Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1493/2021 29.03.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, onun vəkili X5, üçüncü şəxs X3 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1471/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin ha lları Mingəçevir şəhəri, XXXküçəsi, 2/17 saylı evin 9 saylı mənzilinin 3/24 hissəsi İddiaçı (bundan sonra – iddiaçı) adına daşınmaz əmlakın Dövlət reyestrində xx xxxxxx 2019-cu tarixdə qeydiyyata alınmışdır. Mənzilin 7/24 hissəsi X3, 7/24 hissəsi X4, 7/24 hissəsi X2 paylı mülkiyyətindədir. İddiaçının X1 həmin mənzili 7500 manat məbləğdə pul müqabilində Cavabdeh satmaq baradə razılığa gəlmiş və beh olaraq ondan 3000 manat məbləğində pul almışdır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1778/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən, X6 3500 və 4000 manat məbləğində, cəmi 7500 manat, iddiaçıdan mənzilin təmirinə çəkilmiş 4000 manat məbləğində pulun alınıb Cavabdeh verilməsi qət olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icra at İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra - cavabdeh) ona məxsus, Mingəçevir şəhərinin XXXküçəsində yerləşən 2/17 saylı evin 9 saylı mənzilindən (bundan sonra – mübahisəli mənzil) çıxarılması, həmin mənzildə qanunsuz yaşadığı 9 ay müddətə görə 900 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil onun adına rəsmiləşdirilməmişdən əvvəl mərhum qayınanasının mülkiyyətində olmuş və vərəsəlik qaydasında mənzilə mülkiyyət hüququ ona keçmişdir. X1 heç bir mülkiyyət sənədi və etibarnamə olmadan ona məxsus mənzilin satılması üçün xx xxx 2019-cu il tarixdə cavabdehlə beh müqaviləsi bağlamış və beh müqaviləsi h eç bir notariat funksiyası olmayan “xxxx” MMC-nin rəhbəri X11 tərəfindən qanunsuz olaraq təsdiq edilmişdir. Bundan sonra cavabdeh, X7 7500 manat pul verərək iddiaçının mənzilinə onun heç bir şifahi və yazılı razılığı olmadan mənzilin qıfılını sındırmaq yolu ilə özbaşına daxil olmuş və orada təmir işləri aparmışdır. Cavabdeh 9 aydır ki, ona məxsus mənzildə qanunsuz olaraq özbaşına yaşamaqda davam edir. Mənzilin sənədləri qaydasında olmadığına görə mənzilin özgəninkiləşdirilməsi baş tutmamışdır. Ona görə də cavabdeh, X7 və “xxxx” MMC-nin rəhbəri X8 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onlara verdiyi 7500 manat pulun müştərək qaydada alınması, habelə mənzilin təmirinə xərclədiyi 4000 manat pulun iddiaçıdan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahi ş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, 7500 manat pulun X6 və 4000 manat pulun ondan tutularaq cavabdehə verilməsi qət edilmişdir. Bu barədə Mingəçevir Şəhər Məhkəməsinin icra vərəqəsi aidiyyəti üzrə Yevlax Rayon və Mingəçevir şəhər İcra və Probasiya şöbələrinə göndərilmişdir. Cavabdeh onun şifahi tələblərinə baxmayaraq mənzili boşaltmaqdan boyun qaçırmışdır. Özü faktiki olaraq küçələrdə qalmış, tanışları və qohumlarının himayəsinə sığınmışdır. Bu isə onun qanunla qorunan vətəndaş və mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Cavabdeh ona məxsus mənzildə yaşadığı hər ay üçün 100 manat olmaqla, ona 900 manat kirayə pulu da ödəməlidir. Birinci instansiya məhkəməsində izahat verən cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir k i, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi hazırkı vaxtadək icra olunmamış qalmışdır. Buna görə də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(051)-665/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Mirzəliyev) iddia tələbi qismən təmin edilmiş, cavabdehin iddiaçının mülkiyyətində olan mübahisəli mənzildən çıxarılması, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan mənzilin cavabdehdən geri alınmasını tələb etmə kdə haqlıdır. Belə ki, iddiaçı daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı təqdim etməklə mübahisəli mənzilin ona mülkiyyət hüququ ilə məxsus olduğunu tam sübuta yetirmişdir. Bununla belə məhkəmə qeyd etmişdir ki, iddia tələbinin cavabdehin mübahisəli mənzildə qanunsuz yaşamasına görə 900 manat pulun tutulması hissəsi təmin oluna bilməz, çünki iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152, 157.2, 158.1, 158.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 77.1, 88, 217.3, 218.1-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Şəki Ap ellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1471/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmiş, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə düzgündür, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr yoxdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152, 157.2, 158.1, 158.2-ci, MPM-nin 9.1, 9.3, 14.2, 77.1, 217, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, təqdim olunmuş yazılı sübutlara düzgün qiymət verməmiş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Kassator göstərmişdir ki, ona qarşı iddia tələbini mübahisəli mənzilin bütün paylı mülkiyyətçiləri irəli sürməli idi, lakin məhkəmə bu halı nəzərə almamış, onun hüquqla rını kobud surətdə pozan qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin əsası kimi MPM-nin 9.1, 9.2, 76.1, 77.1, 88, Mülki Məcəllənin 157.2-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən edən iddiaçı və onun vəkili ayrı-ayrılıqda şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdilər. Üçüncü şəxs məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə, MPM-in 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilmədi. Kassator məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, kassasiya şikayəti nin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər üçüncü şəxs heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onl ara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh şikayət verdiyindən həmin məhkəmə aktı iddianın təmin olunmuş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (maddə 29). Mülki Məcəllə Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (maddə 152.1). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər (maddə 213.6). MPM Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:...418.4.6. məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə (maddə 418.4); Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olumalıdır ki, Mülki Məcəllənin 213.6-cü maddəsinə əsasən iddiaçı ümumi mülkiyyətin mülkiyyətçilərindən biri kimi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələb irəli sürməklə bağlı subyektiv hüquqa malikdir. Həmçinin hazırkı iş üzrə iddia tələbi cavabdehin mübahisəli mənzildə n çıxarılması ilə bağlı olduğundan bütün mülkiyyətçilərin xeyrinə verildiyi ehtinal edilir. Qəbul edilmiş qətnamə işdə iştirak etməyə cəlb edilməmiş digər paylı mülkiyyətçilərinin hüquqlarının pozulmasına səbəb olmadığından iş üzrə MPM-in 418.4.6-cü maddəsinin tətbiqi əsasları da mövcud deyildir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 4 17 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1471/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1493/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1493/2021
29.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver