Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1493/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi və vəkili X22, iddiaçının vəkili X10 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən XXX qızının kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə (iş № 2(012)-4017/2016, hakim İ.Ə.Kərimli) İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələlə ri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04 saylı Ərazi İdarəsinə qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(105)-924/2017, hakimlər T.O.Quliyev, A.Q.Hüseynov və G.F.Tağızadə) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarı ilə (iş № 2(102)-6235/2017, hakimlər V.Ə.İbayev, A.K.Kalbalıyev və İ.R.Xələfov) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasın ın xx xxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(105)-610/2018, hakimlər T.Q.Məmmədov, Ş.R.Abasov və A.Ə.Abbasov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-3746/2019, hakimlər S.F.Hacıyev, E.R.Vəliyeva və Q.A.Əsgərov) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Sumq ayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-3227/2019, hakimlər Z.İ.Məmmədov, N.M.Nəsibov və H.Ç.Babayeva) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, İddiaçı iddiası təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon X17 Hilal qızının adına verilmiş xx xxxxxxx 2005-ci il tarixli “JN-146 a kod 30800086” saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən Şövkət Məmmədova verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxx 2016-cı il tarixdə İddiaçı Cavabdehnə və XXX qızına qarşı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Abşeron rayon Şöbəsinin xx xxxxxxx 2005-ci il tarixli “JN-146 a kod 30800086” saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Mübahisəli torpaq sahəsinə dair Abşeron rayon Aqrar İslahat Komissiyasının xx xxx 1998-ci il tarixli 16 saylı qərarı olmuş, xx xxxxxxx 2005-ci il tarixl i şəhadətnamə və dövlət reyestrindən çıxarış həmin qərar əsasında verilmişdir. Bu halda, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx xxx 1998-ci il tarixli 16 saylı qərarı mübahisələndirilmədən şəhadətnamənin və dövlət reyestrindən çıxarışın mübahisələndirilməsi əsassız olmaqla həmin sənədlərin etibarsız hesab edilməsi qanunsuzdur. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, X23 ilə İddiaçı xx xxxxxxx 1987-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. XXX X26 İcraiyyə Komitəsinin xx xxxxxx 1989-cu il tarixli qərarından çıxarışa əsasən X18 xx xxxxxx 1989cu ıl tarixli əmri ilə X19 ayrılmış 0,099 ha, 65 saylı sahədə yaşayış sahəsi 36 kv.metr olan 1 mərtəbəli 2 otaqlı mənzil tikilməsinə icazə verilmişdir. Eyni qərar və əmr əsasında X14 da 0,099 ha torpaq sah əsi ayrılmış 72 kv.m olan 5 otaqlı 2 mərtəbəli mənzil tikilməsinə icazə verilmişdir. xx xxxxxx 1990-cı il tarixli aktın surətindən görünür ki, X19 ayrılmış torpaq sahəsi naturada ayrılaraq ona təhvil verilmişdir. X23 xx.xx.1991-ci ildə vəfat etmişdir. Həmçinin, xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx xxx 1998-ci il tarixli, 16 saylı qərarı ilə XXX qızının, X15, X6, X7 mülkiyyətlərinə XXXsində 0,10 ha torpaq sahəsi verilmişdir. İddiaçı cavabdeh Şövkət Məmmədovanın onların ailəsinə ayrılmış torpaq sahəsini öz adına sənədləşdirdiyinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, XXX X26 İcraiyyə Komitəsinin xx xxxxxx 1989-cu il tarixli qə rarı ilə X8 adına torpaq sahəsi ayrılmamışdır. Abşeron Rayon Saray Qəsəbə X26 İcraiyyə Komitəsinin xx xxxxxx 1989-cu il tarixli tarixli qərarına əsasən X18 xx xxxxxx 1989-cu il tarixli 23 saylı əmri ilə mərhum X19 ayrılmış 0,099 ha torpaq sahəsində mənzil tiklilməsinə icazə verilməsi ilə əlaqədar tərtib edilmiş xx.xx.1990-cı il tarixli torpaq sahəsinin sxematik planından görünür ki, mübahisəli torpaq sahəsi bir tərəfdən yol, digər tərəflərdən mağaza yolu, Səfərov Tumas və Məmmədov Alxan ilə qonşu olmuşdur. Eyni zamanda həmin qərar ilə X11 torpaq sahəsi ayrılmamış, torpaq sahəsi ailə başçısı kimi onun həyat yoldaşı X14 ayrılmışdır. Abşeron Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən, 0,10 ha torpaq sahəsi X8, X15, X6 və X7 mülkiyyətinə, 0,10 ha torpaq sahəsi isə X12 mülkiyyətinə veri lmişdir. Deməli, Abşeron Rayon Aqrar İslahat Komissiyası xx.xx.1998-ci il tarixli 10 saylı qərarı və eyni tarixli 16 saylı qərarı ilə bir ailənin iki üzvünə həyətyanı torpaq sahəsi ayrılması barədə qərar qəbul etmişdir. Əvvəla, Abşeron Rayon Aqrar İslahat Komissiyası xx.xx.1998-ci il tarixli 10 saylı qərarını ümumiyyətlə əldə etmək mümkün olmamışdır. Digər tərəfdən, “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə görə, vətəndaşların qanuni istifadəsindəki həyətyanı sahələr əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Yuxarıda qeyd edildiyi kimi, Saray qəsəbə X26 İcraiyyə Komitəsinin xx xxxxxx 1989-cu il tarixli tarixli qərarı ilə cavabdehin ailəsinə həyat yoldaşı Alxan Məmmədovun adına fərdi yaşayış evi tikilməsi üçün həyətyanı torpaq sahəsi ayrılmı şdır. Bu halda, cavabdehin ailəsinin qanuni istifadəsində yalnız həmin həyətyanı torpaq sahəsi olduğu halda, digər həyətyanı torpaq sahəsinin də onun mülkiyyətinə verilməsinin, ümumiyyətlə, hüquqi əsası olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin xx xxx 2017-ci il tarixli məktubunun məzmunundan görünür ki, mərhum X13 miras qalmış 0,0990 ha torpaq sahəsinə dair sənədlərin ekspertizası zamanı XXX X26 icraiyyə Komitəsinin xx xxxxxx 1989-cu il tarixli, 59.8 saylı qərarına əsasən ayrılmış 0,0990 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində saxlanılan məlumata əsasən X20 məxsus çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsinin üzərinə düşdüyü müəyyən edilmişdir. X24 isə həmin torpağı X2, sonuncu isə X9 almışdır. İddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi yalnız onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı XXX X26 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 59, 8 saylı qərarına əsasən, X18 xx.xx.1989-cu il tarixli 23 saylı əmri ilə X19 ayrılmış 0,099 ha torpaq sahəsinin ölçüsünün yerində (naturada) üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mütəxəssis tərəfindən müəyyən olunmamış, XXX qızının mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin JN-146A, KOD 30800086 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən koordinatları daxilində olduğu, iddiaçının iddia etdiyi kimi torpaq sahəsinin cavabdeh tərəfindən tutulmadığı müəyyən edilmişdir. İddiaçı iddia tələbi ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsinin ona m əxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünü və həmin koordinatların daxilində yerləşdiyini iddia edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin xx xxxxxxx 2005-ci il tarixli “JN-146 A KOD 30800086” saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunmasını tələb etmişdir. İddiaçının iddia tələbi məhkəmə tədqiqatında öz təsdiqini tapmamışdır. XXX qızına ayrılmış torpaq sahəsinin X19 ayrılmış torpaq sahələri ilə üst-üstə düşməməsi nəticəsinə gələn ekspert öz rəyində X19 ayrılmış torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmaması ilə əlaqələndirmişdir. 1989-cu ildə torpaq sahəsi ayrılarkən GPS sistemi ilə koordinatları müəyyən etmək mümkün deyildi. Bu halda torpaq sahəsinin yerləşdiyi yeri daşınmaz əmlakla müəyyən edib, onu əlaqələndirirdilər. Halhazırki mübahisədə də X19 ayrılmış torpaq sahəsi digər qonşuların, o cümlədən X14 ayrılmış torpaq sahəsi ilə bağlılığı var. Həmin torpaq sahəsinin X19 ayrılmasını təsdiq edən qonşular var. Məhkəmə heyəti həmin əraziyə baxış keçirərkən qonşular hal-hazırda istifadəsiz qalmış torpaq sahəsinin məhz X19 ayrılmış torpaq sahəsi olduğunu göstərmişlər. X12 torpaq sahəsi ilə XXX qızının torpaq sahələri yanaşı olmalıdır. XXX qızının və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi əslində X19 ayrılmış torpaq sahəsidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndiri lir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında Daşınmaz Əmlakın kadastrı və Ünvan reyestr Xidmətinin mütəxəssis rəyində və həmin rəy əsasında keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxx 2018-ci il tarixli rəyində mərhum X19 ayrılmış 0,0990 ha torpaq sahəsini n döngə koordinatları təqdim olunmadığına görə naturada torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsinin mümkün olmaması və bu səbəbdən həmin torpaq sahəsinin Şövkət Məmmədovanın mülkiyyətində olan torpaq sahəsi və ya Altay Məmmədovun mülkiyyətində olan sonradan Elçin Cabbarova satılmış torpaq sahəsi ilə ust-üstə düşməsinin müəyyən edilə bilməməsi barədə gəlinən nəticə əsassızdır. Yəni eyni qurumun-DƏDRX-nin 4 saylı Ərazi İdarəsi həmin torpaq sahəsinin hazırda X20 məxsus çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsinin üzərinə düşdüyünü göstərsə də, həmin qurumun kadastrı və ünvan reyestr Xidmətinin mütəxəssisi ümumiyyətlə, torpaq sahəsini koordinatı olmadığından bunu müəyyən etməyin mümkün olmadığını bildirir. Halbuki iddiaçının mərhum ərinə ayrılmış torpaq sahəsinin koordinatı olmasa da, (1989-cu ildə koordinatın mövcud olması mümkün deyildi) torpaq sahəsinin ayrıc aktı, tərpənməz nöqtələri, bir qonşusunun məhz Alxan Məmmədova ayrılmış torpaq sahəsi olması dəqiq göstərilib. İş üzrə alınmış məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxx 2018-ci il tarixli rəyindən isə görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X12 mülkiyyətində olan və X4, daha sonra X1 Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0,10 ha torpaq sahəsinin koordinatları müəyyən edilərək məlum oldu ki, naturada faktiki vəziyyət ilə üstüstə düşür. Göründüyü kimi, qeyd edilən sənədlər üzrə faktiki olaraq mərhum X13 miras qalmış 0,0990 h a torpaq sahəsinin Şövkət Məmmədovanın adına qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, XXX X26 İcraiyyə Komitəsinin xx.xx.1989-cu ıl tarixli qərarı ilə X18 xx.xx.1989-cu il tarixli 23 saylı əmri ilə X19 ayrılmış 0,099 ha torpaq sahəsinin koordinatları, ayrıc aktı və hər hansı tərpənməz nöqtəyə bağlılığı olmadığı üçün həmin torpaq sahəsinin harada olmasını və mübahisələndirilən torpaq sahəsi ilə üst-üstə düşüb-duşməməsinı müəyyən etmək mümkün olmamasına dair ekspert rəyi olsa da, torpaq sahəsinin yerləşdiyi yeri torpağın ayrılması barədə akta əsasən müəyyən edilməli, X19 ayrılmış torpaq sahəsinin digər qonşuların, o cümlədən X14 ayrılmış torpaq sahəsi ilə bağlılığına işdə olan şahid ifadələri əsasında hüquqi qiymət verilməlid ir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadında, şahidlər öz ifadələrində həmin torpaq sahəsinin mərhum X19 aid olduğunu, lakin o vəfat etdiyindən həmin yerdə ev tikə bilmədiyini bildirmişlər. Sonradan isə onlara məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi Şövkət Məmmədova tərəfindən tutulmuşdur. XXX sakinləri tərəfindən imzalanmış aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən 66 saylı 0.099 ha torpaq sahəsi xx.xx.1989-cu ildə Abşeron rayon, Saray qəsəbəsi XDS İK 59.8 nömrəli qərarı əsasında onlara torpaq sahəsi ayrılarkən X19 ayrılmışdır. Həmin torpaq sahəsi bir tərəfi yol, bir tərəfi Məmmədov Alxan, bir tərəfi Səfərov Tumas, bir tərəfi isə əvvəllər mağaza yeri kimi nəzərdə tutulmuş hal-hazırda Quliyev Rasimə məxsus torpaq sahəsi ilə əhatə olunmuşdur. Azə rbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Torpaq islahatı haqqında” qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyət hüququ pozulmuş, iddiaçının mərhum ərinə ayrılmış torpaq sahəsi qanunsuz olaraq XXX qızı tərəfindən zəbt edilmişdir. Bu işdə olan şahid ifadələri, Abşeron rayon Saray qəsəbə sakinləri nin tərtib etdikləri aktla, XXX X26 İcraiyyə Komitəsinin xx xxxxxx 1989-cu il tarixli, 59.8 saylı qərarı ilə X8 adına torpaq sahəsi ayrılmaması barədə Abşeron rayon Dövlət Arxivinin 20.11 2015-ci il tarixli H-113 saylı məktubu ilə, Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı mövcud ola-ola, eyni tairxli 16 saylı qərar ilə bir ailənin iki üzvünə (X14 ailə başçısı kimi) torpaq sahəsi ayrılmasının mümkün olmaması, Abşeron Rayon Saray Qəsəbə X26 İcraiyyə Komitəsinin xx xxxxxx 1989-cu il tarixli, 59.8 saylı qərarına əsasən X11 deyil, torpaq sahəsinin onun həyat yoldaşı X14 ayrılması, “Torpağın mülkiyyətə verilməsi haqqında” şəhadətnamənin tərtibindəki kobud nöqsanlarla, həmçinin həmin şəhadətnamənin tərtibinə əsas olmuş Abşeron Rayon Aqrar İslahat Komissi yası xx.xx.1998-ci il tarixli 10 saylı qərarının ümumiyyətlə əldə edilməsinin mümkün olmaması ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qannvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutara q, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1493/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1493/2020
04.03.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver