağlabatandır.

8. Məhkəmə iddiaya cavab verməli olan cavabdeh barəsində isə qeyd etmişdir ki, hadisənin baş verməsində təqsirli “Şirvan X4 X” MMC-nin X2 XX, “X” kənd yarımstansiyasının növbətçi elektrik mantyoru vəzifəsində işləyən X1 olmuşdur. “X” kənd yarımstansiyası 2015-ci ilədək "xxxx" MMC-nin tabeliyində olması nəzərə alınmaqla, hazırki iddia üzrə cavabdeh “X15 X” MMC hesab edilməklə, iddiaçının tələbi yalnız ona münasibətdə təmin edilməlidir. Belə ki, “X15 X” MMC-nin müstəqil hüquqi şəxs olması digər cavabdehlərin mülki məsuliyyətini istisna edir.

9. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25, 26-cı, Mülki Məcəllənin 21.1, 1096.1, 1097.1, 1099.1, 1099.2, 1108.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 218.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin məzmumuna uyğun əsaslandırılmaqla, əlavə olaraq qeyd edilmişdir ki, “X15 X” MMC-nin müstəqil hüquqi şəxs olması digər cavabdehlərin mülki məsuliyyətini istisna etmir. Həmin qurum Cavabdeh2 ASC-nin tabeliyində fəaliyyət göstərmiş, buna uyğun olaraq fəaliyyətinə nəzarəti də məhz sonuncu həyata keçirmişdir. Hal-hazırda isə “X15 X” MMC faktiki olaraq "xxxx" ASC-nin tərkibində fəaliyyət göstərir, bu səbəbdən də "xxxx" ASC də birgə cavabdeh kimi məsuliyyət daşımalıdır.

12. Cavabdeh “X15 X” MMC isə apellyasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi cinayət hadisəsinin baş verməsinin üzərindən 15 il keçməsini mənəvi zərərin məbləği ilə qarşılıqlı şəkildə

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)1434/2025 saylı qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən, məruzəçi), Fərrux Qasımov və Günay Axundova) iddia çının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində dəyişiklik edilərək, cavabdeh “Şirvan X4 Şəbəsi” MMC-dən iddiaçının xeyrinə mənəvi zərərə görə 15.000 manatın tutulması qət edilmişdir.

15. Məhkəmə kollegiyası digər cavabdehlərin də iddia tələbinə cavab verməli olan subyektlər olması ilə bağlı iddiaçının dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, hadisənin baş verməsində təqsirli “XX4 X” MMC-nin X2 XX“X” kənd yarımstansiyasının növbətçi elektrik mantyoru vəzifəsində işləyən X1 olmuşdur. Belə olduğu halda “Ləkin” kənd yarımstansiyasının "xxxx" ASC-nə 2015-ci ildən sonra verilməsi və “X15 X” MMC-nin Cavabdeh2 ASC-nin tabeliyində olsa da, m üstəqil hüquqi şəxs olması ilə bağlı işin fakitki halları mübahisələndirilən subyektlərin hazırkı iddia tələbinə qarşı cavabdehliyini istisna edir.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddiaçının xeyrinə müəyyən edilmiş mənəvi zərərin məbləği ilə razılaşmayaraq qeyd etmişdir ki, məlum hadisənin üzərindən 15 il keçmiş və bu müddət ərzində bu hisslərin də azalması mümkün olan bir haldır. Göründüyü kimi, hətta hadisə ilə bağlı başlanmış cinayət işinə məhkəmədə baxılarkən mərhumun hüquqi varisləri və zərərçəkmiş şəxslər X13, X6, X7, X18, X8, X5, X3, X9, X14 və X10 təqsirləndirilən şəxslər barışdıqlarını və ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişlər. Lakin, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntılar ilk günkü qədər dərin olmasa da, insanı n, xüsusilə də milli dəyərlərdən irəli gələrək gələcəklə bağlı ümidlərin birbaşa bağlı olduğu ananın itkisi daim insana təsir edir.

17. Həm bu hallar, həmçinin də baş vermiş hadisədən artıq 15 ilə yaxın müddətin keçməsi belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola da bilməz. Eləcə də, iddiaçı ötən dövr ərzində məhkəməyə müraciət etməmişdir. Odur ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi adekvat şəkildə aradan qaldırılmalı və mənəvi tarazlığın bərpa edilməsi gözlənilməli, mənəvi zərərin əvəzi olaraq Cavabdeh3 MMC-dən iddiaçının xeyrinə mənəvi zərərə görə 15.000 manat tutulmalıdır.

18. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respub likası Konstitusiyasının 25, 26-cı, Mülki Məcəllənin 21.1, 1096.1, 1097.1, 1099.1, 1099.2, 1108.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 218.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh “X15 X” MMC (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayətinin dəlili belə əsaslandırılmışdır ki, kompensasiya məbləğini 15.000 manat həcmində müəyyənləşdirən apellyasiya instansiyası məhkəməsi, məlum hadisənin üzərindən 15 il keçməsinə, bununla da mənəvi zərərin təsirinin xeyli azalmasına işin halları baxımından düzgün qiymət verməmiş, mövqeyini “Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin xx.xx.2008-ci il tarixli Plenum Qərarına müvafiq qaydada əsaslandırmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdi yi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 27. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarı “... mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, pe şə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə d üzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

37. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilləri ilə razılaşmır.

38. Belə ki, apellyasiya instansiyası məhkəməsi, işin hallarını araşdıraraq qeyd etmişdir ki, cavabdehin təqsiri üzündən iddiaçıya mənəvi zərərə məruz qalması, işin mübahisə olunmayan halıdır. Lakin, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə müəyyən etdiyi mə nəvi zərərin məbləği ilə razılaşmayaraq qeyd etmişdir ki, məlum hadisədən 15 ildən artıq müddət keçib və bu müddət ərzində iddiaçının keçirdiyi sarsıntının azalması mümkün olan bir haldır.

39. Göründüyü kimi, hətta hadisə ilə bağlı başlanmış cinayət işinə məhkəmədə baxılarkən mərhumun hüquqi varisləri və zərərçəkmiş şəxslər X13, X6, X7, X18, X8, X5, X3, X9, X14 və X10 təqsirləndirilən şəxslər barışdıqlarını və ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişlər. Lakin, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntılar ilk günkü qədər dərin olmasa da, insanın, xüsusilə də milli dəyərlərdən irəli gələrək gələcəklə bağlı ümidlərin birbaşa bağlı olduğu ananın itkisi daim insana təsir edir.

40. Həm bu hallar, həm də baş vermiş hadisədən artıq 15 ilə yaxın müddətin keçməsi belə qən aətə gəlməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola da bilməz. Eləcə də, iddiaçı ötən dövr ərzində məhkəməyə müraciət etməmişdir. Odur ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi adekvat şəkildə aradan qaldırılmalı və mənəvi tarazlığın bərpa edilməsi gözlənilməklə, mənəvi zərərin əvəzi olaraq Cavabdeh3 MMC-dən iddiaçının xeyrinə mənəvi zərərə görə 15.000 manat tutulmalıdır.

41. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı m üəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh “X15 X” MMC kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 fevral 2025-cü il tarixli, 2(103)-1434/2025 saylı qətnaməsi mübahisələndirilən hissə də dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar